1.Monqolların Azərbaycana I və II yürüşləri.
XIII əsrin I rübündə Azərbaycan monqolların dağıdıcı yürüşünə məruz qaldı.Monqolların vətəni Mərkəzi Asiya idi.Monqol tayfaları arasında gedən mübarizədə Temuçinin tayfası qalib gəldi.1206-cı ildə Onon qurultayında o,Çingiz xan adı ilə vahid monqol dövlətinin başçısı elan edildi və işğalçılıq müharibələrinə başladı.1211- 1215-ci illərdə Şimali Çini, bir qədər sonra isə Şərqi Türkistanı ələ keçirdi.Bundan sonra onun diqqəti Mərkəzi Asiyada yerləşən Xarəzmşahlar dövlətinə yönəldi.Çingiz xan Xarəzmşahların diqqətini təhlükədən yayındırmaq üçün onlar ilə danışıqlar apardı.Danışıqlara görə hər iki dövlət sərhəd şəhəri olan Otrarda qarşılıqlı ticarət aparmalı idilər.1218- ci ildə Çingiz xan Otrara böyük ticarət karvanı göndərdi.Monqol tacirlərinin yerli ticarəti sarsıtmaq cəhdləri narazılığa səbəb oldu. Otrar şəhərinin hakimi Xarəzmşah Məhəmmədin kürəkəni idi.Onun əmri ilə dırnaqarası monqol tacirləri öldürüldü, malları qarət olundu. Çingiz xan əslində bu məqsəd üçün ticarət karvanını buraya göndərmişdi. Ticarət karvanının qarət olunduğunu və tacirlərinin öldürüldüyünü bahanə edən Çingiz xan Xarəzm çahlar dövlətinə hücum etdi.Onun Buxara,Səmərqənd, Mərv və s. kimi çox varlı və ticarət yolları üzərində yerləşən şəhərlərini mühasirəyə alıb tutdu.Sonra Xarəzmşahların paytaxtı Ürgənc şəhərinə yaxınlaşdı.Müdafiəni təşkil edə bilməyən Xarəzmşah Məhəmməd Xəzər dənizinin qərb sahillərinə tərəf qaçdı.Atabəylər dövlətinin iki əmiri ona Xəzərin cənubunda yerləşən adaların birində gizlənməyi məsləhət gördülər. Xarəzmşah Məhəmməd elə gizləndiyi adada öldü.
Çingiz xan Xarəzmşahları süquta uğratdıqdan sonra özünün iki təcrübəli sərkərdəsini-Subutay Bahaduru və Cəbə noyonu yanına çağırıb onlara Məhəmmədi təqib edərək tutmağı və Xəzərin qərb istiqamətində kəşfiyyat aparmağı tapşırdı.Tapşırığa əsasən iki tümənlik monqol qoşunu 1220-ci il payızın sonlarında İranın şimalından keçərək Azərbaycana daxil oldu.
Monqolların I hücumu ərəfəsində Azərbaycanda siyasi vəziyyət çox mürəkkəb idi. Ölkənin şimalında Şirvanşahlar, cənubunda Eldənizlər dövləti özlərinin ən ağır və böhranlı dğvrünü yaşayırdı.Marağada Rəvvadilərin nəslindən olan Ağsunqurilər sülaləsi ( 1108- 1227 ) hakimiyyətdə idi.Atabəy Özbək ara müharibələrinə son qoya bilmədi, hakimiyyət uğrunda mübarizə ən yüksək mərhələyə çatdı.Tarixçi İbn əl-Əsir yazır ki,Özbək dövlət işləri ilə məşğul olmur,vaxtının çoxunu kef məclislərində keçirirdi.Zəncan, Ərdəbil, Sərab şəhərləri monqolların ilk hücumlarına məruz qaldılar.Bu şəhərləri dağıdıb qarət edən monqollar Təbrizə yaxınlaşdılar.Şəhərin müdafiəsinin möhkəm olduğunu görən monqollar müdafiəçilər ilə danışıqlara başladılar.Öz qüvvəsinə arxayın ola bilməyən Özbək çoxlu xərac (,paltar,mal-qara,qızıl) verməklə şəhəri monqolların qarətindən qurtardı.Monqollar qışı keçirmək üçün Muğana getdilər,ancaq gürcü hakimi IV Georgi ilə Özbəyin ittifaq bağladığını eşidib 1221-ci ilin əvvəllərində Gürcüstana yürüş etdilər.Oranı qarət edəndən sonra Azərbaycana qayıtdilar və yenidən Təbrizi mühasirəyə aldılar.Bu dəfə Özbək şəhərdə yox idi, Şəhərin idarəçiliyi şəhər rəisi Şəmsəddin Tuğraidə idi.O da riskə getməyərək monqollara xərac verməklə şəhəri qarətdən qurtardı.Monqollar qəflətən Marağaya hücum edərək oranı qarət etdilər.Həmədanda üsyanı yatırtdıqdan sonra monqollar yenidən Ərdəbili dağıdıb Təbrizə yaxınlaşdılar və üçüncü dəfə Təbrizdən xərzc alaraq oranı tərk etdilər.Monqollar Beyləqana hücum edib oranı da xarabalığa çevirdilər.Bundan sonra monqollar Gəncə istiqamətində hərəkət etdilər, lakin şəhərin möhkəmliyini görüb xərac almaqla kifayətləndilər.Sonra monqollar yenidən Gürcüstana yürüş etdilər.Buranı qarət edib qayıtdıqdan sonra monqollar Şamaxını mühasirəyə aldılar.Şirvanşah şəhərdən qaçdı.Əhali şəhərin müdafiəsini təşkil edib,monqollarla döyüşə girdilər.Taraxçi İbn əl-Əsir yazır ki.əhali “ qılınca sarılmaq vaxtıdır, bizə qılıncdan qurtuluş yoxdur,səbr etmək və şərəflə ölmək hər şeydən yaxşıdır” deyərək müqavimət göstərdi.Ohlar sona qədər döyüşdülər.Üç günlük döyüşlərdən sonra monqollar müdafiəçilərin meyidlərin üzərindən keçib şəhərə daxil oldular və qarətə başladılar.Sonra Dərbənd keçidi vasitəsi ilə qıpçaq çöllərinə çıxdılar.Qorxuya düşən qıpçaqlar rus knyazlarına müraciət etdilər.Rusiyada da feodal dağınıqlığı hökm sürdüyündən qəpçaqların çağırışına cənubi rus torpaqlarının cəmi dörd knyazı müsbət cavab verdi və köməyə drujinalarını göndərdilər.Lakin bu 4 knyaz bir- biri ilə danışmırdı və onlar Kalka çayı yaxınlığında döyüş yerinə gəlsələr də qıpçaqlara köməklik etmədilər.1223- cü ildə monqollar qəpçaq-rus qoşunlarını Kalka döyüşündə damadağın etdilər.Ruslara məğlub olan qıpçaqlar həmin il monqolların qarət etdikləri Azərbaycana soxuldular və qarət etdilər.Monqolların Azərbaycana olan I yürüşləri 1220- 1222-ci illəri əhatə etdi və kəşfiyyat xarakteri daşıdı.Bu yürüşdə monqollar qarşılarına Azərbaycanda qalıb möhkəmlənmək vəzifəsini qoymamışdılar.Monqolların Azərbaycanda hərbi uğurlarının əsas səbəbi daxili feodal çəkişmələri və vahid mərkəzləşdirilmlş dövlətin olmaması idi.Monqolların I hücumu Azərbaycahın sosial-iqtisadi,siyasi və mədəni həyatına böyük zərbə vurdu, feodal özbaşınalığını daha da artırdı.Birinci yürüş zamanı Marağa,Beylaqan və Şaamaxı daha çox ziyan çəkdi.
Dostları ilə paylaş: |