Barbar tayfalarının feodallaşma prosesi.
Yuxarıda səciyyələndirilmiş ölkələrdən fərqli olaraq qədim alman və son Roma münasibətlərinin qarşılıqlı təsirinin nisbətən yam getmədiyi və ya bu qarşılıqlı təsirin büsbütün olmadığı Qərbi Avropa ölkələrində feodallaşma prosesi nisbətən ləng getmişdi. Bu xeyli dərəcədə,həmçinin bu ölkələri istila etmiş qədim alman tayfalarının ictimai inkişafının həm xarakteri,həm də səviyyəsi ilə izah olunur. Vestqotlar və ya Ostqotlara nisbətən V-VI əsirlərdə anqıllar ,sakslar,yutlar və frizlərdə nəsli quruluş xeyli möhkəm idi və onlar ictimai inkişafın daha aşağı pilləsində idilər. Buna görə də belə tayfalar Roma ərazisini istila etdikdə ,xüsusilə qədim alman tayfaları əvvəllər quldarlıq münasibətlərinin bərqara olmadığı imperiya əyalətlərini zəbt etdikdə son Roma və qədim alman ictimai münasibıtlırinin qarşılıqlı təsiri burada daha zəif olur və ləng baş verirdi. Bir çox qədim alman tayfaları ( saksların çoxu,turinqlər,alemanlar,bavarlar və b.) ümumiyyətlə öz əzəli ərazisində qaldılar və Roma ictimai quruluşunun əhəmiyyətli bir təsirinə məruz qalmadılar.
Icma münasibətlərinin uzun müddət davam etməsi və feodallaşma prosesinin özünəməxsusluğu anql-sakslar və Avropanın kontinent hissəsində sakslar üçün səciyyəvi idi. Britaniyani istila etmiş anql-sakslar, lanqobardlar kimi, öz ictimai inkişaf səviyyələrinə görə Qərbi Roma imperiyasını istila etmiş bir sıra qədim alman tayfalarının o dövrdəki inkişaf səviyyəsindən aşağıda dururdular. Anql-sakslar keçmiş Roma əyalətini vaxtı ilə dərin romalaşmaya məruz qalmadığı ərazisində məskunlaşmışdılar.
Britaniyanın öz inkişaf səviyyəsinə görə qədim alman istilaçlarından az fərqlənən və nəsli quruluşun son inkişaf mərhələsində yaşamağda davam edən kelt əhalisi də, həmçinin bu ölkədə feodal münasibətlərinin təşəkkülü və inkişafı prosesini sürətləndirə bilmədi. Britaniyanın zəif romalaşması nəticəsində Roma təsərüfat sistemi ilə əlaqədar olan yerli əhalini (məsələn, quldar, kolonlar və b.) anql-saks cəmiyyətində yeni ictimai siniflərin formalaşması prosesində iştirakı bir o qədər əhəmiyyətli ola bilməzdi. Bütün bu şərait anql-sakslarda feodallaşma prosesinin ləng inkişafına səbəb olurdu.
Anqlo-saks krallılarında əkinçilik icmasından marka tipli kənd icmasına keçid VII əsrdə hələ başa çatmamışdı. İcma münasibətləri, böyük ailənin təsərrüfat qaydaları xüsusilə uzun müddət davam etdi. Roma və qədim alman münasibətlərinin qarşılıqılı təsirinin səciyyəvi olduğu barbar krallıqlarına nisbətən burada allod daha gec meydana gəldi. Hərbi demokratiya sisteminə xas olan idarəçilik təşkilatının mühüm qalıqları V-VII əsrlərdə hələ davam etməkdə idi. Dövlət aparatı ancaq rüşeyim vəziyyətində idi.
Kontinentdəki sakslarda icma quruluşu daha ləng dağılmaqda idi. Elba ilə Reyn arasında saksların məskunlaşdığı vilayət Roma quldur dövlətinin bilavastə təsir dairəsindən kənarda idi. Buna görə də onların ictimai inkişafı da VIII əsrə qədər hər hansı xarici amillərin əhəmiyyətli bir təsiri olmadan getdi.
VIII əsrin ikinci yarısında sakslarda hələ yenicə icma üzvünün torpaq payı alloda, əkinçilik icması isə icma –markaya çevrilməyə başlayır. Nəsli əlaqələrin qalıqları(qan intiqamı, dul qadın ikinci dəfə ərə verilərkən onun birincin ərinin qohumlarının iştirakı və s.) güclü idi.
Sakslarda VIII əsrdəki idarə təşkilatı özünü hələ kifayət qədər erkən inkişaf səviyyəsində olan hərbi demokratiyanın xüsusiyyətlərinə malik idi. Frank istilasına qədər sakslarda dövlət yaranmamışdı.
Vestqot, Burqund vəya Frank krallıqlarına nisbətən anql-sakslarda və sakslarda ictimai təbəqələşmə də ləng gedirdi. Azad adamlar içərisində təbəqələşmə əvvəllər nəsli əyanların-anql-sakslarda erllərin, sakslarda edelinqlərin seçilib ayrılmasında özünü göstərirdi. Lakin bu əyanlar və sıravi azad adamlar (sakslarda frilinqlər, anql-sakslarda gerrlər) vergeldə görə (əyanlar üçün daha yox idi) fərqlənsələr də, onlar tam hüquqlu azad adamların ümumi kütləsinin ancaq iki təbəqəsini təşkil edirdilər ki, bunlar da, bütovlükdə, qullar və yarımazadlara qarşı idilər.
Istismara məruz qalmayan azad icma üzvləri VIII əsrdə sakslarda,anql-sakslarda isə ta IX əsrə qədər bilavastə istehsalçıların əsas kütləsinin təşkil edirdilər.
Ictimai təbəqələşmə prosesinin ümumi istiqaməti isə burada da Roma və qədim alman münasibətlərinin qarşılıqılı təsirinin daha dolğun getdiyi ölkələrdəki kimi idi. Nəsli əyanların yerini VII-VIII əsrlərdə hərbi-qulluqçu əyanlar tutmuşdu; azad adamlar içərisində əmlaka görə təbəqələşmə artmışdı. Azad icma üzvləri iri dünyəvi və kilsə torpaq sahiblərindən asılı hala düşürdülər. Asılı feodal kəndliləri sinfi, həmçinin yarımazad adamlar və qullar hesabına da artırdı. Lakin bestqot İspaniyasına və ya ostqot İtaliyasında olduğuna nisbətən bu sinfin formalaşmasında keçmiş azad icma üzvlərinin xüsusi çəkisi xeyli çox idi.
Beləliklə, son Roma və dağılmaqda olan barbar ibtidai icma münasibətlərinin qovuşması Qərbi Avropa cəmiyyətin iqtisadi, ictimai və siyasi həyatında feodal münasibətlərinin inkişafını xeyli surətləndirirdi. Bu qovuşmanın baş vermədiyi və ya nisbətən məhdud çərçivədə həyata keçdiyi yerlərdə azad kəndlilər və icma münasibətlərinin mühüm qalıqları kifayət qədər uzun müddət davam etdi; Roma və qədim alman münasibətlərinin qarşılıqlı təsirinin daha tam həyata keçdiyi ölkələrə nisbətən bu yerlərdə erkən orta əsrlər dövründə kəndlilərin feodal aslılığının nisbətən az ağır formaları yayılmışdı; burada siyasi quruluşda nəsli-tayfa quruluşu üçün səciyyəvi olan idarə təşkilatlarının-hərbi demokratiyanın qalıqları üçün zaman davam etdi.
Roma ictimai münasibətlərinin əhəmiyyətli bir təsiri olmadan nəsli quruluşunun dağıldığı bəzi qədim alman tayfaları erkən feodal dövləti olan Frank dövləti tərəfindən itaət altına salındı(məsələn, almanlar və bavarlar, artıq,VI-VII əsrlərdə). Bu istila göstərilən tayfalarda feodalizmin meydana gəlməsini sürətləndirdi.
4-cü fəsil
Dostları ilə paylaş: |