Franklarda dövlətin yaranması.
Frank cəmiyyətinin feodallaşmağa başlaması ilə erkən feodal dövlətinin meydana gəlməsi eyni zamanda gedirdi.Hərbi demikratiya mərhələsində olan ibtidai icma quruluşu üçün xas olan idarə orqanları tədriclə öz yerini hərbi başçının güclənməkdə olan hakimiyyətinə verir ki,o da indi nkrala çevrilir. Elə istila faktının özü hərbi başçının krala çevrilmısini sürətləndiridi.
Çünki Qalliyanın işğalı frankları əsarət altına salınmış Qalliya-Roma əhalisi ilə qarşı- qarşıya qoydu ki, bu əhalini də itaət altında saxlamaq lazım idi. Bundan başqa , franklar istila olunmuş ərazidə inkşaf etmiş sinifi cəmiyyətə rast gəldilər. Həmin cəmiyyətin bundan sonra yaşaması isə Roma imperiyasının franklar tərəfindən məhv edilmiş dövlət aparatı müqabilində yeni dövlət hakimiyyətinin yaradılmasını tələb edirdi.
Kral dövlət idarəçiliyinin bütün funksiyalarını öz əlində cəmləşdirdi ki, bunun da mərkəzi kral sarayı oldu. Kralın hakimiyyəti hər şeydən əvvəl buna əsaslanırdı ki, o, dövlətə ən böyük torpaq mülkiyyətçisi idi və çoxlu miqdarda özünə sədaqətli olan drujinanın başında dururdu. O, dövləti şəxsi təsərrüfatı kimi idarə edirdi, əvvəllər ümumixalq tayfa hakimiyyəti olan torpaqları öz yaxın adamlarına xüsusi mülkiyyət kimi bəxşiş verir, vergilər, cərimələr və ticarət gömrükləri formasında toplanılmış dövlət gəlirləri barədə istədiyi kimi sərəncam verdi. Kral hakimiyyəti yaranmaqda olan iri torpaq sahiblərinin müdafiəsinə arxalanırdı. Dövlət özünün yarandığı andan başlayaraq hər cür yolla bu feodallar sinifinin mənafeyini müdafiyə edir, öz siyasəti ilə azad icma üzvlərinin müflisləşməsinə və əsarət girdabına düşməsinə , iri torpaq mülkiyyətinin atrmasına kömək edirdi.
Frank dövlətinin mərkəzi idarəçiliyində keçmiş ibtidai icma təşkilatınin ancaq hər il keçirilən və hərbi baxış xarakteri daşıyan “ mart toplanışları” formasında zəif nişanələri qalmışdı. Merovinq dövründə frank cəmiyyəti əhalisinin əsas kütləsini hələ azad icma üzvləri təşkil etdiyi zaman , ümumi hərbi qoşunlar da onlardan ibarət idi və bu vaxt “mart toplanışları”na bütün yaşlı azad franklar gəlirdilər. Lakin bu toplanışlar hərbi demokratiya dövrünün ümumxalq yığıncaqlarından fərqli olaraq , artıq, bir siyasi əhəmiyyətə malik deyildilər.
Iri torpaq sahibləri ilə hesablamağa məcbur olan frank kralları vaxtaşırı ən iri sahibkarların yiğıncağını çağırırdılar ki, burada da ümumdövlət məsələləri müzakirə olunurdu. Qədim ibtidai icma qaydalarının işarələri frank dövlətinin yerli idarəçiliyində daha çox qalmışdı.
Qədim frankların tayfa dəstələrindən ibarət olan “yüzlüklər” –bölüklər Qalliyanın istilasından sonra ərazi inzibati vahidlərinə çevrilmişdilər. Daha böyük ərazi vahidinin-qraflığın idarıçiliyini bütünlüklə kralın təyin etdiyi vəzifəli şəxsin –qrafın əlində idi. O-qraflıqda baş həkim idi və bütün məhkəmə cərimələrinin üçdən birini kral üçün toplayırdı. “ Yüzlüklər” də hələ bütün azad adamların (malius) xalq yığıncaqları toplanırdı. Bu yığıncaqlar, başlıca olaraq, məhkəmə funksiyasını yerinə yetirir və seçilmiş şəxsi – “tunkin”in sədrliyi ilə keçrilirdi. Lakin burada da kral hakimiyyətinin nümayəndəsi- yüzbaşı (“sentenari”) iştirak edirdi.
O, yiğıncağın gedişinə nəzarət edir və alınan cərimələrdən kralın payını toplayırdı. Franklar içərisində ictimai təbəqələşmə dərinləşdikcə həmin yığıncaqlarda rəhbər rol nisbətən varlı və nüfuzlu adamların –“ raxinburqlar”ın (rachinburgii) və ya “mərhəmətli adamlar”ın əlinə keçirdi.Özünüidarə daha tam şəkildə kənd icmasında qalmışdı. Bu icma kənd toplanışlarında özünün vəzifəli şəxslərini seçib , xırda cinayətlərə görə məhkəmə işinə baxır və marka alətlərinə riayət olunmasına nəzarət edirdi.
Dostları ilə paylaş: |