Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə26/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   22   23   24   25   26   27   28   29   ...   263
Orta srlr tarixi S D Skazkin

Vestqot krallığının yaranması.

Ostqotların qonşusu olan vestqotlar hunların basqınlarından ehtiyat edərək ailələri ilə birlikdə öz yerlərindən tərpəndilər. Dunayı keçib Roma imperiyasının ərazisinə daxil oldular və 376-cı ildə Roma höküməti tərəfindən Meziyada (indiki Bolqarıstanın bir hissəsi) federat - imperiyanın müttəfiqi sifəti ilə məskunlaşdırıldılar.


Vestqotlar öz idarəçilik qaydalarını və adətlərini saxladılar. Onlar sərhədlərin qorunması sahəsində hərbi xidmət göstərməli idilər. Lakin Roma hakim dairələri vədlərinin əksinə olaraq onları ərzaqla təmin etmədilər. Aclıq, Roma məmurlarının zorakılığı və zülmü nəticəsində vestqotlar üsyana qalxdı. Başqa qədim alman tayfalarından olan dəəstələr də onlarla birləşdi. Frakiya mədənlərində işləyən filizçilər və bu yerlərdə romalıların qulları olan bir çox barbarlar





  • qədim almanlar da, həmçinin vestqotlara qoşuldular. 378-ci ildə Adrianopol yaxınlığındakı vuruşmada qot atlıları Roma ordusunu darmadağın etdilər, imperator Valent isə həlak oldu.

382-ci ildə Roma imperatoru Feodosi üsyanı yatıra bildi. Vestqotlar yenidən federat sifəti ilə məskunlaşdırıldılar (Meziya, Frakiya və Makedoniyada) . Lakin 395-ci ildən sonra onlar əsilzadə Balt nəslindən olan bacarıqlı hərbi başçı Alarixin rəhbərliyi ilə yenidən üsyana qalxıb, onu kral seçdilər. Üsyan çətinliklə yatırıldı və Roma Balkan yarimadasının qərbində zəngin İlliriya əyalətini məskən salmaq üçün vestqotlara verməyə məcbur oldu.


Vestqotların Roma ilə sonrakı mübarizəsi Qərbi Roma imperiyası ərazisinə keçdi. Vestqotları İtaliya özünə cəlb edirdi və V əsrin əvvəllərində onlar bura müdaxilə etdilər. Vestqotların Romaya qarşı hərbi əməliyyatları bir sıra illər ərzində vaxt aşırı ittifaq haqqında sazışlərlə əvəz olunurdu.


Lakin 408-ci ildən etibarən Roma hökümətinin vestqotlar üzərində bir sıra qələbələr çalmış Stilixonun vəzifəsindən götürülməsi və onun edam edilməsindən sonra vestqotların hücumu


gücləndi. Stilixon qoşunlarından çoxlu barbarlar - qədim almanlar, habelə böyük miqdarda Roma qulu Alarixin tərəfinə keçdi. Alarix bir neçə dəfə Romaya yaxınlaşdı və onu mühasirə etdi. 410-cu ildə vestqotlar Romanı alıb qarət etdilər.

Dünya imperiyasının paytaxtının süqutu müasirlərində çox böyük təəccürat doğurdu. Antik mədəniyyət nümayəndələrinin bir çoxuna belə gəldi ki, Romanın süqutu ilə bütün dünya nəhv olacaqdır. Lakin Roma ilə barbarlar arasında mübarizə davam edirdi. Dağıdılıb bərbad qalmış İtaliyada ərzaq çatışmazlığı üzündən bənd ala bilməyən vestqotlar, Alarixin varisi Ataulun başçılığı altında üzüb Siciliyaya keçmək üçün uğursuz bir cəhd göstərdikdən sonra Cənubi Qalliyaya keçdilər. Baqaudların xalq üsyanları imperator taxtı iddiaçılarının qiyamları və müxtəlif barbar tayfalarının hücumları Qalliyada Roma ağalığını sarsıtmışdı.


Bir neçə illik mübarizədən sonra vestqotlar imperiya höküməti ilə sazişə əsasən federat sifəti ilə Cənub-qərbi Qalliyada (Aktivaniyada) məskunlaşdılar. 418-ci ildə Roma imperiyası ərazisində ilk barbar dövləti - paytaxtı Toloza (müasir Tuluza) olan Vestqot krallığı meydana gəldi. Akvitaniyada məskən salmalarından az sonra vestqotlar torpaqları yerli əhali ilə bölüşdürdülər. Roma torpaq sahiblərinə birinci növbədə imperator sülaləsinə və iri Roma sahibkarlarına məxsus əkin yerlərinin üçdə ikisini və başqa yerlərin yarısını özlərinə götürdülər.





  1. əsrin ikinci yarısında vestqotlar Luara və Dyuranedan cənuba doğru bütün Qalliyanı, habelə İspaniya ərazisinin çoxunu istila etdilər. VI əsrin əvvəllərində franklar Tuluza vestqot krallığını darmadağın etdilər və 507-ci ildə Akvitaniya Frank krallığının tərkibinə daxil oldu. Vestqot dövlətinin mərkəzi İspaniyaya keçdi. Vestqot dövlətinin tərkibinə ispan torpaqlarından başqa Qalliyanın cənubunda bir vilayət - Septimaniya daxil idi. Bu dövlət VIII əsrlərin

əvvəllərinə qədər yaşadı. Onu ərəblər işğal etdi.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin