Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan



Yüklə 227,84 Kb.
səhifə35/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   31   32   33   34   35   36   37   38   ...   66
null-23

Qazan xanın islahatları.Hülakilərin zülmkarlığı və uzun sürən müharibələr təsərrüfatın tənəzzilünə səbəb oldu.Vergilərin ağırlığı kəndlilərin öz yerlərini atıb qaçması ilə nəticələnirdi.Bunun nəticəsində dövlətin və əyanların gəlirləri azalırdı.Dövlət xəzinəsinin boşalması , kəndlilər arasında ixtişaşların güclənməsi hakim sinfi təşvişə salırdı.Ona görədə Qazan xan bir sıra islahatlar keçirdi.

Torpaq islahatına görə “bayrat “- boş qalmış torpaqlar ayrı-ayrı şəxslərə paylanılır və müəyyən müddət onlardan vergi alınmırdı.Belə torpaqlar nəinki ayrı-ayrı qoşun başçılarına , hətta bütöv qoşun hissələrinə də verilirdi.Qazan xanın torpaq islahatının əsasını orduda xidmət edənlərə torpaq sahəsinin verilməsi təşkil edirdi.Kəndlilərin kütləvi surətdə qaçmasının qarşısını almaq üçün 1303-cü ildə verilmiş fərmana görə ğz ağasının yanından qaçmış kəndli 30 il müddətinə tapıldıqda geri qaytarılırdı.Heç kəs qaçan kəndlini gizlədə bilməzdi.Qazan xanın fərmanına əsasən Azərbaycanda kəndlilər öz yaşayış yerinə təhkim olunur, onların bir yerdən başqa yerə getmələri qadağan olunurdu.Bu fərman Azərbaycanda kəndlilərin təhkimli halına salınması haqqında ilk və son yazılı sənəddir.

Vergi islahatına görə, verginin növləri, həcmi, toplanma qaydası, vaxtı və s. dəqiqləşdirildi.Qeyri-qanuni vergilər qadağan olundu, vergilərin toplanması Mərkəzi Divana həvalə olundu.Gəlirlərin məsrəfi üzərində tam nəzarət qoyuldu.HHər bir kəndin, şəhərin verəcəyi vergi xüsusi lövhələrlə yazılır və baxımlı yerdə qoyulurdu. İcarə sistemi məhdudlaşdırıldı,vilayət hakimləri vergi toplanılmasından kənarlaşdırıldı.

Şamanizmdən imtina edib islam dinini dövlət dininə çevirmək Qazan xanın islahatları içərisində əhəmiyyətli yer tuturdu. Məhkəmə islahatına görə,qazi vəzifəsinə təyin olunan din xadimlərinin layiqli olmasına xüsusi diqqət yetirilirdi.30 illik tarixə malik olan iddia sənədləri ləğv edilirdi.Qazi vəzifəsinə təyin olunan din xadimindən qanuna ciddi əməl edəcəyi haqqında iltizam alınırdı.

Vahid pul, ölçü və çəki sistemi yaratmaqda məqsəd ölkədə ticarətin inkişafını təmin etmək idi.Rabitə sistemiyaxşəlaşdırıldı,əsas yollarda 3 fərsəx məsafədən bir rabitə dayanacaqları- yamlar təşkil edildi.Yam işçilərinin əhalidən vəsait alması qadağan edilirdi.

Qazan xanın islahatlarının hazırlanmasında və həyata keçirilməsində onun vəziri, tarixçi və dövlət xadimi Fəzlullah Rəşidəddin böyük rol oynamışdı.İslahatlar müəyyən müddət öz müsbət təsirini göstərdi, ölkənin iqtisadiyyatında canlanma baş verdi.Bu Hülakilər dövlətinin ömrünü bir qədər uzatdı, lakin onun tənəzzülünün qarşısını ala bilmədi.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin