Qalliya – Roma əhalisi və frank cəmiyyətinin feodallaşmasında onun rolu.
Feodallaşma prosesi təkcə frankların öz içərilərində getmirdi. Bu proses Frank dövləti əhalisinin çoxunu təşkil edən Qalliya –Roma əhalisi içərisində daha sürətlə gedirdi. Barbar
istilaları nəticəsində,xüsusən Cənubi Qalliyada , quldarlıq quruluşunun əsasları dağıdıldı,qismən iri torpaq sahibliyi sarsıdılıdı. Burada burqundlar və vestqotlar torpaqları bölüşdürmüşdülər. Bölüşdürülən torpaqların mühüm hissəsini onlar yerli əhalinin əlindın almışdılar. Lalkin onlar torpaq üzərində xüsusi mülkiyyəti ləğv etmədilər. Qalliya –Roma əhalisi içərisində,hər yerdə,təkcə xırda kəndli torpaq mülkiyyəti deyil hətta qulların vəziyyətlərinə görə Roma kollonlarına yaxın olub özgə torpaqlarında yaşayan adamların istismarına əsaslanan iri kilsə və dünyəvi torpaq sahibliyi də qalmışdı.
“Salik qanunları” Qalliya-Roma əhalisini üç kateqoriyaya bölür: “kralin süfrə yoldaşları” – bunların simasında Qalliya-Roma əhalisinin kralla yaxınlıq edən ,görünür,iri torpaq sahiblərindən ibarət imtiyazlı qrupunu görmək olar; “posseorlar” – xırda mülk sahibləri və kəndlilərdən olan torpaq sahibləri ;işləyən adamlar (“tributarilər”) –onlar mükələfiyyətlər icra etməyə borclu idilər. Görünür, bu adamlar müəyyən şərtlər müqabilində özgə torpaqlarından istifadə edən adamlar idilər .
Torpaq üzərində xüsusi mülkiyyəti ıskidən mövcud olduğu Qalliya- romalılara qonşuluq,təbii ki,Frank cəmiyyətində icma münasibətlərinin dağılmasını və feodallaşmanı sürətləndirdi. Qalliya-Roma qulları və kollonlarının vəziyyəti yoxsullaşmış frannk icma üzvlərinin düşdükləri asılılıq formalararına təsir göstərirdi. Feodallaşma prosesində dağılmaqda olan son antik münasibətlərin təsiri Cənubi Qalliyada xususilə böyük idi. Burada istilaçılar Qalliya-romalılarla ümumi kəndlərdə sıx qonşuluqda yaşayırdılar. Burada şimala nisbətən qədim almanlar içərisində torpaq üzərində xüsusi müliyyət özünün roma formasında daha tez bərqarar oldu;icma –markaya keçid daha tez baş verdi, onun dağılması və barbar əyanlarının iri torpaq mülkiyyətinin inkişafı sürətlə getdi. VI-VII əsrlərdə qədim alman iri torpaq sahiblərinin istismar hədəfi hələlik asılı kəndlilər deyil , torpağa köçürülmüş qullar, kollonlar, azadlığa buraxılmışlar idi. Onların isə vəziyyətləri çox halda Roma hüquq ənənləri ilə müəyyən olunurdu. Bununla belə Cənubi Qalliyanın franklar tərəfindən istilası həm barbar həm də Qalliya –Roma əyanlarına məxsus iri torpaq mülkiyyətinin parçalanmasına səbəb oldu və özünün etnik tərkibinə görə qarışmış olan xırda mülkiyyətçilər- kəndlilər təbəqəsini möhkəmləndirdi. Qalliya-Roma və qədim almnan münasibətlərinin qovuşması prosesində istilaçılarla yerli əhali arasındakı hüquqi və etnik fərqlər krallığın bütün vilayyətlərində tədriclə silinib aradan qalxməşdı. Xlodviqin oğulları zamanında qoşunda iştirak etmək vəzifəsi krallığın bütün sakinlərinə,o cümlədən qalliyalı- romalılara da aid edilir. Digər tərəfdən frank kralları roma imperiyasındn qalma və əvvəllər ancaq qalliya-roma əhalisindən alınan torpaq və can vergilərinin istilaşılara- qədim almanlarada şamil etməyə cəhd göstərirdilər.
Kral hakimiyyətinin bu siyasəti ilə əlaqədar olaraq Qalliyada dəfələrlə üsyan qalxdı. Bunların ən böyüyü 579-cu ildə Limojda baş verdi. Kral Xilperikin torpaq vergisini artırmasından hiddətlənən xalq kütlələri vergi siyahılarını ələ keçirib yandırdılar və vergi yığan kral məmurunu öldürmək istədilər. Xilperikin üsyançılara amansızcasına divan tutdu və Limorj əhalisinə daha artıq vergilər qoydu. Frank cəmiyyətinin həyatında getdikcə daha cox ictimai fərqlər ön plana çıxır: bir tərəfdən Qalliya-Roma, burqund və frank torpaq sahibləri olan əyyanlar,digər tərəfdən isə müxtəlif hüququ vəziyyətdə olan qədim alman və Qalliya-Roma xırda əkinçiləri getdikcə daha çox yaxınlaşır. Gələcək feodalizim cəmiyyətinin əsas siniflələri-feodallar və asılı kəndlilər sinifləri yaranmağa başlayır.
Merovinq dövrü Frank krallığı artıq, VI əsrin sonu –VII əsrin əvvəllərindən erkən feodal cəmiyyəti idi. Doğrudur ,bu dövlətdə feodallaşma prosesi kifayət qədər ləng inkişaf edirdi. VII əsrin lap sonlarına qədər fran cəmiyyətinin əsas təbəqəsi azad xırda torpaq sahibləri idilər. Ölkənin şimalında onlar hələ də azad icma – markalar halında birləşmişlər.
Dostları ilə paylaş: |