Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Azərbaycan Çobanilərin və Cəlairilərin hakimiyyəti altında



Yüklə 227,84 Kb.
səhifə32/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   28   29   30   31   32   33   34   35   ...   66
null-23

Azərbaycan Çobanilərin və Cəlairilərin hakimiyyəti altında:

Hülaki xanın hakimiyyəti dövründə Azərbaycana gəlib Urmiya gölü ətrafında məskunlaşmış türk-monqol mənşəli Sulduz qəbiləsinin davamçıları olan Çobanilər hakimiyyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal quruplarından idilər.Əmir Çobanın nəvəsi Şeyx Həsən Çobani ( KiçikHəsən ) 1338-cu ildə öz rəqibi Şeyx Həsən Cəlairiyə ( Böyük Həsənə ) qalib gələrək Məhəmməd Xudabəndənin qızı Satıbəy xatunu ( 1338 – 1340 ) padşah elan edib dövləti onun adından idarə etməyə başladı.Beləliklə,Azərbaycanda və ona qonşu olan ölkələrdə Çobani feodal qurupunun ağalıq dövrü başladı.Şeyx Həsən Çobani 1340-cı ildə Satıbəy xatunu hakimiyyətdən məhrum edib Süleyman xanı ( 1340 – 1344 ) padşah elan etdi.Həsən Çobani öldürüldükdən sonra ( 1344) Azərbaycanda hakimiyyət faktiki olaraq onun qardaşı Məlik Əşrəfin əlinə keçdi.Çobani feodallarının zülmündən cana gəlmiş Təbriz əhalisi 1344-cü ildə üsyana başladı.Təbrizlilər şəhərdəki Çobani əmirlərini və onların yaxın adamlarını əsir götürdülər.Əhali şəhərə daxil olan yollarda xəndəklər qazıb su ilə doldurdular.Şəhər əhalisi ilə Çobani dəstələri arasında qanlı vuruşma baş verdi.Məlik Əşrəf üsyanı çətinliklə yatırda bildi.O, Hülaki şahzadəsi Ənuşirəvanı ( 1344 – 1355 ) padşah elan etdi və onun adından dövləti idarə etməyə başladı.Məlik Əşrəf 1347-ci ildə Şirvana və Bağdada, 1350-ci ildə İsfahana yürüş təşkil etdi.O, 1355-ci ildə Ənuşirəvanı taxtan saldı və onun əvəzinə Həsən xanı taxta çıxardı.Məlik Əşrəfin yeritdiyi qarətçilik siyasəti xalq kütlələrinin bütün təbəqələrinin narazılığına səbəb oldu. Çobani feodallarının zülmündən azad olmağa can atan Azərbaycan əhalisi və bir sıra yerli feodallar Qazi Məhiyyəddin Bərdəyi və Şirvanşah Kavusun ( 1345 – 1372 ) başçılığı ilə Qızıl Ordu xanı Canı bəyi Azərbaycana dəvət etdilər.Canı bəy 1357-ci ildə Azərbaycana gəldi və yerli feodalların köməyi ilə hakimiyyəti ələ aldı.Çobani əmiri Məlik Əşrəf edam olundu.

İstər Şeyx Həsən Çobani və istərsə də onun qardaşı Məlik Əşrəf Azərbaycanda, sözün əsil mənasında müstəqil, Hülakilərdən heç bir asılılığı olmayan dövlət – Çobanilər dövlətini yarada bilmədilər.Çobani əmirləri özlərini müstəqil elan etmədilər və təbii ki, qonşu dövlətlər tərəfindən müstəqil hüquqi dövlət kimi tanınmadılar, onlar öz adlarına xütbə oxutmadılar, sikkə zərbetmədilər.Dövlət fərmanları isə Elxanilərin adından verilirdi.1350- ci ildə Məlik Əşrəf İsfahana yürüş etdikdə isfahanlılar Məlik əşrəfin deyil, onun paşah elan etdiyi Ənuşirəvanın adına xütbə oxumaq və sikkə zərb etməklə öz itaətlərini bildirdilər.Qızıl Ordu xanı Canıbəy Azərbaycana “Çobanilər dövlətinin ərazisini” deyil “Hülakilər ulusunu zəbt etmək” niyyəti ilə gəldi.Məlik Əşrəf isə Canıbəyin elçisinə cavabında Azərbaycanda Qazan xanın nümayəndəsinin padşah, onun özünün isə yalnız hülakilər dövlətinin baş əmiri olduğunu etiraf etdi.Şərq ölkələrinin sikkə zərbi, xütbə oxunuşu və fərmanların verilməsi kimi ənənəvi səltənət rəmzlərindən məhrum olan , müstəqilliyini elan etməyib Hülaki şahzadələrini padşah ( elxan, sultan )adı ilə müdafiə edən və digər dövlətlər tərəfindən müstəqilliyi tanınmayan Çobanilər hüquqi baxımdan Azərbaycanda Hülakilər dövlətini davam etdirmiş iri feodal qurupu olaraq qaldılar.Lakin onlar hüquqi cəhətdən müstəqil dövlət təşkil edə bilməsələrdə, padşah elan etdikləri elxanilərin adından istifadə edərək, Hülakilər dövlətinin faktiki hakiminə çevrildilər.Hülaki şahzadələrinin formal mövcudluöu isə Çobani əmirlərinə öz ağalıqlarını hüquqi olaraq əsaslandırmaq üçün vacib idi.Buna görədə, Məlik Əşrəfin edamı ilə Çobanilərin “ Hülakilər dövlətinin mühafizəsi uğrunda “ apardıqları mübarizəsinə son qoyuldu və beləliklə,Azərbaycanda Hülakilər dövləti süqut etdi.

Azərbaycanda hakimiyyəti ələ alan Qızıl Ordu xanı Canıbəy oğlu Bərdi bəyi Təbrizdə taxta oturtdu və özü Qızıl Orduya qayıtdı.Lakin iki aydan sonra Bərdi bəy atasının ölümü ilə bağlı geri qayıtmalı oldu. Azərbaycan Əxicuqun başçılıq etdiyi Çobani əmirlərinin ixtiyarına keçdi və onlar bir hakimiyyətdə qaldılar. Ölkədə daxili və xarici vəziyyət gərgin şəkil almışdı. Bundan istifadə edən Cəlairi əmiri Şeyx Üveys ( 1359 – 1374 ) 1358 – ci ildə Azərbaycana yürüş etdi və Çobanilərlə vuruşmada qələbə qazanaraq hakimiyyətə yiyələndi, lakin az sonra Bağdada çəkilməli oldu.Azərbaycan yenidən Əxicuqun ixtiyarına keçdi. 1359-cu ilin payızında Fars hakimi Məhəmməd Müzəffər Yəzdi Azərbaycana yürüş etdi. O, Təbrizi tutsa da bir həftədən sonra şəhəri tərk etməli oldu.Buna səbəb Cəliri Şeyx Üveysin yenidən Azərbaycan sərhədlərində görünməsi idi. Nəticədə Şeyx Üveys Təbrizə girdi.Azərbaycan Cəlairilər dövlətinin tərkibinə daxil oldu. Bu dövlət 1340-cı ildə Şeyx Həsən Cəlairi tərəfindən İraq ərazisində yaradılmışdı.Şvvəlcə paytaxtı Bağdad şəhəri olsa da, Şeyx Üveys Təbrizi tutduqdan sonra dövlətin paytaxtı buraya köçürüldü. 1367- ci ildə Şirvanşahlar Cəlairilərin asılılığını qəbul etməli oldu. Şeyx Üveysin zamanında mərkəzi idarə sistemi möhkəmləndi, iqtisadiyyatda və təsərrüfatda müəyyən canlanma baş verdi.

Şeyx Üveysdən sonra hakimiyyətə gəlmiş oğlu Sultan Hüseynin ( 1374 – 1382 ) dövründə ölkədə feodal pərakəndəliyi gücləndi, mərkəzi hakimiyyətə qarşı mübarizə şiddətləndi.Şiraz hakimi Şah Şüca 1376 –cı ildə Cəlairi qoşununu məğlub edib Təbrizi tutdu.1377-ci ildə Sultan Hüseyn Təbrizi azad edə bildi və qaraqoyunlu Bəhram xacə və Qara Məhəmmədi də itaət altına aldı.1378-ci ildə Bağdad əmirləri mərkəzi hakimiyyətə qarşı çıxdılar və on minlik qoşunla Ucana, sultanın yay iqamətgahına hücum etdilər, lakin qələbə əldə edə bilmədilər.Azərbaycanı tutmaq niyyətindən əl çəkməyən Şiraz hakimi Şah Şüca 1381-ci ildə bir daha Təbrizə doğru hərəkət etsə də, geri qayıtmalı oldu.

Hakimiyyəti ələ almağa can atan Cəlairi Sultan Əhməd oturaq əhalinin və yerli feodalların narazılığından istifadə edib qardaşı Sultan Hüseynə qarşı çıxdı, muğan və Arranda güclü qoşun hissələri təşkil edib 1382-ci ildə Təbrizə tərəf irəlilədi.Nəticədə Sultan Hüseyn Öldürüldü.Sultan Əhməd ( 1382 – 1410 cu illər fasilələrlə ) Cəlairilər səltənətinə sahib durdu.Onun hakimiyyətə çıxması Cəlairilər dövlətinin siyasi və iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər yaratmadı.Ara müharibələri əvvəlki kimi davam edirdi.Sultaniyyə hakimi əmir Adil Sultan Əhmədin qardaşı Bəyazidi padşah elan edib Təbrizə gəldi,şəhəri tuta bildisə də,tezliklə onu tərk etmək məcburiyyətində qaldı.Ümumiyyətlə,Sultan Əhməd daxili ara çəkişmələr və xüsusi ilə qardaşları ilə aparılan müharibələr nəticəsində tez- tez Təbrizdən çıxmalı olurdu.Şirvanşah Huşəng ( 1372 – 1382 ) qardaşlar arasında danışıqların aparılmasına nail oldu.Nəticədə Cəlairilər dövlətinin ərazisi bir müddət qardaşlar tərəfindən şərikli idarə olundu.Amma, çox keçmədən Sultan Əhməd yenidən hakimiyyəti ələ ala bildi.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin