XVII əsrin I yarısında Osmanlı-Səfəvi müharibələri.
Azərbaycan torpaqlarını ələ keçirən Osmanlılar yeni inzibati-ərazi bölgüsü tətbiq etdilər. Şirvan və Dərbənd bəylərbəyliyi və onlara tabe olan sancaqlar yaradıldı.Osmanlı imperiyasında “topağın idarə edilməsi” qanuna görə işğal edilmiş ərazinin əhalisi və təsərrüfatı xüsusi dəftərdə qeydə alınırdı və əhali üzərinə çoxlu vergilər qoyulurdu. Osmanlılar Xəzər dənizi sahilində Niyazabadda gəmi tərsanəsi yaratdılar.
XVI əsrin sonunda Şah I Abbas fəal xarici siyasət yeritməyə başladı.Səfəvi dövləti qarşısında xarici siyasətdə üç vəzifə dürürdu: 1.Şimal-şərq sərhədlərini möhkəmləndirmək, Xorasanı Şeybanilərdən geri almaq; 2.1578-1590-cı illərdə Osmanlılar tərəfindən işğal olunmuş torpaqları geri qaytarmaq; 3. Fars körfəzində portuqaliyalıların hegemonluğuna son qoymaq, Hind dənizinə yol açmaq. 1599-cu ildə şah I Abbas özbək xanı Məhəmməd xanı məğlub etdi, hakimiyyətini Mərvə qədər yaydı və Xorasanda möhkəmləndi.
Şah I Abbas Azərbaycan, Gürcüstan, Ermənistan torpaqlarının osmanlıların əlində qalması ilə razılaşa bilmirdi. 1603-cü ildə Osmanlı dövləti ilə Səfəvilər arasında müharibə başladı və 1639-cu ilə qədər davam etdi. Şah I Abbas osmanlı dövlətini iki cəbhədə vuruşmağa məcbur etmək üçün Avropa dövlətləri ilə ittifaq yaratmağa cəhd edirdi.Bunda Avropa dövlətləri də maraqlı idilər.Şah I Abbas əhalinin osmanlılara qarşı üsyanlarından da öz məqsədi üçün istifadə edirdi.
1603-cü il sentyabrın 14-də Şah Abbas osmanlıları sufiyan deyilən yerdə məğlub etdi. Təbriz əhalisi üsyan qaldırdı. Şah Abbas oktyabr ayında Təbrizə daxil oldu. Ordubad əhalisi də üsyan qaldırdı, şəhər qızılbaşlar tərəfindən tutuldu.Culfa və Naxçıvan tutulduqdan sonra 1603-cü il noyabrın 16-da İrəvan qalası mühasirəyə alındı. 1604-cüil avqustun 4-də ələ keçirildi.
1605-ci ildə Cığaloğlunun başçılığı altında 100 minlik osmanlı ordusu Azərbaycana göndərildi. Şah I abbas bu hücuma qızılbaşların ənənəvi “yandırılmış torpaq” taktikası ilə başladı.Əhali köçürüldü, Daşınması mümkün olan şeylər daşındı, daşınması mümkün olmayanlar məhv edildi. Naxçıvan, İrəvan və Culfanın əhalisi İsfahan, Mazandaran və İranın digər mərkəzi vilayətlərinə köçürüldü. Tarixçilərdən biri bunu “böyük sürgün” adlandırmışdı. Şah I Abbasın köçürmə siyasəti: 1.osmanlı ordusunun hücumunu çətinləşdirdi; 2. Şah İranın mərkəzi rayonlarının iqtisadiyyatını, ticarət və sənətkarlığı yüksəltməl istəyirdi; 3. Dünya ipək ticarət mərkəzlərindən biri olan Culfa əhalisini İsfahana köçürməklə ipək ticarət mərkəzini burada cəmləşdirmək istəyirdi.
1605-1607-ci ilin hərbi əməliyyatları qızılbaşlarən üstünlüyü ilə başa çatmışdı. Cığaloğlunun ordusu Ərdəbil ilə Sərab arasında 1605-ci ilin noyabr ayının 7-də baş verən döyüşdə məğlub oldu. Qızılbaşlar çoxlu qənimət ələ keçirdilər.
Bu qələbədən sonra Səfəvi ordusu qışın sərt keçməsinə baxmayaraq 4 aylıq mühasirədən sonra, 1606-cı ilin yayında Gəncəni tutdu. 1607-ci il iyunun 27-də səfəvilər Şamaxını tutdular. Zülfüqar xan Şamaxının hakimi təyin edildi. 1607-ci ilin yanvarında Bakıda, sonra isə Dərbənddə osmanlılara qarşı üsyan baş verdi və onlar qovuldular. Şah Dərbənd əhalisini bir illik vergilərdən azad etdi.
Beləliklə, 1603-1612-ci illərin hərbi əməliyyatları nəticəsində Səfəvi-Osmanlı müharibəsinin bu mərhələsi Səfəvilərin tam qələbəsi ilə başa çatdı. Bütün Azərbaycan, indiki Ermənistan və Gürcüstan, qismən Dağıstan qızılbaşların hakimiyyəti altına keçdi.
1612-ci il oktyabrın 17-də Səfəvilərlə Osmanlılar arasında Sərabda 1555-ci il Amasiya sülhünün şərtlərinə uyğun sülh bağlandı. Lakin bu sülh çox uzun çəkmədi. 1613-cü ildə Şah I Abbas Cənubi Qafqaz xalqlarını itaətə gətirmək üçün böyük ordu ilə buraya yürüş etdi. Osmanlı dövləti isə bundan istifadə edərək sülhün şərtlərini pozdu və 1616-cı ilin yazında Səfəvilərə qarşı müharibəyə başladı. Bu müharibə 1618-ci ilin baharına qədər davam etdi. Xəlil paşanın başçılığı ilə Osmanlı və 15 minlik Krım tatarlarının qoşunu Azərbaycana soxuldu. Lakin onlar Sərab yaxınlığında Sınıq körpü deyilən yerdə məğlub oldular. Bundan sonra 1618-ci ilin sentyabrında Sərab sülhünün şərtlərinə uyğun Mərənd sülhü imzalandı.
Lakin Mərənd sülhü səfəvilər tərəfindən pozuldu. Osmanlı dövlətinin daxilində gedən qarışıq siyasi vəziyyətdən istifadə edən Şah I Abbas 1622-1623-cü illərdə Bağdad, Kərbala, Nəcəf, Mosul və. Kərkük şəhərlərini ələ keçirdi. Bu zaman Gürcüstanda Georgi Saakadzenin başçılığı ilə Səfəvilərə və yerli feodallara qarşı üsyan baş verdi. İsa xan çox çətinliklə 1625-ci ilin iyununda Əlkitçay dərəsində üsyançıları məğlub etdi.
Şah I Abbasın nəvəsi Şah I Səfi (1629-1642) Azərbaycanın idarəçiliyində dəyişiklik apardı. Rüstəm bəyi Azərbaycanın bəylərbəyi, Təbrizin isə hakimi təyin etdi.
Osmanlılar səfəvilərin qərb torpaqlarını tutmaq planından əl çəkməmişdilər. 1634-cü ilin yayında hərbi əməliyyata başlayan sultan IV Murad İrəvan və Təbrizi ələ keçirdi. Lakin osmanlılar bu şəhərləri əllərində saxlaya bilmədilər. 1637-1638-ci illərdə hərbi əməliyyatlar Mesopotamiya ərazisində davam etdirildi. 1638-ci ilin dekabrında Bağdad türklərin əlinə keçdi. 1639-cu il mayın 17-də Qəsri-Şirində sülh bağlanıldı. Sərab sülhünün şərtləri təsdiqləndi.
Qəsri-şirin sülhündən sonra Azərbaycanda sabitlik yarandı, ölkənin iqtisadiyyatı bərpa edilməyə başladı. Əhali əvvəlki yerlərinə qaytarıldı. Azərbaycan Səfəvi imperiyasının vilayətlərindən birinə çevrildi.
XVII əsrdə avarlar Balakən zonasına, şahsevənlər Muğana, padarlar Dəvəçi, Ağdaş,Şamaxı, Şəki zonalirına köçürüldü. Şah I Abbacın köməyi ilə yengiloylar, muqallar Balakən, Car, Muxak, Tala, Çardaqlı, Qabaqçöl, Kaxet, Qaşqaçay, Suvagil kəndlərinə köçürüldü.
Dostları ilə paylaş: |