Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Əmir Teymur və Qızıl Ordu xanı Toxtamışın Azərbaycana yürüşləri



Yüklə 227,84 Kb.
səhifə39/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   35   36   37   38   39   40   41   42   ...   66
null-23

Əmir Teymur və Qızıl Ordu xanı Toxtamışın Azərbaycana yürüşləri.

XIV əsrin 80-90-cı illəri xalq kütlələrinin Teymurun və Toxtamışın işğalçı yürüşlərinə qarşı apardıqları mübarizə ilə səciyyələnir. Orta Asiya feodal hakimi Teymur (1370-1405) əvvəlcə müxtəlif feodalların “muzdla tutulmuş dəstə başçılarının rəhbəri kimi yüksəlmiş” sonra isə Səmərqəndi, Buxaranı, Amu-Dərya və Sır-Dərya arasındakı geniş bir ərazini ələ keçirərək bğyük Cığatay islam dğvləti yaratmış, istilaçılıq siyasəti yeritmişdir.

XIV əsrin 80-cı illərində Əmir Teymur Xarəzmin qoşunlarını ğzünə tabe etdikdən sonra Azərbaycanı və Yaxın Şərqi özünə tabe etmək üçün hazırlığa başladı.1386-cı ilin baharında İran ərazisinə daxil oldu.Təbriz hakimi əmir Vəli Azərbaycan, Fars və İraq hərbi qüvvələrini birləşdirib Teymura qarşı çıxmaq istədisə də,onun cəhdi baş tutmadı.Teymurun qoşunu Sultaniyyəni tutub Təbrizə tərəf irəlilədi və şəhərə daxil oldu.Cəlairi Sultan Əhmədin Bağdaddan Təbrizə göndərdiyi qoşunlar vuruşmada məğlubiyyətə uğradı.Az sonra o, yenidən Təbrizə qayıdıb, şəhəri tutdu. Lakin Teymurun Ucana çatdığını eşidən Sultan Əhməd geri qayıdaraq Naxçıvandakı əmirlərinin yanına gəldi və oradan Vostan-Van yolu ilə keçib Bağdada getdi. Teymur Ucandan Həştrud yolu ilə Təbrizə gələrək Şənbi Qazanda məskən saldı.Şəhər əhalisindən xətac toplanıldı. Təbrizin tanınmış sənətkarları Teymurun göstərişi ilə Səmərqəndə göndərildi. Həmin il Naxçıvan yaxınlığında Teymurun Əmirlərindən İlyas Xoca ilə Sultan Əhmədin qoşunu arasında gərgin döyüş baş verdi.İlyas Xocanın bu döyüşdə yaralanması Sultan Əhmədi məğlubiyyətdən qurtardı.Orta Asiyada xalq ixtişaşları baş verdiyindən Teymur oraya qayıtmalı oldu.

1386-cı ilin qışında Qızıl Ordu xanı Toxtamış 90 minlik qoşunla (Bəypoladın sərkərdəliyi altında) Dəbənd keçidindən Azərbaycana hücum etdi Şirvanşah I İbrahim şəhərin müdafiəsini təşkil etsə də, heç bir nəticə əldə edə bilmədi Qoşun hissələri Dərbəndi, Şirvanı keçib Təbrizə yaxınlaşdı. Qızılordalılar şəhər əhalisinin mübariz əhval-ruhiyyəsini görüb, 8 gün şəhər ətrafında dövrə vurdular, lakin şəhərə girə bilmədilər. Toxtamış şəhər hakimi əmir Vəli ilə danışıqlara girdi.və 250 tümən qızıl almaq şərti ilə geri qayıtmağa razılıq verdi.Ertəsi gün şəhər əhalisi razılığa əsasən silahı yerə qoydu. Bundan istifadə edən Toxtamış 1382-ci ildə Moskva altında olduğu kimi hiyləgərliklə qoşununu şəhərə yeritdi. Toxtamışın 100 minlik qoşunu 8 gün şəhəri qarət etdikdən sonra Marağaya getdi, oranı qarət etdikdən sonra yenidən Təbrizə qayıdıb daha iki gün şəhəri qarət etdi. Mərənd, Naxçıvan, Qarabağ Toxtamışın hücum və talanlarına məruz qaldı. Toxtamışın Azərbaycanda törətdiyi talanlar ölkəni xarabalığa çevirdi.Yerli əhalinin inadlı mübarizəsi və Teymurun qoşunlarının Qızıl Ordu malikanələrinə hücumu Toxtamışın geri çəkilməsinə səbəb oldu. Qaynaqlar Teymurun hücumu ərəfəsindəki vəziyyəti belə şərh edirlər: “Bu dövrdə İranda ölkənin hər tərəfinə fərman verə biləcək bir şəxs yox idi, həmfikr adam tapmaq olmazdı, adamlar bir-birinə etibar etmirdilər.”



Teymur Azərbaycanın cənub torpaqlarının çox hissəsini tutduqdan sonra 1387- ci ilin payızında Naxçıvandakı Əlincə qalasına yaxınlaşdı.Teymurun qoşunu naxçıvanlıların müqavimətini çətinliklə qıra bildi.Naxçıvanın Gərni və Sürməli adlı istehkamları dağıdıldı.Əlincə qalası Teymurun qoşunları tərəfindən mühasirəyə alındı.Teymurun qoşunlarının hücumu ərəfəsində Əlincə qalası daha da möhkəmləndirilmişdi. Sultan Əhməd xəzinəsini, ailəsini Əlincə qalasında yerləşdirmişdi. Qalanın müdafiəsi Əmir Altuna həvalə edilmişdi. Azərbaycanın feodal hakimləri,Gürcü feodalları Teymur qoşunlarına zərbə vurmaq və onun irəliləməsinə yol verməmək üçün Əlincə qalasının müdafiəsinə yaxından kömək edirdilər Şəki hakimi Seyid Əli Orlat 1388-1389-cu ilin qışında gürcülərlə ittifaqa girib Əlincə qalasının müdafiəçilərinin köməyinə gəldi. Qalanın yaxınlığında Teymurun qoşunları ilə döyüş başlandı. Teymurun qoşunları qalanın altındakı aşağı səngərləri tutdu.Müdafiəçilər iç qalaya çəkildilər. Qala daxilində su ehtiyatları qurtaqdığı üçün müdafiəçilər danışıqlar aparmaq üçün Teymurun yanına nümayəndələr göndərdilər.Teymur müdafiəçilərin təslim ilacağını düşünüb qoşunlarını dağın ətəyinə endirdi. Lakin qəflətən yağan leysan yağış müdafəçiləri təslim olmaqdan xilas etdi. Vəziyyətin ağırlaşdığını hiss edən Teymur oğlu Miranşahdan kömək istədi. Miranşah Xorasandan xüsusi qoşun gətirdərək oğlu Əbu Bəkr Mirzənin komandanlığı altında qala üzərinə göndərdi. Lakin o, müdafiəçilərin zərbələri altında geri çəkilməli oldu Lakin sonralar da qala Teymurun oğlu Miranşahın və nəvəsi Əbu Bəkr Mirzənin ardıcıl hücumlarına məruz qaldı. Əlincə qalanın müdafiəsində Şəki hakimi Seyid Əli Orlat həlak oldu. Teymur Əlincə qalasının mühasirəsinə Əmir Məhəmməd Dərviş Barlasın rəhbərliyi altında yeni qüvvələr göndərdi. Əlincənin mərdliklə müdafiə olunduğunu görən Teymur digər sərkərdəsi Xacə Ağ Buğanı Məhəmməd Dərviş Barlasın köməyinə göndərdi. Teymuri əmirlərinin rəhbərliyi altında 40 minlik qoşun qala üzərinə hücuma keçdi. Müdafiəni düzgün quran Əmir Altun Teymurun qoşunlarına böyük tələfat verdi. Lakin Əmir Altun ilə Soltan Əhmədin oğlu Məlik Tahir arasında ciddi ziddiyyət var idi. Odur ki, Əmir Altunu qaladan müvəqqəti çıxmasından istifadə edən Tahir onun qardaşını öldürtdürdü və Altunun özünü də qalaya buraxmadı. Altun Mərəndə getməyə məcbur oldu. Mərənd hakimi onu öldürərək başını Teymura göndərdi. Əmir Altun kimi igid sərkərdənin ölümü Teymuru sevindir mədi və o, Mərənd hakimini öldürtdürüb, əmlakını müsadirə etdirdi. Qaladakı hadisələr onun müdafiəçilərinə pis təsir etdi və onlar Məlik Tahirdən üz döndərdilər. Tahir öz acizliyini görüb Cəlairilərin qalada olan xəzinəsini götürüb Bağdada getdi.Teymur Hindistandan qayıdandan 4 ay sonra 1399-cu il oktyabrın 10- da Əlincəyə yola düşdü. Bu yürüşündə Teymur heç bir müqavimətə rast gəlmədən nüdafiəsiz qalan qalaya daxil oldu.Teymur əzəməti ilə onu heyrətə gətirən bu qalanı ziyarət etmişdi. İşğalçılıq siyasətini davam etdirən Teymur Naxçıvandan Qarsa, sonra isə Tiflisə gedərək bu şəhərləri də qarət etdi. Sonra Şəkiyə doğru irəlilədi. Şəkidə əhalini soyub taladıqdan sonra Surxab qalasını ələ keçirdi və Qarabağa gəldi.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin