Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Kimmer – skif – sak padşahlığı



Yüklə 227,84 Kb.
səhifə9/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   5   6   7   8   9   10   11   12   ...   66
null-23

3.Kimmer – skif – sak padşahlığı. Bu padşahlıq e.ə. VII əsrin 70 – ci illərində Manna ilə Urartu arasında, Urmiya gölünün şimalında və qərbində yaranıb.Kimmerlərin ilkin vətəni Qafqazın qərb hissəsi olmuşdur.E.ə. II minilliyin sonu – I minilliyin əvəllərində onlar Qara dənizin şimal sahillərinə köç ediblər.Bu tayfalar haqqında Tövratda, Assur mixi yazılarında, Homerin “ İliada” əsərində məlumatlar verilib.Kimmerlər Qara dəniz sahilində iskitlər tərəfindən məğlub edilirlər.Onların bir hissəsi itaətə alınsalar da, digər hissəsi Asiyaya qaçmışdır.

Saklar iskit tayfası hesab olunurlar.Herodot yazır ki , iskitlər Avropadan qovduqları kimmerlərin arxasınca Asiyaya , oradan da Manna və Midiyaya soxulmuşlar Baş verən miqrasiya və siyasi proseslər nəticəsində Urartunun cənubunda və Mannanın şimalında iki iskit mərkəzi yaranır.Sonradan hər iki mərkəz vahid kimmer – iskit –sak dövlətində birləşdirilir.İskitlər istər Midiyanın İstərsədə Mannanın siyasi həyatına fəal şəkildə müdaxilə edirdilər.Təsadüfü deyildir ki, onlar Midiya dövlətini 28 il əsarətdə saxlamışdılar.E.ə. 593 – cü ildə Midiya hökmüdarı Kiaksar bu dövlətin varlığına son qoymuşdur.Bu dövlət 80 ilə qədər mövcud olmuşdur.İskitlərin bir hissəsi Dərbənd keçidi vasitəsi ilə şimala getmiş , digər hissəsi isə Azərbaycanda məskunlaşaraq Azərbaycan xalqının formalaşmasında iştirak etmişdir

İskitlər intizamlı atlı qoşuna malik idilər.Onların əsas silahları ox və kaman idi.Mingəçevirdə aşkar edilmiş torpaq qəbirdə iskit tipli ox ucluqları , üzük möhürlər , əyri bıçaqlar , nizə ucluqları və.s. tapılmışdır.

Tarixi Azərbaycan ərazisində kimmer , iskit , sak tayfalarınin adları ilə bağlı çoxlu toponimlər qalmaqdadır.Məsələn, Sakasena, Arsak, Balasakan,Zaqatala, Kəmərqaya, Qəmərli, Xomarlı və.s.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin