Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Azərbaycan sasani imperiyasının tərkibində ( III – VII ci əsrlər )



Yüklə 227,84 Kb.
səhifə12/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   8   9   10   11   12   13   14   15   ...   66
null-23

Azərbaycan sasani imperiyasının tərkibində ( III – VII ci əsrlər ).
Plan:

  1. Azərbaycanda feodal münasibətlərinin yaranması.




  1. Sasanilərin Azərbaycanı işğal etməsi.

  2. Albaniya feodal dövləti.

  3. Albaniyada sasani zülmünə qarşı mübarizə.

  4. Sasanilərin xarici siyasəti və Azərbaycan.

  5. Girdıman knyazlığı

Ədəbiyyat.

.

1.Azərbaycan tarixi ( Uzaq keçmişdən – 1870 ci ilə qədər ), ( S. Əliyarlının redaktorluğu ilə ) B.,1996 ; 2009.



2.Azərbaycan tarixi . Z. Bünyadovun , T.Vəliyevin və Y. Yusifovun redaktorluğu ilə.İki cilddə. I cild B., 2005 , II cild B., 2009.

3.Azərbaycan tarixi . 7 cilddə ,B., 2007-2008

4 .Azərbaycan tarixinə dair qaynaqlar.B.,1989.

5.Bakıxanov A. Gülüstani –İrəm B.,2000

6.Cəbiyev Q. Girdıman tarixi. B., 1991

7.Cəbiyev Q. Girdıman tarixi və tarixi coğrafiyası. B.,2015.



8.Firudin Ağasıoğlu.Azərbaycan türklərinin islamaqədərki tarixi.( doqquz bitik ) I – III bitik .B., 2014.

  1. Azərbaycanda feodal münasibətləri III –V əsrlərdə yaranmağa başlamışdır Bu dövrdə Azərbaycan sasanilər imperivasının tərkibində olduğu üçün həm Azərbaycanda , həm də sasanilər imperiyasında feodal münasibətlərinin yaranması prosesi oxşar olmuşdur Albaniyada quldarlıq münasibətləri Şərq ölkələri ilə müqayisədə çox zəif olduğundan o, formalaşa bilmədi.Elə feodalizmin özq də birdın – birə yaranmır.Onun cücərtiləri özündən əvvəlki quruluşun daxilində yaranır , miqdar dəyişiklikləri tədriclə keyfiyyət dəyişiklikliyini yaradır.Belə ki ,feodalizmin ilk çağlarında dəmirdən mükəmməl əmək alətləri hazırlanırdı , əkinçilik və sənətkarlıq sahəsində əmək məhsuldarlığı artmışdı , yeni sınıt sahələri yaranmışdı ,əkin sahələri genişlənmiş ,şəhərlər və ticarət inkişaf etmişdi.Torpaq sahibliyinin feodalizmə xas səciyyəvi xüsusiyyətləri tədriclə meydanan gəlməkdə idi. Quldarlıq cəmiyyətində torpaq həökmüdarlara, dini qurumlara və quldarlara məxsus idi. Tqrpaqlar əsasən hərbi əsirlərin , qulların və icmaçı kəndlilərin əməyi ilə becərilirdi. Qul əməyindən həm də dövlət tikintilərində , ev təsərrüfatında istifadə olunurdu.Lakin quldarlıq ölkənin iqtisadiyyatında aparıcı rol oynaya bilmədi.Bunun səbəbləri aşağıdakılar idi ; a) ölkəyə qulların kütləvi axını yox idi ; b) qullar gördükləri işin nəticəsində maraqlı deyildilər. ; c) qullara təkmilləşdirilmiş əmək alətlərini etibar etmək olmurdu.

Quldarlıqdan fərqli olaraq feodalizmdə kənd icmalarının torpaqları dövlətin və dövlət vasitəsi ilə iri əyanların əlinə keçdi.İri əyanlar tədriclə iri torpaq sahiblərinə çevrilirdilər.Eyni zamanda olar dövlət torpaqlarından da yararlandıqlarına görə həm də dövlət torpaqlarının mülkiyyətçiləri oldular Dövlət həmin torpaqları xidmət müqabilində hərbiçilərə , dövlət adamlarına pay və ya hədiyyə şəklində verirdi.Belə torpaqlar mülk (feod ) , onun sahibi isə mülkədar ( feodal ) adlanırdı.Feodalizm termini də buradan yaranmışdır.Həmin torpaqları asılı kəndlilər becərirdilər.Quldan fərqli olaraq asılı kəndlinin evi , pay torpağı , ailəsi , əmək alətləri ,iş heyvanları var idi.Kəndli əmək alətləri ilə həm özünün , həm də ağasının torpağını becərirdi.Feodal mülklərində işləyən kəndlilər şəxsən azad olsalar da, torpağa görə feodaldan asılı idilər.Azərbaycanda ancaq xristian feodalların mülklərində təhkimli kəndlilər işləyirdilər.Torpağını və şəxsi azadlığını itirən kəndli təhkimli sayılırdı və belə kəndli feodal təsərrüfatını tərk edib gedə bilməzdi.Kəndli öz təsərrüfatında yetişdirdiyi məhsulun bir hissəsini töycü şəklində feodala verməli idi.Kəndli həm də feodalın xeyrinə müxtəlif mükəlləfiyyətlər daşımalı və biyara getməli idi.Kəndlinin feodalın xeyrinə yerinə yetirdiyi bütün məcburi və əvəzsiz işlər mükəlləfiyyət adlanır.Kəndlinin feodal təsərrüfatında yerinə yetirdiyi bütün işlər isə biyar adlanır.Kəndlilər azad icmaçılardan , feodal torpaqlarında işləyən az torpaqlı və torpaqsız kəndlilərdən ibarət idi.Sənətkar və tacirlər isə adsız –sansız adamlar sırasına daxil idilər. VI əsrdən etibarən icma torpaqlarının püşk yolu ilə bölüşdürülməsi qaydası ləğv edildi Nəticədə bəzi icma üzvləri digərilərinin topaqlarını mənimsədilər. İcma daxilində yeni feodallar təbəqəsi yarandı və onlar o biri feodallar ilə birləşdilər. Bu dövrdə feodalizm bir quruluş kimi artıq formalaşdı.

Qərb ölkələrində olduğu kimi Azərbaycanda da feodal nərdivanı mövcud olmuşdur Nərdivanın ən yüksək pilləsində alban hökmüdarı dururdu.O , ölkənin qanunvericisi ,ali hakimi , dini hakimiyyətin başçısı və silahlı qüvvələrin komandanı idi.Hökmüdardan sonra iri feodallar olan patriklər gəlirdi.Onlar bütöv vilayət və nahiyələri idarə edirdilər.Patriklər böyük torpaq sahələrinə və su mənbələrinə malik idilər.Onların başlıca vəzifəsi hökmüdara xidmət etmək , ölkəni qoşun və hərbi qüvvə ilə təmin etmək idi.Patriklər vergilərdən azad idilər.

Albaniyada feodal nərdivanının sonrakı pilləsində azatlar dururdu.Albaniyada feodal iyerarxiyasını göstərən “ Dərəcə fərmanın “ da azatlar öz qüdrət və mövqelərinə uyğun olaraq ardıcıllıqla verilir.Azatların ilk on nəsli böyük , sonrakılar isə kiçik nəsil adlanırdı.Azatlar iri feodalların vssalı idilər.Onlar hərbi xidmət müqabilində iri feodallardan torpaq sahəsi alır , hərbi süvari qoşunun əsasını təşkil edirdilər.

III – IV əsrlərdə Albaniyada aşağıdakı torpaq sahibliyi formaları var idi.; 1.Torpaq üzərində dövlət mülkiyyəti , 2 nəsildən – nəslə keçən torpaq mülkiyyəti, 3 Hökmüdar torpaqları , 4 Xüsusi feodal torpaq mülkiyyəti, 5 Kilsə torpaq mülkiyyəti, 6 Kəndli və icma torpaq mülkiyyəti.

V – VII əsrlərdə xüsusi feodal torpaq mülkiyyəti daha da genişləndi.Bu mülkiyyətin geniş yayılan iki forması var idi : 1.Dastakert ; 2.Xostak Dastakerti.dövlət hakim sinfin nümayəndələrinə irsi olaraq olaraq verirdi.Onun sahibinə patrik deyilirdi.Xostak torpaqları –dövlət tərəfindən vassallıq müqabilində yaranmış torpaq sahibliyi idi. O, əsasən hərbiçilərə və ruhanilərə verilirdi.Xostakı satmaq bağışlamaq , girov qoymaq olmazdı.Xostak sahibi xidmətdən kənarlaşdırıldıqda torpaqdan məhrum edilirdi.

Erkən orta əsrlərdə natural təsərrüfat hökmüran vəziyyətdə idi.Natural təsərrüfat elə bir təsərrüfatdır ki, feodala , kəndliyə lazım olan bütün məhsullar malikanə daxilində hazırlanırdı.Yalnız malikanədə istehsalı mümkün olmayan məhsullar kənardan gətirilirdi. Ona görədə natural təsərrüfat dedikdə demək olar ki , bazar ilə əlaqəsi olmayan təsərrüfat nəzərdə tutulur.

Sasanilərdə əsas vergilər torpaq vergisi xaraq , can vergisi isə gezit adlanırdı.Albaniyada Aquen kilsə qanunları kilsəyə can vergisi, kilsəyə “ onda bir “ vergisi, ruhun rahatlaşması üçün vergilərin verilməsini müəyyən etmişdi.Qanunda həm də əyanlar üçün can vergisinin verilməsi müəyyənləşdirilmişdi.Yoxsul əhali isə imkan daxilində can vergisi ödəyirdi.Dğvlət vergisi həm natura , həm də pulla alınırdı.Xosrov Ənuşirıvanın keçirdiyi vergi islahatından sonra vergi məhsulun həcminə görə deyil, torpaq sahəsinə görə alınırdı.Burada məqsəd məmurların vergi toplanılmasında özbaşınalıqlarının qarşısını almaq, toplanılan vergilərin dövlət xəzinəsinə tam daxil olmasını təmin etmək idi.Torpaq vergisini torpağı olan hər bir kəs verirdi, can vergisini isə kəndlilər və şəhərlilər ödəyirdilər.


  1. 224 – cü ildə Suzian gölü yaxınlığında Sasani nəslindən olan I Ərdəşir Babəkan ilə Parfiya dövlətinin sonuncu nümayəndəsi V Arbatan arasında döyüş oldu. I Ərdəşir qalib gələrək Parfiya dövlətinin varlığına son qoydu. 226 – cı ildə Ktesifon şəhərinə daxil olaraq Sasani dövlətini yaratdı. Ktesifon ( Mədain ) dövlətin paytaxtı oldu I Ərdəşir Parfiyalılarda olan xırda şahlıqlar sistemini ləğv edərək idarə olunan əyalətlər sistemi yaratdı. I Ərdəşir parfiyalılardan qalma dəbdəbəli şahənşah titulunu saxladı.Parfiyalıların bütün ərazisinə sahib olan sasanilr mərkəzləşdirilmiş dövlət yaratdılar.Sasani dövləti yaranandan sonra Cənubi Qafqaz uğrunda əvvəllər Roma İlə Parfiya arasında gedən müharibələr indi Roma ilə Sasanilər arasında gedirdi.Sasanilər işğal olunmuş ərazuləri əyalətlərə çevirir, onların idarə olunmasını mərzbanlara ( canişinlərə ) həvalə edirdilər.Belə vilayətlərdən biri də Azərbaycan idi.

  1. – ci ildə Atropatena sasanilər tərəfindən işğal olundu və ikinci dəfə müstəqilliyini itirdi. Sasani hökmüdarı I Şapur ( 241 – 272 ) Sasani imperiyasına daxil olan ölkələrdə Zərdüştlüyün zorla yayılması haqqında göstəriş verdi.Atropatena bəhs edilən dövrdə sasanilər imperiyasının şimal əyalətini təşkil edirdi.

V əsrdən etibarən Sasani imperiyası inzibati cəhətdən dörd mərzbanlığa bölünürdü.Mərzbanlara mülkü və hərbi səlahiyyətlər verilirdi.Böyük əyalətlərə başçılıq edən mərzbanlar isə şah adlanırdı.İmperiya mərkəzi hakimiyyətin divanları tərəfindən idarə olunurdu.Sasanilər dövründə xərac , ordu , çaparxana divanları və.s. mövcud idi.

Siyasi müstəqilliyini itirib , imperiyanın vilayətlərindən birinə çevrilən Atropatenadan fərqli olaraq Albaniya nisbi müstəqilliyini qoruyub saxlaya bilmişdi.Məlum olduğu kimi Cənubi Qafqaza sahib olmaq uğrunda Roma ilə Sasanilər arasında əsrlərlə davam edən müharibələr olmuşdur. Belə müharibələrdən biri 260 cı ildə Sasani şahı I Şapur ilə Roma imperatoru Valerian arasında baş vermişdır..Qalib gələn I Şapur bütün Cənubu Qafqaza öz hakimiyyətini elan etmişdi. Nəqşi Rüstəmdə 262 ci ilə aid məbəd divarında olan yazılarda Sasanilərə tabe olan ölkələr sırasında Atropatena ilə yanaşı Albaniyanın da adı çəkilir.Albaniya hələ I əsrdən hakimiyyətdə olan Arşagilər sülaləsinə mənsub hökmüdarlarını saxlaya bilmişdi.

V – VI əsrlərdə Albaniya idarəçiliyində hezarapet, haramanator, sparapet kimi vəzifələr var idi.Albaniyada hezarapet vəzifəsində olan şəxs dövlət gəlirləri idarəsinə başçılıq edirdi. Haramanator isə İranda olduğu kimi vəzirlik və bütün dövlət işlərinə rəhbərlik edirdi. Sasanilərdə süvari qoşunun başçısına verilən sparapet titulu isə Albaniyada bütün hərbi qüvvələrin başçısına aid edilirdi.

Sasanilərin rəsmi dinləri atəşpərəstlik idi. Atəşpərəstliyin mərkəzlərindən biri Atropatenada idi.Burada məşhur Şiz məbədi yerləşirdi.Şah Bəhram Gur ( 421 – 438 ) hərbi yürüş ərəfəsində Şiz məbədini ziyarət edirdi.Zərdüşt dininin baş məbədlərindən biridə Qazaka şəhərində yerləşirdi.Sasani hökmüdarları taxta çıxdıqdan sonra Qazakadakı məbədi piyada ziyarət etməli idilər.



  1. Feodalizm quruluşunun meydana çıxdığı dövrdə Albaniyanın şimal sərhədləri Böyük Qafqaz dağlarına , cənub sərhəddi Araz çayına, şərq sərhəddi Xəzər dənuzinə, qərb sərhəddi isə İberiyaya çatırdı.Albaniyanın paytaxtı əvvəllər Qəbələ, sonralar isə Bərdə şəhəri olmuşdur. Ölkənin ərazisi vilayətlərə bölünürdü.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin