Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə28/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   24   25   26   27   28   29   30   31   ...   263
Orta srlr tarixi S D Skazkin

Ostqot krallığının yaranması.

Hun tayfa birliyinin dağılmasından sonra ostqotlar Dunay vilayətlərində, Pannoniyada, habelə Frakiyada yaşayırdılar və Şərqi Roma imperiyasının federatı (müttəfiqi) idilər. Ostqotların əsilzadə Amal nəslindən olan başçısı Teodorix patrisi və konsul Roma adlarına malik idi.


488-ci ildə ostqotların çox hissəsini öz hakimiyyəti altına birləşdirən Teodorix Şərqi Roma imperatoru Zenonun razılığı ilə bu zaman Odoakrın idarə etdiyi İtaliyaya yürüş etdi.


Ostqotlar tərəfindən dəfələrlə məğlub edilən Odoakr Teodorixlə sülh bağladı və İtaliyanın bölüşdürülməsi haqqında razılığa gəldi. Lakin çox keçmədən Odoakr Teodorix tərəfindən öldürüldü və 493-cü ildə İtaliyada paytaxtı Ravenie olan Ostqot krallığı yarandı. İtaliyadan şimala doğru Dunaya qədər vilayətlər - indiki Tirol, İsveçrə, Bavariyanın, Avstriyanın, Macarıstanın bir hissəsi, habelə Adriatik dənizinin şərq sahili boyunca yerləşən İlliriya da bu krallığın ərazisinə daxil idi.


Ostqotların əsas kütləsi Şimali və Orta İtaliyada məskunlaşdı. Cənubi İtaliyada yalnız qot qarnizonları var idi. Yerli əhali ilə qotlar arasında torpaqlar belə bölüşdürüldü: əvvəllər Odoarkın tərəfdarları tərəfindən tutulmuş torpaqlar hesabına Roma torpaq sahiblərinin torpaq mülkləriin üçdən biri qotlara çatdı. Sonralar əlavə olaraq Roma torpaq sahiblərinin torpaq mülklərinin digər hissəsi də bölüşdürüldü. Ostqot krallığı ancaq 555-ci ilədək yaşadı. Bu zaman uzun sürən müharibədən sonra Bizans imperiyası İtaliyanı qəti olaraq öz hakimiyyətinə tabe etdi.


Lanqobardların İtaliyanı işğal etməsi.

Lakin Bizans bütün İtaliya üzərində hakimiyyətini uzun müddət əldə saxlaya bilmədi. 568-ci ildə kral Alboinin başçılığı altında lanqobardlar (əvvəllər Elbanın sol sahilində yaşamış, sonralar isə Dunay sahillərinə - Pannoniyaya köçmüş qədim alman tayfası) İtaliyaya soxuldular.


VII əsrin əvvəlləri üçün lanqobardlar İtaliyanın çox hissəsini ələ keçirə bilmişdilər. Onlar ölkənin şimal və mərkəzi hissəsində (gələcəl Lombardiya və Toksana) və Cənubi İtaliyanın dağlıq vilayətlərində məskunlaşdılar. Burada indi lakobard hersoqluqları - Benevent və Spoleto yarandı. Dəniz limanlarının çox hissəsi isə bizanslıların əlində qaldı. Ravenna ətrafındakı yerləri əhatə edən vilayət (Ravenna ekzarxatı adlanan mahal - Bizansın canişinliyi) , habelə Roma ətrafını əhatə edın vilayət (sonrakı Papa vilayəti) Lanqobard krallığının tərkibinə daxil olmadı.


Lanqobardlar İtaliyada qan qohumluğu qrupları halında (böyük ailələrlə) məskən saldılar ki, bunlar da burqundlarda olduğu kimi faralar adlanırdılar. Lanqobardlar romalı əhali ilə torpaqları burqundlar və ya vestqotlar kimi nizamlı qaydada bölüşdürmədilər. Onlar məskunlaşarkən iri və orta Roma torpaq sahiblərini öz yerlərindən qovdular və qismən də məhv etdilər. Onların torpaqlarını müsadirə etdilər. Bu zaman həmin torpaqlarda yaşayan kəndlilərin, kolon və qulların bir hissəsi də həmçinin zərər çəkdi. Roma qulları və kolonlarının əsas kütləsi isə lanqobard qulları və yarım asılılıqları (aldilər) ilə qaynayıb qarışdılar.Lanqobard krallığı VIII əsrin 70-ci illərinə qədər yaşadı. Bu zaman onu franklar işğal etdilər.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin