Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


XVIII-XIX əsrin birinci yarısının tarixşünaslığında feodalizmin mənşəyi problemi



Yüklə 3,06 Mb.
səhifə13/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   9   10   11   12   13   14   15   16   ...   263
Orta srlr tarixi S D Skazkin

XVIII-XIX əsrin birinci yarısının tarixşünaslığında feodalizmin mənşəyi problemi.

Feodalizmin mənşəyi problemi bu anlayışın özü ilə bir zamanda meydana gəlmişdir.XVIII əsrdə Fransada burjuaziya ilə zadəganlar arasında gedən ideya siyasi mübarizədə bu məsələ ətrafında iki nəzəriyyə yarandı.Əsilzadə qraf Bulenvil ,,germanizm,, nəzəriyyəsini irəli sürdü.Bu nəzəriyyəyə görə feodalizm geran qədim alman istilaları nəticəsində yaranmışdır .Bu da qədim almanlara və onların varislərinə -fransız zadəganlarına hakim vəziyyətdə olmaq hüququ verir.Onlar bu hüquqlarını qanuni olaraq XVIII əsrdə saxlayırlar.,,Üçüncü silkin,, ideoloqu Abbat Dubo bu baxışın əksinə olaraq ,,romanizm nəzəriyyəsi,, ni irəli sürdü.Bu nəzəriyyə qədim alman istilasının mühüm əhəmiyyəti olduğunu inkar edirdi.Onun güman etdiyinə görə Fransada və Qərbi Avropada X əsrdən Roma ənənələrini aramsız inkişafı davam edirdi.Bu ənənələri təmsil edənlər əməksevər Qalliya –Roma əhalisi idi.Ancaq X əsrdə zalım zadəganlar o cümlədən qədim alman mənşəli olanlar sadə xalq üzərində hakimiyyəti ələ keçirdilər və feodalizm quruluşunu bərqərar etdilər.


Maarifçilik dövrü burjua tarixçilərini çoxunu xüsusilə Ş.Monteskyö və Q.Mabli ,, germanizm,, nəzəriyyəsinə meyl edir,lakin ona başqa antifeodal məna verirdilər.Onlar belə hesan edirdilər ki qədim aımanlar ,,Almaniya meşələri,,indən özləri ilə feodal zülmü deyil əksinə onlara məxsus olan azad ,,demokratik quruluş,, gətirmişdilər.


XIX əsrin əvvəlində germanizm nəzəriyyəsinin nüfuzu üstun idi.Xüsusilə Almaniyda və İngiltərədə istər mürtəce istərsə də liberal demokratik tarixcilər feodalizmin başlıca mənbəyini istilaların gedişində Roma qaydalarını təmamilə dağıdan qədim alman ,, xalq ruhu,, nda görürdülər.Onların fikrincə feodalizm quruluşu ancaq qədim alman təsisatlarinin inkişafından məsələn K.F. Eyxqonun hesab etdiyi kimi qismən azad icmadan qismən də güclü nəsli əyanların hökmranlığndan doğmuşdu.XIX əsrin birinci yarsinda Romanizm nəzəriyyəsini nüfuzu yox idi bunun əvəzində feodalizmin qədim alman və Roma ünsurlərini qarşılıqlı surıtdə uyşması prosesində meydana gəlməsi nəzəriyyəsi yarandı və tezliklə məşhurlaşdı.Alman ortaəsrşünaslığında bu nəzəriyyəni K.F.Savili təbliğ edirdi.O təsdiq edirdi ki qədim alman istilaları Qərbi Avropada Roma xalqını və ona məxsus olan xalq ruhunu deməli Roma hüququnu tamamilə məhv etmədi.Bütün bunlar istilalardan sonra da qalmaqda davam edən şəhərlərdə özlərinə sığınacaq tapmışdılar,belə ki kənd vilayətləri,,Alman ruhu,, nun mərkəzinə çevrilmişdilər.Savinyinin fikrincə feodalizm bu müxtəlif hüquq ənələrinin qarşılıqlı təsirindən yaranmışdır.L.Ranke də qədim alman ,Roma qarşılıqlı təsiri nəzəriyyəsinin tərəfdarı idi.


Qədim Alman -Roma qarşılıqlı təsiri nəzəriyyəsini o zaman üçün izahını fransız burjua liberal tarixçiləri O.Tyerri və F.Gizo verdilər.Onlar qədim alman istilaları faktını bunun səmırısini etiraf etməklə həmçinin feodallaşma prosesində Roma ənənələrinin roma hüququ bələdiyyə quruluşu xristian kilsəsi padşahlıq prinsipinin təsirini də göstərirdilər.Onlar gələcək feodalizm cəmiyyətinin əsas sinfinin zadəganların və üçüncü silkin kəndlilər və şəhərlilərin meydana gəlməsində qədim alman istilaları ilə əlaqələndirirdilər.Onların fikrincə məhz bu siniflər arasında gedən mübarizə bütün orta əsrlər tarixinin başlıca hərəkətverici qüvvəsidir.Həmin mübarizəninin davamı isə 1789-cı ilin fransa burjua inqilaıdı.


Bu burjua sinfi mübarizə nəzəriyyəsi siniflərin mənşəyini istilada görür.Feodalizm cəmiyyəti tarixində kəndlilərin feodallarla mübarizəsini deyil zadəganları və şəhərlilərin mübarizəsini ön plana çəkir.


Lakin bu nəzəriyyə bütün çatışmazlıqları ilə yanaşı qədim alman roma qarşılıqlı təsiri görüşunə onun başqa variantlarına nisbətən böyük dərinlik,dinamik və mütərəaqqi çalar gətirdi.

O dövrün mütərəqqi rus ortaşünasları Qranovski ,Kurdryavsev Yeşevski bu tarixçilərə yaxın mövqelərdə dururdular.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin