Çaldıran döyüşü. I Səlim 40 minlik qoşuna baxış keçirdi.Bundan sonra İsmayıla qarşı yürüşə başladı. Onun qoşunu Çaysu çayını keçib Ərzincana daxil oldu. I Səlim İsmayıla məktub göndərib onu döyüşə bağırdı. İsmayıl onun məktubuna təmkinli cavab verdi və onu sultan kimi tanımadığını bildirdi. Sultan İ səlim Maku yaxınlığında Çaldıran düzənliyində mövqe tutdu.
Döyüşdən əvvəl keçirilən şurada Məhəmməd Ustaclı və Nurəli xəlifə gecə hücuma keçib türklərin toplarını zərərsizləşdirməyi təklif etdilər. Lakin Şah İsmayıl bunu qəbul etmədi və dedi : “ Mən karvanbasan quldur deyiləm, qoy Allahın dediyi kimi olsun “
1514-cü il avqustun 23-də Çaldıran düzündə qanlı döyüş baş verdi. I İsmayıl təkbətək döyüşdə türk sərkərdəsi və pəhləvanı Malçuqoğlunu öldürdü.Osmanllar toplardan geniş istifadə etdilər. Döyüş Osmanlıların qələbəsi ilə başa batdı.I İsmayıl yaralandı, onu çətinliklə döyüş meydanından çıxardılar və səfəvi qoşunlarının qalıqları geri çəkildi.
Qəzəlbaşları təqib edən Sultan Səlim sentyabrın 6- da Təbrizə daxil oldu. Xalqın ciddi müqaviməti ilə rastlaşdığına görə 9 gündən sonra Səlim geri çəkilməli oldu. Çoxlu sənətkar ailəsi İstambula aparıldı.
Osmanlı qoşunlarının qələbəsini təmin edən başlıca səbəblər : Osmanlı qoşunu sayca üstün idi, odlu silaha malik idilər. Şah İsmayıl həddən artıq özünə güvənirdi. Çaldıran döyüşü nəticəsində Səfəvilər Kürdüstanda geniş əraziləri, Ərzrum daxil olmaqla Qərbi Anadolunu və şimali Mesopotamiyanı itirdilər. I Səlim Ərzincan, Diyarbəkri ələ keçirdi. Səfəvilər Diyarbəkri geri qaytarmağa cəhd etsələr də buna nail ola bilmədilər. 1516-cı ildə Mardinin cənubunda Qoçhisarda baş vermiş döyüş osmanlıların qələbəsi ilə başa çatdı. Şimalda Xarput və Bitlisdən Rakkiyə qədər, cənubda Mosul osmanlılar əlinə keçdi. Çaldıran döyüşündən sonra Osmanlı dövləti Ərzrum şəhəri ilə birlikdə Şərqi və Şimali Mesopotamiyaya yiyələndi. Bağdad daxil olmaqla Ərəb İraqı Səfəvilərin əlində qaldı.
Dostları ilə paylaş: |