Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Azərbaycan böyük səlcuq imperiyasının tərkibində



Yüklə 227,84 Kb.
səhifə22/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   18   19   20   21   22   23   24   25   ...   66
null-23

Azərbaycan böyük səlcuq imperiyasının tərkibində. XI əsrin ortalarından etibarən Yaxın və Orta Şərq xalqlarının həyatında mühüm bir hadisə baş verdi.Qərbdə Mərkəzi Asiyadan, şərqdə Aralıq dənizinə qədər uzanan ərazidə böyük səlcuq imperiyası yarandı.Səlcuqlar oğuzların Qınıq boyundandır.Tayfa başçısı Səlcuqun adı ilə bu boydan olan adamlar səlcuqlar adlandırılıblar.Onlar əvvəllər Xəzər dənizi ilə Aral dənizi arasındakı ərazilərdə köçəri həyat sürmüşdülər.X əsrdə səlcuqlar Sır Dərya və Amu Dərya çayları hövzəsinə köçmüş, islamı qəbul edərək böyük hərbi-siyasi qüvvəyə çevrilmişdilər.Səlcuqlar qonşuları Qaraxanilər və Qəznəvilərlə gah müharibə,gah da sülh şəraitində olublar.Qonşular tərəfindən sıxışdırılan səlcuqlar qərbə doğru axın etməyə məcbur olurlar.

Səlcuqun nəvələri Toğrul bəy və Çağrı bəy səlcuqları bir bayraq altında birləşdirdilər.Onların əsas hədəfi Kiçik Asiya və Bizans torpaqları idi..Toğrul bəyin göstərişi ilə qardaşı Çağrı bəy 1015-ci ildə Bizansa qarşı ilk kəşfiyyat yürüşünə çıxdı.Onlar Bizans qoşunlarına qalib gələrək Van gölü hövzəsini ələ keçirdilər.Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldılar.Bu yürüş kəşfiyyat xarakteri daşıdığından 1021-ci ildə onlar geri qayıtdılar.

XI əsrin əvvəllərində səlcuqlar Qəznəvilərin hakimiyyəti altında olan Xorasanda məskən saldılar.1038- ci ildə Nişapuru ələ keçirdilər və mərkəzi Nişapur olan Səlcuq dövlətinin əsasını qoydular.Dövlətin başçısı Toğrul bəy ( 1038- 1063 ) sultan titulunu qəbul etdi.1040-cı il mayın 23- də ( avqustun 26-da ) Dəndənəkan döyüşündə səlcuqlar Qəznəvilər üzərində qəti qələbə çaldılar.Onlar 1043-cü ildə paytaxtlarını Nişapurdan Rey şəhərinə köçürdülər.1048- ci ildə Mərv şəhərində keçirilən qurultayda Qərb və Şərq torpaqlarının tutulması qərara alındı.1048-ci il sentyabrın 18-də səlcuq- Azərbaycan ordusu bizans-erməni-gürcü feodallarının birləşmiş ordusunu darmadağın etdilər.1055-ci ildə Bağdad daxil olmaqla İraq işğal edildi.Xəlifə sultanı “ Şərqin və Qərbin hökmüdarı “ kimi tanıdı.

Feodal dağınıqlığı,vahid dövlətin olmaması Azərbaycanın səlcuqlar tərəfindən tutulmasını asanlaşdırdı.1054-cü ildə sultan Toğrul Təbrizə yaxınlaşdı.Rəvvadi hakimi Vəhsudan müqavimət göstərmədən onun hakimiyyətini tanıdı.Xoy və Səlmas şəhərlərini müqaviməti heç bir nəticə vermədi.Sultan Toğrul Gəncəyə hücum etdi.Şəddadi hakimi Əbüləsvar Şavir də səlcuqlardan asılılıq qəbul etdi.Onlar arasında Bizans- erməni- gürcülərə qarşı birgə mübarizə aparmaq üçün saziş bağlandı.

1066-cı ildə səlcuqlar sərkərdə Qaratəkinin başçılığı ilə Şirvana hücum etdilər.Onlara ciddi müqavimət göstərilsə də heç bir nəticə vermədi.Şirvanşah I Fəriburz səlcuqlara tabe oldu.” Şirvanşah “ titulundan məhrum edildi.İldə 30 min dinar xərac verməklə daxili müstəqilliyi saxlanıldı.Beləliklə, Şirvanın tutulması ilə Azərbaycanın səlcuq imperiyasının tərkibinə qatılması prosesi başa çatdı.

Azərbaycan səlcuq imperiyasının tərkibinə qatıldıqdan sonra türk tayfalarının yeni dəstələri burada məskunlaşmağa başladı.Eyni kökə , eyni dilə, eyni dinə malik olan oğuz –səlcuq türkləri qədim yerli türklərlə qaynayıb qarışdılar. VII- VIII əsrlərdə formalaşan Azərbaycan xalqı səlcuq türklərinin gəlişiilə bu prosesi tamamladılar.

.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin