Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyət



Yüklə 227,84 Kb.
səhifə60/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   56   57   58   59   60   61   62   63   ...   66
null-23

XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyət.

Şah İsmayılın yaratdığı dövlət mənbələrdə qızılbaşlar və ya Səfəvilər dğvləti adlandırılmışdır. Dövlətin başında qeyri-məhdud hakimiyyətə malik şah dururdu. Bütün mülki və dini hakimiyyət şahın əlində cəmlənmişdi. Səfəvilər şiəliyi dövlət dini elan etmişdilər. Şahın yanında məşvərətçi səslə Ali Məclis fəaliyyət göstərirdi.

Səfəvilər dövlətində aşağıdakı vəzifələr var idi. 1.Vəkil-şahın dini və dünyavi işlər üzrə müavini, dövlətdə ikinci şəxs hesab edilirdi.İlk vəkil Hüseyn bəy Lələ Şamlu olmuşdur. 2. Əmir-ül ümarə Səfəvilər dövlətində qoşunun baş komandanı idi. 3. Qorçubaşı- qızılbaş tayfalarından toplanmış şah qvardiyasının başçısı idi. dövlətin hərbi qüvvələrinin əsasını feodal çərəkə qoşunu təşkil edirdi. Səfəvilərin və feodalların qoşunu elatlardan toplamırdı. 4. Mülki işlərə vəzir başçılıq edurdi. O, maliyyə, ölkənin mədaxil və məxaric işlərinə baxırdı. Səfəvilər dövlətində baş vəzir ali rütbəli məmur idi.. Şah Abbasın dövründə vəzir Hatəm bəy Ordubadi idi. 5. Sədr dini işlərə başçılıq edirdi.

Səfəvilər dövlətinin ərazisi inzibati cəhətdən bəylərbəyliklərə, bəylərbəyliklər isə mahallara bölünürdü. Bəylərbəyliklərini şah tərəfindən təyin olunan nüfuzlu tayfa başçıları idarə edirdi. XVI əsrdə Azərbaycan mərkəzi Şamaxı şəhəri olan Şirvan, mərkəzi Gəncə olan Qarabağ, mərkəzi Təbriz olan Cənubi Azərbaycan bəylərbəyliklərinə bölünürdü. Mahalları naiblər, kəndləri kəndxudalar və yüzbaşılar idarə edirdi. Şəhərləri kələntər idarə edirdi və şəhər polisinin rəisi darğa ona tabe idi.. Məəhkəmə işləri şəriət normaları əsasında aparılır və bu işə qazilər rəhbərlik edirdi. Ali vəzifələrə əsas etibarı ilə şamlı, ustaclı, türkmən, rumlu, zülqədər, əfşar, qacar, təkəli, xunuslu, cağatay tayfalarının əmirləri təyin olunurdu. Səfəvilər dövlətində 5 feodal zümrəsi var idi: 1. Şah və hakim sülalənin üzvüləri. 2. Yarımköçəri qızılbaş tayfalarının hərbi əmirləri, 3. Ali şiə ruhaniləri, 4. Mülki bürokratiyanın yuxarı təbəqəsi, 5. Qədim oturaq əyanlar.

Səfəvilər dövlətinin yaradılması nəticəsində Azərbaycanda əkinçilik, maldarlıq, sənətkarlıq və ticarət inkişaf etməyə başladı. Suvarma şəbəkələri bərpa edildi. Naxçıvan, Xoy, Şamaxı, Təbriz və Bakıda 7 növ pambıq becərdilirdi.

Səfəvilər dövlətində 5 torpaq mülkiyyət forması var idi. 1. Dövlət torpaqları; 2. Şah və onun ailəsinə məxsus olan torpaqlar (xassə); 3.Tiyul hərbi xidmət müqabilində verilirdi, soyurqaldan fərqli olaraq dövlətə vergi ödəyir və irsən keçmirdi. Bu torpaqlar müstəsna hallarda yalnız şahın icazəsi ilə irsən keşə bilərdi; 4. Mülk- feodallara məxsus şəxsi torpaqlar; 5. Vəqf-Dini idarələrə məxsus torpaqlar.

Azərbaycanda camaat adlanan kənd icması mövcud idi.0nların istifadə etdiyi torpaqlar şaha v. feodallara məxsus idi. Kənd icmaları vergi və mükəlləfiyyətləri ellik zəmanət əsasında ödəyirdi. Sıfıvilər dövlətində əhalidən 35-ə qədər vergi alınırdı. Ən ağır vergi olan malcəhət məhsulla-natural şəkildə alınırdı. Kəndlilər feodal otlaqlarından istifadə etdiklərinə görə çobanbəyi vergisi, bağlara görə bağbaşı vergisi ödəyirdilər. 1565-ci ildə Şah I Təhmasib sənətkarlıqda qul əməyini və tamğa vergisini ləğv etdi. 10-15-il müddətində əhalinin yığılıb qalan vergi borcları ləğv olundu.

Səfəvilər dövründə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında şəhərlər mühüm rol oynayırdılar. Gəncə, Şamaxı. Bakı, Ərdəbil, Culfa və digər şəhərlərin rolu artmışdı. Bakı əsas dəniz limanı idi. Gəncə əhalisinin sayına görə ikinci əsas şəhər idi. Culfa ipək ticarətinin beynəlxalq mərkəzlərindən biri idi. Ordubad, Naxçəvan, Əylis mühüm ticarət şəhərləri idi.

XVI əsrin ortalarında Volqa-Xəzər ticarət yolu Rusiyanın Avropa və asiya ilə münasibətlərində mühüm yer tuturdu.tacirlər Volqa ilə Həştərxana, oradan Dərbəndə, sonra isə Niyazabad limanına gəlir, buradan karvanla Şamaxı, Təbriz və digər şəəhərlərə gedirdilər. 1562-ci ildə “Moskva şirkəti” tacir və kəşfiyyatçı Antoni Cenkinsonu Səfəvi dövlətinin ərazisinə göndərdi. Cenkinson Şirvan bəylərbəyi Abdulla xanla görüşdü, gömrüksüz və maneəsiz ticarət hüququ aldı. Lakin Rusiya dövlətinin tələbi ilə rusiya dövləti Volqa –Xəzər yolunda avropalıların imtiyazını ləğv etdi. Rusiyadan Azərbaycana xəz, mum, silah, hərbi geyim və s. mallar gətirilirdi. XVI əsrdə Azərbaycandan Avropa və Rusiyaya xam ipək, pambıq-parça, xalça , balıq, düyü və s. aparılırdı.

Azərbaycanın İrəvan, Gəncə, Naxşıvan, Təbriz və Ərdəbil şəhərlərində sikkəxanalar var idi. XVII əsrdə abbasi, Mahmudi, şahi, bisti, qazıbəyi adlanan pul nominalları buraxılırdı.

XVII əsrin sonlarında Azərbaycan iqtisadiyyatının bütün sahələrini tənəzzül bürüdü. Fırıldaqçılıq dövlət məmurlarının pul hərisliyi, rüşvətxorluq həddini aşmışdı. Xırda kəndli təsərrüfatının var-yoxdan çıxması Azərbaycanda kənd təsərrüfatının tənəzzülünün əsas səbəbi idi. Vergi və mükəlləfiyyətlərin artması, əkin sahələrinin azalması, suvarma şəbəkəsinin bərbad hala düşməsi kənd təsərrüfatı məhsullarının istehsalını azaltmışdı. Şəhərlərdə ticarət və sənətkarlığın tənəzzülü bu sahə ilə məşğul olanların çoxunun baıqa işə keçməsinə, yaxud digər şəhərlərə köçməsi ilə nəticələnmişdi. Sikkələrin xarab olması, qızıl və gümüş pulların dövriyyədən çıxması pul böhranını dərinləşdirdi.

XVI-XVII əsrlərdə Azərbaycanda əsas tədris ocaqları ibtidai məktəb və mədrəsələr idi. Şah I İsmayılın tapşırığı ilə riyaziyyatçı və astronom Qiyasəddin Marağa rəsədxanasını bərpa etdi. XVII əsrdə yaşamış Həsən oğlu Şirvani fəlsəfə, fiqh sahəsində məşhur olmuş, astronomiya və riyaziyyata dair bir sıra əsərlər yazmışdır. Azərbaycanda fəlsəfi fikrin inkişafında Yusif Məmmədcan oğlu Qarabaği əsərlərini məntiq, hüquq, astronomiyanın problemlərinə həsr etmişdir.

Bu dövrdə görkəmli tarixçilər nəsli yetişmişdir. XVI əsrdə yaşamış Həsən bəy Rumlu 12 cilddən ibarıt “Əhsən-ət təvarix”əsərini yazmışdı. Onun XV-XVI əsrlərə aid XI-XII cildləri dair zamanəmizə qədər gəlib çatmışdır.

İspaniyada yaşamış Don Juan adı ilə məşhurlaşan, Bayat tayfasından olan oruc bəy Bayatlı səfəvi dövlətinin tarixinə dair əsər yazmış və 1604-cü ildə ispan dilində nəşr etdirmişdi. Xondəmirin əsərində Səfəvi dövlətinin tarixinə aid xeyli məlumat var.

Azərbaycan tarixçisi İsgəndər bəy Münşi “Tarix aləm arayi Abbasi” (Abbasın dünyanı bəzəyən tarixi) əsəri Səfəvi dövlətinin ictimai-iqtisadi. Siyasi və mədəni həyatını öyrənmək üçün mühüm mənbələrdəndir. Mənşəcə kürd olan Şərəfxan Bitlisinin “Şərəfnamə”əsəri XVI əsr Azərbaycan tarixini öyrənməkdə böyük əhəmiyyət kəsb edir.

Şah I İsmayılın sarayında “şairlər şairi” Həbibinin iştirakı ilə ədəbi məclis fəaliyyət göstərirdi. Şah I ismayıl özü Xətai təxəllüsü ilə şer yazırdı. O, Azərbaycan dilində “Divan”, mənzumələr, “Nısihətnamə”, “Dəhnamə” adlı poema yazmışdır.

XVI əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Məhəmməd Ffüzulidir(1498-15560 . Onun ulu babaları Teymurilər dövründə Azərbaycandan İraqa köçmüşdülər. Onun “Leyli və Məcnun”, “Şikayətnamə”, “Bəngü-Badə” və digər əsərləri bütün dünyada şöhrət tapmışdır. Füzuli fəlsəfə, astronomiya və başqa elmlərlə də məşğul olmuş “Mətlə-ül –etiqad” (Etiqadın mənşəyi) adlı fəlsəfi əsər yazmışdır.

XVI əsrdə Həqiri, Rəhməti filosof olmaqla yanaşı, gözəl bədii əsərlər yaratmışdılar. Həqiri əsərlərində sufiliyi təbliğ edirdi..Sadıq bəy Əfşar(1533-1612) dövrünün görkəmli filosofu və rəssamı idi. Bu dövrdə aşıq poeziyası inkişaf etmişdi. Onun görkəmli nümayəndəsi Aşıq Qurbani olmuşdur. Şifahi xalq yaradıcılığının yeni janrı- dastanlar yaranmağa başladı.

Qövsi Təbrizi, Sahib Təbrizi də XVII əsrin görkəmli şairlərindən olublar. Şərqşünas Y.V Bertels Sahib Təbrizini XVII əsrin “Hafizi” adlandırmışdı. XVII əsrdə yaranan dastanlardan “Yaxşı və Aşiq”, “Şah İsmayıl”, “Koroğlu”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm və s. göstərmək olar.

XVI əsrdə Təbrizdə böyük kitabxana var idi. 1522-ci ildə Təbrizdə Kəmaləddin Behzad şah kitabxanasının rəisi təyin edilmişdi. Şah I abbasın dövründə “Kitab evi”ndə çoxlu əlyazmalar toplanmışdı.

XVI əsrdə Azərbaycanda bədii-minatür sənəti geniş yayılmışdı. Bu sənətin əm görkəmli nümayəndəsi Sultan Məhəmməd idi. Onun minatürləri sankt-Peterburq, London,Leypsiq, Venetsiya muzeylərində saxlanılır. Kəmaləddin Behzad, Mir Müsaviri, Mir Zeynalabdin Təbrizi, Mövlanə Müzəffər Əli və başqaları onun ardıcılları idilər. Sadıq bəy Əfşar minatür və portret janrlarında əsərlər yaratmışdı. XVII əsrdə Təbriz minatür məktəbinin davamçılarından biri Rza Təbrizi idi.

XVI-XVII əsrlərdə bir sıra memarlıq abidələri yaradılmışdır. 1544-cü ildə Qusar rayonunda Həzrə kəndində tikilən Şeyx Cüneyd məqbərəsini, Naxbıvanda Əlincəçay üzərində körpünü, Bakının Şərq darvazalarını, Ərdəbil və Təbriz şəhərlərində tikilmiş bir sıra abidələri onlara misal göstərə bilərik. XVII əsrdə Suraxanı Hind məbədi, Gəncədə şah Abbas məscidi, Şamaxıda Kələxana kəndində tikilən məqbərə kompleksləri, 1663-cü ildə Nardaran kəndində tikilən məscid kimi memarlıq abidələri tikilmişdir. Hafiz Lələ kimi görkəmli xanəndə fəaliyyət göstərmişdir.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin