Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Səfəvilər dövləti XVI əsrin sonunda



Yüklə 227,84 Kb.
səhifə56/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   52   53   54   55   56   57   58   59   ...   66
null-23

Səfəvilər dövləti XVI əsrin sonunda.

1580-cı il avqustun 15- də səfəvi elçiləri III Muradla görüşdü və şahın məktubunu ona verdilər. Lakin Osmanlılar Şirvanı qaytarmaq istəmir, Səfəvilər osə onu israrla tələb edirdilər. 1580-cı ildə qızılbaş qoşunları Şirvana yürüş etdi. Bu zaman sultan Osmanlı ordu komandanı Sinan paşanı Şirvan üzərinə göndərdi. Lakin, O, qışı Ərzrumda qalıb Səfəvi sarayına hədələyici məktubla elçi göndərdi. Lakin səfəvilər elçiyə sərt cavab verdilər Bildirdilər ki, yüz minlik qızılbaş qoşunindan bir nəfər qalana kimi mübarizəni davam etdirəcəklər. Bu zaman Krım xanının Azərbaycana yeni yürüşü baş verdi, onların köməyi ilə Bakı yenidən Osmanlılar tərəfindən tutuldu. Lakin Osmanlılar qızılbaşların həmllərinə tab gətirməyib Dərbəndə çəkildilər. Krım tatarları isə Azərbaycanı tərk etdilər. 1581-ci ildə Krım tatarları dördüncü dəfə Azərbaycana yürüş etdilər. Lakin yeni qüvvə almış Peykər xan Şamaxı ilə Şabran arasında tatar-osmanlı birləşmiş qoşunlarını məğlub etdi, Qazi Gəray əsir alındı. Xorasana yürüş edən qəzəlbaşların geri qayıtmamasından istifadə edən osmanlılar Şamaxını yenidən tutdular. 1583-cü ilin yazında baş verən döyüşdə Osmanlı qoşunları məğlub edildi. Lakin Samur çayı sahilindəbaş verən “Məşəl döyüşü”də osmanlılar qələbə çaldılar. Qızılbaşların məğlubiyyəti ölkənin ağır daxili vəziyyəti ilə bağlı idi.

Sinan paşa osmanlılarla sülh bağlamağa təşəbbüs etdi, lakin Dərbənddə olan Osman paşa sülhün əleyhinə idi. Osmanlı sultanı şirvanı əldə saxlamaqla sülh təklifinə razı oldu. Səfəvilər Şirvanı osmanlılara vermək niyyətində deyildilər və 1555-ci il sülhünə uyğun sülh bağlamağa çalışdılar. Əks halda müharibəni davam etdirəcəklərini bildirdilər.

1583-cü iln yayında Fərhad paşanın başçılıq etdiyi Osmanlı qoşunu Çuxur-Səd ərazisini tutdular. Səfəvi əmirləri Təbrizin müdafiəsini daha vacib saydıqları üçün Çuxur-Səd bəylərbəyi Mənəmməd bəyinçağırışına getmədilər.Osmanlılar İrəvanı da tutdular. Sultan Osman paşanı Dəbənddən geri çağırdı. Azərbaycan torpaqlarını tutmaq üçün onu şərq yürüşünə başçı təyin etdi. Osmanlılar 1585-ci ilin avqustunda Pasinabad-Çaldıran-Xoy-Mərənd-Sufiyan-Təbriz istiqamətində yürüşə baçladılar. Həmzə Mirzənin başçəılığı ilə onlara qarşı 20 minlik qoşun göndərildi. Osmanlılar 1585-cu ilin sentyabrında Sufiyan düzündə qoşunlarının sayca üstünlüyündən istifadə edib qələbə çaldılar. Osmanlı qoşunları Təbrizi ələ keçirdilər. Lakin qızılbaşların həmlələri nəticəsində bir aydan sonra Osman paşa Təbrizi tərk etdi. Həmzə Mirzə osmanlılar üzərində qələbə çaldı. Onun hakimiyyəti əldə toplamasından narazı olan türkmən və təkəli tayfasının əmirləri Məhəmməd Xudabəndəni hakimiyyətdən salmağa hazırlaşırdılar. Həmzə Mirzənin kiçik qardaşı Təhmasibi oğurlayıb Qəzvinə apardılar və vəlihəd elan etdilər. Lakin Həmzə Mirzə bu qiyamı yatırtdı. Təhmasib Mirzə Əlamut qalasına salındı. 1586-cı ildə Həmzə Mirzə Təbrizə qayıtdı. Qızılbaşlar top atəşi ilə qalanı bir neçə yerdən dağıtdılar. Lakin Fərhad paşanın rəhbərliyi ilə osmanlılara kömək gəldi. Həmzə Mirzə geri çəkilməli oldu. Fərhad paşa Əlqulu xanın yanına barışıq üçün elçilər göndərdi.

Osmanlı sultanı 1586-cı ilin payızında tutulantorpaqların osmanlıların əlində qalması ilə sülh bağlamağa razı idi. Həmzə Mirzə Təbrizi əldə saxlamaqla sülh baölamağa razı oldu. O, gəncədə osmanlı səfiri Vəli bəylə görüşdü. Az sonra oğlu Heydər Mirzənin başbılığı ilə İstambula elçi göndərdi. Eşik ağası Əhməd bəy Ustaclı Fərhad paşa ilə danışıqlara getdi. Bundan sonra Həmzə Mirzə daxili işləri qaydaya salmaq, qüvvələri toplamaq, düşməni ölkədən qovub çıxarmaq üçün Gəncəyə getdi. Lakin O, planlarını həyata keçirə bilmədi. 1586-cı il dekabrın 10-da Gəncə yaxınlığında dəlləyi Xudaverdi tərəfindən öldürüldü.

Onun ölmü ilə ara müharibələri, saray çəkişmələri gücləndi. Bundan istifadə edən osmanlılar 1586-1589-cu illərdə Qaradağ, Ərdəbil, Talışdan başqa, bütün Azərbaycanı ələ keçirdilər.İşğal olunan Azərbaycan torpaqları osmanlıların əyalətinə çevrildi, burada osmanlı inzibati-idarə sistemi yaradıldı – Azərbaycan paşalıq və sancaqlıqlara bölündü.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin