Azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 57,58 Kb.
səhifə4/7
tarix02.01.2022
ölçüsü57,58 Kb.
#36446
1   2   3   4   5   6   7
Quliyeva Jalə

Müqayisə və analogiya.

Müqayisə və analogiya – təfəkkürün məntiqi priyomları olaraq həm elmi tədqiqatlarda, həm də təlimdə geniş istifadə olunur.

Müqayisənin köməyi ilə müqayisə olunan əşyaların oxşar və fərqli xassələri müəyyən edilir. Məsələn, üçbucaq və dördbucaqlının müqayisəsi onların ümumi xassələrini: tərəflər, təpələr, bucaqların olmasını, təpələr və bucaqların sayı qədər tərəflərin olmasını, həmçinin fərqli xassələrin üçbucaqda üç təpənin (tərəfin), dördbucaqlıda isə dörd təpənin (tərəfin) olmasını müəyyən etməyə kömək edir.

Paraleloqram və trapesiyanın müqayisəsi onların ümumi xassələrini – hər ikisinin dördbucaqlı olmasını, hər ikisinin paralel tərəflərinin olmasını; həmçinin fərqli xassələrini: paraleloqramda iki cüt, trapesiyada isə bir cüt paralel tərəfin olmasını müəyyən etməyə imkan verir. Adi və cəbri kəsrlərin müqayisəsi onların ümumi xassələrini: surət və məxrəcin olması, məxərci sıfıra bərabər olduqda qiymətin olmaması və s. fərqli xassələrini: adi kəsrin surəti və məxrəcinin ədədlərdən cəbri kəsrin isə cəbri ifadələrdən ibarət olmasını müəyyən etməyə kömək edir.

Müqayisədə aşağıdakı şərtlər gözlənildikdə düzgün nəticə almaq mümkündür:



  1. Müqayisə olunan anlayışlar bircins olmalıdır;

  2. Müqayisə mühüm əhəmiyyəti olan əlamətlər üzrə aparılmalıdır.

Göstərilən müqayisələrdə bu şərtlər gözlənilir.

Belə ki, üçbucaq və dördbucaqlı – bircins anlayışlardır (çoxbucaqlı olduğuna görə), paraleloqram və trapesiya – dördbucaqlıdır, adi və cəbri kəsr – ifadələrdir. Hər üç halda müqayisə mühüm əlamətə görə aparılmışdır. Əgər paraleloqram və trapesiyanın ümumi xassələrinə onların hər ikisinin eyni ABCD hərflərlə işarə edildiyi faktını əlavə etsək və ya onların müxtəlif hərflərlə işarə edilməsinə onların fərqli xassəsi hesab etsək, onda bu müqayisə səhv yanaşmaya gətirər.

Məlumdur ki, istənilən hadisənin mahiyyəti digər hadisələrdən təcrid edilmiş şəkildə mənimsənilə bilməz, bilik qarşılıqlı əlaqədə olan anlayışların ümumiləşmələri sistemidir. Ona görə də müqayisə şagirdlərin idrak fəaliyyətində əsas üsullardan biri hesab olunur. İ. M. Seçenov müqayisəetmə qabiliyyətini insanın ən qiymətli əqli keyfiyyəti hesab edirdi.

Müqayisə üsulundan istifadə etməyi şagirdlərə öyrədərkən aşağıdakı iki cəhət əsas götürülməlidir:



  1. Şagirdlərin mənimsədikləri biliklərin şüurlu və əsaslı olmasını təmin etmək məqsədilə müqayisəyə aid şagirdlərə nümunələr vermək,

  2. Şagirdləri müstəqil müqayisə aparmağa alışdırmaq.

Müstəqil müqayisə etmək bacarığının formalaşdırılmasında mühüm cəhət, müqayisə edilən obyektlər arasındakı oxşar və fərqli cəhətlərin ayırd edilməsi üzrə işin düzgün təşkilidir. Bu məqsədlə evristik müsahibədə: “Bu iki obyekt bir-birindən nə ilə fərqlənir?”. “Bu iki obyekt arasında oxşarlıq nədədir?” kimi suallardan tez-tez istifadə edilə bilər.

Müqayisənin üç növünə:



  1. Obyektlər arasındakı oxşar cəhətlərin aşkar edilməsi;

  2. Obyektlər arasındakı fərqli cəhətlərin tapılması;

  3. Obyektlər arasında həm oxşar və həm də fərqli cəhətlərin tapılması üzrə sadədən mürəkkəbə doğru iş aparılmasına diqqət yetirmək lazımdır.

Misallar göstərək:


Yüklə 57,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin