XIII – XIV əsrlərdə Azərbaycanda sosial-iqtisadi həyat:Monqol yürüşləri Azərbaycanın iqtisadi və mədəni həyatına mənfi təsir göstərdi.Köçəri monqollar oturaq əhaliyə məxsus toröaqları ələ keçirir, öz mal-qaraları üçün otlaqlara çevirir,suvarma qurğularını dağıdır, əhalinin mal-qarasını əlindən alırdılar.Hülakilərin XIII əsrin ortalarında keçirdikləri iqtisadi tədbirləri nəticəsində yerli feodalların əksəriyyəti torpaq mülkiyyətindən məhrum oldular.Monqollar şəhər həyatına da ağır zərbə vurdular, bir çox sənətkarları qula çevirdilər.
Hülakilər dövlətinin təsisi və köçəri monqol-türk tayfalarının Azərbaycanda məskunlaşması ölkənin ictimai-iqtisadi və siyasi həyatı ilə yanaşı, onun idarə sisteminə və dövlət quruluşuna da təsir göstərdi.Azərbaycanda iki dövlət quruluşunun – yerlilərə və köçərilərə məxsus dövlət quruluşlarının çuğlaşması və qarşılıqlı təsiri nəticəsində yeni, nisbətən inkişaf etmiş,təkmilləşmiş dövlət quruluşu və idarə sistemi yarandı.Yeni sistem özündə hər iki dövlət quruluşunda olan ən yaxşı müsbət cəhətləri cəmləşdirdi.Dövrün kamil idarə sistemlərindən sayılan həmin sistem ölkənin siyasi, ictimai, mənəvi həyatı və təsərrüfatının bütün sahələrinin idarəsini özündə birləşdirdi.
Hülakilər dövlətinin başında səlahiyyəti məhdudlaşdırılmayan “elxan” və ya “sultan” titulu daşıyan şəxs dururdu.Səltənətə yalnız Hülaki xanın nəslindən olan şahzadələr yiyələnə bilərdilər.İlk vaxtlar şahzadələr Çingiz xanın yasasına əsasən qurultayda seçilir, və Ali Monqol Xaqanı tərəfindən təsdiq olunurdular.Lakin bu proses XIII əsrin son rübündə formal xarakter aldı və tədricən aradan çıxdı.XIV əsrin II rübündən Hülakilər səltənətinə feodal ara müharibələrinədə qələbə çalan feodalların irəli çəkdiyi şahzadələr sahib durdular.Onlar təmamilə asılı vəziyyətdə idilər.
Hülakilər dövlətinin hərbi idarə sisteminə təsərrüfata nisbətən üstünlük verilirdi.Dövlətin hərbi qüvvələri baş əmirin ixtiyarında idi.Baş əmir dövlətin 4 yüksək rütbəli əmiri arasından seçilirdi və elxan tərəfindən təsdiq olunurdu.Qalan 3 əmir “ qol əmirləri” adlanırdı.Dövlət fərmanlarında hökmüdardan sonra bu 4 əmirin adı, sonra isə vəzirin adı yazılırdı.Baş əmirlər Hülakilər dövlətinin idarəsində həlledici rol oynamış və bəzən də dövlətin faktiki hakimi kimi fəaliyyət göstərirdilər.
Dövlətin hərbi və inzibati idarələri “ Əmarət “ adlı təşkilatda cəmləşmişdi.Qoşun tümənlərə,minliklərə,yüzlüklərə,onluqlara bölünmüşdü və müvafiq əmirlər tərəfindən idarə olunurdular.Orduda inaq, bukaul, yasaul,yurdçu.bəlarğuçi, bəxşi və s.məmurlar xidmət edirdi.İnaqlar hərbi məsləhətçilər idi.Bukaullar divandan ayrılmış ixracatı və yürüşlərdən əldə olunan gəlirləri hərbi hissələr arasında bölməli, ordu hissələrin təminatı ilə məşğul olmalı idilər.Yasaullar qoşun hissələrini döyüş meydanına aparıb onları dəyüşə hazır vəziyyətdə saxlamalı idilər.Düşərgədə yaylaq və qışlaqlarda padşahın və hərbi hissələrin yerləşdiyi məskənlər – yurdçular tərəfindən yurdlar salınırdı.Bəlarğuçi öz dəstələri ilə qoşun hissələri çəkildikdən sonra döyüş meydanlarında , yurdlarda qalıb itkin düşmüş, azmış adamları, mal-qaranı və əşyaları toplayıb sahiblərinə çatdırmalı idi.Hərbi kargüzarlıq bəxşilər tərəfindən aparılırdı.
Təsərrüfat idarəsi “ Divan sistemi “ üzrə təşkil edilmişdi.Mərkəzi Dövlət Divanına vəzir və onun naibi başçılıq edirdi.Buraya 20-dən artıq sahə üzrə divanlar tabe idi. Maliyyə sisteminə mustofvi baxırdı.Mühasibat işləri 7 dəftər əsasında aparılırdı.Təbrizə aid dəftər başqa şəhərlər üçün ölçü,qiyas rolunu oynayırdı.
Dini işlər idarəsinə ölkənin baş qazısı cavabdeh idi.Onun sərəncamında “ qazılar dördlüyü “, vilayət və şəhər qazıları işləyirdi.Baş qazı şəriət qanunları əsasında mühakimələr aparır, dini baxışların genişlənməsi, gəlirlərin artırılması, xəzinənin və vəqf əmlakının mühafizəsi ilə məşğul olurdu.İctimai- iqtisadi və mədəni həyatın bir çox sahəsi – zəkat və cizyə toplanması, əhali arasında nizam-intizamın qorunması,ticarətdə,pul dövriyyəsində əyintilərə yol verilməməsi,karvan yollarının təhlükəsizliyinin təmini,məscid, mədrəsə və tibb sahələrinin idarəsi da=ini idarələrin öhdəsinə düşürdü.
Hülakilərdə ədliyyə sistemi iki böyük hissəyə ayrılırdı.Şahzadələrə, kğçəri feodallara, hərbi hissələrə aid mübahisələr Çingiz xanın Yasasına əsasən Yarğu məhkəmələrində , yerli əhaliyə aid mübahisələr isə qəza məhkəmələrində şəriət qanunları əsasında aparılırdı.Yarğunun şəriət məhkəmələrinin işinə müdaxilə etməsi qanunla qadağan edilmişdi.
Hülakilər dövlətini ərazisi vilayətlərə,onlar isə tümənlərə bölünmüşdü.Azərbaycan müstəqil vilayət kimi 9 tümənə bölünmüşdü.Tümənlər iri şəhərlərin adı ilə adlanırdı.
Azərbaycanın əhalisi monqol istilasınadək əsasən türk tayfalarından təşəkkül tapmışdı. “ Əcaib əd-dünya “ müəllifinin ( XIII əsr) məlumatından aydın olur ki,türklər Arranda,və eləcə də Azərbaycanda ən əsas etnik qurup idi.Şihabəddin Nəsəvi yazır ki, Arrandakı türkmənləri bir yerə toplasaydılar, çəyirtgə və qarışqa yıgnağını xatırladırdı.Ölkənin müxtəlif yerlərində alban, tat,talış, ləzgi və s. etnik quruplar da yaşayırdı
Monqolların istilası dövründə Azərbaycana gəlib məskunlaşan moqol-türk tayfaları ilə yerli əhalinin dini baxışlarında ciddi fərqlər var idi.Əsasən bütpərəstlərdən ibarət olan monqollar ilk vaxtlardan başlayaraq Azərbaycanda və digər vilayətlərdə bütpərəstliyin yayılması və möhkəmlənməsi üçün əməli tədbirlər görməyə başladılar.Xoyda, Marağada və s. yerlərdə bütpərəstlik abidələri – bütxanalar tikildi.
Monqollar bütpərəstliyi yaymaq naminə islama qarşı ciddi mübarizə aparırdılar.Onların hakimiyyətinin ilk 30 ilində mərkəzi dövlət aparatında “ ölkənin baş qazısı” vəzifəsi rəsmən tanınmadı, vəqf torpaqları tutuldu, dini işlərin idarəsi icarəyə verildi və nəticədə islamın dövlət aparatındakı mövqryi zəiflədi.İlk elxanların islama qarşı mənfi münasibət bəsləmələrində xristianlığın, yahudiliyin, buddizmin və eləcə də,Avropa xristian dövlətləri başçılarının böyük təsiri oldu V.V. Bartold yazır: “ Bütün monqol malikanələrində xristianlar, buddistlər və müsəlmanlar arasında monqol xanlarını özlərinə tərəf çəkmək uğrunda mübarizə gedirdi;lakin xristianlarla buddistlər arasındakı düşmənçilik onların əksər hallarda birgə qüvvələrlə mübarizə apardıqları islama qarşı olan ümumi nifrətlərindən çox zəif idi.”.Hələ 1253-cü ildə Kilikiya erməni çarı I Hetum Ali Monqol Xaqanı Menku Qaanın yanına gedib onunla Misir məmluklarına və islam dininə qarşı mübarizədə ittifaq bağlayır.Qərbin xristian dövlət başçıları da dəfələrlə Hülaki xanı və Abaqa Xanı xristianlığı qəbul etməyə və Misirə qarşı səlib yürüşünə qoşulmağa dəvət edirlər.Monqol şahzadələri taxt-tac uğrunda apardıqları mübarizədə bu və ya digər dinlərdən istifadə edirdilərBu baxımdan ciddi addım atan Qazan xan ( 1295 – 1304 ) hakimiyyətə yiyələnmək məqsədi ilə uşaqlıqdan itaət etdiyi bütpərəstlikdən üz döndərib islamı qəbul etdi və onu yenidən dövlət dini elan etdi.Qazan xanın dini islahatı nəticəsində bütpərəst monqolların əksəriyyəti islamı qəbul etdilər.Qazan xan fərman verib bildirdi ki,islam dinini qəbul etmək istəməyənlər dövlətin ərazisini tərk etsinlər, “ burada qalanlar isə ikiüzlülük etməsinlər və islamın təmiz adını öz riyakarlıqları ilə ləkələməsinlər.”
Qazan xanın dini islahatı islamın mərkəzi dövlət aparatındakı mövqeyini bərpa etdi və islam rəsmən dövlət dini kimi fəaliyyət göstərməyə başladı.Dövlət fərmanlarında, sikkə zərbində,xütbə oxunuşunda yenidən müsəlman formullarından istifadə olundu.Həmin islahata görə Qazan xan “ Hicri altıncı əsr islam dininin islahatçısı kimi “ tanındı.Qazan xanın dini islahatı monqol – erməni münasibətlərinə ciddi zərbə vurdu və son nəticədə Kilikiya erməni çarlığının süqutuna səbəb oldu.
Dostları ilə paylaş: |