Roma imperiyası ilə qonşu olan barbar tayfaları.
Roma imperiyası üçün onunla qonşu əyalətdə olan barbar tayfaları, xüsusilə böyük təhlükə təşkil edirdi. Romalılar Roma mədəniyyətinə yad olan tayfa və xalqları barbar adlandırırdılar. Marksist tarix ədəbiyyatında nəsli quruluşun müəyyən inkişaf pilləsində (maldarlıq və əkinçiliyin meydana gəlməsindən başlayaraq nəsli quruluşun dağılması və sinifli cəmiyyətin formalaşmağa başlaması ilə sona yetən pillədə) yaşayan tayfalar barbarlar adlandırılır.
Keltlər, qədim almanlar, slavyanlar Roma ilə təmasda olan ən iri barbar etnik qruplarına aid edilir. Keltlərin məskən saldığı əsas vilayətlər Şimali İtaliya, Qalliya, İspaniya, Britaniya və İrlandiya idi. Romanın Şimali İtaliya, Qalliya və İspaniyanı işğal etməsindən sonra bu vilayətlərin kelt əhalisi Roma dövlətinin tərkibinə daxil oldu və bu yerlərdə məskən salan romalılarla vahid xalq qaynayıb qarışmaq müvafiq olaraq Qalliya - Roma və ya İspaniya - Roma xalqlarını əmələ gətirdilər. Romalılar tərəfindən işğal olunmuş Britaniyada Roma münasibətlərinin təsiri zəif oldu. Keltlərdə dağılmaqda olan nəsli quruluş hələ də hükmranlıq edirdi. Roma tərəfindən işğal olunmamış İrlandiya keltlərində də ibtidai icma quruluşunun dağılmasına çox qalmışdı.
Qərbi alman tayfaları eramızın əvvəllərinə doğru qərbdə Reyn, şərqdə Visla, cənubda Ali və Dunay, şimalda Şimal və Baltik dənizləri ilə həmsərhəd olan ərazidə yaşayırdılar. Onlar həmçinin Skandinaviya yarımadasının cənubunda da yaşayırdılar. Visla hövzəsində və buradan şərqə doğru, həmçinin bir sıra başqa əyalətlərdə qədim almanlarla yanaşı slavyan tayfaları, Reynin və Dunayın yuxarılarında isə Qalliya və Britaniya əhalisi ilə qohum olan keltlər yaşayırdılar. E.ə. I əsrdə bəzi qədim alman tayfaları Reyni keçdilər və Qalliyada oturaqlaşmağa cəhd göstərdilər. Lakin Yuli Sezar tərəfindən geri - Reynin arxasına oturulduldular. E.ə. I əsrin sonunda Reyndən Elbaya qədər olan ərazi Roma tərəfindən işğal olundu və Roma əyalətinə çevrildi. Lakin bu uzun sürmədi. Qədim almanlarla bir sıra toqquşmalardan sonra romalılar müdafiəyə getdilər. Reyn Roma ilə qədim alman tayfalarının ərazisi arasında sərhəd oldu. Romalılar bu sərhəddi möhkəmləndirmək üçün Roma səddi (Zims Romanus) adlanan müdafiə xətti çəkdilər. Bu sədd Orta Reyndən Yuxarı Dunaya qədər uzanırdı.
Qədim almanlardan şərqə doğru slavyanların əcdadları yaşayırdılar.Onlar Elba və Oderdən Donets, Oka və Yuxaeı Volqaya, Baltik dənizi sahillərindən Orta və Aşağı Dunaya və Qara dənizə qədər geniş ərazidə məskən salmışdılar. Onlar e.ə. II-I əsrlərin antik müəlliflərinə venedlər (və ya venetlər) adı ilə məlum idilər.
Tasitin məlumatına görə yeni eranin başlanğıcına doğru slavyan mayorları - oturaq əkinçi idilər. Onların əsas təsərrüfat sahəsi qırma (kəsmə) əkinçiliyi idi. Onlar, həmçinin maldarlıq, ovçuluq, balıqçılıq və arıçılığı ilə də məşğul olurdular. Onlara metal çıxarılması və emalı, dulusçuluq, yundan və kətandan ip əyrilməsi və parça toxunması da məlum idi. Pulları çox idi. Ticarət mübadilə xarakteri daşıyırdı. Slavyanlar nəsli quruluşda yaşayırdılar.
IV-VI əsrlərdə slavyan tayfa qrupları qərb istiqamətində Elbaya (Labaya) qədər, bəzi yerlərdə daha da irəli, cənuba isə Balkan yarımadasına qədər öz yerlərini xeyli dəyişdilər. VI əsrdə Bizans yazıçılarının əsərlərində slavyan tayfalarının yeni adları meydana gəldi. Sklavinlər və slovenlər; bunlara başlıca olaraq cənubi slavyan tayfaları aid edilirdi. Onlar Orta və Aşağı Dunay boyunda və Dunayla Dnestr arasında yaşayırdılar. Antlar Dnestrlə Dnepr arasında yaşayır və slavyanların şərq qrupunun özəyini təşkil edirdilər.
Bizans tarixçiləri başlıca olaraq Visla və Baltik dənizləri boyunca yaşayan və sonralar Laba (Elba) hövzəsində məskənm salmış slavyanlarla birlikdə slavyanların qərb qolunu təşkil edən slavyan tayfalarını venetlər adlandırırdılar.
IV-V əsrlərdə barbar tayfalarının Roma imperiyasına hücumları gücləndi. Bu tayfalar quldar dövlətinə çox külli zərbələr (Qərbdə imperiyanın dağılmasına gətirib çıxaran) endirdilər və antik quldarlıq cəmiyyətindən feodalizm cəmiyyətinə keçid prosesində böyük rol oynadılar. Onların Roma imperiyası ərazisinə gətirdikləri icma quruluşu feodal münasibətlərinin inkişafı üçün zəmin oldu.
Dostları ilə paylaş: |