Kuti dövlət qurumu.E.ə. III minilliyin II yarısında Urmiya gölünün qərb və cənub qərbində Kuti dövlət qurumu yaranmışdır.Mənbələrdə göstərilir ki, Akkad hökmüdarı Naram – Suen kutilər üzərinə yürüş təşkil etmiş ,lakin kutilərin ciddi müqaviməti ilə qarşılaşmışdır.Kutilər şumerlərin Nippur şəhərini akkadların təcavüzündən qoruduqlarına görə bu şəhərdə Kuti hökmüdarınin adına abidə qoyulmuşdu.Onlar Ay allahına sitayiş edirdilər.Kutilər Mesopotamiyaya hücum edənə qədər hərbi demokratiya formasında yaşayırdılar. Onlar e.ə. XXI əsrin əvvəllərində Mesopotamiyaya yürüş edərək Akkad dövlətinin varlığına son qoydular.Kuti dövlətinin ərazisi şimalda Urmiya gölünün qərbindən cənubda İran körfəzinə qədər olan ərazini əhatə edirdi.Onlar 91 il Mesopotamiyanı idarə etdilər.Ölkənin idarə olunması yerli canişinlərə həvalə olunmuşdu.Onlar ticarət yollarında əmin amanlıq yaratdılar,şəhərlərarası toqquşmalara son qoydular, yeni məbədlər tikdirdilər ,dağılanları bərpa etdirdilər.E.ə. 2019 – cu ildə sonuncu kuti hökmüdarı Tirikan hakimiyyətə gəlir. Lakin 40 gündən sonra Uruk şəhərində ona qarşı üsyan baş verir və onu hakimiyyətdən salırlar. Nəticədə kutilər Mesopotamiyadan qovuldular.
Azərbaycan ərazisində yaşayan turukkilər lullubi tayfa ittifaqına daxil olaraq Urmiya gölünün cənubunda , su tayfaları isə Zaqroş dağları ətəklərində və Urmiya gölünün cənub hissəsində yaşayırdılar.Sonrakı dövrlərdə Cənubi Azərbaycan ərazisində lullubi və kutilərin varisləri olacaq Manna tayfaları yaşayacaqlar.