2. Slavyanların Azərbaycana qarətçilik yürüşləri.Ruslarda dövlətin yaranışı IX əsrə aiddir.Tarixi ədəbiyyatlarda bu dövlət Kiyev Rus dövləti adlanır.Rus tacirləri Şərq ölkələri ilə ticarət əlaqələri saxlayırdılar.IX əsrdə onlar şərq ölkələrinə, o cümlədən Azərbaycana xəz dəri, mum, bal, kətan və s. gətirir, öz ölkələrinə zəfəran, düyü, ipək, quru meyvələr və s. aparırdılar.Əvvəllər slavyanlar Azərbaycana ticarət məqsədi ilə gəlirdilərsə, sonralar bu gəliş qarət və quldurluq xarakteri daşımağa başladı.
RuslarınAzərbaycana IX əsrin sonlarından başlanan hücumları X əsrin əvvəllərində dahada genişləndi.909-cu ildə slavyanlar Xəzər dənizinin cənubunda Abaskun adasını tutaraq sahilboyu əraziləri qarət etdilər.Yerli əhali torpaqlarının müdafiəsinə qalxaraq rusları qova bildilər. 910-cu ildə ruslar Sarı adasını qarət edərək, Xəzərin cənub sahilərinə çıxdılar.Gilan hakiminin qoşunları onları məğlub edərək geri qayıtmağa məcbur etdi.
914-cü ildə ruslar hər birində yüz döyüşçü olan 500 gəmidə Xəzər dənizinə daxil oldular.Onlar Xəzər xaqanına söz vermişdilər ki, qarət etdikləri sərvətin yarısını onlara verəcəklər.Yalnız bu şərtlə Xəzər xaqanı rusların onun ərazisindən keçib getmələrinə icazə vermişdi.Sara adasında möhkəmlənən rus drujinası Xəzərin cənub sahillərini qarət edib,böyük qənimətlə və çoxlu əsirlərlə geriyə döndülər.Həmin dövrdə Xəzər dövlətinin rəsmi dini iudaizm olsa da, əhalinin böyük əksəriyyəti müsəlman dinində idi.Onlar eşidəndə ki, ruslar onların din qardaşlarını və qadınları əsir aparırlar xaqanlarından icazə alaraq slavyanlara hücum etdilər. Onlar əsirləri azad etdilər.Bundan sonra slavyanlar 30- il Azərbaycana hücum etmədilər.
Bu dövrdə Qafqazda, Yaxın və Orta Şərqdə inkişaf etmiş şəhərlərdən biri Bərdə idi.Bərdənin zəngin sərvətləri rusların da diqqətini özünə cəlb etmişdi. Xəzərə daxil olan rus gəmiləri Kürün mənsəbinə daxil olaraq Mübarəki deyilən yerə çatdılar.Onlar gəmilərini burada qoyub çayboyu Bərdə istiqamətində irəlilədilər.944-cü il avqustun 24-də Bırdəni mühasirəyə aldılar.Bərdə naibi 5600 nəfər qoşunla ruslara qarşı müqavimət göstərdi.Sayca çox olan ruslar şəhəri tutdular Mərzban ibn Məhəmməd 30 minlik qoşunla Bərdəyə gəldi..Şəhər ətrafında gedən döyüşdə hər iki tərəf böyük itki verdi.Ruslar şəhrdə qala qapıları arxasında gizləndilər. Bu zaman Mosul hakiminin Salmasa hücum etməsi..Mərzbanın geri qayıtmasına səbəb oldu.
Yerli əhali işqalçılara qarşı mübarizəni dayandırmadı.Ruslar arasında yayılan yolxucu xəstəlik onlar arasında böyük tələfata səbəb oldu.Onlar ələ keçirdikləri qəniməti götürüb 945-ci il avqustun 12- də şəhəri dağıdıb geri qayıtdılar.” Aranın anası” sayılan Bərdə şəhəri Azərbaycanın böyük iqtisadi mərkəzi rolunu itirdi. Bu funksiyanı Gəncə şəhəri oynamağa başladı.
Sonralar da Azərbaycan mənbələrində slavyanların adı çəkilir.Məsələn, 987-ci ildə Dərbənd hakimi əmir Maymun ibn Əhməd yerli əyanlara qarşı mübarizədə slavyanlardan istifadə etmişdi. 1030-cu ildə Şəddadi hökmüdarı Musa qardaşının qiyamını slavyanların köməyi ilə yatırtmışdı.
1032- 1033-cü illərdə alanlar, Dağıstanda yaşayan sərirlər, slavyanlar hücum edib Şirvanşahların paytaxtı Yezdiyyəni ( Şamaxını ) qarət etdilər.Onlar geri qayıdarkan Dərbənd Hakimi Mansur ibn Maymun tərəfindən məğlub edildilər.Mənbələrdə slavyanların 1033-cü ildə Dərbəndə hücum etmələri haqqında məlumatlar var.
Dostları ilə paylaş: |