Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Merovinqlər dövründə Frank cəmiyyətində ictimai təbəqələşmə



Yüklə 3,06 Mb.
səhifə34/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   30   31   32   33   34   35   36   37   ...   263
Orta srlr tarixi S D Skazkin

Merovinqlər dövründə Frank cəmiyyətində ictimai təbəqələşmə.

Frank istilaçıları içərisində ictimai təbəqələşmənin rüşeyimləri “Salik qanunları”nda azad əhalinin müxtəlif kateqoriyaları üçün müxtəlif miqdarada qanbahasının müəyyən olunmasında özünü göstərir. Sadə azad frank üçün qanbahası 200, kral drujinaçıları (antirustinonlar) və ya kral xidmətlərində olan vəzifəli şəxslər üçün isə 600 solid idi. Görünür, istilanın gedişində frank nəsli əyanları da kral drujinaçıları və vəzifəli şəxslər qrupuna


qarışmışdı. Yarımazadların –litlərin həyatı nisbətən az miqdarda – 100 solid qanbahası ilə mühafizə olunurdu. Franlarda qular da vardı. Onların həyatı qətiyyən qanbahası ilə mühafizə olunmurdu: qatil ancaq qulun ağasına dəyən ziyanı ödəyirdi.

Franklarda qulçuluğun inkişafına Qalliyanın işğalı və bundan sonrakı müharibələr təsir göstərdi; bu müharibələr bol qul mənbəyi idi. Sonralar əsarət də,həmçinin qul mənbəyinə çevrildi. Müflisləşən azad adamlar, habelə məhkəmənin kəsdiyi cəriməni və ya qan bahasini ödəməyən cani də əsarət altına düşürdü. Bu adamlar onların əvəzinə həmin pulu ödəyənlərin quluna çevrildilər. Lakin franklarda qul əməyi roma dövlətində olduğu kimi istehsalən əsasını təşkil etmirdi. Qullardan kənd təsərrüfatında əsas işçi qüvvəsi kimi deyil, ən çox həyət baca işlərində xidmətçi – nökər və ya sənətkar- dəmirçi, zərgər, bəzən də çoban və mehtər kimi istifadə olunurdu.


“ Salik qanunları”nda sadə azad icma üzvləri içərisində hüquq fərqlərinin olması haqqında heç bir məlumat olmasa da, bu qanunlarda və başqa VI əsr mənbələrində onların içərisində əmlak təbəqələşməsinin mövcudluğu haqqında məlumat vardır.


Bu ancaq nəsil üzvləri arasında təbəqələşməni göstərən yuxrıdakı mənbələrdən ibarət deyil, həm də frank cəmiyyətində borcların və borc təəhüdlərinin yayıldığını göstərən məlumatlardır. Mənbələr daim bir tərəfdən varlı və nüfuzlu “yaxşı adamlar” (meiiores ,digər tərəfdən yoxsul (minoflidi) və büsbütün müflisləşmiş,ödəməyə qabil olmayan sənətkarlar haqqında məlumat verir .


Allodun meydana gəlməsi franklarda iri torpaq sahibliyinin artmasına təkan verdi. Xlodvik hələ istilanın gedişində keçmiş imperator xəzinəsinə məxsus torpaqları özü üçün götürdü. Onun varisləri icmalar arasında bölünməmiş bütün boş torpaqları tədriclə zəbt etdilər. Bu torpaqlar əvvəllər bütün xalqın malı hesab olunurdu. Iri torpaq sahiblərinə çevrilmiş frank kralları bu fonddan səxavətlə öz yaxın adamlarına və kilsəyə tam,sərbəst surətdə özgəninkiləşdirilən mülkiyyət (allod) olaraq torpaq bəxşişləri paylayırdılar.


Belə ki,artıq VI əsrin sonu üçün frank cəmiyyətində ,iri torpaq sahibləri-gələcək feodallar silki meydana gəlir. Onların mülklərində frank qulları ilə yanaşı , həmçinin yarımazadlar- litlər və Qalliya –Roma əhalisindən olan aslı adamlar- Roma hüququna görə azadlığa buraxılmışlar, qullar, ehtimal ki, keçmiş Roma kollonlarından olan mükələfiyyətlər icra etməyə borclu olan qalliya –romalılar (“romalı-tributarilər”) istismar edilirdilər. Icma daxilində allodun inkişafı ilə əlaqədar olaraq iri torpaq sahibinin artımı xüsusilə gücləndi. Torpaq melkiyyətinin mərkəzləşməsi indi təkcə kral bəxşişləri nəticəisində deyil, həm də icma üzvlərindən bir qisminin digəri hesabına varlanması yolu ilə gedirdi. Azad icma üzvlərindən bir qisminin müflisləşməsi prosesi başlanır ki, bunun da səbəbi onların irsi allodunun məcburiyyət qarşısında özgəninkiləşməsi idi.Iri torpaq sahibliyinin artması labüd olaraq iri torpaq sahiblərinin xüsusi hakimiyyətinin meydana gəlməsinə gətirib çıxarır ki, bu da qeyri-iqdtisadi məcburiyyət vasitəsi kimi yaranmaqda olan feodalizm quruluşu üçün səciyyəvi idi.


Iri dünyəvi torpaq sahibləri,kilsə müəssisləri və kral xidmətində olan vəzifəli şəxslər tərəfindən sıxışdırılan azad adamlar,öz şəxsi müstəqilliklərindən imtina etməyə və iri dünyəvi,ruhani torpaq sahiblərinin “himayəsinə” (mundium) girməyə məcbur oldular ki,bu adamlar da ,beləliklə,onların senyorları (ağaları) oldular. Şəxsi himayəyə girmək hadisəni “kommendasiya” adlanırdı. Kommendasiya təcrübədə tez-tez torpağa görə aslı hala düşmə ilə müşayət edilirdi. Torpağa görə asılı hala düşmək torpaqsız adamlar üçün çox hallarda onların tədriclə şəxsi aslılığa da düşməsi demək idi. Kommendasiya,eyni zamanda ,iri torpaq sahiblərinin siyasi nüfuzunu da gücləndirir və nəsli ittifaqları,icma təşkilatını qəti olaraq dağıdırdı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin