Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Vahid Azərbaycan Səfəvi dövlətinin yaradılmasının başa çatması



Yüklə 227,84 Kb.
səhifə53/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   49   50   51   52   53   54   55   56   ...   66
null-23

Vahid Azərbaycan Səfəvi dövlətinin yaradılmasının başa çatması.

Şah I İsmayıl Şirvanşahları məğlub etsə də, yerli sülaləninhakimiyyətini saxlamışdı. Şirvanşahlar Səfəvilərə tabe olmaqdan tez-tez boyun qaşırırdılar. Şirvanşah II İbrahim (Şeyxşah) Buğurd qalasına çəkilərək müqavimət göstərdi. Lakin 1517-ci ildə müqaviməti dayandırdı, oğlu Sultan Xəlili çoxlu hədiyyələrlə Səfəvi sarayına göndərdi. O, şah İsmayılın qızı ilə evləndi. II İbrahim isə qəzənı Şah İsmayıla ərə verdi. 1524-cü ildə II İbrahim öldü. Hakimiyyətə Sultan Xəlil II Xəlilullah (1524-1535) adı ilə taxta çıxdı. Şahın gənc olmasından istifadə edən əyanların özbaşınalığına qarşı xalqın narazılığı artdı. 1537-ci ildə özünü Şirvanşahın qardaşı adlandıran kələntər Məhəmməd Amin hakimiyyətə gəlmək üçün narazı xalqı üsyana qaldırdı. Lakin Salyan yaxınlığında üsyançılar məğlub edildi və üsyanın rəhbəri öldürüldü.

Bu qarışıqlıqdan istifadə edən şah I Təhmasib (1524-1576) 1538-ci ilin baharında qardaşı Əlqas Mirzənin başçılğı altında Şirvana 20milik qoşun göndərdi. Dörd aylıq mühasirədən sonra Buğurd qalası təslim oldu. Sonuncu Şirvan hökmüdarı Şahruh əsir alındı və Təbrizə aparılaraq orada gizli şəkildə öldürüldü. Beləliklə, 1538-ci ildə səfəvilərin Şirvana yürüşü şirvanşahlar dövlətinin ləğv edilməsinə və bu torpaqların Səfəvilər dövlətini tərkibinə qatılması ilə nəticələndi. Şirvan səfəvilərin bir əyalətinə çevrildi və onun ilk bəylərbəyi I Təhmasibin qardaşı Əlqas Mirzə oldu.

Şirvan əyanlarının mərkəzdənqaçma meyllərindən istifadə edən Əlqas Mirzə özünü müstəqil hakim kimi aparmağa başladı və 1547-ci ildə Səfəvilərin hakimiyyətinə qarşı üsyan qaldırdı. Lakin Əlqas Mirzə məğlub oldu və Osmanlı dövlətinə qaçdı. Şirvan ikinci dəfə I Təhmasibin hücumuna məruz qaldı.

Dərviş Məhəmmədin dövründə səfəvi-şəki münasibətləri pisləşdi. 1538-ci ildə I Təhmasib Şirvana yürüş edəndə Dərviş Məhəmməd Şahruha kömək etməyə cəhd göstərmişdi. 1547-ci ildə Əlqas Mirzənin Səfəvilərdən ayrılmaq cəhdini də müdafiə etmişdi. 1551-ci ildə Şəkinin müstəqilliyinə son qoumaq üçün I Təhmasib Toyqun bəy Qacarın rəhbərliyi altında Şəkiyə qoşun göndərdi. Əvvəl o, Dərviş Məhəmmədə məktub göndərib tabe olmasını tələb etdi. Lakin tabe olmaq istəməyən Dərviş Məhəmməd “Gələsən-görəsən”, Kiş qalalarında müqavimət göstərmək qərarına gəldi. Səfəvilər Kiş qalasını top atəşi ilə dağıtdılar. Dərviş Məhəmməd qaçarkan tutuldu və başı kəsilib şaha gətirildi. Beləliklə, Şəkinin müstəqilliyinə son qiyuldu və bu vilayət də Səfəvilər dövlətinə birləşdirildi. Toyqun bəy Qacar Şəkiyə hakim təyin edildi.

Beləliklə, Şirvanın və Şəkinin müstəqilliyinə son qoyulması ilə Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi başa çatdı. Ölkənin şimal və cənubunun bir dövlətdə biləşdirilməsi gələcəkdə Azərbaycanın iqtisadi və mədəni həyatında böyük rol oynadı.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin