Sovet orta əsr şünaslığında feodalizmin mənşəyi problemi.
Avropada feodalizmin mənşəyi problemi sovet ortaəsrşünaslarının diqqətini həmişə cəlb etmişdir.Burjua tarixşunaslığı ilə mübarizənin gedişində bir neçə nəsildən olan alimlərin apardıqları böyük tədqiqat işi nəticəsində, bu məsələ ilə əlaqədar dərslikdə şərh olunmuş ümumi görüş yaranmışdır.Sovet tarixçiləri bu görüşü işləyib hazırlayərkən feodalizmin mənşəyi probleminin qoyuluşunda hələ marksizim bannlərinin irəli sürdükləri ümumi metodoloji prinsiplərə əsaslanmışlar.
Sovet ortaəsrşunasları,xüsusilə feodalizmin mənşəyi haqqında F.Enkelsin irəli sürdüyü görüş mövqeyindən çıxış etmiş, onun əsas müddəalarını yeni , F.Enklesin dövründə məlum olmayan konkret materialın köməyi ilə inkişaf etdirmiş və dəqiqləşdirmişlər.
Feodalizmin mənşəyi haqqında müasir marksisit-leninçi görüşünü yaradılmasında sovet ortaəsrşünaslığının yaşlı nəslinin böyük xidməti olmuşdur. A.D.Udalsov (1883-1959) hələ 30-cu illərdə , A.Dopşun əksinə olaraq Sezar və Tasit dövrünün qədim almanlarında ibtidai icma quruluşunun hökmüranlığını inandırıcı şəkildə sübut etdi.O
özünün “Karolin Flandriyasının aqrar tarixində” adlı monoqrafiyasında (1935) bu vilayətin tarixinə dair materiallar əsasında icmanın votçina mənşəyinə malik olması haqqında burjua nəzəriyyəsini tənqid etdi; sübut etdi ki, orada, hətta ıx əsrdə də azad icmamarka böyük əhəmiyyət kəsb etməkdə idi. N.P. Qrasianski (1886-1945) hələ 1919-cu ildə ,sonra isə 20-ci illərdə A.Dopşu erkən orta əsrlərin ən mühüm mənbələrini istədiyi kimi şərh etdiyinə; «votçina kapitalizmi» nəzəriyyəsinə görə və votçinanı kəndlilər üçün əlverişli bir ictimai təsisat kimi cəhd etdiyinə görə inandırıcı şəkildə tənqid etdi.”X ̶XII yüzilliklərdə burqund kəndi” (1935) monoqrafiyasında N.P.Qrosianski Burqundiyada feodalizmin mənşəyinin xüsusiyyətlərini göstərdi.Hərçənd kifayət qədər əsasları olmadığı halda bu prosesdə burqund icmasının - markasının rolunu kiçiltdi. Lakin sonralar 30-40-cı illərin sonlarında yazdığı məqalələrdə icmanın təkcə franklarda deyil, eləcə də vestqotlar və burqundlarda da onların Qalliyada məskunlaşmasından əvvəl olduğu kimi, bilavasitə Qalliyada məskən saldıran sonra da qalması faktını müəyyən etdi.
Qərbi Avropada feodalizmin mənşəyi probleminin nəzəri həlli üçün A.İ.Neusıxinin (1898-1969) əsərlərinin böyük əhəmiyyəti oldu. O, "VI-VIII əsrlərdə Qərbi Avropada asılı kəndlilərin erkən feodalizm cəmiyyətinin bir sinfi kimi meydana gəlməsi" kitabında (1956) mənbələrin; o cümlədən, "barbar qanunları"nın geniş məlumatına əsasən erkən orta əsrlər dövründə müxtəlif qədim alman xalqlarında azad icma üzvlərinin asılı kəndlilərə çevrilməsi prosesini araşdırdı. Müxtəlif xalqlarda bu prosesin gedişində ümumi və özünəməxsus cəhətləri aşkara çıxarmaqla yanaşı o, inandırıcı şəkildə göstərdi ki, hamıda həmin prosesin çıxış nöqtəsi azad icma olmuşdur.
A.İ.Neusıxin cəmiyyətin feodallaşmasının iqtisadi əsasını, düzgün olaraq icmanın, böyük ailənin sonradan baş verən dağılmasında, ayrı-ayrı icma üzvlərinin fərdi torpaq mülkiyyətinin meydana çıxmasında görür. Sonra onların çoxunun bu mülkiyyəti yetişməkdə olan iri torpaq sahibləri sinfinin xeyrinə itirməsi prosesi baş vermişdir. Azad xırda mülkiyyətçilərin - azad icma üzvlərinin mühüm hissəsinin iri torpaq sahiblərinin istifadələrinə çevrilməsi - mülkiyyət münasibətlərinədək məhz bu irəliləyişlərin nəticəsi idi. Özünün "VIII-XII əsrlərdə Almaniyada azad kəndlilərin taleyi" adlı digər əsərində (1969) A.İ.Neusıxin başlıca olaraq kartulyarilərin məlumatları əsasında Almaniyada feodallaşma prosesinin xüsusiyyətlərini; onun ləng getməsini, votçinanın yaranması dövründə orada azad icmanın - markanın uzun müddət qalmasını aydınlaşdırdı, habelə T.Mayerin "Kral azadlığı" nəzəriyyəsini inandırıcı surətdə tənqid etdi.
Nəzərdən keçirilən problem üçün S.D.Skazkinin (1890-1973) "Orta əsrlərdə Qərbi Avropada kəndlilərin tarixinə dair oçerklər" (1968) əsərinin mühüm nəzəri əhəmiyyəti vardır: S.D.Skazkin burjua orta əsr şünaslığı ilə toqquşmalarına qədər, qədim alman xalqlarında icma quruluşunun hökmranlıq etməsi və icma - markanın icma təşkilatının son forması kimi feodalizmin mənşəyi dövründə və hətta, inkişaf etmiş feodalizmdə Qərbi Avropanın bir çox ölkələrində davam etməsi tezisini müdafiə etdi. S.D.Skazkin də həmçinin, azad icma üzvlərinin torpağa olan mülkiyyətinin itirilməsinin feodallaşmanın başlıca amili hesab edir, dövlət siyasəti, feodal zorakılığı və şəxsi əlaqələrin bərqərar olunmasında isə yalnız bu prosesi sürətləndirən köməkçi vasitələri köçürdü. S.D.Skazkinin xidməti bir də bundan ibarətdir ki, o, Avropada feodalizmin mənşəyində iki yolu aydın müəyyən etdi: qarşılıqlı qovuşma yolu - bu yolla inkişaf edərkən feodalizm dağılmaqda olan son Roma quldarlıq münasibətləri və qədim alman ibtidai icma münasibətlərinin qarşılıqlı təsiri prosesində yaranmışdır; ibtidai icma formasiyasından bilavasitə feodalizmə keçid yolu - bu yol son Roma ənənələrinin əhəmiyyətli
bir təsiri olmadan inkişaf edən xalqlar üçün səciyyəvidir. Bu görüş Qərbi Avropada feodalizmin mənşəyi prosesinin təsnifat əsasında dərindən nəzərdən keçirilməsi üçün çıxış nöqtəsi oldu ki, bu da Sovet orta əsr şünaslığının inkişafının müasir mərhələsi üçün səciyyəvidir. Hazırda həmin görüş Qərbi Avropanın ayrı-ayrı xalqları və ölkələrində, həmçinin Bizansda bu prosesin tarixinə dair zəngin fakt materialına malikdir.
Sovet alimləri 60-cı illərin əvvəlindən bu materialın həm də qismən ayrı-ayrı ölkələrin və xalqların tarixinə dair tarixi tədqiqatların müqayisəli tarixi təhlilinə əsaslanaraq Qərbi Avropada və Bizansda feodalizmin mənşəyini müxtəlif tiplərə ayırmaq cəhdlərini davam etdirdilər.
Bu məsələni hələlik qəti həll olunmuş hesab etmək olmaz. Lakin artıq indi şübhəsizdir ki, feodallaşma prosesi müxtəlif xalqlarda və müxtəlif ölkələrdə mühüm özünəməxsus xüsusiyyətlərə malik olmuşdur. Buna görə də onun "germanizm" və "romanizm" nəzəriyyələri ruhunda bir mənalı indi mümkün deyil. Sovet orta əsr şünaslarının çoxu belə bir məsələdə həmfikirdirlər ki, Qalliyada, İspaniyada, İtaliyada, həmçinin Bizansda feodalizm qarşılıqlı təsir yolu ilə inkişaf etmişdir.
Məsələn, şübhəsizdir ki, bu vilayətlərdə votçina quruluşunun formalaşması prosesində azad icmanın dağılması və azad kəndlilərin aradan qalxması ilə yanaşı Roma dövründən qalma iri torpaq sahibliyinin dünyəvi və kilsə təkamülü, asılı kəndli sinfinin formalaşması isə Roma mənşəli qullar və qeyri-azad əhalinin başqa kateqoriyaları müəyyən rol oynamışdır.
