Monqolların Azərbaycanda İqtisadi siyasəti.Hülaki və Abaqa xanın dövründə vergilər qaydaya salindı, idarəçilik sistemi yaradıldı.Təsərrüfatda canlanma baş verdi. Monqol xanlarının siyasəti əvvəlki kimi yerli feodalların torpaqlarını ələ keçirmək idi.Yerli feodallar öz malikanələrini idarə etmək üçün Ali monqol xaqanından icazə almalı idilər.Əvvəlki torpaq mülkiyyət formaları ilə yanaşı yeni torpaq mülkiyyət forması olan incu meydana çıxdı.İncu zəbt edildikdən sonra xana və onun nəslinə məxsus olan torpaqlar idi. Monqol dövründə əhalidən alınan vergilərin sayı 40-a qədər idi. Əvvəlki vergilərlə ( xərac, cizyə,bac, təhər və s.) yanaşı bir sıra yeni vergilər ( qopçur, tamğa,tağar, kalan və s.)tətbiq edilmişdi.1254-cü ildə 10 yaşından 60 yaşına qədər olan kişilər siyahıya alındı və onların üzərinə vergi qoyuldu.Torpaq vergisi xərac adlanır və məhsulun 70 faizini təşkil edirdi.Can vergisi qopçur adlanır, oturaq əhalinin vəziyyətindən asılı olaraq 1 dinardan 7 dinara qədər idi.Monqol qoşunlarını saxlamaq üçün tağar, tacir və sənətkarlardan tamğa,təhər və kalan alınırdı Gömrük vergisi bac adlanırdı.Bundan başqa bağ- şümarə, xaneye- şümarə, monqol şahzadələri üçün ixracat, fövqalədə vəziyyətdə avarizat toplanılırdı.Vergilərin toplanması ilə divan məşqul olurdu.Divan vergini ya məmurların (baskaqların ) vasitəsi ilə və ya icarə sistemi ilə yığırdı.İcarədarın icarə hüququnu təsdiq edən sənəd barat adlanırdı.