Aqrar quruluşda dəyişikliklər. Torpaq sahibliyi formaları.
Son Roma impriyasının iqtisadiyyatında kolonluq xüsusilə böyük əhəmiyyət kəsb etdi. Kolonlar (imperiyanın ilk əsrlərində iri və orta torpaq sahibliyindən istifadə üçün torpaq almış xırda təsərrüfatçılar) töycü verir və bəzən torpaq mülkiyyətçilərinin xeyrinə bəzi başqa natural mülkiyyətlər yerinə yetirirdilər. Lakin tamhüquqlu azad adamlar olaraq qalırdılar. İmperiyanın son dövründə kolonların sayı olduqca artdı; müflisləşən kəndlilər, xırda və orta torpaq mülkiyyətçiləri, həmçinin əsrin alınmış barbarlar kolona çevrildilər; əsri alınmış barbarları əvvəllər köləyə çevirirdilərsə, indi kolon sifəti ilə torpaq sahiblərinə paylamağa başlamışdılar. Kolonların ictimai vəziyyəti pisləşmişdi. Belə ki, onlar tədricən iri torpaq sahiblərindən asılı vəziyyətə düşürdülər. Onların hüquqi vəziyyəti də dəyişdi. Vergilərin aramsız olaraq alınmasını təmin etməyə cəhd göstərən iri torpaq sahibləri və dövlətin mənafeyinə uyğun olaraq kolonlar becərdikləri torpaqlara təhkim olunurdular. Onlar azad adamlara məxsus bəzi hüquqlardan məhrum edildilər; qanuna görə mülkiyyətləri ola bilməzdi, belə ki, onların bütün əmlakı ağalarına məxsus idi. Qanuna görə kolonlar yaşadıqları yerləri sərbəst surətdə dəyişə bilməzdilər: mülki işlərə görə (töycülərin düzgün alınması haqqında iddialar istisna edilməklə) öz ağaları ilə birlikdə mühakimə olunmaq hüququndan məhkum edilmişdilər: onlar həmçinin dövlət xidmətində vəzifə tuta, ruhani ad ala bilməzdilər.
Lakin bununla belə kolonlar qullarla eyni kütləni təmsil etmirdilər. Onlar təsərrüfat baxımından qullara nisbətən daha müstəqil idilər. Öz məhsullarını sata bilərdilər. Onların verdikləri töycü qayda ilə müəyyən edilmiş həddən çox ola bilməzdi. Onlar azad adamların hüquqi vəziyyətinə xas olan bir sıra xüsusiyyətləri saxlamışdılar.
Toapaq mülkiyyəti nəticəsilə də olsa, dövlət vergiləri ödəyirdilər, hərbi xidmətə cəlb olunurdular, bəzi hallarda öz ağalarından dövlət hakimlərinə şikayət edə bilərdilər və s. Onları torpaqsız satmaq olmazdı.
Kolonlar son Roma imperiyasında əkinçi əhalinin orta əsr təhkimli kəndlilərinə daha yaxın olan təbəqəsi idilər. Onlar F.Engelsin ifadəsilə, "orta əsr təhkimlilərinin sələfləri" idilər. Orta əsr təhkimliləri kimi torpağa görə və şəxsən asılı vəziyyətdə olan kolonlar öz
təsərrüftalarını müstəqil idarə edirdilər. Qeyri-iqtisadi məcburiyyətə düçar olan kolonlar əlavə məhsulun bir hissəsini torpaq mülkiyyətyçisinə verirdilər.
Lakin kolonlar orta əsr təhkimlilərindən əhəmiyyətli şəkildə fərqlənirdilər. Quldarlıq münasibətləri onların vəziyyətinə xeyli təsir göstərirdi. Onların istismar olunması üsulları, əslində torpaqlara köçürülmüş qulların istismar edilməsi üsullarından az fərqlənirdi.
Kifayət qədər əmlak hüququna malik olmamaları və hüquqi vəziyyətlərinin qeyri-müəyyənliyi (bəzi hallarda onlar hüquqi cəhətdən qullara bərabər tutulurdular) onların əməyə maraq göstərmələrinə mane olurdu ki, bu da feodalizm cəmiyyətinin asılı kəndliləri üçün səciyyəvidir. Kolonlar üstəlik orta əsrlərdəki kəndlilərdən fərqli olaraq ayrı-ayrı torpaq sahiblərinə deyil, dövlət biyar sisteminə təhkim olunmuşdular və əlavə olaraq quldar dövləti tərəfindən də qəddarlıqda istismar olunurdular. Onların yaşadıqları cəmiyyətdə ictimai vəziyyətinə belə bir şərait də təsir göstərirdi ki, burada fiziki əmək azad adama layiq olmayan bir məşğuliyyət kimi qiymətləndirilirdi. Kolonların feodalizm cəmiyyətinin kəndlilərini üçün səciyyəvi olan ictimai təşkilatı yox idi.
İstismar olunan əkinçi əhalinin tərkibinə qullar, azadlığa buraxılmışlar və kolonlarla yanaşı, prekariçilər iri torpaq sahiblərindən onların müəyyən etdiyi müddətə müxtəlif şərtlərlə istifadə üçün torpaq parçaları almış azad torpaq sahibləri də daxil idilər. Son imperiya dövründə prekariçilərin istifadə etdikləri torpaqlar uzun müddət onlartın ixtiyarında qalır və onlar öz vəziyyətlərinə görə tədriclə kolonlara yaxınlaşırdılar. Bəzən müflisləşmiş və himayəyə ehtiyacı olan xırda mülkiyyətçilər öz torpaqlarının iri sahibkarlara bağışlayır və onu müəyyən şərtlərlə istifadə üçün geri alır, iri torpaq sahiblərinin mülklərində torpaq istifadəçilərinə - prekariçilərə çevrilirdilər.
İri torpaq sahibliyinin inkişafı təkcə torpaq mülkıyyətçilərinin deyil, çox vaxt orta torpaq mülkiyyətçilərinin də müflisləşməsinə gətirib çıxarır, onlar iri dünyəvi sahibkarların, imperator mülklərinin (xəzinə torpaqlarının) və kilsə torpaqlarının istifadəçilərinə çevrilirdilər. Bununla belə Roma imperiyasının dağılması dövründə yaxın iri torpaq sahibliyi kənd təsərrüfatında orta və xırda torpaq mülkiyyətini tamamilə aradan qaldıra bilməmişdi. Orta və xırda torpaq mülkiyyəti Şimal-şərqi Qalliya, Britaniya, Dunayətrafı əyalətlər, Şimali Afrikada nəzərə çarpacaq miqyasda qalmışdı. O, şəhərlərdə də aradan qalxmamışdı. Şəhər icmalarında vergilərin müntəzəm verilməsində və mükəlləfiyyətlərin icra olunmasına məsul olan gurialar - irsi orta torpaq, sahibləri silki hələ imperiyanın iqtisadiyyatında mühüm rol oynayırdılar.
Lakin imperiyanın qərb əyalətlərində bütünlükdə iri, ən çox senator torpaq sahibliyi hakim vəziyyətdə idi. Onun quruluşu III-V əsrlərdə dəyişmişdi. Senatorlara məxsus olan və imperator mülklərindəki qul əməyinə əsaslanan latifundiyaların yerini villalar tutdu.
Villalar daha xırda sahələrə - parsellalara bölünmüşdü. Həmin parsellalar istifadə üçün qullara, azadlığa buraxılmış adamlara, kolonlara, prekariçilərə paylanmışdı.
Beləliklə, iri torpaq sahibliyi xırda təsərrüfatla çulğaşırdı. İmperiyada köhnə formalı villalar da qalmışdı ki, bunlarda da istehsal əvvəlki kimi yenə qul əməyinə əsaslanırdı. Lakin onlar getdikcə öz yerlərini yeni formalı iri mülklərə verirdilər ki, bu da sonralar feodalizm cəmiyyətində hökmran olan təsərrüfat formaları və iqtisadi münasibətlərin rüşeymlərinin meydana gəlməsini göstərdi.
Son Roma imperiyasının aqrar quruluşu üçün emvitevzis kimi torpaq mülkiyyəti formasının yayılması da həmçinin səciyyəvidir. Emfitevzis hüququ ilə torpaq (adətən iri mülklər) icarə edənlər hər il torpaq mülkiyyətçilərinə müəyyən olunmuş vergiləri ödəməlidir və təsərrüfatı yaxşı idarə etməli idilər. Emfitevzis sahibləri bu torpaqları icarəyə verə, irsi keçirə və hətta sata bilərdilər. Torpaq mülkiyyətçisinin isə ancaq həmin mülkləri satın almaq üçün imtiyazı hüququ və ya onların satış qiymətinin müəyyən faizini almaq hüququ alırdı. Torpaq ancaq emfitevzis sahibi üçün il ərzində müvafiq vergiləri ödəməkdə emfitevzis sahibi öldükdə və varis qalmadıqda və ya sahiblik müddəti (əkər əvvəlcədən müəyyən edilmişsə) bitdikdə mülkiyyətçisinə qaytarılırdı. Emfitevzis və bəzi başqa buna oxşar torpaq sahibliyi formaları, xeyli dərəcədə feodalizm cəmiyyəti üçün səciyyəvi olan şərti torpaq mülkiyyətinin sələfləri idilər.
Dostları ilə paylaş: |