Lakin bu qurşağın ayrı-ayrı ölkələrində olması və onların göstərilən prosesə nə dərəcədə edilmiş məsələ hesab etmək olmaz.
həmin müxtəlif meyillərin nisbətinin nə cür təsir etməsi məsələsini hələlik tamamilə həll
Sovet alimləri belə bir məsələdə də həmfikirdirlər ki, Reyndən şərqdə yaşayan qədim alman xalqlarında, Britaniya və Skandinaviya ölkələrində feodalizmə keçid ibtidai icma cəmiyyətinin daxilindən dağılması yolu ilə, Roma ictimai-siyasi ənənələrinin hər hansı nəzərə çarpan təsiri olmadan baş vermişdir. Bu iki inkişaf yolu feodalizmin xalis "romanizm" mənşəyi görüşünə yer qoymur ki, həmin görüş də Bizans da daxil olmaqla, Avropa ölkələrinin heç birində elmi baxımdan təsdiq olunmur.
Bununla belə, Sovet orta əsr şünaslarının tədqiqatları sübut edir ki, feodalizmin mənşəyi prosesi ayri-ayri xalqlarda və müxtəlif ölkələrdəki hər cür xüsusiyyətlərinə baxmayaraq, onun əsasında hər yerdə oxşar zəmin və qanunauyğunluqlar dayanır. Birinci növbədə hər yerdə bu prosesin başlıca məzmununu bir çox burjua alimlərinin hesab etdikləri kimi, hüquq və təsisatların dövlətin təkamülü deyil, mülkiyyət münasibətlərində baş verən dəyişikliklər və bununla müəyyən olunan yeni ictimai siniflərin, hər şeydən əvvəl feodalizm cəmiyyətinin bilavasitə istehsalçılarının formalaşması təşkil edir. Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, feodalizmin əmələ gəlməsi prosesində marka tipli icma quruluşu hər yerdə feodal votçinasının hökmranlığı ilə əvəz olunur. Bu təkcə feodalizmin qarşılıqlı təsir yolu ilə gəlmədiyi xalqlar üçün deyil, həm də qismən qarşılıqlı təsir yolu ilə inkişaf edən vilayətlərə də aiddir ki, bu vilayətlərdə də qədim alman basqınları nəticəsində və ya qismən də olsa, həmçinin azad icmalar möhkəmlənmiş və azad kəndlilər təbəqəsi meydana gəlmişdir. Bu dəyişikliklər hansı konkret formada - şəxsi əlaqələrin bərqərar olması şəklində və ya toxunulmazlıq bəxşişləri formasında baş verməsindən asılı olmayaraq, onların əsasını mülkiyyətin əsas kəndlilərin - icma üzvlərinin əlindən çıxıb yaranmaqda olan feodal sinfinin əlinə keçməsi təşkil
edirdi. Problemin belə izahı onunla müəyyən olunur ki, müasir burjua tarixçilərinin əsas qisminin əksinə olaraq Sovet orta əsr şünasları qədim almanlarda xüsusi mülkiyyətin və votçinanın, habelə ictimai bərabərliyin əzəldən olması nəzəriyyəsini rədd edir və onlarda (başqa xalqlarda olduğu kimi) torpaq üzərində kollektiv icma mülkiyyətinin ilkin olmasının qəbul edilməsi mövqelərində qətiyyətlə durdular.
İstər Roma, istərsə də qədim alman "fasiləsiz inkişafı" ("kontinuntet"i) nəzəriyyələrini rədd edən Sovet alimləri feodalizmə keçidi həm qarşılıqlı qovuşma yolu ilə, həm də qarşılıqlı qovuşma olmadan baş verən inkişaf, dərin ictimai inqilab kimi izah edirlər ki, bu inqilabın da gedişində yeni, bundan əvvəl mövcud olmuş bütün istehsal münasibətlərindən fərqli istehsal münasibətləri - feodal istehsal münasibətləri yaranmışdır.Beləliklə, Sovet orta əsr şünaslığında son 40 il ərzində Qərbi Avropada (və Bizansda) feodalizmin mənşəyi haqqında yaranmış ümumi görüş ən mühüm mərkəzi problemlərin həllində müasir burjua tarixşünaslığında üstünlük təşkil edən görüşlərdən kəskin surətdə fərqlənir.
V-XI
əsrlərdə erkən orta əsrlər
3-cü fəsil
Dostları ilə paylaş: |