Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Monqolların Azərbaycana II yürüşü



Yüklə 227,84 Kb.
səhifə30/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   26   27   28   29   30   31   32   33   ...   66
null-23

Monqolların Azərbaycana II yürüşü: 1227-ci ildə Çingiz xan vəfat etdi.Onun ğlümündən sonra monqol imperiyası oğlanları arasında bölündü.Nəticədə dörd monqol ulusu yarandı.Bu uluslar aşağıdakılardır: Ugedey,Cuci,Tuli və Cağatay.Cənubi Qafqaz bu ulusların heç birinə aid deyildi.Buranı tutmaq üçün 1231-ci ildə Cormağon noyonun rəhbərliyi altında qoşun göndərildi.Monqolların ikinci hücumunun əsas məqsədi Azərbaycanı tutmaq, burada və ona qonşu olan ölkələrdə möhkəmlənmək idi.Onlar Marağanı ələ keçirdikdən sonra Təbrizə yaxınlaşdılar, şəhər əyanları çoxlu xərac verməklə şəhəri dağıdılmaqdan xilas etdilər.Azərbaycanın cənub torpaqları ələ keçirildikdən sonra 1235- ci ildə Gəncəyə hücum etdilər.Şəhər divarları dağılandan bir həftə sonra monqollar şəhərə girməyə cürət etdilər.Şəhər dağıdılıb xarabalığa çevrildi və dörd il burada yaşayış olmadı.Monqollara Şəmkirdə və Tovuzda da çox ciddi meqavimət göstərildi.Lakin 1238- ci ildə bu şəhərlər də tutuldu.1239- cu ildə monqollar Dərbəndi tutmaqla Azərbaycanın işğalını başa çatdırdılar.Daxili feodal ara müharibələri,vahid mərkəzləşdirilmiş dövlətin olmaması monqolların Azərbaycanı tutmasına şərait yaratdı.Birinci hücumdan fərqli olaraq ikinci hücum zamanı monqollar Azərbaycanda möhkəmləndilər və burada öz hakimiyyətlərini qurdular.1256-cı ilə qədər Cənubi Qafqaz, o cümlədən Azərbaycan Ali Monqol Xaqanlığının təyin etdiyi canişin tərəfindən idarə olunurdu. Xorasan, Əcəm İraqı, Azərbaycan, Gürcüstan, Ermənistan, Lur və Gilan Ali monqol canişini Arqun ağaya tapşırılmışdı.Arqun ağanın siyasətinin əsas mahiyyəti yerli feodalların köçəri monqol əyanlarından asılılığını təmin etmək idi.Buna görə də yerli feodalların torpaqları əllərindən alınır, köçəri monqol əyanlarına paylanılırdı.1239- 1256-cı illərdə Azərbaycanın bütün torpaqları monqol canişininə məxsus idi,yerli feodallar onların vassallarına çevrilmişdi.Yerli feodallar öz malikanələrini idarə etmək üçün icazə sənədi- yarlıq almalı idilər.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin