Sinfi mübarizə. 532-ci ildə “Nika” üsyanı.
Yustinianın tikinti tikinti işləri sahəsindəki geniş fəaliyyəti istilaçılıq siyasəti dövlət aparatının saxlanılması dəbdəbəli imperator sarayı çox böyük xərc tələb edirdi. Buna görə də Yustinian höküməti təbəələrindən alınan vergiləri kəskin surətdə artırmağa məcbur idi.Əhalinin vergi zülmündən və təriqətçilərin təqib olunmasından narazılıq xalq kütlələrinin üsyanı ilə nəticələndi. 532-ci ildə Bizansda tarixdə “Nika” üsyanı kimi məlum olan ən güclü xalq hərəkatlarından biri baş verdi. Bu üsyan Konstantinopolun sirk partiyaları adlanan partiyalar arasında kəskinləşən mübarizəsi ilə əlaqədar idi.
Sirkdə (cıdır meydanında) keçirilən at çapma yarışları və müxtəlif idman oyunları Bizans sakinlərinin sevimli tamaşası idi. Bunla bərabər Roma da olduğu kimi Konstantino-ploda da sirk ictimai- siyasi mübarizə mərkəzi izdihamlı yığıncaqlar yeri idi ki, burda xalq imperatorları görə və onlara öz tələblərini verə bilirdilər. Yalnız idman təşkilatları deyil həm də siyasi təşkilatlar olan sirk partiyaları at çapma yarışlarında iştirak edən faytonçuların paltarlarının rənginə görə adlandırıdılar: ventlər(“mavilər”), prasinlər(“yaşıllar”), levklər(“ağlar”) və rusilər(“qırmızılar”). Venetlər və prasinlər partiyaları daha böyük əhəmiyyətə makil idilər.
Sirk partiyalarının ictimai tərkibi çox rəngarəng idi venetlər partiyası başında senator aristokratiyası və iri torpaq sahibləri durudu. Prasinlər partiyası isə, hər şeydən əvvəl imperiyanın şərq əyalətləri ilə ticarət edən tacirlər və iri sənətkar emalatxanaları sahiblərinin mənafeyini əks etdirirdi. Sirk partiyaları Bizans şəhərlərini dinləri ilə əalqədar idilər. Buna görə də şəhərlərin azad əhalisinin orta və aşağı təbəqələrinə mənsub olan sıravi din üzvləri də sirk partiyalarına daxil idilər. Pransinlər və venetlər özlərinin dini etiqadlarına görə də fərqlənirdilər; venetlər ortodoksal kilsə məzhəbinin tərəfdarı- pravoslav idilər . Prasinlər isə monofizitliyin müdafiyəsinə qaxlmışdılar. Yustinian venetlərin partiyasını himayə edir və hər cür yolla pransinləri təqib edirdi ki, bu da onların hökümətə nifrət etməsinə səbəb olmuşdu.
Üsyan müxalifəti pransinlər partiyasını 532-ci il yanvarın 11-də Konstantinopolun cıdır meydanında çıxışı ilə başlandı. Lakin tezliklə venetlərin bir hissəsi də “yaşıllar”a qoşuldu; hər iki partiyanın aşağı kütlələri birləşdi və vergilərin azaldılmasını, ən çox nifrət etdikləri məmurların istefaya çıxmasını tələb etdilər. Üsyançılar əyanların evlərini, hökümət binalarını dağıtmağa və yandırmağa başladılar.
Çox çəkmədən onların qəzəbi Yustinianın özünə qarşı da çevrildi. Hər yerdə “ Qalib gəl!” (daha doğrusu “Bas!”-tərc.) çağırışı (yunanca –“Nika”) ucalırdı.İmperator və onun yaxın adamları sarayda mühasirə olunmuşdular. Yustinian paytaxtdan qaçmaq qərarına gəlmişdi. Lakin imperatriçə Feodora dərhal üsyançılara hücum olunmasını tələb etdi. Bu zaman hərəkat iştirakçıları arasında ixtilaf başlandı. “Mavilər” partiyasından olan əsilzadələrin bir hissəsi xalq kütlələrinin çıxışından qorxub üsyandan üz döndərdi. Yustinianın sərkərdələri Velisari və Mundun başçılıq etdikləri hökümət qoşunları qəflətən sirkə toplanmış xalqın üzərinə hücum etdi. Və dəhşətli qırğın törətdilər. Bu qırğın zamanı 30min nəfərə yaxın adan həlak oldu.
“Nika” üsyanının darmadağın edilməsi Yustinian siyasətində irticaya doğru kəskin dönüş yarandığını göstərirdi. Lakin imperiyada xalq hərəkatları ara vermirdi.
Dostları ilə paylaş: |