Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə18/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   14   15   16   17   18   19   20   21   ...   263
Orta srlr tarixi S D Skazkin

Siyasi quruluşda dəyişikliklər.

Quldarlıq quruluşunun böhranı Roma cəmiyyətinin siyasi və hüquqi təsisatlarında və məfkurəsində özünü göstərirdi. Ölkə daxilində sinfi ziddiyyətlər, əyalətlərdə mərkəzdən ayrılma meyillərinin artması, xarici düşmənlərin hücumlarının güclənmə - qulçuluğun maddi ehtiyatlarının azalması Roma dövlətini yeni şəraitə uyğunlaşmağa məcbur etdi. Bununla əlaqədar olaraq dövlətin idarə olunması getdikcə daha çox imperatorun və onun təyin etdiyi məmurların əlində cəmləşirdi. İmperatorun hakimiyyəti qeyri-məhdud olmuşdu. Senatın əhəmiyyəti tamamilə zəifləmişdi. Mərkəzdə və yerlərdə hakimiyyət tamamilə şişkinləşmiş, hərbi bürokratiya aparatının əlinə keçmişdi. Şəhərlərin keçmiş muxtariyyəti aradan qalxmışdı. Ordu xeyli artmışdı. Onun özəyi indi Roma kəndliləri deyil, muzdla tutulmuş barbarlar idi.


Şişkişləşmiş dövlət aparatının, ordunun saxlanılması və dövlətin hakim təbəqəsinin senator-əyanların varlanması üçün əhalidən vergilər və müxtəlif mükəlləfiyyətlər şəklində mümkün qədər daha çox izafi məhsul qoparılması, dövlətin başlıca vəzifələrindən biri olmuşdur. Dövlət vergilərin müntəzəm alınmasını təmin etməkdən ötrü şəhərlərdə kurialları kuriyalara təhkim etmiş, onlara torpaqlarını özəninkiləşdirməyi qadağan etmiş və vergi alınmasının daim qaydada olması üçün onları elliklə zaminliyə cəlb etmişdi. Şəhər sənətkarları da öz peşələrinə təhkim olunmuşdular. Onlara öz kollegiyalarını (sənətkarların peşələr üzrə birlikləri) tərk etmək qadağan olunmuşdu.Onlar dövlətin xeyrinə natural mükəlləfiyyətlər icra etməli idilər.


Lakin bütün bu tədbirlər quldar dövlətinin tədriclə dağılması və feodalizm siyasi quruluşu ünsürlərinin əmələ gəlməsinə mane ola bilmədi. Roma imperiyası quldarlıq quruluşunun böhranı şəraitində öz gücünü və birliyini qoruyub saxlaya bilmədi. Roma əyalətlərinin, tədriclə iqtisadi, siyasi və mədəni əlahiddələşməsi prosesi 395-ci ildə imperiyanın iki hissəyə - Qərb və Şərq hissələrinə ayrılmasına gətirib çıxardı. İtaliya, Qalliya, Britaniya, İspaniya, Dunayətrafı əyalətlər (İlliriya və Pannoniya), həmçinin Şimali Afrika Qərbi Roma imperiyasının tərkibində qaldı.


Balkan yarımadası, Kiçik Asiya, Misir və başqa şərq əyalətləri Şərqi Roma imperiyasının tərkibinə daxil oldu ki, bu da sonralar Bizans adlandı. İmperiyanın qərb və şərq hissələri faktiki olaraq müstəqil dövlətlərə çevrildilər.


Qərbi Roma imperiyasının siyadı quruluşunda dəyişikliklər iri dünyəvi sahibkarlar və kilsənin xüsusi hakimiyyətinin inkişafında, xüsusi himayəçilik münasibətlərinin yayılmasında, əyalətlərdə mərkəzdən ayrılma meyillərinin artmasında özünü göstərdi. İri sahibkarların xüsusi


hakimiyyətinin genişlənməsinə, müəyyən dərəcədə hökümət özü kömək göstərirdi, kolonlardan vergi toplamaq, onlardan orduya əsgər vermək vəzifəsini iri torpaq sahiblərinə həvalə edirdi. Ayrı-ayrı iri sahibkarlar özləri muzdlu əsgərlərdən ibarət hərbi dəstələr saxlayır, öz mülklərini hasar və qüllələrlə əhatə edirdilər.

Əyalətlərdə əvvəllər mərkəzi hökümət məmurlarının əlində olan hakimiyyət tədriclə yerli əyanların əlinə keçirdi. Ali hərbi rəislər müstəqillik əldə edirdilər. Onlar adətən barbarlardan ibarət olan buksellyarilər adlanan dəstəyə arxalanaraq dövlətə deyil, öz sərkərdələrinə xidmət edirdilər. Onların qarşısında and içir və döyüşdə onların yanında durjinalar kimi vuruşurdular. Bütün bunlar feodalizm cəmiyyəti üçün səciyyəvi olan siyasi quruluş rüşeymlərinin meydana gəlməsi demək idi. Doğrudur, iri sahibkarların siyasi hakimiyyəti hələ rüşeym halında idi. Yerlərdə mərkəzi hakimiyyət orqanları, şəhərdə isə hökümətin bələdiyyə orqanları hələ öz əhəmiyyətini saxlamaqda idi. İri sahibkarların xüsusi qoşunları, eləcə də möhkəmləndirilmiş villalar, hələlik bütün ölkə üçün səciyyəvi hal deyildi. İri sahibkarların kəndlər üzərində himayəçiliyi xüsusi qoşunlar və məhbəslər qanuni hesab olunmurdu. Əyalət əyanlarının mərkəzdən ayrılma meyli olan hissəsinə qarşı onların barbarlara və üsyançı xalq kütlələrinə qarşı mərkəzi hökümətə arxalanan digər hissəsi və kilsə çıxış edirdi. Mərkəzləşmiş dövlət aparatı getdikcə öz təsirini itirsə də Qərbi Roma imperiyasının lap dağılmasına qədər mövcud olmaqda davam edirdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin