4.Qərbi Avropada Feodal Münasibətlərinin İnkişaf Yolları
Feodal münasibətlərinin formalaşması, iri feodal torpaq sahibliyinin yaranması, xırda azad maddi nemətlər istehsalçılarının asılı feodal kəndlilərinə çevrilməsi, feodalizm cəmiyyətinin siyasi təsisatlarının və məfkurəsinin meydana gəlməsi – Qərbi Avropada feodalizm ictimai-iqtisadi formalaşmasının təşəkkül prosesinin əsas məzmunu belədir.Lakin ayrı-ayrı ölkələrdə bu prosesin öz xüsusiyyətləri vardır.
Bir sıra hallarda Qərbi Avropada feodal münasibətləri qədim almanların dağılmaqda olan nəsli-tayfa münasibətləri və dağılmaqda olan son Roma quldarlıq cəmiyyətinin hərtərəfli qarşılıqlı təsiri və sintezi nəticəsində əmələ gəlirdi.Qədim almanlarda nəsli quruluşun dağılması dövründə meydana gəlmiş feodalizm rüşeymləri “...ancaq işğaldan sonra, işğal olunmuş ölkələrdə tapılmış məhsuldar qüvvələrin təsiri nəticəsində” əsil feodalizm halına düşdü.
Beləliklə, qədim alman barbar krallıqlarında son Roma və qədim alman ictimai münasibətlərinin sadəcə mexaniki birləşməsi baş vermir, onların qarşılıqlı təsiri və sintezi gedirdi, keyfiyyətcə yeni münasibətlər əmələ gəlirdi.Artıq qeyd olunduğu kimi, belə münasibətlərin ünsürləri həm son Roma cəmiyyətində, həm də dağılmaqda olan alman nəsli-tayfa cəmiyyətində əmələ gəlmişdir.göstərilən qarşılıqlı təsir nəticəsində feodalizmin meydana gəlməsi və inkişafı həm qədim alman tayfaları, həm də çıxılmaz vəziyyətə düşmüş Roma cəmiyyəti üçün yüngülləşdi və sürətləndi.Feodal münasibətləri inkişafının belə yolu Vesttot,Burqund,Frank qismən də Vandal,Ostqot və Lanqobard krallıqları üçün səciyyəvidir.
Bu qarşılıqlı təsirin az olduğu, ya da heç olmadığı ölkələrdə- anql-sakson krallıqlarında, daxili Almaniya vilayətlərində feodallaşma prosesi bir qədər fərqlənirdi.Bu Roma qaydalarının təsirini zəif və möhkəm olmadığı keçmiş Roma əyalətlərində yaşayan qədim alman tayfalarına da (məsələn, barbarlar, alemanlar) aiddir.Nəsli quruluşun son Roma münasibətləri ilə hər hansı qarşılıqlı təsir olmadan dağılması Skandinaviya ölkələrində getmişdir.
Qədim alman və son Roma münasibətlərinin qarşılıqlı təsiri və sintezi formasında feodallaşma prosesi.
Roma quldarlıq cəmiyyəti, hətta dağılmaq mərhələsində belə, məhsuldar qüvvələri səviyyəsinə görə qədim alman tayfalarından xeyli yüksəkdə dururdu.Belə ki, məsələn, son Roma aqrotexnikası üçün ikitarlalı və üçtarlalı əkin sisteminin geniş yayılması torpağın intensiv kübrələnməsi yem bitkilərinin əkilməsi, mal-qaranın burdaqda saxlanılması səciyyəvi idi.Romalılar İtaliyada torpağın xüsusiyyətlərinə uyğun olaraq yüngül kotandan istifadə edirdilər: torpağın başqa cür olduğu və dərin şum tələb olunan bir sıra Roma əyalətlərində ağır təkərli kotandan istifadə edirdilər.Sənətkarlıq məhsulları istehsalının bir sıra sahələrində texnika nisbətən yüksək inkişaf etmişdi.
Hələ imperiyanın süqutuna qədər romalılarla təmasa girən qədim almanlar Roma texnikasının və mədəniyyətinin bzi nnailiyyətlərini görüb – götürmüşdülər.Onların Roma ərazisində məslən, məskən salınmasından sonra bu cür görüb götümə imkanları kəskin surətdə artdı.Bir sıra hallarda işğalçıların məskunlaşmasının xarakterinin özü buna kömək edirdi: qədim almanların və yerli əhalinin istehsal sahəsində sıx qarşılıqlı əlaqəsini zərui edirdi.
Cənub və Cənub-Şərqi Qalliyada,İtaliyada (Ostqotların zamanında) və İspaniyada qədim almanlar və romalılardan ibarət olan qarışıq əhalisi olan kəndlər meydana gəlirdişXəzinə torpaqları buradakı bütün əmlakla və həmin torpaqların əhalsi, yəni qullar,kolonlar və başqa əkinçilərlə birlikdə qədim alman kralları və qulluqçu əyanıarının əlinə keçdi.Bu cür şəraitdə qədim almanlar Roma istehsalının bir sıra nailiyyətlərini tezliklə mənimsəyirdilər.
Hətta Roma torpaq sahibliyinin ,demək olar ki,tamamlə müsadirə olunduqları yerlərədə də keçmiş Roma qulları və kolonlarından bilavasitə istehsalçılar kimi istifadə olunması, qədim almanlara Roma aqrotexnikası və sənətkarlıq məhsulları istehsalı ünsürlərini mnimsəmək imkanı verirdi.Barbar həqiqətlərinin məlumatlarına görə qədim almanlar sənəti olan qulları xüsusilə qiymətləndirirdilər.Qədim almanlar özləri də istila etdikləri ölkələrdə məhsuldar qüvvələrin inkişafına təsir göstərirdilər.Qalliya , İtaliya, İspaniya və Şimali Afrikada qədim almanlar yerli əhaliyə nisbətən xeyli az idilər; lakin qədim alman icma üzvlərini hesabına burada azad kəndlilər təbəqəsi meydana gəldi və xırda istehsal geniş inkişafetdi ki bu da o zaman Latifundiya quldarlıq təsərrüfatına nisbətən dahamütərəqqi təsrrüfat forması idi.
Beləliklə, məhsuldar qüvvələrin inkişafında quldarlıq təsərrüfat sisteminin hökmranlıq etdiyi Roma cəmiyyətinin gətirib çıxardığı durğunluq və geriləmənin qarşısını almaq üçün imkan yarandı.
İstila olunmuş ölkələrin Roma və ya romalaşmış əhalisi içərisində qədim almanların məskunlaşması onlarda icmanın dağılması və onun erkən arxaik formalardan daha inkişaf etmiş, nəsli quruluşun inkişafının son mərhələlərinə müvafiq olan formalara keçməsi prosesini sürətləndirdi.Barbar krallıqlarında verilmiş qanunlarda icma münasibətləri ya büsbütün əks olunmamış, ya da əkinçilik icmasında markaya keçid münasibətləri və markanın özü haqqında məlumatlar qalmışdır.Marka və ya qonşuluq icması icmanın daha son formasıdır.Bu icma forması hər şeydən əvvəl, onunla səciyyələnir ki, torpaq payları, artıq, icma üzvlərinin xüsusi mülkiyyətinə çevrilmişdir; əkin yerləri və ya çəmənlər , artıq, yenidən bölüşdürülmür.Lakin bölünməmiş yerlər(almenda) – meşələr, otlaqlar, xam yerlər hələlik ümumi mülkiyyətdir.
Mülkiyyət haqqında Roma anlayışı VI əsrin əvvəlləri üçün, artıq, Vestqot, Ostqot və Burqund krallarının yazılı hüququ tərəfindən mənimsənilmişdi.V əsrin ikinci yarısı və VI əsrdə
bu krallıqlarda verilmiş barbar həqiqətləri və qanunlarından görünür ki, yerli sakinlər kimi qədim almanlar da həm tərpənən , həm də tərpənməyən əmlakı satır, alır, bxşiş verir və vəsiyyət edirdilər.Torpaq üzərində xüsusi mülkiyyət prinsipi lanqobardlar və franklara nisbətən ləng bərqərar olurdu.
İcma təşkilatının dağılması və torpaq üzərində xüsusi mülkiyyətin inkişafı qədim almanlarda ictimai təbəqələşmənin artmasına gətirib çıxardı.İcma üzvləri içərisindən, bir tərəfdən, daha varlı və qulluqçu əyanlar digər tərəfdən isə müflisləşməkdə olan azad adamlar seçilib ayrılmağa başladı ki, bunlarda iri torpaq sahiblərindən torpağa görə şəxsən asılı hala düşürdülər.
Erkən feodal dövlətlərində əmələ gəməkdə olan iri torpaq sahibləri və asılı kəndlilər sinifləri artıq son Roma imperiyasındakı iri sahibkarlar vı xırda torpaq istifadəçilərindən ibarət olan ictimai qüvvələr deyildilər.Bu siniflərin formalaşmasında barbarların – qədim almanların ictimai quruluşu öz izini qoymuşdu.
Qədim almanlar üçün nəsli quruluş qaydaları ilə əlaqədar olaraq məhdud ərazi daxilində yerli mütəşəkkillik xas idi: onların icma formasında öz təşkilatları vardı.Barbar krallıqlarında sıravi azad qədim almanlar ictimai həyatda mühüm rol oynayır ( məhkəmədə iştirak edi, qoşunda xidmət edirdilər) , onların əməyi azad adam üçün tamamilə şərafətli və ləyaqətli məğlubiyyət hesab olunurdu.Yeni, hələ təzə-təzə formalaşmaqda olan dövlətin son Roma dövlətinin malik olduğu kimi məcburiyyət qüvvəsi yox idi.Qədim alman icma üzvlərinin iri torpaq sahiblərindən asılılığı nisbətən yüngül formada idi; bu yeni cəmiyyətin ictimai inkişafı üçün istismar olunan bilavasitə istehsalçılarda öz əməyinə maraq yaratmaq tələblərinə uyğun idi.Bilavastə istehsalçılarda öz əməyinə maraq yaratmaq tələblərinə uyğun idi.
Yeni siniflərin formalaşmasında Roma cəmiyyəti antaqonist siniflərinin-bir tərəfdən iri torpaq sahiblərinin ,digər tərəfdən isə qullar və kolonların qalıqları mühüm rol oynayırdı. Roma torpaq sahiblərinin bir qismi,barbar istilaları ilə əlaqədar olarq onların vəziyyətində baş vermiş bütün dəyişiklərə baxmayaraq geniş torpaq mülklərinin sahibi olmaqda davam edirdilər ki,bu mülklərdə yüzlərlə qul və kolon becərirdi.Kilsə torpaq sahibliyi nəinki qaldı,hətta genişləndi.
Lakin iri torpaq mülkünün xarakteri tədriclə dəyişirdi. Qədim alman istilası rüşeyimləri hələ Roma imperiyasında nəzərə çarpan bir prosesi-quldarlıq təsərrüfatının feodalizmə çevrilməsi prosesini sürətləndirdi. Iri torpaq mülkü indi antik tipdən olan qulların istismarına deyil,müxtəlif kateqoriyalardan olan azad və asılı torpaq istifadəçilərinin istismarına əsaslanırdı. Qədim alman qulluqçu əyanları ilə birlikdə formalaşmaqda olan feodallar snfinin tərkibinə daxil olan iri Roma torpaq sahibləri az deyildilər. Asılı kəndlilər sinifini formalaşmasında da həm Roma,həm də qədim alman mənşəli bilavasitə istehsalçıların müxtəlif təbəqələri eyni ilə bu cür iştirak edirdi.
V-VII əsrlərdə Vestqot,Burqund,Lanqobard və Frank krallıqlarında tərtib olunmuş barbar həqiqətləri azad adamları əmlak vəziyyət və əsilzadəliyinə (qulluqçu əyanlara,kral durujinasına mənsub olmasına) müvafiq olaraq ali və aşağı təbəqələrə bölürdülər.Barbar krallıqlarını əyanları,adətən,yeni qulluqçu əyanlarla qaynayıb- qarışmaqda olan köhnə nəsli əsilzadələr idilər. Onların tərkibinə,qismən hələ qalmaqda olan iri roma sahibkarları da daxil oldular.Ali təbəqəyə mənsub olan “nobillər”,”böyüklər” və “fəxri adamlar” (nobiles,maiores,honestiores)adlanan şəxslər başqa azad adamlardan fərqlin olaraq bir sıra
imtiyazlardan ( məhkəmə ilə,vergilərin miqdarı və s. əlaqədar olaraq) istifadə edirdilər. “Kiçiklər” və ya “aşağılar” (minores,inferieres) adlandırılan aşağı ictimai təbəqəyə aid olan şəxslər azad adamların bəzi imtiyazlarını itirmişdilər (məsələm,müxtəlif hüquq pozuntularına görə onlara qullar və b. Kimi bədən cəzaları verilirdi); ali ictimai təbəqələrin nümayəndələrindən fərqli olaraq onların həyatı nisbətən az məbləğdə vergeldlə mühafizə olunurdu. Sıravi icma üzvlərinin çoxu tədricən azad adamların aşağı ictimai təbəqəsinin tərkibinə daxil olurdu.
Nəzərdən keçirilən inkişaf tipindən olan digər barbar krallıqlarından fərqli olaraq azad adamların əsas kütləsi özünün tamhüquqluluğunu Frank krallığında daha uzun müddət saxladı.
Azad olmayan və yrım azad adamlarında vəziyyətində dəyişiklər baş verdi. Erkən barbar həqiqətlərində və başqa hüquq abidələrində qullar, Roma hüquq normalarına əsasən mal-qara və cansız əmlakla yanaşı,öz ağalarının tam mülkiyyəti hesab edilirdi.VI-VII əsirlərdə qullar bəzi hallarda öz hərəkətləri müqabilində müstəqil surətdə cərimə ödəyirdilər ki,bu da onların öz xüsusi əmlakının əmələ gəldiyini və qulların hüquqi məsuliyyəti rüşeyimlərinin yarandığını göstərir. Son vestqot qanunlarına görə ,qulların onlara məxsus olan tərpənən əmlakı,o cümlədən mal-qaranı satmaq hüquq vardı. Azadlığa buraxılmışlar çox hallarda asılı adamlara ,öz keçmiş ağalarının torpaqlarının istifadəçilərinə çevrilirdilər.
Barbar krallıqlarında yerli və qədim alman əyanlarının mülklərində və kilsə torpaqlarında istifadəçiləri sifəti ilə keçmiş Roma kalonlarıda qalmışdı. Lakin onların vəziyyətində də ciddi dəyişiklik baş vermişdi:kolonlar indi dövlət biyar sisteminə təhkim edilmişdilər. Roma çağlarında olduğu kimi onların mülkiyyətlərini dövlət tənzim etmirdi. Kolonların bəzi kateqoriyaları becərdikləri torpaqla əlaqədar olaraq mühüm hüquqlara malik idilər.
Kolonlarda,qullar və azadlığa buraxılmışlar kimi asılı kəndlilər sinifinin təşəkkülündə mühüm rol oynayırdılar . Son nəticədə bu snifin tərkibinə ,həmçinin iri sahibkar mülklərindəki xırda prekaricilər və başqa azad xırda torpaq istifadəçiləri,habelə qədim alman qulları,azadlığa buraxılmışlar,yarımazadlar (litlər,aldilər)da daxil oldular. Yeni asılı kəndlilər snifinin,mənşəcə keçmiş Roma və qədim alman qullarından ibarət olan təbəqələri sonralar xüsusilə ağır aslılıq formalarında qaldılar.
Nəzərdən keçirilən tipdən olan barbar kırallıqlarında qismən keçmiş şəhər əhalisindən ibarət olan təbəqədə qalmışdı. Lakin şəhərlərin Roma imperiyasında başlamış tənəzzülün Qərbi Roma imperiyasının dağılmasından sonra sürətlə davam etdi. Şəhərlərin bir qismi hələ barbar basqınları zamanı dağıdılmış və adamsız qalmışdı;şəhər sənətkarlığının tənəzzülü və geriləməsi ,ticarət əlaqələrinin kəskin surətdə azalması və natural təsərrüfat formalarına keçid şəhər əhalisini onun ictimai-iqtisadi əsasından məhrum etmişdir.Keçmiş şəhər əhalisinin qalıqları,artıq,kən əhalisindən heç bir şeylə fərqlənmirdi; şəhərlərin çoxunda,xüsusən xırda şəhərlərdə,əhali şəhər ətrafı kənd sakinləri kimi əkinçiliklə məşğul olurdu.
Bir sıra hallarda xalq kütlələri üsyanlarına çevrilən ictimai mübarizə şəraitində gedən siniflərin yaranması prosesi dövlətin əmələ gəlməsini zəruri edirdi. Bundan başqa,istila prosesində gedən qədim alman nəsli-tayfa münasibətlərinin Roma cəmiyyəti münasibətləri ilə qarşılıqlı təsiri,nəsli tayfa quruluşu orqanlarının əsarət altına salınmış əhali üzərində ağalığ etmək üçün yaramadığına görə barbar əyanlarının dövlətə olan ehtiyacını sürətləndirdi.
Dövlətin formalaşmasında,Qərbi Roma imperiyasının dağılmasından sonra bu və ya digər dərəcədə qalmış Roma siyasi və hüquqi təsisatlarının qalıqları mühüm rol oynadı.Qədim almanların yaratdıqları krallıqlarda əhalinin tayfaya görə ayrılması sistemindən ərazi sisteminə görə ayrılmasına keçid tez bir zamanda baş verdi ki,bu da dövlətin meydana gəlməsi prosesində başlanğıc məqamlarından birini təşkil edirdi.Bu zaman barbarlar Roma ərazi sistemindən geniş surətdə istifadə etdilər.
Barbar krallıqlarına dövlət aparatı Roma inzibati sisteminin çox və ya az təsirilə yaradılırdı.Roma siyasi təsisatları ən çox Ostqot krallığında qalmışdı.Burada,habelə Vestqot və Burqund krallıqlarında VI əsrin başlanğıcı üçün nəsli-tayfa idarəçiliyi təşkilatının hər hansı bir ciddi əlaməti,artıq,qalmamışdı.Kral ali hərbi,qanunvericilik,inzibati və məhkəmə hakimiyyətinə malik idi.Yerlərdə inzibati,maliyyə və məhkəmə hakimiyyəti kral qulluqçuları tərəfindən həyata keçirilirdi.Frank krallığında,xüsusən Luardan şimla doğru,nəsli-tayfa təşkilatının qalıqları uzun müddət davam etmişdi.Lanqobard krallığında nəsli-tayfa quruluşu idarəçiliyinin xüsusiyyətləri yalnız VII əsrin ortalarına doğru aradan qalxdı.Bəzi barbar krallıqlarının kralları,bu və ya digər dəyişikliklərlə də olsa.Roma vergi sistemini mənimsədilər.İlk dövrlərdə Roma pul sistemi də mənimsənildi.
Bununla belə,barbar krallıqları Roma imperiyasından köklü şəkildə fərqlənirdilər.Bu dövlətlər,artıq,quldarlar sinfinin deyil,formalaşmaqda olan feodallar sinfinin mənafeyini ifadə edirdilər.Onların hərbi quruluşu muzdlu orduya deyil,xalq qoşununa əsalanırdı.İnzibati sistem Romanınkına nisbətən xeyli primitiv idi.Bu sistemdə kralın müxtəlif tapşırıqlarını yerinə yetirən drujinaçılarından geniş istifadə olunurdu.Kral hakimiyyəti dünyəvi və ruhani əyanlar tərəfindən məhdudlaşdırılmışdi.Ən mühüm işləri,məsələn,müharibə və sülh məsələlərini,torpaq paylanmasını,qanunlar verilməsini krallar ali qulluqçu əyanlar və ali ruhanilərin nümayəndələri (arxiyepiskoplar,yepiskoplar,abbatlar) ilə birlikdə həll edirdilər.
Roma və qədim alman ictimai münasibətlərinin qarçılıqlı təsirinin getdiyi ölkələr üçün,bir sıra ümumi xüsusiyyətlərin mövcud olması ilə yanaşı fərqlər də xasdır.Bu,bir tərəfdən,həmin ölkələrin bundan əvvəlki inkişaf xüsussiyyətləri ilə bağlıdır;digər tərəfdən,orda məskən salmış barbarların-qədim almanların onların ictimai həyatına nə dərəcədə təsir göstərməsilə əlaqədardır.Belə ki,məsələn,İtaliyada V əsrdə quldarlıq qaydaları hələ çox möhkəm idi;bütün ölkəni deyil,yalnız onun bir hissəsini tutan və yerli əhalinin içərisində səpələnmiş halda məskən salan ostqotlar ictimai həyata,qədim almanların bir sıra başqa barbar krallıqlarında göstərdikləri kimi dərin təsir göstərmədilər.Bu işdə Ostqot krallığının mövcudluğunun qısamüddətli olması müəyyən rol oynadı ki,bu da feodalaşma prosesində son Roma və qədim alman nəsli-tayfa münasibətlərinin qarşılıqlı təsirinin kifayət qədər dərin olmamasına səbəb olur. Quldarlıq quruluşu öz xüsusi çəkisini Vestqot krallığında da xeyli saxlamışdı. Lakin bu krallığın mövcud olduğu 300 il ərzində feodal münasibətlərinin formalaşması prosesi Ostqot krallıqlarına nisbətən çox-çox irəli getdi. Lanqobard İtaliyasında əhali içərisində qədim almanların xüsusi çəkisi Ostqot və Vestqot krallıqlarına nisbətən daha çox idi. Lanqobardlar, çox hallarda,italiyalılardan təcrid olunmuş halda məskən salmışdılar. Burada italiyaçılarda nəsli quruluşun dağılması prosesi ləng gedirdi. Hələ VII əsrin ortalarında lanqobardlarda böyük ailə ( artıq ,kiçik ailə də meydana gəlsə də) qalırdı;hələ əkinçilik icmasından markaya keçid gedirdi.
Lakin Roma təsiri burda da istehsal sahəsində (kənd təsərrüfatı istehsalı və sənətkarlıq texnikasının mənilsənilməsi) olduğu kimi,hüquq ,dil,din sahəsində də (lanqobardlarda vestqotlar kimi ariciliyi tərk edib katolikliyə keçdilər) özünü göstərirdi.
Frankların ilkin məskən saldığı vilayyətdə Şimali Qalliyada,quldarlıq sistemi nisbətən zəif idi;qədim alman istilaçılarının icma qaydaları isə geniş yayılmışdı və frank müdaxiləsindən sonra ilk dövürdə hələ kifayyət qədər möhkəm idi.Qədim almanlar burada Vestqot və Burqund krallıqlarına nisbətən əhalinin xeyli mühüm hissəsini (baxmayaraq ki,burada da azadlığda qalırdılar) təşkil edirdilər. Lakin yeni dövlətdə Roma ictimai münasibətlərinin rolu da ,xüsusən frankların Cənubi Qalliyanı istila etməsindən sonra ,olduqca mühüm idi. Frank dövlətində Roma və qədim alman ictima münasibətlərinin qarşılıqlı təsiri daha bitkin formada həyata keçdi və onaların sintezinə gətirib çıxardı.
Dostları ilə paylaş: |