Azərbaycan döVLƏt pedaqoji universiteti


Tələbənin adı, soyadı, ata adı



Yüklə 57,58 Kb.
səhifə2/7
tarix02.01.2022
ölçüsü57,58 Kb.
#36446
1   2   3   4   5   6   7
Quliyeva Jalə

Tələbənin adı, soyadı, ata adı: Quliyeva Jalə Afət
Tədris ili: 2020/2021 Qrup: Riz2014M
Fənn: Riyaziyyat təlimində pedaqoji və psixoloji yanaşmalar

Fənn müəllimi: p.ü.f.d., professor C. Abdullayeva

İmtahan tapşırığı: Ənənəvi təlim metodları - müqayisə və analogiya

Ənənəvi təlim metodları ( analogiya, müqayisə)

Təlim metodu – pedaqoji nəzəriyyədə və praktikada ən mürəkkəb və bir sıra məsələləri üzrə vahid qaydada şərhinə hələlik nail olunmamış problemlərdən biridir.

Görünür elə buna görə də riyaziyyatın tədrisi metodikası üzrə metodik işlərin çoxunda müəlliflər təlim metodu haqqında məsələdən yan keçmişlər.

Ə. Paşayev və F. Rüstəmovun 2002-ci ildə çap olunmuş “Pedaqogika” dərs vəsaitində təlim metoduna “təlim metodu təhsil-tərbiyə məqsədlərinə nail olmaq üçün pedaqoq və şagirdlərin nizama salınmış qarşılıqlı fəaliyyətidir” kimi tərif verilir. Metodist alim Ə. F. İbrahimov təlim metoduna “təlim metodları şagirdlərin idrak fəaliyyətinin təşkili üsulları olub, onların biliyə, idrak fəaliyyəti metodlarına yiyələnmələrini və tərbiyələnmələrini təmin edir” kimi müəyyən etmişdir.

Təlim metoduna müəyyən təlim məqsədlərinə nail olmaq üçün ən məqsədyönlü və ən qısa yol kimi tərif verilir. Beləliklə, pedaqoji və metodik ədəbiyyatda “təlim metodu” təlimin “yolları” və “üsulları” kimi şərh edilir.

Dərsdə təlim prosesinə tətbiqi nümunəsində “yol” anlayışını dəqiqləşdirək. Tədris prosesinə müxtəlif tərəflərdən yanaşmaq olar. Məsələn, onun təşkili tərəfdən və ya məzmunu tərəfdən. Obrazlı desək, həm bu, həm də digər anlamda şagirdlər təlim prosesində həqiqətən müəyyən yol keçirlər. Bu yolda dərsin təşkilati quruluşunu təyin edən və ya onun məzmunu tərəfdən öyrənilən materialın şərhi ardıcıllığı dəyişə bilər.

Lakin nəzərdən keçirilən dəyişmə yolunu şagirdlərə zəruri məzmunu mənimsəməyə kömək edən üsul hesab etmək olmaz. Riyaziyyatın təlimi prosesində şagirdlərə yeni biliklər vermək, on-ları təkmilləşdirmək və ya yoxlamaq üçün müəllim və şagirdlərin məqəsdyönlü fəaliyyətlərinin (biliklərin müəllim tərəfindən şifahi şərhi, söhbət, müşahidə, müstəqil işlərin yerinə yetirilməsi və s.) müxtəlif birləşmə üsulları təlim metodlarıdır.

Bəzən “təlim metodu” anlayışı “metodik priyom” anlayışı ilə eyniləşdirilir, başqa sözlə, təlim metoduna tədris işinin priyomu kimi baxılır. Əlbəttə, bunlar pedaqoji prosesin müxtəlif hadisələrdir.

Metodik priyom və ya təlim priyomu – metodun quruluş hissəsi və ya təlim metodlarında tətbiq olunan ayrı-ayrı əməliyyatlardır. Priyom bitkin didaktik nəticə vermir, lakin onun köməkçi əhəmiyyəti vardır.



Metod – fəaliyyət zamanı necə hərəkət etmək lazım gəldiyini bildirən üsul olub, məqsədə necə nail olmağın yolunu göstərir. Ümumiyyətlə, metod dedikdə nəzəri tətqiqat üsulu, bu və ya digər fəaliyyətin praktik olaraq yerinə yetirilməsi üsulu, obyektiv varlığın dərk edilməsi və ona təsir etmə yolu başa düşülür.

Müəllimlə şagirdlərin fəaliyyəti arasındakı müxtəliflik baxımından təlim metodları iki qrupa bölmək olar:




  1. Yüklə 57,58 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin