AZƏrbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13044
1   2   3   4   5   6   7   8   9   ...   14

 
İndiki Ermənistan  ərazisində ermənilərin azərbaycanlılara qarşı 
törətdikləri qırğınlardan bəhs etməkdən öncə Qars vilayətində rus ordularının 
və erməni quldur dəstələrinin törətdikləri vəhşiliklərdən bəhs etmək lazımdır. 
Qars vilayətinin əhalisi etnik mənsubiyyət baxımdan İrəvan xanlığının əhalisi 
ilə demək olar ki, eyniyyət təşkil edirdi. Çünki İrəvan xanlığının  əhalisinin 
əksər hissəsi 19-cu əsrdə baş vermiş Rusiya-İran müharibələrinin nəticəsində 
xanlığın  ərazisindən qaçqın düşərək Qars vilayətində  məskunlaşmışdılar. 
1877-78-ci illər rus-türk müharibəsindən sonra Qars vilayəti hərbi-inzibati 
ərazi kimi Rusiyanın tərkibinə qatılmışdı. Vilayətin yerli türk əhalisi hər cür 
təzyiq və  tə’qiblərə  mə’ruz qalmalarına baxmayaraq yenə  də bölgədə 
əksəriyyət təşkil edirdi. Təsadüfi deyil ki, 1919-cu ildə Paris sülh 
konfransında Azərbaycan Demokratik Cümhuriyyətinin memorandumunda 
qeyd edilirdi ki, Qars ətrafının sakinləri azərbaycanlılarla eyni etnik qrupa 
daxildirlər, onların dini adət-ənənələri, vərdişləri, yaşayış  tərzləri və 
məişətləri Azərbaycanın qalan hissələri ilə eyniyyət təşkil edir. Həmin 
ərazidə yaşayan müsəlmanlar dəfələrlə Azərbaycan hökumətinə müraciət 
etmişdilər ki, Azərbaycan Cümhuriyyətinin tərkibinə qatılmaq istəyirlər. 
Memorandumda  İrəvan quberniyası (bura Naxçıvan,  Şərur-Dərələyəz, 
Sürməli qəzaları, Yeni Bəyazid, Eçmiədzin,  İrəvan və  Aleksandropol 
qəzalarının bir hissəsi daxil edilmişdi) Azərbaycanın keçmiş inzibati-ərazi 
bölgüsü kimi təqdim edilmişdi.
1
  
Digər tərəfdən, 1914-1918-ci illərdə Qars vilayətində ermənilərin 
törətdikləri qırğınların ən qaynar bölgəsindən olan Ağbaba nahiyəsinin əksər 
və  Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə  əsasən 
Ermənistan  ərazisinə qatılmışdı. Bütün bunlara görə, indiki Erəmnistan 
ərazisində ermənilərin törətdikləri qırğınlardın bəhs edərkən Qars vilayətində 
törədilən qırğınlardan bəhs etməmək mümkün deyil. 
1914-cü ildə başlanan rus-türk müharibəsində Körpüköy ətrafında 
rusların məğlubiyyətindən sonra yerli türklərin 37 illik rus-erməni 
əsarətindən qurtaracaqlarına ümidləri artmışdı. Lakin bu sevinc uzun sürmür. 
Türk tarixçisi Fəxrəddin Kırzıoğlunun yazdığına görə, ruslar müharibədə 
dönüş yaradaraq yeni-yeni türk torpaqlarını işğal etməyə başlayırlar. 1914-cü 
                                                           
1
 Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920-ci 
illər, Bakı, 1993, səh. 203-204. 

 
53
il yanvarın 5-də  Ərdahanı  işğal edən Sibir kazak alayı  Çıldırdan Göləyədək 
türk kəndlərində “türklərin gəlişini alqışladınız” deyə, silahsız əhalini, çoluq-
çocuq demədən qətlə başlayırlar. «1915-ci ilin əvvəlindən etibarən üç ay 
ruslar Qars vilayətindəki silahsız türk-müsəlman  əhalisini qırıb qurtarmaqla 
məşğul oldu. Bakıdakı  “İslam Cəmiyyəti Xeyriyyəsi”nin  “Fəlakət və 
hərbzədələrə yardım  şöbəsi” çardan rəsmən izn alıb 1915-ci il aprelin 
əvvəlində yardıma gəlincəyə qədər, çox vəhşicə yapılan bu rus qırğını davam 
etdi.  Ən azı 40000 türk qətl edildi. Bu cəmiyyət rəsmi qeydiyyatla 22000 
hərbzədə qarslıya 1917-ci ilin sonuna qədər yardımını davam etdirib onları 
ölməkdən qurtardı».
1
 
Bakı Müsəlman Xeyriyyə  Cəmiyyəti bu köməkliyi etmək üçün üç 
dəfə Rusiya çarına müraciət etmiş, lakin hər dəfə  rədd cavabı almışdı. 
Bundan sonra cəmiyyət Əlimərdan bəy Topçubaşovun başcılığı ilə Tiflisə – 
Qafqaz canişininin yanına nümayəndə heyəti göndərir. Onlara “Siz Qafqazlı 
müsəlmanlar, bizim düşmənlərimizə yardım etmək istəyirsiniz. Müharibə 
zamanı buna icazə verilməz”
 
– cavabı verilir. Bu zaman Əlimərdan bəy 
Topçubaşov: “Siz iki dövlət – Osmanlı imperatorluğu ilə Rusiya çarlığı 
müharibə edirsiniz. Biz, Sizin düşmənlərinizlə deyil, işğalınız altına aldığınız 
vilayətlərdəki pərişan qardaşlarımıza insani və maddi yardım etmək 
istəyirik”
2
 
–deyərək, icazə almağa nail olur.  
Başqa bir mənbədə göstərilir ki, 1916-cı ildə  Əlimərdan bəy 
Topçubaşov, Ağabala Quliyev və müsəlman icmasının digər üzvləri Tiflisə 
gedərək Qafqaz cəbhəsinin komandanı general Mşlaevski ilə görüşmüş  və 
ondan Qars vilayətindən müsəlmanların erməni qırğınlarından qorunmasına 
təminat verməsini və ermənilərin qətlə yetirdiyi tatar (azərbaycanlı) ailələrinə 
yardım üçün vəsait yığılmasına icazə verilməsini xahiş etmişdilər.
3
  
1915-ci ilin martında Bakı Müsəlman Xeyriyyə  Cəmiyyəti Qars 
ətrafındakı  hərbzədələrə yardım üçün Xosrov bəy Sultanovun başçılığı ilə 
komissiya göndərmişdi. Novruz bayramı  ərəfəsində yola düşən komissiya 
martın 21-də  Gəncəyə  gəlmiş, onları  Həsən bəy Ağayev, Xəlil bəy 
Xasməmmədov,  Ələkbər bəy Rəfibəyov, Xudadat bəy Rəfibəyov qarşılamış 
                                                           
1
 Kirzioglu F., Kars tarihi, I-ci cild, İstanbul, 1953, səh. 554. 
2
 Məmməd Sadıq Aran. “Qardaş köməyi” məqaləsi;1951; Bax: “Ədəbiyyət və 
incəsənət” qəzeti, 2 oktyabr 1990-cı il. 
3
 Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar 
Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце 
XIX начале XX в.), Bakı, 1993, səh. 354-355. 

 
54
və  əlavə maddi yardım göstərmişdilər. Gəncədə  Əhməd Cavad da 
nümayəndə heyətinə qoşularaq Qarsa getmişdi.
1
  
Doktor Xosrov bəy Sultanov 1915-ci il aprelin 8-də  Ərdəhandan 
“Kaspi” qəzetinə göndərdiyi məktubunda yazırdı:” Bütün müsəlman yaşayış 
məntəqələrində bir nəfər də olsa, canlı insan tapmaq mümkün deyil. Yalnız 
iki məntəqəyə 500-600 qadın və uşaq yığılmışdır. Onların içərisində cəmisi 6 
kişi vardır ki, onlarda da əldən düşmüş qocalardır.” 
Nümayəndə heyətinin üzvü İsmayıl Hazaralı xatirələrində yazır ki, 
Azərbaycan Xeyriyyə Cəmiyyəti rus işğalındakı Şərqi Anadolu vilayətlərinə 
göndərdiyi heyət vasitəsilə 12000 yetim uşaq topladı, milyonlar dəyərində 
ərzaq və geyim  gəndərdi. Rus zabitlərinin və erməni komitəçilərinin türklərə 
təhdid və  təcavüz edən  bir çox yüksək rus və erməni zabitləri azəri 
advokatlar tərəfindən  məhkəməyə verildi və cəzalandırıldı. Bununla da türk 
xalqına qarşı edilən özbaşınalıq hərəkətlərinə son qoyuldu.
2
  
Bakı  əhalisini, Azərbaycan türklərini Anadoludakı qardaşlarına 
yardıma çağırmaq işində Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin nəşr etdiyi 
“Qardaş köməyi” məcmuəsinin çox böyük rolu olmuşdur. 1916-cı il fevralın 
16-da rusların  əlinə keçmiş  Ərzurum  şəhərinin  əhalisinə  də bu cəmiyyət 
tərəfindən yardım edilmişdi. 1917-ci ilin iyun ayında general-mayor Xan 
Talışınski və Elyasov Xeyriyyə 
Cəmiyyəti tərəfindən 
Ərzuruma 
göndərilmişlər və buradakı qaçqınlara un, ərzaq, pal-paltar paylanmışdı.
3
  
İndiki Ermənistan ərazisindən və ona bitişik Şərqi Anadolunun rus-
erməni işğalı altında olan ərazilərindən canını salamat qurtarıb qaça bilən 
kimsəsiz uşaq və qadınların bir qismi Azərbaycana pənah gətirmişdilər. 
Tiflisdəki Müsəlman Xeyriyyə Cəmiyyəti qaçqın yetimlərin cüzi bir hissəsini 
yetimxanada himayəyə götürmüşdü. Qaçqınların  əksəriyyəti isə Bakıya üz 
tuturdu. 
Sonralar Cənubi-Qərbi Qafqaz Respublikasının xarici işlər naziri 
olan Fəxrəddin  Ərdoğan 1917-ci ilin əvvəlində Rusiyadan sürgündən 
qayıdarkən Bakıda gördükləri haqda yazmışdır: “ İlk iş olaraq Bakı Xeyriyyə 
Cəmiyyətinə getdik, orada olanlarla tanış olduq. Burada istiqlal eşqiylə 
cəmiyyətlər qurulmuş, durmadan çalışırlar. Düşdüyümüz  İsmailiyyə 
binasında Musa Nağıyevin 50 yataqlı qonaqxanası vardı... Bu binanı Nağıyev 
                                                           
1
 Əli Saləddin. “Azərbaycan şe’rinin Əhməd Cavad dövrü” məqaləsi. “Həyat” qəzeti, 
12 may 1992-ci il. 
2
 Məmməd Sadıq Aran, göstərilən məqaləsi. 
3
 Yavuz Aslan, “Doğu Anadoluya Azərbaycanın yardımı” məqaləsi, “Millət” qəzeti, 
23 may 1992-ci il. 

 
55
Xeyriyyə  Cəmiyyətinə bağışlamışdı bundan başqa 200 yataqlı bir də 
yetimxanası vardı. Burada cəbhədə toplanan kimsəsiz çocuqlar gətirilərək 
saxlanırdı. Bakı yetimxanalarını da gəzdim, 1000-ə  qədər  Ərzurum 
cəbhəsindən gətirilən çocuq və qadın burada saxlanırdı.”
1
  
F.Ərdoğanın verdiyi məlumata görə rus qoşunları Qarsdan geri 
çəkildiyi zaman Bakı Müsəlman Xeyriyyə  Cəmiyyətinin, Qarsdakı 
nümayəndələr Rza bəy Qaraşarov və Yusif Kənan bəy  əhalini erməni 
qırğınlarından qurtarmaq üçün silah tədarük etmişdilər. Rza bəy Qaraşarov 
Qarsda “Yeni Xurşud” adlı  qəzet çıxararaq, xalqı savadlandırmağa 
çalışırmış.
2
  
Rusiyada 1917-ci il fevral inqilabından sonra çar üsul-idarəsi 
yıxılmış, müvəqqəti hökumət qurulmuşdu. Martın 9-da müvəqqəti hökumətin 
qərarı ilə Qafqaz Canişinliyi buraxılmış, fövqəladə Zaqafqaziya Komitəsi 
yaradılmışdı. Noyabrın 11-də Zaqafqaziyada fəaliyyət göstərən siyasi 
təşkilatların Tiflisdə  yığıncağı keçirilmiş  və Zaqafqaziya Komissarlığı 
yaradılmışdı. Həmin ayda M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan 
fraksiyası təsis edilmişdi. 
1917-ci il oktyabrın 25-də (köhnə stillə) Rusiyada bolşeviklər 
hakimiyyətə  gəlir. Çevrilişin ikinci günü Sovetlərin Ümumrusiya qurultayı 
sülh haqqında dekret qəbul edir. Noyabrın 2-də Sovet hökuməti “Rusiya 
xalqlarının hüququ Deklarasiyası”nı  qəbul edərək bütün xalqlara öz 
müqəddəratını  təyin etmək hüququ verir. Həmçinin millətlərin işləri üzrə 
Xalq Komissarlığı  və onun nəzdində erməni məsələsi üzrə komissarlıq 
yaradılmışdı. Bu komissarlıq 1917-ci ilin sonundan 1921-ci ilin əvvəlinədək 
fəaliyyət göstərmişdi. Dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti 
S.Şaumyanı  Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi. Yuxarıda 
qeyd etdiyimiz kimi, Sovet hökuməti sülh haqqında dekret qəbul etməsinə 
baxmayaraq, dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul 
etmişdi. Bu dekret “Qərbi Ermənistan” dövləti yaratmaq üçün ermənilərin 
iştahını artırmışdı. 
1918-ci ilin yanvarında Sovet Rusiyası hökuməti “Erməni 
qaçqınlarına təcili kömək göstərilməsi haqqında” erməni məsələləri üzrə 
komissarlığın bəyanatını müzakirə edərək qərara alır ki, bu məqsədlə 
təmannasız olaraq 6.194.784 rubl vəsait ayırsın. Eyni zamanda bütün inqilab 
komitələrinə, digər yerli orqanlarına erməni könüllü dəstələri təşkil edərək, 
                                                           
1
 Fahrettin Erdogan, Turk Ellerinde Hatıralarım, İstanbul, 1954, səh. 126. 
2
 Fahrettin Erdogan, göstərilən əsəri, səh. 133. 

 
56
onları silahlandırıb məneəsiz surətdə Ermənistana göndərmək haqqında 
təlimat göndərmişdi.
1
  
İstər çar Rusiyası, istərsə  də Sovet Rusiyası erməni könüllü 
dəstələrinin təşkili və onların maliyyələşdirilməsini öz üzərinə götürmüşdü. 
Yuxarıda qeyd etdiyimiz kimi, erməni könüllü dəstələri  İrəvan 
quberniyasının və Qars vilayətinin  ərazisində istədikləri türk kəndlərinə 
hücum edir, əhalini qaçqın düşməyə  məcbur edirdilər. Boşalmış türk 
evlərində isə Türkiyənin içərilərindən gələn erməniləri yerləşdirirdilər. 
Erməni mənbələrinin verdiyi məlumatlara görə, 1914-1916-cı illərdə Qafqaza 
təqribən 350 min erməni köçmüşdü.
2
 Onların böyük əksəriyyəti  İrəvan 
quberniyasının  ərazisində yerləşmişdilər.  İş o yerə çatmışdı ki, etdikləri 
cinayətlərə görə  cəzasız qaldıqlarını görən Tiflis quberniyasının tərkibində 
olan Axılkələk erməniləri də  həm Axılkələk, həm də qonşu Ağbaba 
nahiyəsinin türk kəndlərinə silahlı basqınlar edirlər. Erməni vəhşiliklərini öz 
gözləri ilə görən 1-ci Axıska dairəsi müfəttişi doktor Xoroşenov yazmışdır: 
“Keçən 1917-ci ilin dekabr ayının ortasına doğru 8 ağbabalı  müsəlman 
Boqdanovka kəndində yaşayan duxoborlardan quru ot satın almaq üçün 
buraya gəlmişdilər. Müsəlmanların yanında silah deyilən  şey yox idi. 
Xocabəy kəndinin erməniləri bunu xəbər alınca, həmən oraya gedərək bu 8 
müsəlmandan 4-nü xəncərləyərək öldürdükdən sonra gözlərini oymuş, dilləri 
və gövdələrinin  o biri hissələrini də  kəsib, vücudlarını parça-parça edərək 
cürbəcür hərəkətlər yapmışlar. Qalan 4-nü də tüfənglə vuraraq 
öldürmüşdülər. Bundan sonra parçalanmış  cəsədləri yandırdılar, tüfənglə 
öldürülən 4-nün cəsədlərini  sonradan ağbabalılara verdilər. 
1918-ci ilin yanvarından başlayaraq ermənilər müsəlmanların 
yaşadıqları  kəndlərə hücuma başladılar. Öncə: «Silahlarınızı  təhvil etsəniz, 
sizlərə  əsla toxunmarıq” deyərək, söz verdilər. Ermənilər bu sözlərlə qalan 
islamların əllərindəki silahları aldıqdan sonra, müsəlman kəndlərinə hücuma 
etməyə, onları öldürməyə, kəndlərini yandırıb mallarını  və  əşyalarını qarət 
etməyə başladılar. Beləliklə, Xorepya, Kokiya, Vereban, Tog, Okam, 
Qulalız, Patkana, Sağamo, Kuvaşa, Alaca və Gümris adlı  kəndləri 
yandırdılar, dağıtdılar, dirliklərini, heyvanlarını  və bütün əşyalarını alıb 
apardıqdan sonra, sağ qalan kişilərlə qadınları da dustaq olaraq Axılkələk 
qəsəbəsindəki kazarmaya topladılar.»
3
  
                                                           
1
 Киракосян Дж., Младотурки перед судом истории, İrəvan, 1986, səh. 224. 
2
 История Армянского народа, İrəvan, 1980,səh. 268. 
3
 Ermeniler hakkыnda derlemeler, Ankara, 1982, səh. 205-206. 

 
57
Daha sonra Xoroşenov yazır ki, düşərgədəki müsəlmanlar soyuq və 
aclıqdan hər gün tələf olurdular. Bu, 1918-ci il mayın 21-nə  qədər davam 
etdi. Türklərin gəldiyini eşidən ermənilər qaçmazdan əvvəl kazarmadakı əsir 
müsəlmanları xəncər və tüfənglə öldürdükdən sonra onların qaldıqları evləri 
üstlərinə uçurdular. Bir çoxlarının cəsədlərinin çuxurlara atdıqdan sonra, 
üstlərinə qazyağı tökərək yandırdılar. “İştə 20-ci yüzilliyin Ermənistanında 
yaşayan mədəni (!) ermənilərin yapdıqları vəhşət budur”
 
– yazır Xoroşenov. 
Sənədin rusca əsli Türkiyə  İnqilab Tarixi İnstitutunun arxivindədir 
(№74/17571). 
Zaqafqaziyada Sovet hakimiyyətini qəbul etməyən siyasi qüvvələr 
birləşib 1917-ci il noyabrın 15-də Tiflisdə E.Gegeçkorinin sədrliyi ilə 
keçirilən Zaqafqaziya Komissarlığının iclasında Qafqaz cəbhəsinin baş 
komandanı Prjevalskinin təklifi ilə 3-cü türk ordusunun komandanı Mehmet 
Vehib Paşanın barışıq imzalanması  təklifi haqqında müraciətini müzakirə 
etmiş, ertəsi gün bu təklifin bəyənilməsi haqqında cavab məktubu göndərmiş 
və komissarlıq bu münasibətlə orduya və Zaqafqaziya əhalisinə müraciət 
etmişdi.
1
 Dekabrın 18-də Ərzincanda barışıq imzalanır. 1917-ci ilin dekabrın 
ortalarından Qafqazdakı rus ordusu cəbhəni özbaşına tərk etməyi başlamışdı. 
Dekabrın 18-də Zaqafqaziya Komissarlığı milli  korpuslar və  hərbi hissələr 
təşkil ediləcəyini elan edir. Bundan istifadə edən ermənilər rus ordusunun 
hərbi texnikasına yiyələnərək, Cənubi-Qərbi Qafqazda türklərə qarşı 
soyqırım həyata keçirirlər. Yanvarın 14-də Vehib paşa Qafqaz ordusunun 
komandanı Odişelidzeyə  məktub göndərir ki, sülh müqaviləsi imzalamaq 
üçün Qafqaz hökuməti ilə danışıqlara başlamaq istəyir.
2
 Ərzincanda barışıq  
imzalandıqdan sonra rus qoşunları  işğal etdiyi ərazilərdən geri çəkilməyə 
başlayır. Rus ordusu geri çəkilərkən müsəlman  əhalisini vəhşicəsinə  qırıb - 
çatır, kəndləri yandırır. Həmin dövrdə Tiflisdə  nəşr edilən qəzetlər tərxis 
edilmiş rus ordusunun “adamyeyənlər bandasına” çevrilərək, Sarıqamışdan 
Aleksandropola (Gümrüyə) qədər keçdikləri  əraziləri dağıdıb, xarabaya 
qoyduqlarını yazırdılar.
3
  
Buna görə  də Vehib paşa barışığın pozulduğunu və erməni quldur 
dəstələrinin vəhşilikləri haqqında yanvarın 22-də general-leytenant 
Odişelidzeyə məktub göndərir. Bundan sonrada erməni vəhşiliyinin həddinin 
aşdığını, onların cəzasız qaldığını görən Vehib paşa fevralın 1-də Baş 
                                                           
1
 Документы и материалы по внешней политики Закавказья и Грузии, Тiflis, 
1919, səh. 15-16. 
2
 Yenə orada, səh. 24. 
3
 Погосян А., Карсская область в составе России, İrəvan, 1983, səh. 192. 

 
58
komandan Prjevalskinin adına məktub, fevralın 11-də isə Odişelidzenin adına 
teleqram göndərir. O, məktub və teleqramlarda konkret faktlarla erməni 
vəhşilikləri haqqında mə’lumat verir və onlara qarşı ölçü götürülməsini tələb 
edir.
1
  
Fevralın 12-də türk ordusu erməni qırğınlarına dözə bilməyərək 
hücuma keçir. Bu arada ermənilərin özbaşınalıqlarına «son qoymaq üçün» 
Zaqafqaziya Komissarlığı Andraniki və doktor Zavriyevi Ərzuruma göndərir. 
Bundan sonra ermənilər daha azğınlaşır. Karibi 1920-ci ildə Tiflisdə  dərc  
etdirdiyi “Qırmızı kitab”da yazır: “General Andranik ermənilərin başçısı 
kimi 1918-ci il fevralın 18-də  Ərzuruma gəldi. Burada, bu tərəfdə erməni 
silahlı qüvvələri o dərəcə başıpozuq idilər ki, talançılıqla məşğul idilər.”
2
  
Fevralın 18-də Zaqafqaziya Seymi yaradılır və fevralın 25-də 
Zaqafqaziya hökuməti Trabzonda danışıqlar keçirmək üçün türk 
komandanlığına müraciət edir. Martın 1-də Zaqafqaziya Seymi Türkiyə ilə 
sülh müqaviləsi bağlamaqda səlahiyyətli olduğunu və qoşunları 1914-cü il 
sərhədlərinə geri çəkmək üçün sülh müqaviləsi imzalamaq istədiyini bildirir.
3
 
Lakin martın 3-də Türkiyə ilə Sovet Rusiyası Brest-Litovsk müqaviləsini 
imzalayır. Bu müqavilə 1711-ci ildən bəri ilk dəfə Türkiyənin Rusiyaya qarşı 
bir zəfəri mahiyyətində idi və ruslar nəinki 1914-cü il sərhədlərinə geri 
çəkilməyi, hətta 1878-ci il Berlin müqaviləsi ilə Türkiyədən qoparılan Üç 
Sancağı (Batum, Ərdahan, Qars vilayətlərini) qaytarmağı qərara almışdılar.
4
  
Brest-Litovsk müqaviləsinə əlavə Rusiya-Türkiyə müqaviləsinin 1-ci 
maddəsində deyilirdi ki, Rusiya türk ordusunun qeyd edilən  ərazilərə 
qayıtmasınadək qarət və cinayətlərə yol verilməsinin qarşısını alacaq, erməni 
“çətə”lərini tərxis və tərksilah edib buraxacaq.
5
  
Zaqafqaziya hökuməti martın 7-də Brest-Litovsk müqaviləsinin 
imzalanmasına etiraz etmişdisə  də rus qoşunlarının yerini tutmuş erməni 
silahlı qüvvələrinin türk ordusunun qarşısında duruş  gətirmədiyini yəqin 
etdikdən sonra, aprelin 10-da Trabzondakı Zaqafqaziya nümayəndələri bu 
müqaviləni qəbul etdiklərini bildirmişdilər. 
Zaqafqaziya Seyminin bütün müsəlman fraksiyaları aprelin 15-də 
Qars vilayətindəki hadisələr haqqında məsələ müzakirə edir. Müzakirənin 
protokolunda yazılır:” Qaçqın yunanlar xəbər verirlər ki, hücum edən türk 
                                                           
1
 Документы и материалы..., səh. 41-45. 
2
 История Азербайджана по документам и публикациям, Bakı., 1990, səh.167. 
3
 Документы и материалы..,səh. 83-84. 
4
 Gokdemir Ahmet, Cenubi-Garli Kafkaz Hükumeti, Ankara, 1989, səh.15. 
5
 Документы внешней политики СССР, М. 1957, I-ci cild, səh. 199-200. 

 
59
qoşunlarının qarşısından çəkilən erməni hərbi hissələri və silahlı  fərariləri 
yollarda rast gəldikləri müsəlman kəndlərini tam məhv edir, hər şeyi yandırır, 
əhalini qılıncdan keçirir, təsvir ediləsi mümkün olmayan vəhşiliklər 
törədirlər. Onlar qadınları lüt-üryan edir, süngülərə keçirilmiş südəmər 
körpələri hərbi qənimət kimi aparan “qalib” erməni qoşunlarının keçməli 
olduğu böyük yolların kənarına düzürdülər”. Yunanlar deyirlər:” Gərək 
qeyri-insani  əsəblərin ola ki, bu cəhənnəm  əzabını, dəlilik dərəcəsinə 
çatdırılmış qadınların və  uşaqların qəlbi dağlayan naləsini, köməksiz 
qocaların iniltilərini eşidə və dözə biləsən... Təxmini hesablamalara görə 82 
kənd təsvirolunmaz dağıntılara məruz qalmışdır. Çiçəklənən Qars vilayəti 
kapitan Movsesyanın və general Areşovun dəstəsinin vəhşi tüğyanı sayəsində 
indi təəssüf ki, 1915-ci ilin əvvəlindəki dəhşətləri xatırladır. İndi bütün Qars 
vilayəti törədilmiş  qəddar vəhşiliklərdən, həmişəlik insanlıq sifətini itirmiş 
ermənilərin riyakarlığından, vəhşiliyindən və alçaqlığından xəbər verən 
nəhəng qəbiristanlığa çevrilib.»
1
 
Erməni qırğınları martın 12-də türk qoşunlarının  Ərzurumu azad 
etməsi zamanı daha da şiddətlənmişdi. Həmin hadisələri 15-ci Qafqaz 
Kolordusu komandanı Kazım Qarabəkir paşa Amerika nümayəndə heyətinin 
başçısı general Harborda verdiyi raportda belə izah etmişdir:” Ərzurumda elə 
acı  mənzərələr gördük ki, insanı insanlıqdan iyrəndirirdi. Xalq gözü yaşlı 
ora-bura qaçaraq kimi oğlunu, kimi atasını, kimi arvadını süngülənmiş və ya 
yandırılmış tapır, saçlarını yolurdular. Bir çox küçələrdə  həyat yox idi. 
Yerlərdə çocuq, qadın, qoca qanlar içində yatırdılar. Yalnız son gecə (11-12 
mart 1918-ci ildə) üç min müsəlman kəsdiklərini ermənilər öyünərək ruslara 
bildirmişdilər, bunu polkovnik Tverdoxlebov raportunda (xatirələrində) 
yazmışdır. Dəmiryolu stansiyasında sanki bir məzarlıq ölülərini kənara 
tullamışdı. Cənazələr arasından keçərək, bu dəhşətləri gördük. Hələ içərisinə 
insanları doldurub birlikdə yandırdıqları binalar insanı titrədirdi.”
2
  
Kazım Qarabəkir paşa yazır ki, türk qoşunlarının erməniləri Qarsda 
mühasirəyə almaq və onları təqib etməkdən vaz keçməsinə baxmayaraq yenə 
də ermənilər razılığı pozub şəhərdə  qırğınlar törətmişdilər. “Aprelin 25-də 
axşam Qarsı geri aldıq.  Şəhəri dolaşdım. Hər tərəf yanır, stansiyada yüzə 
qədər əsir əsgərimiz işgəncə ilə öldürülmüşdü. Qarsı Müdafiə Komandanlığı 
                                                           
1
 АРДА, Ф.970, siy. 1, İş 1, в. 28-29. 
2
 Кirzioglu Fahrettin, Kars ili ve cevresinde ermeni mezalimi, Ankara, 1970, səh. 84-
85. 

 
60
dairəsinin 20 metr qərbində (kiçik hövzədə) Qars çayına atılmış 50-yə qədər 
müsəlmanın cəsədini tapdıq.”
1
  
Bu arada, yəni aprelin 22-də Zaqafqaziya Seymi öz yığıncağında 
Zaqafqaziyanı müstəqil Demokratik Federativ Respublika elan edir və bu 
respublika aprelin 28-də Türkiyə tərəfindən tanınır. 
Türk qoşunlarının qarşısından çəkilən erməni qoşunları Gümrüdə də 
dəhşətli qırğınlar törətmişdilər. Həmin qırğınlar haqqında sənədli 
mə’lumatlar  şəkillərlə birlikdə diviziya generalı  Əhməd Hulki Saralın 
“Erməni məsələsi” kitabında toplanmışdır. “İslam  əhalinin uğradıqları 
məzalim üzərinə  bəlgələrə dayanan bilgilər” adı ilə ilk nəşri bütünlüklə 
köşklərdən və kitabxanalardan yığışdırdığı üçün 1919-cu ildə  həm türkcə, 
həm də fransızca yenidən nəşr edilmişdi. Sənədlərdə deyilir: 
“1) 29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələyə 
götürülməkdə olan 3000-ə  qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox 
edilmişdir. 
2) Min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər 
(Duzluca) və  İrəvan bölgəsindəki islam kəndlərini dağıtmış qadın, uşaq və 
kişiləri qırmışlar. 
3) 01.05.1918-ci ildə yüzə  qədər erməni atlısı  Şiştəpə  və Düzkənd 
ətrafında (indiki Amasiya rayonunun ərazisində) altmış uşaq, qadın və kişini 
qırmışlar. 
4) 01.05.1918-ci ildə Axılkələk  ətrafındakı  kəndlərdə Acaraca, 
Danqal, Mulanıs, Murcahet, Padızka, Havur və Gümris kəndləri yandırılmış, 
əhalisi məhv edilmişdi. Arpaçay üzərindəki Bacoğlu ilə  İrəvanın  şimali 
şərqindəki kəndlərin xalqı ermənilər tərəfindən qırılmış, kəndlər yandırılıb 
dağıldılmışdır.”
2
  
İrəvan  ətrafındakı müsəlmanları erməni qırğınlarından xilas  etmək 
üçün Bakı  (İslam) Xeyriyyə  Cəmiyyətinin 36-cı Qafqaz diviziyası 
komandanlığına etdiyi müraciətdə deyilirdi: 
“İrəvan quberniyası  ərazisindəki islamların qırılıb, yox edilməkdə 
olduqları, otuzdan çox müsəlman kəndinin yandırılıb,  əhalisinin qırıldığı  və 
İrəvandan qaçaraq gələn yaralı  və  xəstə köçkünlərin sayının gündən-günə 
çoxalmaqda və yoxsulluq ilə  pərişanlıq içində üzüldüklərindən, bunlara 
sığınacaq və daldalanacaq yerinin göstərilməsi rica olunmaqdadır.
3
  
                                                           
1
 Yenə orada, səh. 87. 
2
 Kirzioglu Fanrettin, Yenə orada, səh. 44-45. 
3
 Yenə orada, səh. 46. 

 
61
Qeyd etdiyimiz kimi, Qars vilayətində türk qoşunlarının önündən 
geri çəkilməyə  məcbur olan erməni könüllü birlikləri qırğınları  İrəvan 
quberniyasının  ərazisində davam etdirmişdilər. “Qarsdan sonra zorakılıq 
dalğası  İrəvan quberniyasına keçdi. Qısa müddətdə Qars vilayətində 82, 
İrəvan quberniyasında 211 müsəlman kəndi yandırıldı,  əhalinin bir hissəsi 
qırıldı, qalan hissəsi isə didərgin düşdü.  İrəvan quberniyasından olan 
qaçqınların sayı 80 min nəfəri keçirdi.”
1
  
Zaqafqaziya Seyminin müsəlman fraksiyası Qars vilayətində  və 
İrəvan quberniyasında törədilən qırğınlar haqqında iki dəfə məsələ müzakirə 
etmiş və Seym qarşısında məsələ qaldırmışdı: 
a) daxili işlər nazirinə tapşırılsın ki, müsəlmanlara kömək etmək 
üçün xüsusi komissiya göndərilsin, 
b) bütün müsəlman qaçqınları öz yerlərinə qaytarılsın, 
v) ərazi nazirliyinə tapşırılsın ki, təcili yardım göstərsin,  
q) azğınlıq edən erməni hərbi hissəsi buraxılsın, 
d) müsəlman qaçqınlarının sayı və vəziyyəti öyrənilsin, onlara əlavə 
yardım göstərilsin. 
Müsəlman fraksiyasının gərgin səyi nəticəsində Zaqafqaziya 
hökuməti bu məsələni öyrənmək üçün komissiya yaratmış və qaçqınların ən 
zəruri ehtiyaclarını ödəmək üçün bir milyon manat vəsait buraxmışdı.
2
 1918-
ci il mayın 15-də türk qoşunları Arpaçay xəttini keçib Gümrüyə daxil 
olmazdan əvvəl Kazım Qarabəkir paşa Gümrüdəki erməni nümayəndələrinə: 
”Şəhərdəki türkləri gətirib təhvil verin və sonra da şəhəri təslim edin”
 
– deyə 
ultimatum göndərir. Dərhal ermənilər təlaşla arabalar hazırlayırlar, Gümrüdə 
bulunan 250 xanə (ev) türkləri arabalara mindirib,  Arpaçay üzərindəki 
körpüdən keçirərək türklərə təslim edirlər.
3
  
Bu hadisə ilə  ədaqədar Kazım Qarabəkir paşa yazır: «Gümrü 
köylərində tək-tək qoca qadın və kişi qalmışdır. Gümrüdə 8-10 türk evi var. 
Orada türk gəncləri görünməyir. Qoca türk ana və ataları, qoca babalar 
əsgərlərimizə sarılıb öpürlər. Əlində qanlı bir dəyənək, ağ saqqallı və bir çox 
yerlərindən qanlar axan, fəqət dim-dik duran bir baba əsgərlərimizin qoynuna 
sarılıb belə hayqırır: 93 hərbindən (yəni 1878-ci il) bəri bir gün dəxi 
ümidimizi kəsmədən sizinlə qovuşacağımı bilirdim. Fəqət artıq dünyanın 
                                                           
1
 
ARDA, F.970, s.I, iş 1, v.29; Bax:Cəmil Həsənov,Azərbaycan beynəlxalq 
münasibətlər sistemində, 1918-1920, Bakı,1993, səh. 71. 
2
 ARDA, f.970,s.1,iş 1, v.27; Bax:C.Həsəov göstərilən əsəri, səh. 72. 
3
 Fahrettin Erdoğan, Türk Ellerinde Hatıralarım, səh. 155. 

 
62
sonuna qədər ayrılmayacağıq və gözlərindən yaşlar axır»
1
 Gümrünü  azad 
etdikdən sonra türk qoşunları iki istiqamətdə — İrəvan və Qarakilsə 
(Kirovakan) irəliləməyə başlayırlar. Mayın 28-də Hamamlı (Spitak) və 
Qarakilsəni azad edirlər. 
Mayın 26-da Zaqafqaziya Seymi buraxıldıqdan sonra əvvəlcə 
Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan öz müstəqilliyini elan 
edir. İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh müqaviləsi 
imzalanır. Bu müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 
9 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min 
müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu 
respublikanın  ərazisinə Yeni-Bəyazid qəzası,  İrəvan qəzasının beşdə üçü, 
Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil 
idi.
2
  Alman diplomatı Bernsdorf bu mənzərəni belə təsvir etmişdi: «Türkiyə 
ermənilərə ancaq Sevan (Göyçə-müəllif) gölünü saxlayıb, hansı ki, çimə 
bilərlər, ancaq çıxmağa və özlərini qurutmağa yer qalmayıb.
3
  
Ümumiyyətlə, Batum müqaviləsinə 
əsasən Ermənistan 
Respublikasının ərazisi Birinci Dünya müharibəsinə qədər ermənilərin İrəvan 
quberniyasında kompakt yaşadıqları ərazilərə məhdudlaşırdı. 
Mütəxəssis Makkartinin hesablamalarına görə, Birinci Dünya 
müharibəsi zamanı rus və erməni hərbi birləşmələrinin  Şərqi Anadolunu 
işğalı  nəticəsində  həmin  ərazidən 800 min nəfər müsəlman qaçqın 
düşmüşdür. Müharibənin sonunadək Qafqazdan 400 mindən artıq müsəlman 
onların cərgəsinə  əlavə olmuşdur.  Şərqi Anadoluda milyondan artıq 
müsəlman – o cümlədən ən azı 130 min Qafqazdan olan müsəlman qaçqınlar 
qırılmışdır.
4
  
Ermənistanda daşnakların hakimiyyəti dövründə türklərə qarşı 
soyqırım daha geniş vüsət almış, onların yaşadıqları  ərazilər demək olar ki, 
bütünlüklə xarabazarlığa çevrilmişdi. 
                                                           
1
 Kazım Karabekirin Kaleminden, Doğunun Kurtuluşu, Ərzurum, 1990, səh. 371. 
2
 Киракосян Дж., Младотурки перед судом истории, İrəvan,1986, səh.239. 
3
 Киракосян Дж., göstərilən əsəri, səh.239. 
4
 «Армянский геноцид». Миф и реальность, справочник фактов и документов, 
Bakı, 1992, səh. 203. 

 
63
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin