Qərbi Roma imperiyasının süqutu.Barbar istilalarının ümumi nəticələri.
Barbarların dərin böhran keçirən Roma imperiyasına endirdikləri zərbələrdən və barbarların onun əyalətlərini istila etməsindən sonra Romanın hakimiyyəti altında əslində təkcə bir İtaliya qalmışdı.Lakin burada da hakimiyyət, faktiki olaraq, bir imperatoru yıxıb yerinə başqalarını qoyan barbar drujinaları başçılarının əlində idi.476-cı ildə Qərbi Roma imperiyasının axırıncı imperatoru Romul Avqustul barbar muzdlularının başçısı Odoakr tərəfindən taxtdan salındı.O, İtaliya torpaq sahiblərinin torpaqlarının üçdən birini öz döyüşlərinə payladı.İmperiyanın dağılması bu tarixdən çox əvvəl başlansa da, bu il, şərti olaraq Qərbi Roma imperiyasının süqutu tarixi kimi qəbul olunmuşdur.Odoakrın hakimiyyəti ələ keçirməsindən sonra Qərbdə imperator hakimiyyətinin varlığına son qoyuldu və onun ərazisində yaranmış barbar krallıqları yalnız əslində deyil, həm də formal olaraq da müstəqillik qazandılar.
Barbar istilalarının Avropa tarixi üçün son mühüm əhəmiyyəti olmuşdur.Bunların nəticəsində dərin daxili ziddiyyətlərin sarsıtdığı qullar Roma imperiyası Qərbdə süqut
etdi.Avropanın siyasi xəritəsi dəyişdi: əvvəllər Qərbi Roma imperiyasının yerləşdiyi ərazidə V əsrin sonu – VI əsrin əvvəlləri üçün barbar krallıqları meydana gəldi.Bu krallıqlarda yeni ictimai münasibətlərin inkişafı üçün, feodalizmə keçiddən ötrü zəruri olan şərait yarandı.
Qərbi Avropanın ictimai-iqtisadi və siyasi quruluşunda dərin dəyişiklər baş verdi.Barbarların Roma torpaq sahiblərinin əmlakını qismən və ya tamamilə müsadirə etməsi quldarlıq təsərrüfat sisteminə qüvvətli zərbə oldu, onun, artıq, çoxdan başlanmış dağılmasını sürətləndirdi.Cəmiyyətin qurluşu dəyşdi.Qədim almanların Qərbi Roma imperiyasının ərazisində məskunlaşması nəticəsində bilavasitə istehsalçılar kütləsi içərisində azad xırda torpaq sahibləri təbəqəsi – icma üzvləri mühüm rol oynamağa başladı.Quldarlıq quruluşundan daha mütərəqqisinə - feodalizm quruluşuna keçid yolunda çox qüvvəli maneə olan Roma quldar dövləti məhv edildi.
Qərbi Roma imperiyasının süqutu , onun ərazisində barbar krallıqlarının yaranması və ictimai münasibətlərdə qeyd olunan dəyişikliklər ictimai inqilabın başlanması emək idi.Bu inqilab son nəticədə Roma quldarlıq quruluşunu və qədim almanlardakı quruluşun feodalizm quruluşu ilə əvəz olunmasına gətirib çıxardı.
Dostları ilə paylaş: |