Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


XIII – XIV əsrlərdə Azərbaycan mədəniyyəti



Yüklə 227,84 Kb.
səhifə36/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   32   33   34   35   36   37   38   39   ...   66
null-23

XIII – XIV əsrlərdə Azərbaycan mədəniyyəti.Monqol zülmü Azərbaycanda mədəniyyətə böyük ziyan vurmuş, elmin, ədəbiyyatın və incəsənətin inkişafını xeyli ləngitmişdi.Lakin buna baxmayaraq Azərbaycan xalqı öz mədəniyyətini inkişaf etdirirdi.

Əsas təhsil müəssisələri məktəb və mədrəsələr idi.Məktəblər əsasən ibtidai,mədrəsələr isə orta təhsil verirdi.Azərbaycan maarifinin və elminin inkişafında Təbrizin Rəbi Rəşidi məhəlləsində yerləşən mədrəsə Bağdad “ Nizamiyyə” mədrəsəsindən sonra Şərqdə ali təhsil verən ikinci,Azərbaycanda isə birinci ali təhsil ocağı idi.Bu mədrəsəni Fəzullah Rəşidədin təsis etmişdi.Burada 700 müəllim, 7min tələbə təhsil alırdı.Onların 6000 nəfəri müxtəlif ölkələrdən idi.Burada ilahiyyat, astronomiya, təbiətşünaslıq, təbabət, tarix, məntiq və s.fənlər öyrədilirdi.Bütün xərclər dövlət hesabına idi.

XIII – XIV əsrlərdə Azərbaycanda elm sahəsində böyük irəliləyiş olmuşdu.1259 –cu ildə görkəmli astronom alim Nəsrəddin Tusi Marağa rəsədxanasının əsasını qoymuşdu.N.Tusi bir çox elmi əsərlərin müəllifi idi.Bunlardan “ Zic Elxani “, “ Əxlaqi Nasiri “ və başqaları xüsusi əhəmiyyət kəsb edirdi.Görkəmli alim Əhməd Naxçıvani İbn Sinanın əsərlərinə şərhlər yazmışdı.Şəmsəddin Ubeyd Təbrizi hesab kitabının müəllifi idi.Filosof Mahmud Şəbüstəri “ Sirlər Gülşəni “, “ Səadətnamə “ əsərini yazmışdır.

Bu dövrdə Azərbaycan dilçiliyi sahəsində müəyyən işlər görülmüşdü. Alim İbn Müqənnə Azərbaycan sözlərinin lüğətini tərtib etmiş, Məhəmməd Naxçıvani” Sihah əl- Əcəm “ adlı türkcə-farsca lüğət hazırlamışdı.

Elxanilərin tarixini əks etdirən bir sıra tarixi əsərlər yazılmışdı.Bunların içərisində Fəzillah Rəşidəddinin “ Cami ət-təvarix “(Salnamələr məcmuəsi ) xüsusi yer tutur.XIV əsrdə yaşamış Hinduşah Məhəmməd Haxçıvaninin “ Dəstur əl- kitab “əsəri Azərbaycanın ictimai-siyasi quruluşunu öyrənməkdə böyük rol oynayır.Məhəmməd Naxçıvani dövlət quruluşu və idarə sistemi haqqında məlumat verir.Tibb sahəsində xeyli uğurlar qazanılmışdı.Şoxlu müalicəxanalar-dar ül-şəfalar fəaliyyət göstərirdi.

Ədəbiyyat sahəsində də müəyyən işlər görülmüşdür.XIII əsrin əvvəllərində şair Şəmsəddin Təbrizi “Kəlilə və Dimnə “üslubunda“ Fərid əs-sülük“ adlı əsər yazmışdır.İzəddin Həsənoğlu ( XIII ) Azərbaycan-türk və fars dillərində divan yaratmışdı.1233-cü ildə şair Əli Azərbaycan dilində “Yusif və Züleyxa “adlı əsər yazmışdır.Əhvədi Marağainin “Dəhnamə“, “Cami-cam“ əsərləri elmi-fəlsəfi, əxlaqi və dini mövzudadır. XIV əsrdə Şirvanşahlar sarayında yaşamış Arif Ərdəbili 1369-cu ildə yazdığı “Fərhadnamə“ poemasının qəhramanı İran Şahı Xosrov deyil, memar Fərhaddır.Tanınmış şairlərdən olan Əssar Təbrizi “Mehr və Müştəri“, “Saqinamə“ kimi poemalar yazmışdır.Hürufilik təliminin banisi Fəzlullah Nəimi “Cavidannamə“, “Novruznamə“, “Məhəbbətnamə” “Vəsiyyət-namə“ kimi əsərlər yaratmışdır.

XIII - XIV əsrlərdə memarlıq xeyli inkişaf etmişdi.Monqolların dağıtdıqları bir çox şəhərlər bərpa olundu.1239- cu ildə Gəncənin bərpasına başlanıldı.Qazan xan Muğanda Mahmudabad şəhərini saldırdı.Hülakilərin paytaxtı olan Təbriz böyüdü və genişləndi. “ Arquniyyə “, “ Qazaniyyə “, “ Rəb-i Rəşidi” kimi yeni məhəllə salındı.Elxani vəziri Tacəddin Əlişahın Təbrizdə tikdirdiyi “ Əlişah məscidi” sonralar “ Ərk qalası” adı ilə müdafiə qalasına çevrilmişdi.Abşeronda Mərdəkan , Nardaran. Ramanı qalaları dövrün memarlıq abidələri idi.Bu dğvrdə türbələrin tikintisinə geniş yer verilmişdi.Naxçıvanda Cuqa kəndində Gülüstan türbəsi,Sultaniyyədə Şərq türbələrinin incilərindən sayılan Olcaytu Xudabəndə türbəsi , Bərdə türbəsi, Qarabağlarda Hülaki xanın arvadının şərəfinə tikilmiş türbə gözəl memarlıq nümunələridir.

Dekorativ tətbiqi sənət sahələri inkişaf etmişdi.Azərbaycan xalçaları dünya şöhrəti qazanmışdı.Təbriz ustalarından Yusif ibn Əhmədin 1319- cu ildə hazırladığı bədii kasa Londonda Viktoriya və Albert muzeyində saxlanılır.1399-cu ildə əmir Teymurun sifarişi ilə Əbdüləziz ibn Şərafəddin tərəfindən hazırlanmış 2 ton ağırlığında tiyan hazırda Sankt-Peterburqda Ermitaj muzeyində saxlanılır.

Gğrkəmli musiqişunas Səfiyəddin Urmavi “Kitab əl- ədva“ ( Musiqi dğvrləri haqqında kitab ) kitabını yazmışdır.Əbdülqadir əl-Marağai ilk dəfə 12 əsas məqamdan törəmə 24 şöbə sistemini elmi cəhətdən əsaslandırmış, musiqi mətnləri və Azərbaycan dilində şerlər yazmışdır.

. .



Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin