Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


XVəsrdə Azərbaycanın ictimai-iqtisadi quruluşu və mədəniyyət



Yüklə 227,84 Kb.
səhifə44/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   40   41   42   43   44   45   46   47   ...   66
null-23

XVəsrdə Azərbaycanın ictimai-iqtisadi quruluşu və mədəniyyət.

Şirvanşahlar, Qaraqoyunlular və Ağqoyunlular dövlətlərinin ictimai quruluşlarında elə birəsaslı fərq yox idi. Ancaq qaraqoyunlu və Ağqoyunlu dövlətlərində köçəri feodal əyanları- Baharlı və Bayandurlar rəhbər rol oynamışdılar. Hər iki dövlətin hökmüdarları padşah titulu daşıyırdılar. Uzun Həsən özünü Osmanlı və Teymurilərə bərabər sultan adlandırırdı. Şiryanşahlarda isə hakimiyyət oturaq feodal əyanlara məxsus idi. Şirvanşahlar şah titulu daşıyırdılar.

Qaraqoyunlu və Ağqoyunlularda padşahdan sonra ikinci şəxs ordunun baş komandanı əmir əl-ümarə idi. İkinci yerdə sədr-əzəm dururdu. O, din və məhkəmə işlərinə baxırdı. Mərkəzi aparatda sonrakı yeri tutan baş vəzir daxili və xarici işlərə, maliyyə məsələlərinə baxır, şahın möhürünü saxlayırdı, divan sahibi idi. Əyalətlər padşah və onun varisləri, sülalə üzvüləri tərəfindən idarə edilirdi. Əyalət divanının hər birində 300 mirzə çalışırdı. Tümən və nahiyə hakimləri vilayət canişinlərinə tabe idi.

Qrdu iki hissədən ibarət idi: padşahın xüsusi qvardiyası və vilayət canişinlərinin qoşunları.Orduda ali rütbəli şəxs əmir idi. Ordu əsasən ağır silahlı süvarilərdən, oxatanlardan və xidmətçilərdən ibarət idi. Qaraqoyunlu və Ağqoyunlu hərbi təşkilatı köçərilik adətləri ilə sıx bağlı idi. Bu dövlətlərin ordusu odlu silahla zəif təchiz edilmişdi. Ağqoyunluların yüz min, Şirvanşahların isə 60 min qoşunu var iadi.

XV əsrdə feodal torpaq sahibliyində müəyyən dəyişiklik meydana gəldi. Dövlət (divan),sülalə (xassə), xüsusi irsi (mülk) və vəqf torpaqları var idi. Qaraqoyunlu və Ağqoyunlu qoşununun dayağı olan hərbi-köçəri əyanlara xidmət müqabilində iqta əvəzinə, yeni yaradılmış, irsən keçən Soyurqal adlanan torpaq payı verilirdi. “Feod” və “syurqal” arasında oxşarlıq onların irsən keçməsində idi. Soyurqal paylamaqda Rüstəm Mirzə daha çox səxavət göstərmişdi.

Azərbaycan kəndli və sənətkarları 40-a qədər vergi və mükəlləfiyyət yerinə yetirirdilər. Malcəhət adlanan məhsul vergisi məhsulin 5-də birini təşkil edirdi. Sudan istifadə bəhər vergisi alınırdı. Maldarlardan çobanbəyi vergisi toplanılırdı. Sənətkar və tacirlər tamğa və bac verirdilər.

XIV əsrin 70-ci-XVəsrin 30-cu illərində şəhər həyatı və ticarət tənəzzül etmişdi. XV əsrin 30-80-cı illərində bu sahədə canlanma baş vermişdi. Uzun Həsənin keçirdiyi islahatlar şəhərlərin yüksəlişini təmin etdi. Təbriz paytaxt olmaqla yanaşı ticarət və sənətkarlıq mərkəzi idi. Xəzərdə Bakı əsas liman şəhəri idi. XV əsrə Təbriz , Gəncə, Ərdəbil və Şamaxı mühüm toxuculuq mərkəzləri idi. Dulusçuluq , metalişləmə sənəti inkişaf etmişdi. XV əsrdə Rusiya ilə ticarət əlaqələri genişlənmişdi. Şamaxıdan Volqa boyuna, Moskvaya ipək və pambıq parçalar, xam ipək, xalça, zinyət şeyləri, ədviyyat və s. ixrac edilirdi. Oradan Azərbaycana xəz-dəri, bal, mum, kətan parça, qab-qacaq və s. gətirilirdi.

Xv əsrdə Avropa dövlətləri ilə də ticarət genişlənirdi. Avropalılar Azərbaycahdan şərq malları, xam ipək, pambıq parça və s. alırdılar.

XV əsrdə feodal istismarı daha da gücləndi və xalqın narazılığı daha da artdı.1484-cü ildə Maku yaxınlığında Sofi kəndində üsyan baş verdi. Ona qaraqoyunlu Topal Əhməd başçılıq edirdi. Şeyx Heydər bu üsyandan öz məqsədi üçün istifadə etməyə çalışırdı. 1484-cü ildə Qarabulaq kəndi yaxınlığındakı döyüşdə üsyançılar Yaqub Mirzə tərəfindən məğlub edildilər. Sonralar Təbriz, Astara, Şirvanda da üsyanlar baş vermişdi.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin