Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan



Yüklə 227,84 Kb.
səhifə45/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   41   42   43   44   45   46   47   48   ...   66
null-23

Mədəniyyət. Əvvəlki dövrlərdə olduğu kimi əsas təhsil ocaqları məktəb və mədrəsələr idi. Mədrəsələrdə dini təhsillə yanaşı dil, ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya və başqa elmlər də öyrədilirdi.

XV əsrdə Azərbaycanda elmin müxtəlif sahələri, xüsusi ilə riyaziyyat, fəlsəfə, məntiq. tarix, qrammatika inkişaf etmişdi. Bu dövrün böyük filosoflarından biri Nəsimi idi. O, sufi panteist fəlsəfəsini təbliğ edir, dini ehkamlara qarşı çıxırdı. İslam dini Allahın məkan və zaman xaricində olduğunu iddia edir. Nəsimi isə bu ehkama etiraz edirdi. Nəsiminin ardıcılı olan Əbülhəsən Əli ül- Əla “Bəşarətnamə” əsərində hürufiliyin nəzəri əsaslarını işləyib hazırlamışdır. Seyid Yəhya Bakuvi dövrümüzün görkəmli filosofu və münəncimi idi.

XV əsrdən başlayaraq Azərbaycan ədəbiyyatında fars dilində yaradılan əsərlərin sayı azalır, ana dilli poeziya daha da qüvvətlənirdi. Qaraqoyunlu və Ağqoyunlu hakimləri ana dilində yazılan şerlərə üstünlük verirdilər. Ağqoyunlu Yaqub Mirzə ana dılli poeziyanın görkəmli nümayəndələrindən olan Kişvəri və Həbibiyə xüsusi qayğı göstərirdi. XV əsrin görkəmli şəxsiyyətlərindən biri Qaraqoyunlu hökmüdarı Cahanşah Həqiqi təxəllüsü ilə şerlər yazmış,şürə, sənətə və elmə böyük diqqət yetirmişdir. Qasimi təxəllüsü ilə məşhur olan Şah Qasim Ənvar Azərbaycan və fars dillərində yazıb yaratmışdır.

XV əsrdə bir sıra musiqiçilər yetişmişdir. Əbdül Qadir Marağai Yaxın və Orta Şərqdə geniş yayılmış muğam, mahnı və rəqs melodiyalarının müəllifidir. Azərbaycan rəssamlarından Əmir Dövlətyar və onun şagirdləri məşhur olmuşdular.

XV əsrdə bir sıra memarlıq abidələri yaradılmışdır. Bakıda Şirvanşahlar sarayı kompleksinin binalarından biri- divanxana tikilmişdir. Burada məhkəmə işlərinə baxılır, əyanların yığıncaqları keçirilirdi. “Bayıl daşları”nın yazılarından ibarət tərtibat , Şirvanşahların hərbi qüdrətini göstərən Mərdəkan qalasının kitabəsi diqqəti cəlb edir.Qaraqoyunlu Cahanşah tərəfindən Təbrizdə “Göy məscid” (1465), Ağqoyunlu Yaqub Mirzə tərəfindən “Həşt behşt” (1483) saray kompleksi, Qeysəriyyə bazarı, “Həsən padşahın camesi”, “Nəsriyyə” və “Məqsudiyyə” mədrəsələri yaradılmışdır.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin