4.Azərbaycan Midiya və Əhəməni imperiyasının tərkibində. Midiya ərazisi Mannadan cənub – şərqdə Mərkəzi İran yaylasında yerləşirdi. Assur mənbələrində Midiya sözü “ Maday “, “ Amaday “, “ Matay “ kimi , yunan mənbələrində isə “ Midiya “ kimi işlənir.Yunan müəllifi Herodota görə bu dövlətin yaradıcısı Deyok adlı şəxs olmuşdur.O, altı tayfanın – maqlar,buslar, arizantlar, struxatlar, budilər və paritakenlərin birləşməsindən paytaxtı Ekbatan olan Midiya dövlətini yaradıb. E.ə. VIII əsrin sonlarında yaranan bu dövlət tezliklə Assur dövlətindən asılı vəziyyətə düşdü. Midiya hökmüdarı Kaştariti e.ə. 672- ci ildə Midiyanı Assur əsarətindən xilas etdi. Lakin midiyalıların müstəqillikləri uzun sürmədi və e.ə. 653 – cü ildə onlar iskitlərin hakimiyyəti altına düşdülər.28 il davam edən iskit əsarəti e.ə. 625 ci ildə başa çatdı. Midiya hökmüdarı Kiaksar ( e.ə. 625 – 590 ) dövləti nəinki əsarətdən çıxartdı , hətta hərbi islahatlar keçirərək işğallar yoluna keçdi.Tarixdə ilk dəfə olaraq müstəqil süvari ordunu Kiaksar yaratmışdır.E.ə. 616 – cı ildə Kiaksar Yeni Babil hökmüdarı Nabupalasar ilə ittifaq yaradaraq Assur dövlətinə qarşı müharibəyə başladı.Bu müharibədə mannalılar assurların tərəfində vuruşsalar da assurlar məğlub oldular.E.ə.612 – ildə Assuriyanın paytaxtı Nineviya şəhəri tutuldu.E.ə. 605 –ci ildə Assur dövləti tarix səhnəsindən silindi.Midiya e.ə.590 cı ildə Midiya dövləti Manna , Urartu , İskit dövlətlərinin varlıqlarına son qoydu.Kiaksar Aralıq dənizinə çıxmaq üçün Lidiya dövləti ilə müharibəyə başladı.E.ə. 585 ci ildə döyüş zamanı baş yerən günəş tutulması hər iki tərəfi qorxutdu və onlar bunu Allahın qəzəbi kimi qiymətləndirdilər.Ona görə də tərəflər sülh bağladılar . Kiaksarın oğlu Astiaq Lidiya hökmüdarının qızı ilə evlədi.E.ə.585-ci ildə Kiaksarın vəfatından sonra hakimiyyətə oğlu gəldi.Lakin Astiaq atasından qalan böyük imperiyanı qoruyub saxlaya bilmədi.O, əyanların müstəqilliklərini məhdudlaşdırmağa cəhd göstərdiyi üçün onların ciddi müqaviməti ilə qarşılaşdı.Digər tərəfdən Midiya imperiyası silah gücünə yaradıldığı üçün müxtəlif dildə danışan , müxtəlıf adət- ənənəyə malik olan xalqlar üsyanlar yolu ilə ayrılmağa çalışırdılar. Midiyanın əsarəti altında olan xalqlardan biri də farslar idi.Farslar mənşə etibarı ilə ari irqinə mənsub idilər.Şərqi Avropadan çıxma olan bu tayfaların bir hissəsi e.ə. IX – VIII əsrlərdə İran yaylasında görünmələri ilə bağlı mənbələrdə məlumatlara rast gəlinir.E.ə. 553-cü ildə fars tayfaları II Kırin rəhbərliyi altında üsyan qaldırdılar.Üç il davam edən üsyan onların onların qələbələri ilə başa çatdı.Astiaq öldürüldü ,Midiya dövləti məhv oldu və onun yerində Əhəmənilər dövləti yarandı.Bu dövlət e.ə. 550-ci ildən e.ə. 330-cu ilə qədər mövcud oldu.
Dövlətin yaradıcısı olan II Kir işğalçılıq siyasəti yeridirdi.O, e.ə. 549 –cu ildə Lidiya dövlətini, e.ə. 539 –cu ildə Yeni Babil dövlətini işğal etdi. II Kir e.ə. 530 –cu ildə massaget tayfaları ilə müharibəyə başladı.Massagetlərin başçısı qadın sərkərdə Tomris ona qalib gəlib başını kəsdirib, qanla doldurulmuş tuluğa atdırdı. Hakimiyyətə onun oğlu II Kambis ( e.ə. 530 – 522 ) gəldi.E.ə.522 –ci ildə o, Misirə yürüş etdi və oranı işğal etdi. O. Misirdə olarkan Əhəməni dövlətində midiyalı kahin Qaumatın başçılığı altında üsyan baş verdi. Qaumat yeddi ay hakimiyyətdə oldu.O.,aparılan müharibələri dayandırdı,əhalini üç illik vergilərdən azad etdi.Lakin Əhəməni nəslindən olan I Dara ( e.ə. 522 -486 ) onu öldürüb hakimiyyəti ələ keçirdi , Əhəmənilər dövlətinin ən qüdrətli hökmüdarı oldu. I Dara işğalçılıq yolu ilə dövlətin ərazisini daha da genişləndirdi,Ölkəni inzibati cəhətdən 20 satraplığa ( canişinliyə ) böldu, öz adına darik adlanan qızıl pul kəsdirdi.E.ə. 519 –cu ildə Azərbaycan torpaqları bu imperiyanın tərkibinə qatıldı...
Əhəmənilər dövlətinin sonuncu hökmüdarı III Daranın dövründə imperiya özünün tənəzzül dövrünü yaşayır.Bu zaman Balkan yarımadasının şimalında Makedoniya dövləti yüksəlirdi.Bu dövlətin hökmüdarı olan Makedoniyalı İsgəndərin e.ə. 334 –cü ildə şərqə yürüşü başlandı. İsgəndər e.ə. 334 –cü ildə Qranik döyüşündə, e.ə.333 –cü ildə İss döyüşündə Əhəmənilərin ön hissələrini dağitdı.Həlledici döyüş e.ə. 331 –ci ildə Qranikdə baş verdi.İradəsizlik göstərən III Dara qoşunlarını qoyub qaçdı və bir qədər sonra yaxın qohumu tərəfindən öldürüldü..İsgəndər e.ə. 330 –cu ildə Əhəmənilər dövlətinin varlığına qəti şəkildə son qoydu.
Dostları ilə paylaş: |