SOSİAL- İQTİSADİ HƏYAT:
IX- XII əsrlərdə Azərbaycanda müstəqil dövlətlərin yaranması iqtisadi dirçəlişə şərait yaratdı.Azərbaycan Yaxın və Orta Şərqin inkişaf etmiş ölkələrindən birinə çevrildi.XI əsrin ortalarında Azərbaycanın Səlcuq imperiyasının tərkibinə daxil olması onun digər ölkələrlə əlqələrinin genişlənməsinə səbəb oldu.Vahid pul sisteminin tətbiqi ticarətin inkişafına şərait yaratdı.Şirvanşahların müstəqillik qazanması,Eldənizlər dövlətinin yaranması ölkənin təsərrüfatını canlandırdı.
Cımiyyətin əsas istehsalçıları kəndlilər idi. Kəndlilər iki yerə - uluclara və azad (icmaçı) kəndlilərə bölünürdü.Uluclar asılı kəndlilər idilər.Feodal özbaşınalığından qurtarmaq üçün kəndlilər ərəb feodallarına sığınmalı olurdular.Nəticədə həmin kəndlilərin torpaqları ərəb feodalının əlinə keçirdi.Belə torpaqlara ilcə ( hami ) torpaqları deyilirdi.Uluclar düzənlik ərazilərdə geniş yayılmışdı.Azad kəndlilər əsasən dağlıq ərazilərdə yaşayırdılar.
Bu dövrdə Azərbaycanda aşağıdakı torpaq mülkiyyət formaları var idi.: 1. Mülk torpaqları; 2.Xassə torpaqları;3.Dövlət ( divan ) torpaqları; 4.İqta torpaqları;5.Vəqf torpaqları; 6.Camaat ( icma ) torpaqları.
Səlcuq imperiyası dövründə iqta başlıca torpaq mülkiyyət forması idi.Məlikşahın hakimiyyəti dövründə 46 min səlcuq süvarisinə iqta paylanmışdı.Sonralar həmin torpaqların mülkə çevrilməsi prosesi başlandı.Səlcuq dövründə yaranan torpaq mülkiyyət formalarından biri uc torpaqları idi.Bu torpaqlar sərhədlərin qorunması müqabilində verilirdi.
Əsas vergilər xərac, cizyə, xüms, zəkat idi.Torpaqdan istifadə müqabilində kəndlilərdən xərac alınırdı.Xəracı toplamaq üçün şəxslərə verilən icazə sənədi qəbalə adlanırdı.Xərac toplayan vergi məmuru mütəqəbbil və ya amil ,maliyyə müfəttişi mütəsərrif adlanırdı.Ənənəvi vergilərlə yanaşı yeni vergi növləri də meydana çıxmışdı.Mal üs-silah ( silah puli ),şərab bahası, nal bahası vəs. vergiləri alınırdı.
Bu dövrdə də əkinçilik əhalinin əsas məşğuliyyət sahəsi idi.Mil və Muğanda geniş suvarma şəbəkəsi vardı.Şirvan və Şəkidə dənli bitgilər geniş yayılmışdı.Şirvan və Dərbənddə zşfıran, kətan, Lənkəran və Şəkidə çəltik,Bərdədə ipək və boya istehsal olunurdu.Azərbaycanda bağçılıq və bostançılıq da inkişaf etmişdi.Təbrizdə 900 kəhriz var idi.Mal-qara qışlaq və yaylaq şəraitində bəslənilirdi.Çay və dəniz kənarında yaşayan əhali balıqçılıqla da məşğul olurdu.
Azərbayca zəngin yerüstü və yeraltı sərvətlərə malik ölkədir.Təbii sərvətlərin çoxluğu burada sənətkarlığın və ticarətin hərtərəfli inkişafına şərait yaradırdı.Bu da öz növbəsində şəhərlərin sayının artmasına, onların daha geniş şəkildə sənətkarlıq və ticarət mərkəzlərinə çevrilməsinə səbəb olmuşdu. Azərbaycanın şimalında “ Arranın anası” adlanan Bərdə daha çox inkişaf etmişdi. Xilafətin canişinlərinin iqamətgahları bu şəhərdə yerləşirdi.Laki slavyanların hücumları zamanı şəhər dağıdılmış və əvvəlki abadlığını itirmişdi.
Azərbaycanın mühüm şəhərlərindən biri də Gəncə idi.Bərdənin dağıdılmasından sonra Azərbaycanın şimalında ticarət birinciliyi Gəncəyə keçmişdi.1139-cu ildə baş verən zəlzələ zamanı şəhər təmamilə dağılmışdı.Bu zaman gürcülər dağılmış şəhərə hücum etmiş, öluləri qarət etmişdilər.Onları səlcuq canişini Qara Sunqur buradan qovmuşdu.
Səlcuqların və Eldənizlərin dövründə Azərbaycanın mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri də Naxçıvan şəhəri olmuşdur.Eldənizlər dövlətinin ilk paytaxtı bu şəhər idi. Digər mühüm ticarət şəhərlərindən biri də Beyləqan olmuşdur.Azərbaycanın cənubuna gedən ticarət yolları buradan keçirdi.Təbriz şəhəri də beynəlxalq ticarət yolları üzərində yerləşirdi.Təbrizin nadir xalçaları,ipək parçaları və digər toxuculuq məhsulları dünya bazarında şöhrət qazanmışdı.Azərbaycanın Dərbənd, Baki,Şamaxı,Şabran kimi böyük ticarət mərkəzləri olan digər şəhərləri də var idi.
MƏDƏNİYYƏT.IX əsrdə xilafətin süqutu nəticəsində Azərbaycanda müstəqil dövlətlər meydana gəldi, siyasi dirçəliş başladı, qədim dövlətçilik ənənəsi bərpa edildi və bütün bunlar elmin və mədəniyyətin inkişafına əlverişli şərait yaratdı.Azərbaycan mədəniyyətində yüksəliş başladı.Bu dövrdə ümumi müsəlman mədəniyyətinə Azərbaycan xalqının nümayəndələri də mühüm töhvələr verdilər.
Dostları ilə paylaş: |