Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Qədim alman tayfalarının ictimai quruluşu



Yüklə 3,06 Mb.
səhifə22/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   18   19   20   21   22   23   24   25   ...   263
Orta srlr tarixi S D Skazkin

Qədim alman tayfalarının ictimai quruluşu.


Qədim almanlar e.ə. I əsrin ortalarında.

Yuli Sezarın "Qalliya müharibəsi haqqında qeyd"lərində və onun müasiri olan başqa antik müəlliflərin əsərlərində olan məlumatlar göstərir ki, e.ə. I əsrin ortalarında qədim almanlar nəsli quruluşda yaşayırdılar. Müxtəlif qədim alman tayfalarının ictimai inkişaf səviyyəsi eyni deyildi. Bu zaman onların bəziləri, məsələn, Şimali Almaniya və Yutlandiyada yaşayanlar oturaq həyata keçmişdilər. Əkinçilik onların təsərrüfatında başlıca rol oynayırdı. Torpaq əksər


hallarda öküz qoşulmuş xışla şumlanırdı. Hələ yeni eranın başlanğıcınadək qədim almanlar yüngül təkərli kotandan istifadə etməyə başlamışdılar.Başqa qədim alman tayfaları, məsələn, Sezarın vuruşduğu qədim almanlar e.ə. I əsrdə hələ tutduqları ərazidə qəti olaraq oturaqlaşmamışdılar. Roma sərkərdəsinin müşahidələrinə görə onlarda maldarlıq olduqca mühüm əhəmiyyətə malik idi. Əkinçilik də nəzərə çarpan rol oynayırdı. Belə tayfaların köçü artıq köçərilərin adi yerdəyişməsi olmayıb yeni torpaqlara olan ehtiyatdan doğurdu. Əkinçiliyin ekstensiv xarakteri ilə əlaqədar idi. Qədim almanlarda bu zaman əkinçilikdə dincə qoyma sistemi üstünlük təşkil edirdi. Bu sistemdə əkin sahələri vaxt aşırı dəyişdirilir, əkin yerlərinin mühüm hissəsi torpaqların məhsuldarlığını bərpa etmək məqsədilə uzun müddət dincə qoyulurdu.

Almaniyanın bəzi yerlərində o qədər də çox olmasa da külçədən dəmir alınırdı. Mis və gümüş mədənləri, duzlaqlar da vardı.Qədim almanlar kəndlərdə məskunlaşırdılar. Bu kəndlərdə də adətən nəsli icmalar yaşayırdılar.


Düşmənlərin basqınlarından qorunmaq üçün onların istehkamları - torpaq sədləri və çəpərləri olan buruqları vardı. İcma qədim almanlarda əsas təsərrüfat özəyi idi. İcmanın adətən ardıcıl sürətdə bir-birini əvəz edən üç formasını fərqləndirirlər: 1) qan qohumluğu icması, 2) əkinçilik icması və 3) qonşuluq icması (və ya marka). Sezar zamanında qədim almanlarda qan qohumluğu icması yayılmışdı. Bu icma üçün kollektiv istehsal və bütün torpaqlar üzərində kollektiv mülkiyyət səciyyəvidir. İcma üzvləri torpağı birgə becərirdilər. Torpaqlar hər il (və ya bir neçə ildən bir) nəsillər arasında yenidən bölüşdürülürdü. Sezar qədim almanlar haqqında məlumat verərək göstərirdi. "Onların heç birinin xüsusi mülkiyyətində dəqiq ölçülüb ayrılmış torpaq sahəsi və ya mülkü çoxdur: lakin vəzifəli şəxslər və ağsaqqallar hər il nəsillərə və birlikdə yaşayan qohum qruplara istədikləri yerdə və istədikləri qədər torpaq ayırıb verir, bir ildən sonra isə onları başqa yerə köçməyə məcbur edirdilər".


İctimai quruluşu və idarəçiliyin təşkili bu cür təsərrüfat sisteminə müvafiq idi. Siniflərə bölgü və dövlət çox idi. Ali hakimiyyət orqanı xalq yığıncağı idi. Bu yığıncaqlarda silah gəzdirmək hüququna malik olan bütün yaşlı kişilər iştirak edə bilərdilər. Nəsli ağsaqqallar başlıca olaraq məhkəmə funksiyası yerinə yetirirdilər. Müharibə zamanı hərbi başçı seçilirdi. Müharibə artıq qədim alman cəmiyyətinin həyatında çox görkəmli yer tuturdu. Bəzi alman tayfaları bu zaman başqa tayfaları özlərinə tabe etmiş və onları bac verməyə məcbur etmişdilər.


Qonşu tayfalar üzərinə hərbi basqınlar təşkil etmək üçün başçılar onların arxasınca könüllü surətdə getməyə hazır olduqlarını bildirən döyüşçülərdən dəstələr düzəldirdilər. Bu müvəqqəti fəaliyyət göstərən dəstələr gələcək hərbi drujnaların rüşeymləri idi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin