Kambisena vilayəti Albaniyanın şimal – qərbində , İberiya ilə sərhəddə yerləşirdi.Eceri vilayəti Qəbələ vilayətindən cənubda Qarasu və Girdıman çayları arasında yerləşirdi, cənub sərhəddi Kür çayına çatırdı.Eceri adı müasir Ucar şəhərinin adında qalmışdır.
Qəbələ vilayəti Eceri vilayətinin şimalında Şəki və Çola vilayətləri arasında yerləşirdi Albaniyanın ilk paytaxtı olan Qəbələ bu vilayətdə yerləşirdi.Şəki vilayəti Albaniyanın şimal – qərbində Böyük Qafqaz dağlarının cənub ətəklərini əhatə edirdi.
Kürün sağ sahili siyasi – inzibati cəhətdən 4 nəhəng əyalətə bölünürdü: Arsax, Uti, Paytakaran, Sünik,.Paytakaran əyaləti Azərbaycanın cənub- şərqində , Mil- Muğan düzünün bir hissəsində,Kür çayından aşağı Xəzər dənizinə qədər uzanırdı. IV əsrin II yarısından etibarən bu əyalət Albaniyanın tərkibində olmuşdur.
Kür çayının sağ sahilində yerləşən Uti vilayəti şərqdən Paytakaran ,cənubdan Arsax, şimaldan Kür çayı, qərbdən İberiya ilə hüdudlanırdı.Tarixi Arsax əyaləti Qarabağın dağlıq ərazisini, Mil düzünün bir hissəsini əhatə edirdi.Sünik vilayəti Albaniyanın cənubunda , Arazın sol sahilində yerləşirdi.
I – III əsrlərdə Roma ilə Parfiya arasında Cənubi Qafqaz uğrunda gedən müharibələr zamanı Albaniya gah bu, gah da digər tərəfin təsiri altında olmasına baxmayaraq öz müstəqilliyini qoruyub saxlamışdı.Eramızın III əsrində Albaniyada Arşagilər sülaləsi hakimiyyətə gəldi.Bu sülalənin birinci hökmüdarı I cəsur Vaçaqan Albaniyanın bütün vilayətlərini birləşdirmiş, mərkəzləşdirilmiş dövlət yaratmışdı.Ondan sonra hakimiyyətə gəlmiş I Vaçe ( 255 – 262 ) Roma ilə əlaqələr yaratmış, sasanilərə qarşı çıxmışdı.Lakin Roma imperatoru Valerian üzərində məlum qələbədən sonra Albaniya daxili müstəqilliyini saxlamaqla Sasanilərdən asılı vəziyyətə düşmüşdü.Sasani hokmüdarı I Şapurun ölümündən sonra Albaniya yenidən siyasi müstəqillik qazanmışdı. II Şapurun ( 309 – 379 ) Albaniyanın siyasi vəziyyəti yenidən mürəkkəbləşir.
IV əsrin 30 –cu illərində Paytakaran viliyətinin idarəçiliyi türk mənşəli sərkərdə Sanatürkün əlində idi.Roma və onun müttəfiqi olan ermənilər Paytakarana yürüşlər təşkil edir, Albaniyada xristianlığı yaymağa çalışırdılar.Onların hücumlarının qarşısını almaq üçün 337 – ci ildə 30 minlik qoşun toplayıb Ermənistana yürüş təşkil etdi və onun paytaxtını tutdu.Lakin 338 – ci ildə erməni sərkərdəsi Vaçe Mamikonyan yunan və iber qoşunlarının köməyi ilə Sanatürkü məğlub edərək öldürdü. Bu yürüşdə Sanatürk sasani hökmüdarı II Şapura kömək üçün müraciət etsə də müsbət cavab ala bilmədi.Çünki, II Şapur Albaniyada məskunlaşan hunlara qarşı mübarizə aparmaq üçün erməni hökmüdarı Tiran ilə ittifaqa girmişdi.Lakin bu ittifaqın ömrü uzun olmadı.II Şapur Ermənistandan ayrılıb Albaniya ilə ittifaqa girdi və qohumu Urnayrı ( 359 -371 ) hakimiyyətə gətirdi.
359 –cu ildə erməni sərkərdəsi Vasak Albaniyaya soxulub ölkəni talan etdi. Həmin ildə sasani – alban qoşunu roma –erməni qoşununa qarşı Amid deyilən yerdə döyüşə girdi.Ermənilər məğlub oldular, Vasak tutularaq edam edildi.Erməni çarı II Arşak isə tutularaq zindana salındı.Ermənilər tərəfindən işğal olunmuş Arsax, Marlar ölkəsi, Kaspiana və digər vilayətlər Albaniyaya qaytarıldı.Ermənistanda xristian dini məhdudlaşdırıldı.Çünki, sasanilər xristianlığı Roma imperiyasının ideologiyası sayır və ona qarşı mübarizə aparırdılar.
Roma imperiyası Ermənistanda nüfuzunu yenidən gücləndirməyə cəhd göstərəndə sasani hökmüdarı Ermənistana yenidən qoşun yeritdi. 371 –ci ildə roma- erməni və sasani – alban qoşunları arasında Dizirav adlanan yerdə döyüç baş verdi. Sasani –alban qoşunları məğlub oldu. Türk mənşəli erməni sərkərdəsi Muşeq Mamikonyanın qoşunları Albaniyaya soxularaq ölkəni talan etməyə başladı.Uti, Şakaşen,Girdıman, Kolt vilayətləri işğal olundu.
387 –ci ildə sasanilər ilə roma arasında sülh imzalandı.Sülhə görə Qərbi Ermənistan və Qərbi Gürcüstan Romanın, Şərqi Ermənistan və Şərqi Gürcüstan Sasanilərin hakimiyyəti altına keçdi.Ermənistan və Gürcüstanda yerli sülalənin hakimiyyətinə , o cümlədən dövlətçiliklərinə son qoyuldu.Onların idarə olunması sasani mərzbanlarına həvalə edildi.
Albaniyada xristianlığa və İslama qədər ki , dövrdə bütpərəstlik, atəşpərəstlik, səma cismlərinə sitayiş geniş yayılmışdı. Zərdüştlük Albaniyada tək allahlılığa aparan dünyavi dinə çevrilə bilmədi, atəşpərəstlik kimi qaldı.
Eramızın əvvəllərində Yerusəlimdən , Suriyadan həvarilər və onların şagirdləri Albaniyaya gəlmiş və burada ilk xristian icmaları yaratmışdılar.Albaniyada xristianlığın yayılmasını iki dövrə bölmək olar.Birinci dövr həvari Faddey,Varfolomeyin və onun şagirdi Yeliseyin adı ilə bağlıdır.Bu dövr IV əsrə qədər davam etmiş və suriyapərəst dövr adlanır.Xristianlığın Cənubi Qafqazda yayılmasının ikinci dövrü yunanpərəst mərhələ adlanır. Amma, Albaniya, Ermənistan və İberiya istər siyasi , istərsə də kilsə baxımından Bizansdan asılı deyildi Alban kilsəsi eyni zamanda Yerusəlim kilsəsi ilə də münasibətlərini davam etdirirdi.498 –ci ildə III Mömün Vaçaqan Aquen kəndində kilsə məclisini çağırdı və 21 maddədən ibarət dini qərarlar qəbul edildi Burada dünyavi və ruhani feodalların hüquqları müəyyən edildi, əvvəllər alban kilsəsinin başçısı arxiyepiskop, sonralar isə bu vəzifə katalikos adlandırıldı.Baş alban kilsəsi əvvəllər Qəbələ şəhərində yerləşirdo.551 –ci ildə isə alban katalikosluğu Bərdə şəhərinə köçürüldü.Müqəddəs Qriqoriyə qədər Alban katolikosluğu təyinatı Yerusəlimdən alırdılar. 340- cı ildən sonra Alban kilsəsi müstəqil kilsə oldu.551 –ci ildə Alban kilsəsi Bizans kilsəsi ilə olaqələri kəsib hüquqi cəhətdən avtokefal ( müstəqil ) kilsə oldu.Lakin ərəb xilafəti dövründə diofizit təriqətini dəstəkləyən Bizansın Albaniyaya təsirini azaltmaq üçün monofizit təlimini dəstəkləyir, erməni ruhanilərinin fəaliyyətindən öz siyasi məqsədləri üçün istifadə edirdilər.Erməni katalikosu İlya xəlifə Əbdül Malikə ( 685 -705 ) göndərdiyi məktubda xəbərçilik edərək Alban katolikosunun Bizans imperatoru ilə sazişindən xəbər vermişdi.Nəticədə xəlıfə alban kilsəsini dağıtmaq üçün Albaniyaya qoşun göndərmişdi..Alban katolikosluğu erməni kilsəsinə tabe etdirildi.Monofizit təriqətində olan albanlar gürcü kilsəsinintəsiri altına düşdülər.
4.Roma imperiyası 395 –ci ildə iki hissəyə : qərb və şərq hissələrinə parçalandı.Şərqi Roma imperiyası tarixi ədəbiyyatlarda Bizans imperiyası adlanır.Bu imperiya Cənubi Qafqaz uğrunda gedən müharibələrdə xristianlıqdan sasanilərə qarşı ideoloji silah kimi istifadə etmişdir.Sasani şahı I Yezdegert ( 399 -421 ) xristian dininin sasani dövlətinin ərazisində yayılmasına mane olmur, onlara loyal münasibət göstərir və onlardan dövlətin mənafeyinə istifadə edirdi.Lakin sonradan bu dinin dövlətdə nüfuzunun artdığını görəndə I Yezdegert bu dinin yayılmasını qadaqan etdi.Sasani hökmüdarı II Yezdigert ( 438 – 457 ) xristianlığa qarşı qətiyyğtlə mübarizə aparır, ölkə ərazisində onun təbliğini qadağan edirdi. II Yezdigert sasanilərə tabe olan Albaniya , Ermənistan , İberiyanın xristian vilayətlərinin başçılarıni Ktesifona ( Mədainə ) çağırdı və onları atəşpərəstliyi qəbul etməyə məcbur etdi.Alban hökmüdarı II Vaçe ( 440 – 463 ) sasani hökmüdarının baçısı oğlu idi.O, dayısının tələbinə üzdə əməl edərək atəşpərəstliyi qəbul etdi.
Sasanilər əhali üzərinə ağır vergilər qoyurdular.Bu isə ölkədə narazılığı daha da artırırdı Sasanilər etnik dayaq yaratmaq məqsədi ilə Albaniyanın şimal- şərq hissəsində çoxlu fars dilli əhali məskunlsşdırdılar.Abşeron, Şamaxı, Quba, Dəvəçi ( Şabran ), İsmayıllı və başqa bölgələrdə tat məskənləri meydana çıxdı.Lahıc kəndinin əhalisi İranın Lahican vilayətindən köçürülmüşdür.
Cənubi Qafqazda dini zəmində sasanilərə qarşı narazılıq gücləndi.Belə üsyanlardan biri 450 ci ildə Ermənistanda Vardan Mamikonyanın başçılığı altında olmuşdur. Üsyançılar sasanilərə meyl edənlərə, atəşpərəstlik dininə etiqad edənlərə divan tutaraq Albaniya ərazisinə daxil oldular.Alban hökmüdarı II Vaçe sasanilərə qarşı üsyana qoşulmasa da , Alban xristianları üsyana qoşuldular. 450 – ci ildə üsyançılar Xalxal şəhəri yaxınlığında sasanilərə qalib gələrək hun keçidinə qədər irəlilədilər. 451 – ci il mayın 26 – da Maku yaxınlığında Avarayr düzündə baş verən növbəti döyüşdə üsyançılar məğlubiyyətə uğradılar, Vardan Mamikonyan öldürüldü.Üsyançılara qarşı mübarizədə sasanilərə hunlar, kateşlər, hellər kömək edirdilər.
457- ci ildə II Yezdigerdin vəfatından sonra Albaniya hökmüdarı II Vaçe atəşpərəstlikdən imtina edib, yenidən xristianlığa qayıtdı, bütpərəst məbədlərini dağıdıb kilsələr tikdirməyə başladı.Sasani taxtına çıxan Firuz ( 459- 484 ) dinc yolla II Vaçeni yenidən atəşpərəstlik dininə qaytarmağa cəhd etsə də müsbət nəticə alınmadı Ona görə də o, 462- ci ildə haylandur ( onoqur ) türklərinin Albaniyaya yürüşlərini təşkil etdi.Məğlub olan II Vaçe 463- cü ildə ata mülkünə çəkilməli oldu.Albaniyada hökmüdar hakimiyyəti ləğv edildi. Albaniyanı 30 il müddətində sasani canişini idarə etdi Yalnız 30 illik fasilədən sonra III Mömün Vaçaqan Albaniyada hakimiyyətə gələ bildi.O, hakimiyyəti dövründə xristianlığı təbliğ edir, kilsələr tikdirir., məktəblər açdırırdı. Onunrəhbərliyi altında Aquen kilsə məclisi çağrıldı.Burada giriş və 21 maddədən ibarət qanunlar qəbul olundu. Bu qanunlar sırf hüquqi səciyyə daşıyaraq ruhanilər ilə dünyavi feodallar arasında münasibətləri tənzimləyirdi.Burada kilsəyə veriləcək vergilər dəqiqləşdirilir,yaxın qohumlar arasında nigah , xristianlığa qədərki adətlər,cadugərlik qadağan olunurdu.Bu tədbirlərə baxmayaraq Albaniyada xristianlıq dərin kök sala bilmədi 510- cu ildə III Vaçaqanın hakimiyyət dövrü başa çatdı. Sasanilər yenidən Albaniyada hökmüdar hakimiyyətini ləğv etdilər. 629- cu ilə qədər Albaniyanı sasani canişini idarə etdi.
Feodal münasibətləri inkişaf etdikcə iri feodalların torpaq mülkləri genişlənir, mövqeləri məhkəmlənirdi.Xalqın üzərinə düşən ağır vergi və mükəlləfiyyətlər dözülməz səviyyəyə çatmışdı.Belə bir şəraitdə xalqın mənafeyini əks etdirən dini təriqətlər meydana çıxırdı.
241- ci ildə Mani adlı bir şəxs öz təlimini yaymağa başladı.Bu təlimə görə dünyada xeyirlə şər, işıqla qaranlıq arasında daima mübarizə getdiyi göstərilirdi.İnsanlar bunu dərk etməli, fəaliyyətlərində işıqlı və xeyirli işlər görməli idilər.Bu təlim zərdüştlük, xristianlıq,buddizm dinlərinin bir çox elementlərini özündə birləşdirirdi.Mani təlimi dövlət hakimiyyətinə qarşı yönəldiyinə görə Roma tərəfindən təqib olunurdu. 276-cı ildə Mani edam edildi.Maniçilik ideyaları özünən sonra gələn təlimlərə də öz təsirini göstərdi.
481- ci ildə Sasani dövlətində Məzdək adlı bir şəxsin rəhbərliyi altında üsyan baş verdi.Hərəkatın əsas hərəkətverici qüvvələrini kəndlilər,sənətkarlar və şəhər yoxsulları təşkil edirdi.Onların əsas məqsədi ədalətli cəmiyyət qurmaq,insanlar arasında əmlak bərabərliliyi yaratmaq idi.Həmin dördə Sasani taxtında I Qubad ( 488 – 531 ) əyləşmişdi.Onun dövründə iri feodalların mərkəzi hakimiyyətə qarşı mübarizəsi güclənmişdi. I Qubad iri feodallara qarşı mübarizədə Məzdəkin köməyini qazanmaq üçün Məzdəki dövlətdə ikinci şəxs, yəni Ali Maq elan etdi.Onun köməyi ilə mərkəzi hakimiyyətə qarşı çıxan iri feodalları əzdi.I Qubad məqsədinə nail olduqdan sonra oğlu Xosrovla ( 531 – 579 ) Məzdəkə və onun tərəfdarlarına divan tutdu.
5.Cənubi Qafqaz uğrunda Sasani- Bizans müharibəsi VI əsrin II yarısında da davam edirdi.Bizans qoşunları 574 və 576- cı illərdə Albaniyaya daxil ildu və Kür çayına qədər irəlilədi.Burada yaşayan türk mənşəli sabir tayfaları Bizansın təsiri altına düşdü.Lakin bizanslılar Albaniyanı tərk etdikdən sonra sabirlər yenidən sasanilərin hakimiyyəti altına düşdülər.590 –cı ildə Sasani şahı IV Hörmüz öldürüldü .Hakimiyyətə oğlu II Xosrov (590 -628 ) keçdi.Lakin sərkərdə Bəhram Çubin Ona qarşı üsyan qaldırıb II Xosrovu taxdan saldı.II Xosrov Bizansa qaçdı və Bizans imperatoru Mavrikinin köməyi ilə hakimiyyətini geri qaytardı.591 – ci ildə Sasanilər ilə Bizans arasında sülh müqaviləsi imzalandı.Sülhə görə Ermənistan və Bizansın bir hissəsi Bizansa keçdi.Tiflisdən Divinə qədər ərazilər Sasanilərin əlində qaldı
II Xosrov sasani imperiyasında dini ibadətə sərbəstlik verdi.Xosrov göstəriş verdi ki , “ heç bir kəs xristianlığa keçməyə , xristianlıqdan da heç bir kəs köhnə dinlərə keçməyə cürət etməsin.Hər bir kəs ata- baba inamını möhkəm saxlamağa borcludur.”
602 ci ildə Sasani- bizans müharibəsinin sonuncu mərhələsi başlandı və bu mərhələ 629 cu ilədək davam etdi.Bizans ilə yaxınlaşmaq məqsədi ilə Albaniya katolikosu Viro alban din xadimlərini və hakimlərini sasanilərə qarşı üsyana qaldırdı.Üsyan amansızlıqla yatırıldı.Viro Ktesifona gedərək II Xosrovun arvadı Şirindən imdad istədi.Şirinin xahişi ilə II Xosrov Vironu öldürmədi .Lakin vətənə qayıtmasını qadağan etdi.O , Vironun katalikosluq dərəcəsini saxladı və patriarxlıqdan gələn gəlirdən məhrum etmədi.
603 – 622 ci illərdə sasani qoşunları Kiçik Asiya, Suriya, Qüds daxil olmaqla Fələstini işğal etsə də, 623-624 cü illərdə gedən hərbi əməliyyatlarda Bizans qoşunları sasanilərin yğurlarını heçə endirdi Bizans ordusu 624 – cü ildə Bizans ordusu Dvini tutduqdan sonra Atropatena ərazisinə daxil oldu.Onlar Naxçıvanı tutaraq Arazı keçdilər və Qazaka şəhərini işğal edərək atəşpərəstlik məbədini dağıtdılar II İrakli bu yürüşdə istədiyinə nail ola bilmədi.Sasanilər qüvvə toplayaraq bizanslıları işğal olunmuş ərazilərdən çıxardılar.
Bizans imperatoru xəzərlilərin yanına elçi göndərərək onları Albaniyaya yürüşə təhrik etdi.II Xosrov da öz növbəsində Balkanlarda olan avarlarla ittifaq bağlayaraq Konstantinopol üçün təhlükə yratmağa cəhd göstərdilər 626 – cı iildə xəzərlilərin Albaniyaya geniş hücümu başlandı. Xəzər sərkərdəsi Şat Albaniyanı, Cənubi Azərbaycanın bir hissəsini tutdu.628- ci ildə xəzərlilərin Albaniyaya ikinci böyük hücumu başlandı.Onlar Çola və Bərdəni talan etdilər ,albanlar dağlarda gizləndilər.Tiflisə tərəf irəliləyən xəzərlilər Bizans qoşunları ilə birləşib şəhəri mühasirəyə aldılar.Lakin Bizans imperatoru mühasirəni dayandırdı. Yalnız 628- ci ci ilin sonunda ikinci mühasirədən sonra Tiflis şəhəri tutuldu.
628- ci ildə sui- qəsd nəticəsində II Xosrov öldürüldü və hakimiyyətə oğlu II Qubad gəldi O, atasının həbsxanaya saldırdığı bütün dustaqları, o cümlədən Vironu azad etdi.Əhalini 3 il vergi və gömrüklğrdən azad etdi.629- cu ildə Bizans ilə sülh bağlayaraq sasanilərin Bizansdan aldığı torpaqları geri qaytardı. II Qubad hakimiyyətdə cəmi 6 ay qaldı.629- cu ildən sonra Albaniya sasanilərin təsiri altında qalsa da, ölkədə ağalıq faktik olaraq xəzərlilərin əlində idi.Xəzərlilərin ağalığı Albaniyanı var- yoxdan çıxardı.
6.VI əsrin sonu- VII əsrin əvvəllərində Albaniyanın Girdıman vilayətində Mihrani feodalları hərbi və iqtisadi cəhətdən qüvvətlənməyə başladılar Mihran türk mənşəli sabir tayfasından idi.Görünür bu şəxsin sasanilər ilə qohumluq münasibətləri mövcud olub.Musa Kalankatlının yazdığına görə Sasani şahı II Xosrov atası IV Hörmüzə sui- qəsddə iştirak edənləri amansız şəkildə cəzalandərırdı.O, bu məsələ ilə bağlı Mihrandan da şübhələnəndə Mihran 30 min ailədən ibarət tayfasını götürüb xəzərlilərlə birləşmək üçün şimala doğru hərəkət edir.Bu hərəkət II Xosrov üçün böyük təhlükə yarada bilərdi.Bunun qarşısını almaq üçün II Xosrov Mihrana məktub göndərir.Məktubda yazilmışdı: “ Mənim əziz qardaşım, Sən məni kinlə tərk etmə.Əgər sən mənim yanımda qalmaq istəmirsənsə, onda mənim məktubum sənə yetən yerdə ayaqla keçə bildiyin qədər özünə mülk gotür.” Bu xəbəri Mihran Girdıman vilayətində almış, orada Mihrəvan şəhərini salmış, qohum- əqrabasını orada məskunlsşdırmışdı.Həm sasanilər, həm də bizans sabirlərin hərbi qüvvəsindən istifadə edirdilər.
Girdıman vilayətinin yerləşdiyi ərazi barədə tədqiqatçılar arasında fikir ayrılığı mövcuddur.Məsələn,erməni tarixçisi S. T. Yeremyan Girdıman vilayətinin indiki Qazax və Tovuz rayonları sərhəddi daxilində olduğu fikrini irəli sürürsə, Azərbaycan tarixçiləri Z. Bünyadov, F. Məmmədovanın fikrinə görə bu vilayət Şəmkir. Gədəbəy və Daşkəsən ərazisində, digər tədqiqatçılar isə ( M.X. Şərifli,İ. Əliyev və Q.Ə. Qeybullayev , F. Osmanov erkən orta əsrlərdə iki Girdıman vilayəti olduğunu yazırlar.Onlardan birinin Albaniyanın qərbində, digərinin isə Şirvan ərazisində olduğunu göstərirlər.Tarixçi Q.C. Cəbiyev isə apardığı arxeoloji tədqiqatların nəticələrinə əsaslanaraq Girdıman vilayətinin Şirvan ərazisində olduğunu göstərir.
Mihran( 570- 590 ) 12 yerli əyanı öldürərək onların torpaqlarını ələ keçirmişdi.Onun nəticəsi Cəsur Vardan ( 600 – 612 ) Girdıman qalasını tikdirdi.Vardan xristian dinin monofizit təriqətini qəbul etmişdi.Cəsur Vardan Arani nəslindən olan 60 əyandan 59-nu zəhərləyib öldürmüş,Albaniyanın sahibinə şevrilmiş, Qafqaz tayfalarını da özünə tabe etdirmişdi.Onun nəticəsi Varaz Qriqor ( 630- 642 ) paytaxtı Bərdəyə köçürmüşdü.Bizans imperatoru II İraklinin təsiri ilə xristian dinin diofizit təriqətini qəbul etmiş və Bizansın siyasi təsiri altına düşmüşdü. Katalikos Viro Ktesifonda dustaq olarkan II Xosrovun arvadı Şirinin vasitəsi ilə alban knyazlıqlarına II Xosrov tərəfindən “ Girdıman hakimi və Albaniya Fatehi “ titulunun verilməsinə nail oldu.Varaz Qriqor bütün Albaniyanın ilk knyazı oldu.Bu dövrdə Bizans xəzər türkləri ilə sasanilərə qarşı ittifaqa girmişdi və sasanilərə qarşı müharibə apapırdı.Belə bir şəraitdə əsirlikdən qayıtmış katalikos Viro Varaz Qriqoru monofizit təriqətinə qaytardı.
Varaz qriqorun 4 oğlundan biri olan Cavanşir ( 642- 780 ) görkəmli dövlət xadimi, mahir diplomat, bacarıqlı sərkərdə oldu.Cavanşir Albaniyanı Bizans, Sasani, Ərəb xilafəti və Xəzər xaqanlığından qorumuş və onu qüdrətli dövlətə çevirmişdi.
......
..... .
.. . ..
. .........,.
..
. Azərbaycan ərəb xilafətinin tərkibində.
Dostları ilə paylaş: |