XIX əsrin ikinci yarısındakı “klassik votçina nəzəriyyəsi” nin izahına görə feodalizm.
Bu işdə mühüm xidmət XIX əsrin son rübündə Avropa ortaəsrşünaslığında geniş yayılmış “klassik votçina nəzəriyyəsi” adlanan nəzəriyyəyə məxsusdur. Onun baniləri və davamçıları –Almaniyada K.İnama-Şterneqq; K.Lamprext, K.Bjuxer və bir çox başqaları; Fransada N-D. Fustel de Kulanj, J.Qlasson, A.Se və başqaları; İngiltərədə T.Roçers,
V.Kenningem, F.Sibom və başqaları; Rusiyada M.M.Kovalevski, P.Q.Vinoqradov, N.İ.Kareev, D.M.Petruşevski, A.N.Savin və başqaları görüşlərindəki bütün müxtəlifliklərə baxmayaraq bir məsələdə həmfikir idilər. Onların hamısı belə hesab edirdilər ki, feodalizm quruluşunun iqtisadi bünövrəsini və onun əsas özəyini iri votçina təşkil edir ki, bu da təhkimli kəndlilərin biyar əməyinə əsaslandlı; həmin kəndilər özgə -mülkədar torpaqlarında yaşayırdılar ki, bu torpaqlarda da natural təsərrüfat hökmranlıq edirdi. Bununla da onlar feodalizmi ancaq siyasi-hüquqi deyil, həm də ictimai-iqtisadi əlamətlərə -iri torpaq sahibçiliyinin, natural təsərrüfatın biyar sisteminin, təhkimçiliyin hökmranlığına görə səciyyələndirirdilər. Lakin feodalizmin bu cür izahı əsl elmin materialist baxışından çox uzaq idi.
“Klassik votçina nəzəriyyəsi”nin tərəfdarları eklektik və pluralist olduqları özlərinin feodalizm haqqındakı izahlarını ənənəvi siyasi-hüquqi izahla uyuşdurmağa cəhd göstərirdilər. Buna onlar müxtəlif üsullarla nail olmağa çalışırdılar. Bu məsləkdən olan tarixçilər (məsələn, Fransada Fustel de Kulady, Y.Qlasson, P.Violle, A.Se; İngiltərədə T.Roçers, F.Sibom və bir çox başqa alimlər, hər şeydən çox, feodalizmi izah edərkən “feodalizmin iqtisadi zəminindən fərqləndirirdilər.
Birinciyə onlar vassal-torpaq sistemi kimi tərif verirdilər; votçina və ya sensor (İngiltərədə “manor” ) quruluşunu, kəndli-senyor münasibətlərini, həmçinin natural təsərrüfatı
onlar əsl feodalizm çərçivəsindən kənar çıxarır, ona sonuncunun iqtisadi fonu kimi baxır, bu siyasi-hüquqi quruluşla paralel inkişaf etdiyini göstərirdilər.
Başqa pozitivist tarixçilər ictimai-iqtisadi əlamətləri feodalizmin səciyyəsinə daxil edir, lakin bu quruluşu bərabər hüquqlu amillərin: siyasi, ictimai, iqtisadi amillərin məcmusu kimi izah edir, bu amillərin heç birinə müəyyənedici yer vermirdilər. K.Lamprext, M.M.Kovalevski
P.T. Vinoqradov, N. İ. Kareev və bəzi başqaları feodalizmə bu cür baxırdılar. Onlar Gizonun formulunu feodalizmin ancaq siyasi tərəfinə aid edirdilər. Feodalizm haqqında bu görüşün sonrakı inkişafı XIX əsrin sonu – XX əsrin əvvəlində “iki feodalizm” nəzəriyyəsi – “siyasi feodalizm və “ictimai feodalizm” nəzəriyyələri oldu. ( D. M. Petruşevski A. H. Savin, Amerika ortaəsrşünası Ç.B. Adams və bəzi başqaları bu nəzəriyyəyə tərəfdar idilər.)
Feodalizm probleminin bütün pozitivistcəsinə izahının ən zəif cəhəti, hər şeydən əvvəl, bu idi ki, bunları irəli sürən tarixçilər feodalizm quruluşunun ictimai-istisadi əsasını- hakim mülkiyyət münasibətlərinin müəyyənedici rolunun qəbul edə bilmir və qəbul etmək də istəmirdilər. Onlar hər dəfə bu quruluşun meydana gəlməsini izah etməyə cəhd göstərərkən hətta “bərabərhüquqlu amillər “ nəzəriyyəsindən də geri çəkilir, dövlətin roluna və ya ivtimai-psixoloji amilə üstünlük verirdilər. Votcina nəzəriyyəsinin tərəfdarları içərisində də daha çox yayılmış bir baxışa görə feodalizm quruluşunun meydana gəlməsinin əsas mənbəyi mülkiyyət münasibtlərinin və cəmiyyətin ictimai quruluşunun təkamülü deyil, onların hesab etdikləri kimi
cəmiyyətin fövqündə dayanan dövlətdən ötrü natural təsərrüfat şəraitində ölkənin gərbi qüvvələrini təşkil etmək zərurətindən ibarət idi. Bunun üçün dövlət hərbi-torpaq sistemi yaratmağa və votçina quruluşunun köməyi ilə onun fəaliyyət göstərməsini təmin etməyə məcbur idi. Bu cür izahda votçina quruluşunun özü də idealizə olunmuş şəkildə nəzərə çarpırdı: Votçina, güya ümumi iqtisadi mənafe ilə bir-birilə bağlı olan feodallar və kəndlilər arasında sinfi ahəngdarlıq orqanı kimi təsvir olunurdu. Burjua amillərinin çoxunun fikrincə bu ortaəsrlər
şünaslıqda “tənqidi istiqamət “ adlanan cərəyanın meydana gəlməsi tarix haqqında burjua fikri böhranının ifadəsi idi. Bu istiqamət Almanyada meydana gəldi, lakin sonradan başqa avropa ölkələrində də yayıldı. Bu istiqamətin nümayəndələri açıq surətdə tarixi materializmə qarşı çıxış edərək pozitivist məsləki tarixçiləri materializmə və marksizmə yardım göstərməkdə ittiham edir və pozitivistlərin irəli sürdükləri bütün anlayışlara və görüşlərə yenidən baxılmasını tələb edirdilər. Tənqidi iqtiqamətin tərəfdarları hər cür yolla tarixdə iqtisadi və ictimai amillərin rolunu kiçiltməyə çalışır, onun inkişafında dövlətin , siyəsət və hüququn birinciliyini təsdiq edirdilər. Onlar feodalizmi yenidən xalis siyasi sistem kimi izah etməyə başladılar, onun hətta vassal torpaq münasibətləri sistemi olması tərifini də rədd edirdilər. Almanyada tənqidi istiqamətin banisi K. Fon. Belov sonralar isə bu istiqamətin ən gökəmli nümayəndələrindən biri-Avstriya ortaəsrşünası A. Depş feodalizmi idarə sistemi hesab edir, onun başlıca xarakterik xüsusiyyətinin yerli hakimlərin nümayəndələrinin ali hakimiyyəti özgəninkiləşdirməsində və yaxud siyasi pərakəndəlikdə görürdülər. Onlar bu feodal idarə sistemini heç bir iqtisadi zəminlə-nə votçina quruluşu ilə, nə də natural təsərrüfatla əlaqələndirmirdilər. Orta əsrlərdə natural təsərrüfatın hökmdarlığını onlar, ümumiyyətlə inkar edirdilər. A.Dopş daha da irəli gedərək votçinanı ümumiyyətlə kapitalist tipli müəssisə hesab edirdi. Onun sxemindən belə çıxırki orta əsrlərdə feodalizm bir siyasi sitem kimi cəmiyyətin iqtisadi əsası olan votçina kapitalizmi ilə çuğlaşmışdı.
ci illərdə D.M.Petruşevski bu nöqteyi nəzərə qoşuldu. O hətta iki feodalizm nəzəriyyəsindən də imtina etdi. Tənqidi istiqamətin bir çox tarixçiləri , məsələn tanınmış ingilis
ortaəsrşünası F.Metland feodalizmin şərti torpaq mülkiyyəti və vassallıq münasibətlərinə əsaslanan hüquqi sistem olması tərifinə qayıtdılar.
Feodalizmin kompleks izahının sonraki inkişafı. 20 ci əsrin ilk onilliklərində feodalizmə nisbətən mürəkkəb və çoxcəhətli yanaşılması ənənəsini ancaq bəzi burjua ortaəsrşünasları saxlamışdılar. Beləki tanınmış Belçika ortaəsrçünası Anri Pireni iki feodalizm nəzəriyyəsinə yaxın görüşdə qalmaqda davam edir və bu mövqedən Dopşu tənqid edirdi. Feodalizmin xalis siyasi izahını məhşur fransız ortaəsrşünası Mark Blok da qəbul etmirdi. Hələ 20 ci illərdə o qətiyyətlə A.Dopşun görüşünə qarşı çıxış edirdi. 1920 ci ildə Blok iqtisadi ictimai tarix annalları jurnalının əsasını qoyanlardan biri oldu ki, bunun da ətrafında müasir burjua tarixşünaslığının ən məhsuldar məktəblərindən biri yarandı.
Blok özünün 30 cu illərə və 40 cı illərin əvvəllərinə aid əsərlərində Feodalizm quruluşunun çoxplanlı təsviri və izahı ənənəsini inkişaf etdirməkdə davam edirdi ki, bu da ilk dəfə hələ pozitivist ortaəsrşünaslığının bəzi nümayəndələri tərəfindən irəli sürülmüşdür. O feodalizmi bu cəmiyyətin mövcudluq şərtləri tərəfindən müəyyən olunan vahid ictimai quruluş kimi təsəvvür edirdi. Blok bu quruluşun ictimai əlaəmətlərini ancaq feodallar sinfi daxilindəki vassallıq əlaqələrində və ya siyasi quruluşda deyil həm də kəndli senyor münasibətlərində görürdü və bu münasibətləri bütövlükdə votçina quruluşu kimi feodalizmin ayrılmaz üzvü ünsürü hesab edirdi. Lakin pluralist metodoloji mövqelərdə qalan M.Blok bu baxışın inkişafında ardıcıl deyildi və ziddiyyətli mövqe tuturdu.O, məsələn torpaq hüququ sistemini nəzərdə tutaraq təsdiq edirdiki Fransada və başqa Qərbi Avropa ölkələrində votçina və ya senyoriya feodalizm sözünün hərfi mənasından çox əvvəl meydana gəlmişdi. Başqa sözlə, pozitivist tarixçiləri amillər üsuluna görə tənqid edən M.Blok əslində özü iki feodalizm haqqında ekletik nəzəriyyəyə qayıdır. Onun baxışlarında digər ziddiyyət özünü bunda göstərir ki , feodalizm quruluşuna tərif verərkən kəndli senyor münasibətlərinin bunda böyük rol oynadığını göstərən Blok bu münasibətlərin cəmiyyətin bütün quruluşu üçün həlledici əhəmiyyətini inkar edirdi. Nəticə etibarilə feodalizm quruluşunun bütün tərəflərini müəyyən edən M.Blok da J.Flakk kimi ümumi asılılıq və himayəçilik şəxsi əlaqələr sistemini həlledici amil hesab edirdi. O, bu əlaqələr sistemində erkən orta əsrlər dövrünün həyat tərzi məişəti və təfəkkürünün primitivliyindən doğan ictimai psixoloji motivlərin və təsəvvürlərin ifadəsini görürdü. Buna görə də M. Blok Fransada və ümumiyyətlə Qərbi Avropada feodalizm cəmiyyəti inkişafının bütöv mənzərəsinin öyrənilməsi və izahı üçün lap çox iş görmüş olsa da onun feodalizm haqqında görüşü bütövlükdə ziddiyyətli və eklektik olaraq qalırdı.
Dostları ilə paylaş: |