Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə44/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   40   41   42   43   44   45   46   47   ...   263
Orta srlr tarixi S D Skazkin

Təsərrüfatın natural xarakteri .

Karolinq dövründə feodal mülkündə və kəndində natural təsərrüfat hökmranlıq edirdi. Natural təsərrüfat münasibətlərinin üstünlüyü məhsuldar qüvvələrin ümumi inkişaf səviyyəsinin aşağı olması ilə, o cümlədən sənətlə kənd təsərrüfatı arasında ictimai əmək bölgüsü olması ilə izah olunur. K.Marks o cümlədən , həm də Böyük Karlın mülkləri nümunəsinə əsaslanaraq göstərir ki, “ ev sənətkarlıq və manufaktura əməyi əkinçiliyin bazisi olduğu dövrdə ikinci dərəcəli istehsal kimi həm qədim və orta əsrlər Avropasında həm də bu vaxta qədər də öz ənənəvi təşkilatının dağılmadığı hind icmasında həmin natural təsərrüfatın özülündə duran istehsal üsulunun şərtidir” .


Karolin dövrünün feodal mülkündə sənətkar əməyi kənd təsrrüfatı ilə birləşmiş halda idi. Oda həmçinin feodalı əsas sənətkarlıq məhsulları ilə təmin edirdi. Paltar, ayaqqabı və zəruri avadanlıq istehsalı ilə asılı kəndlilərin özləri və ya eyni zamanda kənd əhalisinə də xidmət edən malikanə sənətkarları məşğul olurdular. Malikanədə istehsal olunan hər şey başlıca olaraq ağa həyətinin lazım olan hər şeylə təmin olunmasına sərf olunur, müstəsna dərəcədə nadir hallarda isı mülk daxilində istifadə olunurdu.


Bu əlbətdə o demək deyildri ki , Karlinq dövründə əsla ticarət olmamışdır. Bazarlar və hətta yarmarkalar pul tədavülü mövcud idi. Lakin ticarət əlaqələri feodal mülkünün və ümumiyyətlə kəndin təsərrüfat həyatında əhəmiyyətli rol oynamırdı. Təsadüfən yığılb artıq qalan məhsullar o cümlədən taxıl və yun satılır, ancaq feodal mülkü daxilində hazırlanması mümkün olmayan şeylər: duz, çaxır, bəzən silah habelə əcnəbi tacirlərin xarici ölkələrdən gətirdiklrəi zinət şeyləri isə satın alınırdı. Karolinq imperiyasının ayrı-ayrı hissələri arasında daimi ticarət əlaqələri yox idi. Xarici ticarət zəif inkişaf etmişdi; ancaq cəmiyyətin yuxarı dairələrinin zinət şeylərinə olan tələbini ödəyir və iqtisadi həyatın ümumi səviyyəsinə ciddi bir təsir göstərmirdi.


VIII-IX əsrlərin mənbələrinin məlumatları mürtəce Avstriya tarixçisi A.Dopuşnu və onun ardıcıllarının Karolinqlır dövründə guya “ botçina kapitalizmi” formasında bütünlüklə ticarət mənafeyini əsas tutan “kapitalist təsərrüfatı”nın hökmranlıq etdiyini göstərən fikirlərinin tamailə əsassız olduğunu inandırıcı şəkildə sübut edir.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin