Azərbaycan Atabəylər ( Eldənizlər ) dövləti.( 1136- 1225 ).
Böyük səlcuq imperiyası dağıldıqdan sonra İraq, İran və Cənubi Qafqazın bir hissəsini, Kürdən cənubda Azərbaycan torpaqlarını əhatə edən İraq Səlcuq Sultanlığı ( 1118- 1194) yarandı.XII əsrin 30- cu illərində Kürdən cənubda Azərbaycan torpaqlarında Atabəy Eldənizlər dövləti meydana çıxdı.
Bu dövlətin əsasını Şəmsəddin Eldəniz qoymuşdur.Tarixi mənbələrə görə o, Dərbənddən qul kimi alınmış, sonra İraq Səlcuq Sultanının vəzirinin adamları tərəfindən saray təsərrüfatında işləmək üçün alinmışdır.Vəzir öldükdən sonra səlcuq sultanının sarayına düşmüş, şəxsi bacarığı və. istedadı sayəsində yüksəlmişdir.Sultan II Toğrul ona əmir rütbəsi vermiş, oğlu Arslan şaha atabəy təyin etmişdir.II Toğrul vəfat etdikdən sonra hakimiyyətə qardaşı Məsud (1135-1152 ) gəlmişdir.O,qardaşının dul qalan qadını Mömünə xatunla Eldənizi 1136- cı ildə evləndirmişdir.Məsud Aranı ikta şəklində onlara bağışlamış və oranın idarə olunmasını Eldənizə həvalə etmişdir.Bu tarix Eldənizlər dövlətinin yaranma tarixi hesab olunur.Eldəniz Bərdəni özünə iqamətgah seçərək Azərbaycanda olan əyanlarla münasibətlər qurur, onları öz tərəfinə çəkir.
İkta şəklində aldığı Arandan başqa,Azərbaycanın cənub torpaqlarını,habelə Naxçıvanı müstəqil idarə etməyə və adına pul kəsdirməyə başlayan Eldəniz ( 1136- 1175 ) 1160-cı ildə Böyük Atabəy titulunu aldı.Oğulluğu Arslanşahı İraq səlcuq sultanlığının taxtına çıxardı.Bununla da bütün İraq səlcuq sultanlığının idarəçiliyini əlinə keçirdi.Ali dövlət vəzifələrini öz yaxın admlarına tapşırdı.Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı srayın hacibi,digər oğlu Qızıl Arslanı qoşunların ali komandanı təyin etdi.Şirvanşahlar Eldənizlərdən asılı oldu.Dəbil daxil olmaqla Ermənistan ərazisini ələ keçirdi.Dəfələrlə Gürcüstana hərbi səfərlər etdi.Eldənizin hakimiyyətinin sonunda Eldənizlər dövləti Dərbənddən Fars körfəzinə qədər ərazini əhatə edirdi.Eldəniz mərkəzi hakimiyyəti möhkəmləndirmiş, ikta payladığı əmirlərin qoşunlarından başqa, özü də 50 minlik nizami qoşun saxlayırdı.Eldənizlərin idarə etdiyi Atabəylər dövləti sənətkarlıq və ticarətin tərəqqisinə, kənd təsərrüfatının inkişafına, mədəni oyanışa səbəb oldu.
Eldənizin ölümündən sonra hakimiyyətə oğlu Məhəmməd Cahan Pəhləvan(1175- 1186 ) keçdi.O, mərkəzi hakimiyyətə tabe olmaq istəməyən feodalların müqavimətini qırdı, hakimiyyəti möhkəmləndirdi.1175-ci ildə paytaxtı Naxçıvandan Həmədana kğçürdü.Təbrizi Ağsunqurilərdən aldı.Azərbaycanın idarə edilməsini qardaşı Qızıl Arslana tapşırdı və onun iqamətgahı Təbriz oldu.Ölkənin qərb torpaqlarını ələ keçirməyə çalışan gürcü feodallarına böyük zərbə vurdu. Ömrünün sonunda dövlətin ərazisini oğlanları arasında böldü.Azərbaycanın idarəçiliyini Əbu Bəkrə tapşırdı.
Məhəmməd Cahan Pəhləvanın ölümündən sonra hakimiyyətə qardaşı Qizıl Arslan (1186- 1191 ) keçdi O. Uzun müddət saray müxalifətinə və iri feodal quruplarına qarşı mübarizə apardı.Saray müxalifətini aradan qaldırmaq üçün qardaşınım dul qalan arvadı İnanc Xatunla evləndi.1190-cı ildə müxalifətin başında duran sultan III Toğruli Həmədan yaxınlığında məğlub edib əsir aldı.Xəlifə ən- Nasirin razılığı ilə Qızıl Arslan 1191-ci ildə özünü sultan elan etdi.O, sultan titulu daşıyan ilk Azərbaycan Atabəyi idi.Lakin onun yaratdığı sabitlik uzun sürmədi.İri feodallar arvadı İnanc Xatun vasitəsi ilə ona sui-qəsd təşkil edərək öldürdülər.Hakimiyyətə keçən qardaşı oğlu Əbu Bəkrin hakimiyyəti dövründə ( 1191- 1210 ) hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi.Məhəmməd Cahan Pəhləvanın digər oğlanları Əmir Əmiran, Qutluq İnanc, Həbsdən qaçan sultan III Toğrul hakimiyyət uğrunda mübarizəyə başladılar.Qutluq İnanc Xarəzmşah Təkəşlə ittifaqa girərək 1194-cü ildə III Toğrulu məğlub edib öldürdü.Təkəş bundan istifadə edib Xorasan, Rey və Həmədanı ələ keçirdi. Qutluq İnancla Təkəş arasında baş verən döyüşdə Qutluq İnanc öldürüldü.( 1196 ).Əbu Bəkr Xarəzm qoşunları üzərində bir neçə dəfə qələbə çalsa da qələbələrini möhkəmləndirə bilmədi və Təkəş tutduğu torpaqları əlində saxlaya bildi.
Eldənizlər sarayındakı vəziyyətdən Şirvanşahlar və gürcülər istifadə etməyə cəhd etdilər.I Axsitan qızını Əmir Əmirana ərə verdi.Əmir Əmiran Şirvanşahlar və gürcülərdən kömək alaraq 1194-cü ildə Şəmkir və Beyləqan ətrafında Əbu Bəkri məölub etdi.O, gürcülərin köməyi ilə Gəncəni ələ keçirdi.Lakin gürcülər gedən kimi əhali üsyan qaldırıb onu öldürdülər.Gəncə yenidən Əbu Bəkrin hakimiyyəti altına keçdi.Əbu Bəkr sərxoşluq edir, ölkənin müdafiəsinə diqqət vermirdi.Bundan istifadə edən gürcülər 1203- cü ildə hücum edib Gəncəni qarət etdilər.Sonra isə gürcü feodallarının dəstələri Azərbaycanın cənubuna hücum edib şəhər və kəndləri qarət etməyə başladılar.Təbrizi idarə edən Zahidə xatun ( Məhəmməd Cahan Pəhləvanın arvadı ) xərac verməklə şəhəri gürcülərin talanından xilas etdi.Ölkənin müdafiəsini təşkil edə bilməyən Əbu Bəkr gürcü çarının qızı ilə evlənməklə vəziyyəti qaydaya salmaq istədi.Əbu Bəkrin ölümündən sonra hakimiyyətə gələn Özbəyin (1210- 1225 ) hakimiyyəti dövründə Eldənizlər dövlətini süqutu daha da sürətləndi. 1225- ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin bu dövlətin varlığına son qoydu.
Dostları ilə paylaş: |