Asılı kəndlilərin vəziyyəti. Kəndli hərakatları
Feodal mlkünün kəndli əhalisi özünün mənşəyi və hüququ vəziyyətinə görə eyni cür deyildir. Kəndlilər 3 əsas qrupa ayrılırdi : kolonlar (coloni,ingen ) , litlər ( lidi, liti ) və qullar-servlər (servi, mancipii) . karolinq feodal mülkündə asılı kəndlilərin böyük çoxluğuu kolonlar təkil edirdi . onlar öz şəxsi asılılıqlarını tamamilə itirməmişdilər. Lakin artıq torpağında yaşadıqları mülkədardan torpağa görə asılı vəziyyətdə idilər və irsi istifadəsində olan öz torpaq paylarından çıxıb gedə bilməzdilər. Kolonlar istiafəsində olan torpaq payı ilə əlaqədar olaraq istədikıəri kimi sərəncam verə bilməzdilər. Bu dövrün kolonların əsas kütləsini əvvəlki azad kəndlilər-icma üzvlərinin nəsilləri təşkil edirdi. Zaman keçdikcə onlar getdikcə daha çox öz şəxsi azadlıqlarını itirir,həm də litlər və torpağa köçürülmüş qullarla qaynayıb-qarışaraq vahid təhkimli kəndli kütlıəsinə çevrilirdilər.
Feodal mülkündə yaşayan qullar (servlər) 2 kateqoriyaya ayrılırdı: torpaq payı olmayan həyət-baca qulları(mancipia non casata ) və torpağa köçürülmüş qullar (servi casati ) . Birincilər ağa həyətində yaşayır və işləyirdilər, onları alıb-satmaq olardı. Onların var yoxu və əldə etdikləri hər şey ağanın mülkiyyəti hesab olunurdu. Torpaq payı verilmiş və ona təhkim olunmuş qullar (servlər) adətən torpaqsız özgəninkiləşdirilmirdilər və özlərinin faktiki vəziyyətlərinə görə, artıq qul deyil təhkimli kəndli idilər. Kolnlardan fərqli olaraq onlar feodaldan təkcə torpağa görə asılı olaraq qalmır, həm də onun tam şəxsi asılılığında idilər. Servlərin əksəriyyəti son Roma və Merovinq dövründəki asılı adamların-qulların, kolonlar və b-nın nəsilləri idi.
Kolonlarla servlər arsında aralıq vəziyyətdə olan ictimai qrup litlər idi. Onlar adətən hər hansi bir iri dünyəvi və ruhani feodalın hakimiiyətində olub öz torpaq paylarından irsi istifadə edirdilər.
Kəndlilərin torpaq paylarının (mansların) ilk əvvəl kimə-kolonamı(keçmiş azad kəndliyə) , litəmi və ya servəmi məxsus olmasından asılı olaraq həmin torpaq payları “azad mansı” , “ lit mansı” , və ya “qul mansı” (mansi ingenuilües mansi lidlless mansi servilis) adlanırdı. Lakin IX əsrdə qul və lit mansları tez-tez kolonların əlinə keçir və bu proses əksinə baş verirdi. Bu zaman kəndlilərin feodalların xeyrinə yerinə yetirməli olduqları mükəlləfiyyətlər torpaq istifadəçisinin özünün hüquq vəziyyətinə görə deyil mansın xarakterinə (azad, lit və ya qul mansı olmasına görə 0 müəyyən olunurdu. Bu onu göstərir ki kəndlilərin ayrı-ayrı kateqoriyalarının hüquq vəziyyəti rasındakı fərqlər tədriclə silinir, onlar getdikcə daha çox qaynayıb-qarışaraq vahid asılı kütəyə çevrilirdilər. Bütün kateqoriyalardan olan asılı kəndlilər senyorun xətrinə ağır mükəlləfiyyətlər yerinə yetirməli-biyara getməli və töycü verməli idilər.
IX əsrin əvvəlində kolonlarında biyar günlərinin artması xeyli müşahidə olunurdu. Bütün asılı kəndlilər bundan başqa mülkədara töycü dəverməli idilərş Töycünün çox hissəsi naturl formada- taxılla, unla, çaxırla, pivı ilə, ev quşu, yumurta , bəzən sənətkarlıq məmulatı fortmasında verilməli idi. Bəzən töycü pul formasında alınırdı. Məsələn, asılı kəndlilərdən alınan baş töycü (capaticum) buna misal ola bilər. Pul rentası geniş yayılmamışdır.
Kəndlilərin kütəvi surətdə torpaq mülkiyyətindən məhrum edilməsi və onların asılılığa cəlb olunması həm hələ azad olan kəndlilərin, həm də artıq asılı hala salınmış kəndlilərin kəskin müqavimətinə səbəb olurdu. Kəndlilərin müqaviməti müxtəlif formalar alırdı bunlardan biri kəndlilərin kütləvi surətdə feodal torpaqlarından qaçmaları idi. Tez-tez açıq kəndli çıxışları da baş verirdi.
Kral Momin Ludoviqin 821-ci il tarixli kapitulyarisi təhkimləşdirilməkdə olan kəndlilərin inadlı müqavimət göstərdiklərini təsdiq edir. Bu kapitulyaridə Flandriyada “qeyri-qanuni” qəsdrlərin və təhkimli kəndli ittifaqlarının mövcud olduğu göstərilir. 848 və 866-ci illərdə Mayns yepiskopunun mülklərində kəndli üsyanları baş vermişdi. Təhkimliləşdirilməkdə olan kəndlilərin daha iri üsyanı 841-942-ci illərdə Sksoniyada baş vermişdi. Öz zülmkarlarina-sakson ve frank feodallarına ve onları müdafiə edən kral hakimiyyətinə qarşı qaxan kəndlilərin üsyanı əski,feodalizmdən əvvəki qaydalara qayıtmaq idi: kəndlilər ağalarını qovmuşdular və “əski zamanlardakı qaydada yaşamağa başlamışdılar”. “stellinq” üsyanının adı da elə burdandırki bu da hərfən “əski qanunun övladları” deməkdir. Bu üsyanı feodallar çox çətinliklə yatırmışdılar.
Kəndli üsyanaları, adətən, kortəbiiliyi, qeyri-mütəşəkkiliyi və pərakəndəliyi üzündən məğlubiyyətə uğramışdı. Lakin kəndlilərin kəndlilərin müqaviməti müqavimməti nəticəsində üsyandan ehtiyat edən hakim sinfin nümayəndələri asılı kəndlilərin mükəlləfiyyətlərinin qəti sürətdə rəsmiləşdirməyə məcbur oldular . feodal mükəlləfiyyətlərinin qəti müəyyən olunması müəyyən bir müddət üçün olsa da kəndlinin istismar normasının artırılmasından qoruyurdu. Bu, xeyli dərəcədə, kəndlilərin feodallara qarşı aramsız , gündəlik təkrar olunan sinfi mübarizəsinin nəticəsi idi.
VIII-IX əsrlərdə torpaq münasibətlərindək çevriliş nəticəsində Karolinq dövlətində feodalizm qəti surətdə bərqərar oldu. Burda , artıq , IX əsrin əvvəli üçün iri feodal mülkü və feodalizm cəmiyyətinin əsas sinifləri – feodallar və asılı kəndlilər yarandı. Enkelsin fikrincə , Qərbi Roma imperiyasının dağılmasından sonra keçən bu dövr yüz il ərzində irəliyə doğru bir addın atıldı, “antik qulçuluq aradan qalxdı,əməyə qul məşğuliyyəti kimi həqarətlə baxan müflisləşmiş, yoxsul azadlar sıradan çıxdı. Roma kolonu ilə yeni təhkimli arasında azad frank kəndlisi dururdu”. Antiq cəmiyyətin xarabalıqlarında inkişaf etmiş feodal münasibətləri ictimai məhsuldar qüvvələrin gələcək yüksəlişini təmin edirdi və “indi yeni nəsil üçün yeni inkişafın məqamı idi”.
Dostları ilə paylaş: |