Üst paleolit 35 – 12 ci minilliklər.Bu dövrdə insanların təsərrüfat həyatlarında, əmək alətlərındə yeniliklər baş verir. İnsanlar daşdan və sümükdən incəsənət nümunələri düzəldirlər. Çaxmaq və dəvəgözü daşlarından təsərrüfatda geniş istifadə olunmuşdur. Bu dövrdə ümumi təsərrüfat, birgə əmək və qan qohumluğu əsasında insanların yeni birliyi olan qəbilə yaranır. Təsərrüfat həyatında qadınların rolu çox böyük idi və qəbilədə nəsil ana xətti ilə müəyyən edilirdi
Orta daş dövrü ( mezolit ) – e.ə. 12–8 ci minilliklər.Azərbaycan ərazisində Mezolit mədəniyyətinin ilk nümunələri Qazax rayonunun Damcılı mağarasında aşkar edilmişdir.Ən qədim insanların yaşadıqları Qobustan düşərgəsi mezolit dövrünə dair maddi – mədəniyyət nümunələri ilə çox zəngindir.Bu dövrdə buzlaşma qurtarır,havalar istiləşir.İnsanlar çaxmaqdaşı və dəvəgözündən kiçik ölçülü əmək alətləri düzəldirlər. Bu dövrün yenilikləri aşağıdakılardır ;
Balıqçılıq ləvazimatları olan tor və qarmaqdan istifadə
Istehlak təsərrüfatından istehsal təsərrüfatına keçidin başlanması.
Yeni daş dövrü ( Neolit ) VIII –VI minilliklər. Bu dövrdə əmək alətləri daha da təkmilləşir , yeni təsərrüfat sahələri yaranır.İbtidai əkinçilik ,ibtidai maldarlığın yaranması nəticəsində insanlar oturaq həyata keçirlər. Daşı cılalamağı və deşməyi öyrənməklə insanların əməkləri daha məhsuldar olur.Kültəpə, Xanlar, Qobustan, Yanıqtəpə və.s. kimi düşərgələrdə neolit dövrünə aid çoxlu gil qabların tapılması bu dövrdə dulusçuluğğun mövcud olmasını göstərir. Bu dövrdə ibtidai heyvandarlığln əsası qoyulur,ilkin əkinçilik vərdişləri yaranır. Beləliklə , istehsal təsərrüfatı meydana çıxır. Şimali Azərbaycanda neolit dövrünə aid mədəniyyət qalıqları Qobustandakı Anazağa, Kənizə , Ovçular zağası düşərgələrində aşkar edilmişdir. Bu ərazidə tapılan arxeoloji materiallar balıqçılığın da inkişaf etdiyini təsdiqləyir