Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Ağqoyunlu dövləti.Daxili və xarici siyasət



Yüklə 227,84 Kb.
səhifə43/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   39   40   41   42   43   44   45   46   ...   66
null-23

Ağqoyunlu dövləti.Daxili və xarici siyasət.

Mənşəcə oğuz türk tayfalarından olan Ağqoyunlular əvvəl Mərkəzi Asiyada yaşamış, ilk orta əsrlərin başlanqıcında qərbə doğru hərəkət edərək əvvəllər Qafqaz dağları ilə Araz çayı arasında, Göyçə gölü ətrafında, Alagöz yaylasında məskunlaşmışdılar. Ağqoyunlular həmçinin Azərbaycanın cənubunda, Şərqi Anadoluda, Qərbi İranda, Dəclə və Fərat çaylarının vadisində və digər ərazilərdə yaşamışdılar.

Ağqoyunlu sülaləsinin əsasını Bayandur tayfasından olan Pəhləvan bəy qoymuşdur. Pəhləvan bəyin ölümündən sonra tayfa ittifaqı zəiflədi. Əlaəddin Turəli (1388-1392) və Fəxrəddinin (1392-1394) Qğqoyunlu tayfa ittifaqını möhkəmləndirmək cəhdləri heç bir nəticə vermədi.

XIV əsrin sonu XV əsrin əvvəllərində Ağqoyunlu tayfa ittifaqının daxilində başlanan münaqişə daha da kəskinləşdi. Fəxrəddinin üç oğlu: Əhməd, Pirəli və Bahəddin Qara Yuluq Osman bəyin ətrafında birləşərək hakimiyyəti öz əllərində birləşdirməyə çalışırdılar. Qara Yuluq Osman bəy Sivas uğrunda mubarizədə qaraqoyunlular üzərində qələbə qazandı.

Qara Yuluq Osman Bəy (1394-1434) Diyarbəkri mərkəz seçdi,öz adına pul kəsdirdi, feodal çıxışlarını yatırtdı və bir sıra tədbirlər həyata keçirməklə Ağqoyunlu tayfa ittifaqını möhkəmləndirdi. 1434-cü ildə ağqoyunlularla döyüşlərin birində Qara Yuluq Osman bəy öldürüldü. Onun ölümündən sonra tayfa ittifaqı daxilində feodal mübarizəsi gücləndi.

Əli bəy münaqişələrdə müəyyən uğurlar əldə etsə də, nəticədə məğlub olacağını duydu və Misir sultanlığı ilə ittifaqa girdi. O, qardaşı Həmzə bəylə hakimiyyət uğrunda mübarizəyə girdi. Bu mübarizənin gedişində həm Əli bəy, həm də Həmzə bəy öldürüldü. Tayfa ittifaqına rəhbərlik Əli bəyin oğlu Cahangir bəyin (1444-1453) əlinə keçdi. Diyarbəkrdə məskunlaşan Cahangir Mirzə tayfa ittifaqının başşısı kimi lazımı rol oynaya bilmədi və qardaşı Uzun Həsən (1453-1478) tərəfindən devrildi. Uzun Həsən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün ciddi tədbirlər gördü. O, eyni zamanda Osmanlı imperiyası ilə mübarizə aparmalı oldu. XV əsrin 50-ci illərində Uzun Həsən Ərməniyyə və Gürcüstanın qaraqoyunlulara tabe olan şərq hissəsini tutdu. Uzun Həsən 1467-ci ildə Muş düzündə baş verən döyüşdə qaraqoyunlu Cahan şahı məğlub edib, kəsilmiş başını teymuri Əbu Səidə, oğlu Məhəmmədin başını isə Osmanlı sultanı II Mehmetə göndərdi. Qaraqoyunlu əmirləri Maku qalasında həbsdə olan Cahanşahın oğlu Həsənəlini azad edərək dövləti xilas etməyə cəhd göstərdilər. Lakin 1468-ci ildə Uzun Nəsən Həsənəlini məğlub edib, Təbrizə daxil oldu. Beləliklə, Qaraqoyunlu dövlətinin yeridə yeni bir dövlətin- Qğqoyunlu dövlətinin əsası qoyuldu..

Cahanşahın ölümündən sonra teymuri Əbu Səid onun oğlanlarını müdafiə bayrağı altında Azərbaycana hücum etmək qəraröna gəldi. Təzəcə döyüşdən çıxmış Uzun həsən Əbu Səidlə toqquşmadan çəkinirdi. Çoxlu hədiyyələrlə anası Sara xatunu onun yanına elçi göndərdi. Təbiət etibarı ilə diplomat olan bu qadın Əbu Səidi fikrindən döndərə bilməsə də, ləngidə bildi. Bundan istifadə edən Uzun Həsən Şirvanşah Fərrux Yasarı və Ərdəbil şeyxi Heydəri öz tərəfinə çəkə bildi. 1468-ci ilin payızında Əbu Səid Araz çayını keçərək Qarabağa gəldi, sonra isə Muğana çəkildi. Müttəfiqlər onu iqtisadi blokadaya aldılar. Ərzaqın, heyvanlar üçün yemin çatışmaması, qoşunun dağılmasına gətirib çıxardı. Əbu Səid sülh bağlamağı təklif etdi. Lakin Uzun Həsən razılıq vermədi və onun üzərinə hücum etdi. 1469-cu ildə teymuri Əbu Səidin qoşunları məğlub olub Azərbaycandan çəkildi.

Ağqoyunlu dövləti Kürdən cənubda Azərbaycan torpaqlarını, Ərməniyyəni, Qərbi İranı, İraqı, Şərqi Gürcüstanı və s. əraziləri əhatə edirdi. Ağqoyunlu dövlətinin yaranması ilə təsərrüfat dirçəlməyə başladı, sənətkarlıq və ticarət əlaqələri genişləndi. Daxili siyasətdə, xüsusi ilə iqtisadi həyatda oturaq feodallar, ali müsəlman ruhaniləri və köçəri hərbi əyanlar mühüm rol oynayırdılar. Uzun Həsən xalqın rəğbətini qazanmaq üçün bir sıra tədbirlər həyata keçirdi və mükəlləfiyyətləri qaydaya salmaq məqsədi ilə “Qanunnamə” hazırlatdırdı.

Uzun Həsən feodal əyanları mərkəzi hakimiyyətə tabe etdirdi. Bunun üçün nizami qoşun yaratdı, ordunu odlu silahla təmin etməyə başladı.Feodal əyanların xeyrinə bir sıra tədbirlər həyata keçirdi.

Ağqoyunlu dövləti Azərbaycan tarixində Avropa dövlətləri ilə geniş əlaqə yaradan ilk dövlət idi.Burada əsas məqsəd Azərbaycanın beynəlxalq ticarət əlaqələrini, xüsusi ilə ipək ticarətini sahmana salmaq, ordunu odlu silahla təmin etmək, Avropadan toptökən mütəxəssislər gətirmək idi. Onun xarici siyasətinin əsasını Osmanlı dövləti ilə münasibətlər təşkil edirdi.Osmanlı dövləti ipək ticarətində şərqlə-qərb arasında vasitəçi rol oynamaq istəyirdi. Bursa və İstanbulda toxuculuq Təbrizdən aparılan xam ipək hesabına inkişaf edirdi. Kiçik Asiyanın şərqinin osmanlılar tərəfindən işğal edilməsi, Osmanlı dövlətinin Trabzonu tutmaq planı Ağqoyunluları narahat edirdi

Uzun Həsən Trabzon imperatorunun qızı Feadora (Dəspinə xatun) ilə evlənmişdi. Trabzon Qara dənizdə Ağqoyunluların Avropa ilə əlaqə saxladığı yeganə liman idi. Uzun Həsən II Mehmetin Trabzonu tutmaq fikrindən daşındırmaq üçün anası Sara xatunun rəhbərliyi ilə onun yanına böyük elçi heyəti göndərdi. Sara xatunun qarşısında iki vəzifə qoyulmuşdu: 1.Sultanın Ağqoyunlu ərazisinə girməsinin qarşısını almaq; 2. Onu Trabzon səfərindən daşındırmaq. Sara xatun yaxşı qarşılanmış, danışıqlar çox səmimi olmuş, onlar bir-birinə “ana”, “oğul” deyə müraciət etmişdilər. Sara xatun sultanın Ağqoyunlu ərazisinə girməyəcəyinə razılığını alsa da, onu Trabzon üzərinə hücumundan çəkindirə bilməmişdi.

II mehmet Trabzon üzərinə hücum edib, 1461-ci il avqustun 15-də şəhəri ələ keçirdi. Kiçik asiyada sonuncu xristian dövləti süqut etdi. Sara xatun gəlininin varislik hüququnu əsas gətirərək Trabzon xəzinəsini sultanla böldü. 1461-ci ildə Yassıçəməndə Uzun Həsən və II Mehmet arasında müqavilə təzələndi. Burada II Mehmetin məqsədi qərbdə işğalları genişləndirmək üçün öz arxasını möhkəmlətmək idi. ağqoyunlular Trabzon tutulduqdan sonra qara dənizdə avropaya yeganı çıxış yolunu itirdilər. Bu, Osmanlı-Ağqoyunlu münasibətlərinin pisləşməsinə səbəb oldu.

Uzun Həsən Avropa ilə əlaqə saxlamaq üçün Kiçik Asiyanın cənubunda yerləşən qaraman əmirliyinin müstəqilliyinə diqqət yetirdi. O, Osmanlı dövlətini zəiflətmək üçün Avropa dövlətləri ilə ittifaqa girdi. Qərbdən və Şərqdən Osmanlı dövlətinə zərbə vurmağı planlaşdırdı. Bu plan Avropa dövlətləri üçün də sərfəli idi. Avropa səyyahları və elçiləri bir-birinin ardınca Uzun Həsənin sarayına gəlməyə başladılar. Osmanlı dövlətinin zəifləməsində daha çox maraqlı olan Venetsiya respublikası Ağqoyunlu sarayına bir neçə diplomat göndərmişdi. Katerino Zeno (1471-1473), İosofat barbaro (1473-1478), Ambroco Kontarini (1474-1476) Uzun Həsənin sarayında, Ağqoyunlu səfirləri İsaq, Hacı Məhəmməd, Mirak, Həsən Əzən, Murad bəy və s. Avropa dövlətlərində olmuşdular.

Aparılan danışıqlar nəticəsində Osmanlı dövlətinə qarşı ittifaq yaradıldı. Bu ittifaqa Avropada: Roma papası, Venetsiya və genuya raspublikaları, Neapol və Macarıstan krallıqları, Asiyada Ağqouynlu dövləti, Kipr krallığı, Qaraman əmirliyi daxil idilər. Venetsiya Uzun Həsəni hərbi sursatla təchiz etməyi öz üzərinə götürmüşdü.

1475-ci ildə Rusiya çarı III İvan ticarət və diplomatik əlaqələr yaratmaq üçün Uzun Həsənin sarayına Marko Rossonun başçılığı ilə elçi göndərdi. Bu elçi heyəti Uzun Həsənlə Qızıl Orduya qarşı birgə mübarizə aparmaq barədə danışıq aparmalı idi. Lakin Qızıl Ordu xanı ondan əvvəl elçi göndərmiş və Uzun Həsəndən dövlətin cənub sərhədlərini pozmayacağına təminat almışdı.

1472-ci ildə Osmanlı dövlətinə qarşı Venetsiya ilə ittifaq bağlayan Uzun Həsən hücum edib Aralıq dənizi sahillərinə çatsa da, müttəfiqinin vəd etdiyi hərbi sursat, topçu mütəxəssislər gəlib çıxmadı. Bu zaman Osmanlı dövlətinin ağır daxili vəziyyətindən istifadə edən Venetsiya onunla gizli danışıqlar apararaq ticarət güzəşti qoparmaöa çalışırdı. Ağqoyunlular Osmanlı dövlətinə qarşı Avropa dövlətləri ilə vahid cəbhə yarada bilmədi, hətta müharibədə təkləndi. Uzun Həsənə qarşı 60 min osmanlı qoşunu göndərildi. Osmanlılar Ağqoyunluları Kiçik Asiyanın qərbində, Beyşehr yaxınlığında məğlub etdilər. Sonra isə II Mehmet və Uzun Həsənin qoşunları Fərat çayı sahilində üz-üzə dayandılar. Onlar arasında döyüş 1473-cü il avqustun 1-də Malatyada oldu. Uzun Həsənin seçdiyi düzhün taktika sayəsində Ağqoyunlular qalib gəldilər.

Malatya döyüşündən 10 gün sonra avqustun 11-də Ağqoyunlularla Osmanlılar Otluqbeli (Tərcan) adlanan yerdə yenidən qarşılaşdılar. Burada II Mehmetin seçdiyi taktika özünü doğrultdu. Osmanlı qoşunlarının ön hissəsi düzənliyə çıxıb təşəbbüsü ələ aldı. Ağqoyunlular məğlub oldular.Bu məğlubiyyətin bir sıra səbəbləri var idi. Ağqoyunlu dövlətini ərazisi nə qədər geniş olsa da, osmanlılar kimi güclü mərkəzləşdirilmiş dövlətləri yox idi. Ağqoyunlu süvariləri osamanlının nizami yeniçəriləri ilə müqayisədə zəif idi. Osmanlı ordusu odlu silah cəhətdən də Ağqoyunlulardan üstün idi.

Otluqbeli məğlubiyyəti Ağqoyunlu dövlətinin daxilində hakimiyyətə qarşı olan qüvvələri fəallaşdırdı. Kürd feodalları 1474-cü ildə Venetsiya və Ağqoyunlu elçilərinin üzərinə hücum edərək onları qarət etdilər. Şirazda hökmüdarın oğlu Uğurlu Məhəmmədin başçılığı ilə üsyan baş verdi. Lakin Uzun Həsən üsyanı yatırtdı. Uğurlu Məhəmməd Osmanlı sultanının yanına qaçdı.Sultan qızını onaverərək, onu Sivasda Ağqoyunlu-Osmanlı sərhəddinə hakim təyin etdi. Lakin Uzun Həsən onu ələ keçirib öldürdü.

Gürcü feodalları osmanlılara qarşı Ağqoyunlularla birgə mübarizədən imtina etdilər. Ona görə də Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana yürüş etdi, ölkənin çox hissəsini tutdu.1477-ci ildə VI Baqratla bağlanan sülhə görə, Tiflis daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinə qatıldı. Uzun Həsən 1478-ci il yanvarın 5-də 54 yaşında vəfat etdi və Təbrizdə “Nəsriyyə” məscidində dəfn olundu.

Uzun Həsənin oğlu yaqub Mirzə hakimiyyətə gəldi.Yaqub Mirzə (1478-1490) atasının siyasətini davam etdirərək Şirvanşahlarla dostluq münasibətləri saxladı.Fərrux Yasarın qızı ilə evləndi. Lakin Ərdəbil şeyxləri ilə dost münasibətləri qoruyub saxlamadı. Onun dövründə artıq iri feodalların mərkəzi hakimiyyətə təsiri güclənmişdi. Yaqub Mirzə iri feodal Sufi Xəlilin təsiri altında idi. Lakin Yaqub anasının səhvən verdiyi zəhərdən öldü.

Yaqub Mirzənin ölümündən sonra hakimiyyətə oğlu Baysunqur (1490-1492) keçdi.Baysunqurun adından fakimiyyəti Sufi Xəlil idarə edirdi. O, bütün rəqiblərinə qalib gəldi. Lakin 1491-ci ildə Diyarbəkrdə hakimlik edən Süleyman Bicanoğlu Sufi Xəlili döyüşdə öldürdü. O, Baysunqura toxunmadı və onun adından dövləti idarə etməyə başladı. Lakin digər iri feodal Əbih Sultan bundan narazı qaldı. O, 1492-ci ildə Süleyman Bicanoğlu üzərində qələbə çaldı.Süleyman Bicanoğlu Diyarbəkrdə öldürüldü. Əbih Sultan bu siyasi mübarizədə Baysunqurun əmisi oğlu, həbsdən çıxardığı Rüstəm Mirzədən istifadə edirdi. Bərdə yaxınlığındakı döyüşdə məğlub olan Baysunqur kömək almaq üçün Şirvana- Fərrux Yasarın yanına qaçdı. Əbih Sultanın köməyi ilə ağqoyunlu taxtına Rüstəm Mirzə oturdu.

Rüstəm Mirzə (1492-1497) küllü miqdarda soyurqal torpaqları paylamaqla hakimiyyətini möhkəmləndirməyə çalışırdı. Baysunqur babasından kömək alaraq Rüstəm Mirzəyə qarşı mübarizəyə başladı. Rüstəm Mirzə isə Ərdəbil Şeyxlərindən kömək aldı və 1493-cü ildə Əhər yaxınlığında Baysunquru məğlub edib öldürdü. Səfəvi lideri Sultanəlinin və bütövlükdə bu nəslin əhali arasında nüfuzunun sürətlə artması Rüstəm Mirzəni ciddi narahat edirdi. 1494-cü ildə Şəməsə deyilən yerdə Sultanəlini öldürsə də. onun varisi elan edilmiş İsmayılı ələ keçirə bilmədi. Rüstəm Mirzənin hakimiyyəti illərində ara müharibələri gücləndi.

Uğurlu Məhəmmədin Osmanlı sultanının qızından olan oğlu Gödək Əhməd Əbih Sultanı və bir sıra əmirləri öztərəfinə çəkdi. 1496-cı ilin yayında Sultaniyyə yaxınlığında Ağqoyunlu qüvvələrini məğlub etdi. Həmin ilin sonunda Rüstəm Mirzəni döyüşlərin birində əsir aldı. Gödək Əhməd 1497-ci il mayın 3-də Təbrizə daxil oldu və özünü hökmüdar elan etdi.

Gödək Əhməd hərbi əyanların müqavimətini qırmaq, ara müharibələrinə son qoyub mərkəzi hakimiyyəti möhkəmlətmək, kəndliləri öz tərəfinə çəkmək, dövlətin iqtisadi əsasını möhkəmlətmək üçün vergi islahatı keçirdi. Şəriətdə göstərilməyən 20-yə qədər vergini ləğv etdi. Lakin onun bu islahatı iri feodalları narahat etdi. Onlar birləşərək 1497-ci il dekabrın 13-də İsfahan yaxınlığında baş verən döyüşdə məğlub edildilər, Gödək Əhməd öldürüldü. Bundan istifadə edən Əbih Sultan Uzun Həsənin nəvəsi Muradı (1497-1498) Qum şəhərində kökmüdar elan etdi. Hakimiyyətə iddialı olan Muradın əmisi oğlu Əlvənd Mirzə Ağqoyunlu taxtı uğrunda mübarizəyə başladı. O, 1499-cu ildə Təbrizi ələ keçirdi.

1500-cü ildə Baba Xeyrulla adlı bir dərvişin köməyi ilə Təbriz yaxınlığında Əbhər adlı yerdə onların arasında sülh müqaviləsi imzalandı. Qızıl Üzən çayısərhəd olmaqla Diyarbəkr, Azərbaycanın Kürdən cənuba olan torpaqları,Ərməniyyə Əlvənd Mirzəyə, Ərəb İraqı, Fars və Kirman Murada çatdı. 1501-ci ildə Əlvənd, 1503-cü ildə Murad Səfəvilər tərəfindən məğlub edildi və Ağqoyunlu dövlətinə son qoyuldu. Daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə Ağqoyunlu dövlətini süquta yetirdi.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin