Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Atropatena və qədim Alban dövləti



Yüklə 227,84 Kb.
səhifə11/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   7   8   9   10   11   12   13   14   ...   66
null-23

Atropatena və qədim Alban dövləti.
Plan:

1.Atropatena dövlətinin yaranması.

2.Atropatena Selevki, Parfiya və Roma münasibətlərində.

3.Təsərrüfat həyatı və mədəniyyət.

4.Qədim Albaniyanın ərazisi, əhalisi.

5.Yadelli işğalçılara qarşı mübarizə.

6.Təsərrüfat həyatı və mədəniyyəti


Ədəbiyyat

1.Abdulla Fazili. Atropatena e.ə. IV- e. VIII əsrlərində. Bakı, 1992.

2. Avesta ( Tərcümə edən İ. Şəmsi ) Bakı, 1995.

3.Azərbaycan tarixi (Uzaq keçmişimizdən – 1870 ci ilə qədər ) ( S. Əliyarlınin redaktorluğu ilə ) B.,1996 ; 2009.

4.Azərbaycan tarixi. Z. Bünyadovun . T. Vəliyevin .və Y. Yusifovun redaktorluğu ilə.İki cilddə. B.,2005 ; 2009.

5.Azərbaycan tarixi. Yeddi cilddə. I cild. B.,2007.

6.Azərbaycan tarixinə dair qaynaqlar.B., 1989.

7.Haqverdiyev Ə.Azərbaycan tarixi (qədim zamanlardan VII əsrə qədər ).B., 1985

8. Qafqaz Albaniyasının maddi mədəniyyəti. B., 1982.

9. Voroşil Q. Qafqaz Albaniyası. B., 1993.




1.Midiya imperiyası süquta uğradıqdan sonra Cənubi Azərbaycan torpaqları Əhəmənilər imperiyasının tərkibinə qatıldı və ayrıca satraplıq kimi idarə olunmağa başlandı.Qədim yunan mənbələrində bu ərazi Kiçik Midiya , Atropat Midiyası kimi xatırlanır. Atropat adı ilk dəfə Qavqamel döyüşü ilə əlaqədar çəkilir. Atropat qədim yunan dilində “ odu mühafizə edən “ , “ odu qoruyan “ mənasıni verir. Güman etmək olar ki , satrap eyni zamanda baş kahin funksiyasını daşıyıb. Kiçik Midiyanın satrapı kimi adı çəkilən Atropat Qavqamel döyüşündən sonra gözləmə mövqeyi tutur və bir qədər sonra İsgəndər ilə yaxınlaşır.Onun diplomatik səyləri nəticəsində İsgəndər Atropatena ərazisinə yürüş etmir. İlk günlərdə ona etibar etməyən İsgəndər Kiçik Midiyaya Oksiart adlı şəxsi satrap təyin etsə də , o,bu işin öhdısindən gələ bilmir. E.ə. 328 –ci ildə İsgəndər Atropatı yenidən Kiçik Midiyaya satrap təyin edir.Atropat qızını İsgəndərin yaxın dostu və sərkərdəsi Perdikkaya ərə verərək mövqeyini daha da möhkəmləndirir.

E.ə. 323 –cü ildə İsgəndər vəfat edir və onun imperiyası sərkərdələri arasında bölüşdürülür. Şərq əyalətlərinin idarə olunması Perdikkada olduğuna görə digər sərkərdələr Atropatenaya soxula bilmirlər.E.ə. 321 –ci ildə Perdikka sui-qəsd nəticəsində öldürülür.Makedoniyalı sərkərdələrin başları Perdikkanın torpaqlarını bölüşdürməyə qarışdığından Atropatena kənarda qalır. Beləliklə, e.ə. 321 –ci ildə Azərçaycanın cənubunda müstəqil Atropatena dövləti yaranır.Atropatena böyük hərbi qüvvəyə malik idi.Onun 40 min piyada, 10 min atlı qoşunu var idi.Dövlətin paytaxtı Təbriz yaxınlığında yerləşən Qazaka şəhəri idi. Bu şəhərdə həm də atəşpərəstliyin baş məbədi yerləşirdi.Atropat dövləti e.ə. 320 –ci ilə qədər idarə etmişdir.

Cənubi Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi ölkənin ictimai-iqtisadi və mədəni inkişafında böyük rol oynamışdır.Bu ərazidə xalqın formalaşması prosesi başlanmışdır.

Atropatena ərazisində saqartalılar , müqlər , utilər , paritagenlər , maqlar , kadusilər , kaspilər, mardlar , azərilər kimi tayfalar yaşayırdılar E.ə. IV əsrin sonu –III əsrin əvvəllərində müstəqil siyasət yeridərək öz ərazilərini genişləndirmişdilər.E.ə. III əsrin əvvəllərində Atropatena ərazisi Arazın şimal sahillərini əhatə edirdi.Beləliklə , Atropatena dövləti Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikasıni\ın cənub rayonlarını əhatə edirdi.

2.İsgəndərin imperiyası dağılandan sonra yaranan dövlətlərdən biri də sərkərdə Selevkin yaratdığı dövlət idi.E.ə. III əsrin ortalarında Arşakın başçılığı altında olan Parn tayfası selevkilərə tabe olmaqdan imtina edərək müstəqil dövlətlərini yaratdılar.Mərkəzi Asiyada yaranan bu dövlət tezliklə İran ərazisini də özünə tabe etdirdi.Parfiya dövləti böyük Midiyanı işğal edə bilsə də Atropatena öz müstəqilliyini qoruyub saxlaya bilmişdi.

E.ə. 223 –cü ildə hakimiyyətə gələn Selevki hökmüdarı III Antiox şərqdə ona tabe olmayan vilayətləı, o cümlədən Atropatenaya qarşı yürüşə başladı.E.ə. 220 –ci ildə Atropatena hökmüdarı Artabazan selevkilərdən asılılığı qəbul etməyə məcbur oldu.Bu Roma dövləti də Şərqdə işğallarını genişləndirirdi..Bu isə iki güclü dövlət arasında münasibətləri gərginləşdirirdi.E.ə. 190 cı ildə Roma ordusu Maqneziya döyüşündə selevkiləri ağır məğlubiyyətə düçar etdi.Maqneziya döyüşündən sonra Atropatena yenidən müstəqilliyini bərpa etdi.

E.ə. II əsrin II yarısından etibarən Ön Asiya uğrunda mübarizə Roma və Parfiya dövlətləri arasında gedir.E.ə. I əsrdə Roma senatı Ön Asiyaya iddialı olan Pont hökmüdarı və onun müttəfiqi Armeniya çarlığını cəzalandırmaq üçün sərkərdə Luklulu hərbi səfərə göndərir. Luklula məğlub olan Pont hökmüdarı Mitridat Armeniya istiqamətinə qaçır.Onu təqib edən Luklul Armeniyanın paytaxtı Tiqranaket şəhərini mühasirəyə alır.E.ə. 66 –cı ildə Roma senatı Luklulu digər sərkərdə Qney Pompey ilə əvəz edir.Armeniya hökmüdarı Tiqran Pompeyə tabe olur.Atropatena isə yarım asılı vəziyyətə düşür.

E.ə. I əsrin ortalarında Romanın şərqdə fəal siyasət yeritməsi nəinki Parfiya, o cümlədən Atropatena üçün də təhlükə yaradırdı.Ona görə də Parfiya və Atropatena ümumi düşmənə qarşı birgə mübarizə aparmaq üçün ittifaq yaradırlar. Digər tərəfdən din , adət - ənənə oxşarlıqları da onların yaxınlaşmalarına şərait yaradırdı.E.ə. 53 –cü ildə Karra şəhəri yaxınlığında Roma ilə Parfiya arasında ilk qanlı döyüş baş verdi.Atropatena qoşunları da Parfiyanın tərəfində romalılara qarşı vuruşurdu.Bu vuruşma Roma qoşunlarının yenilməz olduqları fikrinə son qoymaqla bərabər onların Şərqə doğru hərəkətini dayandırdı.E.ə.38 –ci ildə Hindar yaxınlığında roma qoşunları parfiyalıları ağır məğlubiyyətə uğratdılar və Şərq istiqamətində hucuma hazırlaşdılar.E.ə. 36-cı ildə Roma sərkərdəsi Antoni müttəfiqi erməni qoşunları ilə birlikdə Parfiya və Atropatenaya qarşı hücuma keçdilər.Antoni Atropatena hökmüdarlarının qış iqamətgahı olan Fraaspa şəhərini mühasirəyə aldı.Baş verən döyüşdə Atropatena və Parfiya qoşunları romalıları məğlubiyyətə uğratdılar. Erməni çarı döyüş meydanını qoyub qaçdı Antoni 40 min əsgər və hücüm üçün olan qurğularını itirdi. Lakn əldə edilmiş qənimətin bölüşdürülməsi iə bağlı Parfiya və Atropatena arasında narazılıq yarandı.E.ə. 35 –ci ildə Atropatena hökmüdarı Artabaz Parfiyadan uzaqlaşaraq Roma ilə yaxınlaşmağa başladı və qızını Antoninin oğluna nişanladı.Bundan sonra Antoni Armeniya çarlığını işğal edərək Atropatenaya qatdı

E.ə. 20 –ci ildə Atropatenada hakimiyyətə Artabazın oğlu Ariobazan gəldi.O, 10 il Romada yaşadı və oradan Atropatena və Armeniyanı idarə etdi.Dövlətin sonuncu hökmüdarı Aroibazanın oğlu Ariovast ( b.e. 2 – 20 –ci illəri ) vaxtında Atropatena tənəzzül dövrünü yaşayırdı. Çünki Oktavian Avqustun ölümündən sonra Roma Atropatenanı müdafiə etmək imkanında olmadı.Parfiya hökmüdarı III Artaban Atropatenanı işğal edərək qardaşını oraya hakim təyin etdi.



3. Atropatenada təsərrüfatın bütün sahələri inkişaf etmişdi.Arxeoliji qazıntılar zamanı bu ərazidən tapılan daşlaşmış taxıl və əmək alətlərinin qalıqları burada süni suvarmaya əsaslanan əkinçiliyin olduğunu göstərir.Ölkədə bağçılıq , bostançılıq inkişaf etmişdi. Maldarlığın ən çox inkişaf etmiş shəsi atçılıq olmuşdur.Atropatena ərazisində qızıl , gümüş , qurğuşun , dəmir kimi faydalı yataqların olması sənətkarlığın müxtəlif sahələrin inkişafına təkan vermişdir.Burada toxunan xalçalar , parçalar , düzəldilən keramika məhsulları ölkə sərhədlərindən çox – çox uzaqlarda məşhur idi.Atropatenalılar ölkədə olan neft yataqlarından əldə etdikləri neftdən həm hərbi , həm də təsərrüfat məqsədləri üçün istifadə edirdilər.Fraaspa , Qazaka , Aqnazana ,Fanaspa kimi şəhərlərin olması burada şəhər həyatınin yüksək səviyyədə olduğunu göstərir.

Atropatena mühüm ticarət yollarının üzərində yerləşirdi.Mərkəzi Asiya ,Çin , Hindistan malları Atropatenadan keçən “ Böyük ipək yolu “ vasitəsi ilə qərb ölkələrinə aparılırdı.Atropatena ərazisində tapılan ən qədim pullar Makedoniyalı İsgəndərin adına kəsilən pullardır. Yerli pulun olması ilə bağlı məlumat yoxdur.

Atropatena ərazisində yunan mədəniyyəti ilə qoca Şərqin mədəniyyəti bir – biri ilə görüşmüşdür.Atropatenalılar yunan mədəniyyəti və mifologiyası ilə yaxından tanış olublar.Kerifto dağında qayada oyulmuş məbədin divarında həmin məbədin Herakla həsr olunduğu yazılmışdır.

Azərçaycanda , İranda , Mərkəzi Asiyada zərdüştlük dini geniş yayılmışdı.Bu dinin yaradıcısı olan Zərdüşt e.ə.VII əsrin sonu –VI əsrin əvvəllərində Azərbaycanda yaşamışdır.Bu dinin müqəddəs kitabı “ Avesta “adlanır. Zərdüştlüyə görə dünyada xeyir ilə şər arasında mübarizə gedir və son nəticədə mübarizə xeyirin qləbəsi ilə başa çatmalı idi. Zərdüşt məbədlərində od qorunduğuna və ona sitayiş olunduğuna görə onları atəşpərəstlər də adlandırırlar. “ Avesta “ 12 min dana dərisi üzərində yazılmışdı. İsgəndər Persopol şəhərini yandırarkan “ Avesta “ nın bir hissəsi yanmışdı. “ Avestanın məzmunu ilə avropalıları fransız şərqşünası Ankettil Düpperon 1771- ci ildə tanış etmişdir



4. Qədim Alban dövləti indiki Azərbaycan Respublikasını , Gürcüstan Respublikasının Lori və Alazan çayları vadisini , Dağıstan Respublikasının cənub ərazilərini əhatə edirdi. Bu ərazi qədim yunan mənbələrində Ağvan ,fars və ərəb mənbələrində Arran , gürcü mənbələrində isə Rani adlandırılmışdır.Mənbələrdə Albaniyanın sərhədləri barədə müxtəlif fikirlər mövcuddur.Məsələn , yunan tarixçisi Strabon albanların iberlərlə Kaspi arasında yaşadıqlarını göstərir.Antik romalı alim Böyük Pilini də qeyd edir ki, albanlar dənizlə iberlər arasında yaşayırlar.Ptolomey Albaniyanın şimaldan Sarmatiya , qərbdən İberiya , cənubdan Ermənistan ilə sərhəd olduğunu göstərir.Azərbaycan torpaqlarının işğalına haqq qazandırmağa çalışan erməni tarixçiləri ənənəvi saxtakarlıqlarını davam etdirərək iddia edirlər ki, Albaniya torpaqları yalnız Kürün sol sahilini əhatə etmişdir. Kürün sağ sahilində yerləşən Uti,Arsax, Paytakaran erməni torpaqlarıdır.Lakin onlar unudurlar ki, qədim ermənilərin friq tayfalarının bir qolu kimi Frakiyadan gəlmələri, Van gölü ətrafında Armeniya adlanan ərazidə məskunlaşmaları və həmin ərazinin adı ilə erməni adlandırılmaları elmə çoxdan məlumdur.Ermənilərin Cənubi Qafqaza gəlmə olduqları qeydsiz və şərtsizdir.Başqa bir misal;Alban tayfa ittifaqına daxil olan udilər son vaxta qədər erməni yox, alban olduqlarını xatırlayırlarə. Onlar I Pyotra göndərdikləri məktubda yazırdılar ; “ Biz Aqvanıq (albanıq ) və milliyətcə utilərik “.

Qədim mənbələrdə Albaniya sıx əhaliyə malik ölkə kimi göstərilir.Strabonun məlumatına görə Albaniya ərazisində 26 tayfa yaşamışdır. Onlardan albanları, utiləri, kaspiləri, qarqarları, kadusiləri, leqləri, amardları və. s. göstərmək olar

Antik mənbələrdən məlum olur ki, e.ə. V əsrdə albanların kaspi tayfası Əhəməni – Yunan müharibələrində iştirak edib.E.ə.331 –ci ildə alban döyüşçüləri Əhəməni şahı III Daranın tərəfində Makedonoyalı İsgəndərə qarşı vuruşublar.

Arxeoloji materiallar göstərir ki, e.ə.IV əsrdə albanlar arasında bərabərsizlik dərinləşmiş , icma münasibətləri dağılmış, quldarlıq mqnasibətləri yaranmışdır.E.ə. IV əsrin sonu – e.ə. III əsrin əvvəllərində müstəqil Alban dövləti yaranmışdır.Bunu Albaniya ərazisində öyrənilən qəbir abidələri və möhür- üzüklər subut edir.Əmlak bərabərsizliyi əhalini varlı və yoxsul təbəqələrə ayırdı.Albaniyada hər bir tayfanın ayrıca hakimi olsa da bütün tayfalar vahid Alban hökmüdarı tərəfindən idarə olunurdu.Albaniyada padşahdan sonra ikinci hörmətli şəxs Ay allahı məbədinin kahini idi.Albaniya quldar dövlət olsa da, burada quldarlıq münasibətləri Şərqdə olduğu qədər inkişaf etməmişdi.Buna baxmayaraq kənd təsərrüfatının və sənətkarlığın müxtəlif sahələrində müəyyən qədər qul əməyindən istifadə olunurdu.Təsərrüfat əsasən azad adamların əməyinə əsaslanırdı.



5..E.ə.II əsrdə Roma dövləti Aralıq dənizi sahillərinə hökmüran olandan sonra Şərq ölkələrinə qarşı fəal hərbi əməliyyatlara başladı.Bu istiqamətdə o,Pont çarlığı və onun müttəfiqi Armeniya çarlığı ilə toqquşmalı oldu.Roma sərkərdəsi Luklul Pont çarı VI Mitridatı ağır məğlubiyyətə uğradaraq Armeniyaya doğru hərəkət edib paytaxt şəhər olan Tiqranakerti mühasirəyə aldılar.Lakin Luklulun ləng hərəkəti Roma senatını təmin etmədiyindən onu sərkərdə Qney Pompey ilə əvəz etdilər.Pompey II Tiqranı məğlub edərək Tiqranakert şəhərini tutdu.Sonra o, VI Mitridatı təqib edərək Cənubi Qafqazın içərilərinə doğru irəlilədi.Alban hökmüdarı Oroyz Pompeyin Albaniya ərazisindən keçib getməyinə icazə verdi.Lakin Pompeyin Albaniyanı işğal etmək məqsədini başa düşdükdə o, fikrindən imtina etdi.Albaniyanın sərhədlərinə yaxınlaşan Pompey qoşunlarını üç yerə bölərək Kür çayı sahilində möhkəm müdafə mövqeyı yaratdı.Alban hökmüdarı Oroyz romalılara qəfil zərbə endirmək qərarına gəldi.O,e.ə.66 cı ilin dekabrında 40 minlik qoşunla romalıların düşərgələrinə eyni vaxtda zərbə endirdi.Albanlar romalıları birinci müdafiə xəttindən ikincisinə sıxışdırsalar da daha təcrübəli olan roma legionları hücumu dayandırıb albanlara ağır zərbə vura bildilər.Bütün qoşunu itirə biləcəyindən ehtiyat edən Oroyz geri çəkilib Pompeydən sülh xahiş etdi. Pompey bu təklifi qəbul etdi.Pompey VI Mitridatı təqib etmək üçün İberiyaya doğru hərəkət etdi.Alban xalqının romalılara qarşı müqaviməti artırdı.Alban hökmüdarının qardaşı Kozis 60 min piyada , 12 min süvari qoşunla romalıları təqib etməyə başladı.E.ə.65- ci ildə Qanıx çayı sahilində tərəflər qarşılaşdılar.Döyüşdə Pompey hərbi hiyləyə əl atdı.O,əsas qüvvəsi olan piyada qoşunlarını daha az olan süvarilərin arxasında gizlədib düşmənində səhv fikir yaratdı.Alban süvariləri roma süvarilərinə hücum etdilər.Bundan istifadə edən romalıların piyada qoşunları albanları mühasirəyə alıb zərbə endirdilər.Döyüşdə Kozis ölümcül yaralandı.Məğlub olan albanlar meşəyə çəkildilər.Pompey meşəyə od vurdurdu.Bu döyüşdə alban kişiləri ilə bərabər alçan qadınlarıda iştirak etmişdilər.Döyüşdən sonra qadın meyidlərini görən romalılar heyrətə gəlmişdilər.Onlar belə hesab edirdilər ki yunan mifologiyasında adları çəkilən amazonkalılar ilə döyüşüblər. Əhalinin müqaviməti romalılara Albaniyada möhkəmlənməyə imkan vermədi.Pompey e.ə. 61- ci ildə Romaya qayıtdı.

Sonrakı illərdə də romalılar Albaniyada olublar.E.ə. 37- ci idə Roma sərkərdəsi Kanidi iberlər və albanlar üzərinə hücüm etmişdi.Alban hökmüdarı Zober romalıların hakimiyyətini qəbul etmişdi.Roma imperatoru Oktavian Avqustun adı ilə bağlı olan yazıların birində deyilir : “ bizim dostluğumuz albanlar, iberlər və başqa xalqlarla elçilər vasitəsi ilə həyata keçirilir.” I əsrin 30- cu illərində Roma və Parfiya arasında gedən müharibələrdə albanlar romalıların müttəfiqi kimi çıxış edirdilər.Eranın 68- ci ilində Roma imperatoru Neron Albaniyaya hücum etməyi və Dərbəndə qədər gəlməyi planlaşdırırdı.Lakin baş verən üsyan zamanı onun öldürülməsi bu planı yarımçıq qoymuşdu.

I əsrin 80- ci illərində romalılar Xəzər dənizimə qədər irəliləmişdilər.1948 ci ildə Qobustanda qaya üzərində həkk oiunmuş latın yazılı daş kitabə bunu sübut edir.Kitabədən məlum olur ki,e.ə.84 cü ildə imperator Dominisianın ( 81 -96 cı illər ) XII İldrım sürətli legionu Qobustanda olmuşdur.

Bizim eranın 114- cü ilində Cənubi Qafqaz uğrunda Roma ilə Parfiya arasında yenidən müharibə başlamışdır.Roma imperatoru Trayan Ermənistanı tutub onu Romanın əyalətinə çevirmişdi.Nəticədə iberlər, kolxlar və başqa öalqlar Romaya tabe etdirilmişdi.İmperator Adrianın ( 117-138 ) dövründə Roma ilə Cənubi Qafqaz xalqları arasında dostluq münasibətləri var idi

Eramızın I – III əsrlərində sarmat – massaget – alan tayfaları Dərbənd və Dəryal keçidləri vasitəsi ilə Cənubi Qafqaz və Ön Asiyaya hücüm etdilər.Onların hücumları talançılıq və qarətçilik xarakteri daşıyırdı.Alanların Azərbaycana ən böyük basqınları 72 – 74 cü illərdə olmuşdur. Mingəçevir və Qəbələdə I III əsrlərə aid tapılan katakomba qəbirlərin alanlara aid olduğu güman edilir.

6. Albaniyada əkinçilik, maldarlıq, sənətkarlıq və ticarət çox geniş inkişaf etmişdi.Əkinçilik mədəniyyəti Albaniyada xüsusi ilə yüksək olmuşdur.Antik yunan müəllifi Strabon yazırdı ki,çox vaxt bir dəfə əkilmiş torpaqlar iki,hətta üç dəfə məhsul verir....Bütün ərazi arx və sularla Babilistan və Misir düzənliklərindən yaxşı suvarılır,otlaqların ucu- bucağı yoxdur, buranın havası da yaxşıdır Albaniyada torpaqlar xışla əkilir,məhsul dəmir oraqla biçilirdi, taxıl iri küpələrdə təsərrüfat quyularında saxlanılırdı.Antik mənbələrin birində deyilir ki,Kaspi torpaqlarında əncir ağacları çoxlu bar verir.Strabon üzümlükləri belə təsvir edir : “ Orada ( Albaniyada ) yeni salınmış tənəklər ikinci ildən bar verir köhnə tənəklər o qədər məhsul verir ki , məhsulun bir hissəsi dərilməmiş qalır.” Qazıntılar zamanı şərab küplərinə , bağçılıqda işlədilən əmək alətlərinə rast gəlinir.

Azərbaycan ərazisində inək, camış, qoyun, dəvə, keçi, at və s. təsərrüfat heyvanları saxlanılıb.Antik yunan alimi Elian “ Heyvanlar haqqında “əsərində yazır : “ Kaspi torpaqlarında çoxlu öküz naxırı və at ilxısı vardır, onların sayı – hesabı yoxdur...Burada çoxlu dəvə var, ən böyüyü uca boylu at boydadır zərif yunla örtülüdür.Zərifliyinə görə onların yunu Milet keçilərinin yunundan geri qalmır.Həmin yundan hazırlanan geyimləri kahinlər,varlı və şəhərli kaspilər geyinirlər.”

Xəzər dənizi və çay sahillərində yaşayan tayfaların məşğuliyyətində balıqçılıq mühüm yer tuturdu.Elian bu barədə yazırdı: “ Kaspi torpağında böyük göl ( Xəzər ) var, orada şişburun adlı böyük balıqlar olur.Onların uzunluğu hətta 8 qulaca çatır.Kaspilər onları tutur, duzlayır , ya da qurudurdular.Sonra da dəvələrə yükləyib Ekbatana aparırdılar.”. Onlar “ onun içalatını çıxarıb bişirir və yapışqan hazırlayırdılar... Fil sümüyü ilə işləyən ustalar ondan istifadə edirlər.”

Qədim Albaniya ərazisində Mingəçevur ,Qəbələ , Xınıslı , Uzunboylar , Torpaqqala , Qaratəpə və s. yaşayış məskənlərindən toplanan maddi mədəniyyət nümunələri Albaniyada sənətkarlığın inkişaf etdiyini göstərir.Qəbir abidələrindən tapılmış küllü miqdarda saxsı qablar burada dulusçuluğun da inkişaf etdiyini göstərir.Mingəçevir küp qəbirlərindən tapılmış parça nümunələri burada toxuculuq sənətinin də yüksək səviyyədə olduğu fikrini söyləməyə imkan verir.

Arxeoloji materiallar göstərir ki , Albaniya Hindistan , iran ,Mərkəzi Asiya , Roma , Ermənistan ,İbrriya və s. ölkələrlə geniş ticarət əlaqələri saxlamışdır.Albaniya ərazisindən mühüm ticarət yolları keçirdi.Bu yollardan biri Hindistanla Qara dənizi birləşdirirdi.Hindistan malları Mərkəzi Asiyaya , oradan Xəzər dənizinə, sonra Kür çayına, quru yolla Rion çayına və Qara dənizə çatdırılırdı.İkinci yol Albaniya ərazisindən şimala keçirdi. Strabon yazırdı: “Aorslar dəvə karvanı ilə Hindistan və Babilistandan gətirilən malları erməni və Midiya tacirlərindən alaraq ticarət edirlər.” Aıbaniyada İsgəndərin, selevkilərin, romalıların pullarından istifadə olunmuşdur.Albaniyada ticarətin dövriyyəsinin geniş olması yerli pulların da kəsilməsinə səbəb olmuşdur.Yerli pulların üzərində yazı yoxdur,yalnız insan, quş, heyvan təsvirləri vardır

Sənətkarlıq və ticarətin inkişafı ilə şəhərlər yaranır və böyüyürdü.Plini ölkənin baş şəhəri Kabalakanın ( Qəbələnin ) adını çəkmişdir. Ptolomey isə Albaniyada olan 29 şəhər və yaşayış məntəqəsinin adlarıni qeyd etmişdir.Strabon Uti vilayətində olan Ayniana və Anarika şəhərlərindən bəhs etmişdir.

Albanların maddi mədəniyyətini , dini görüşlərini , adət-ənənələrini öyrənməklə yazılı mənbələrlə yanaşı , maddi mədəniyyət qalıqları böyük əhəmiyyət kəsb edir.

Alban sənətkarlarının hazırladıqları məmulatlar eyni zamanda bu insanların mənəvi estetik görüşlərini də əks etdirir.Onların hazırladıqları fiqurlara quş və heyvan forması verilmiş , bəzi gil qabların üzəri həndəsi ornamentlərlə , bitki , heyvan ,quş təsvirləri ilə bəzədilmişdir.Bu fiqurlar həm də albanların dini baxışlarını da özündə əks etdirir.

Alban tayfalarının dünyagörüşlərində din əhəmiyyətli yer tutmuşdur.Qədim Albaniyada çoxallahlılıq mövcud idi.Onlar səma cismlərinə sitayiş edirdilər.Strabon qeyd edirdi ki, albanlar Zevs ( Göy ), Selen ( Ay ) , Helios ( Günəş) allahlarına sitayiş edirdilər.Onlar qocalara hörmət edir, ölmüş şəxsin əmlakını meyitlə birlikdə qəbrə qoyurdular.Bu , onların axirət dünyasına olan inamla bağlı idi.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin