Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Səfəvilərin Ərdəbil hakimiyyəti



Yüklə 227,84 Kb.
səhifə47/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   43   44   45   46   47   48   49   50   ...   66
null-23

Səfəvilərin Ərdəbil hakimiyyəti

Monqol əsarəti dövründə Azərbaycanda xarici işğalçıların və yerli feodalların zülmünə qarşı mübarizədə kəndli və sənətkarların mənafelərini əks etdirən sufi-dərviş təriqəti meydana çıxdı. XIII əsrin II yarısında yaranan bu təriqətin və sülalənin əsasını Şeyx Səfiəddin Ərdəbili (1252-1334) qoymuşdur. Onun ata-babası Ərdəbil ərazisində yaşamış və böyük hörmətə sahib olmuşdur. Şeyxlərin ardıcılları onun müridləri, şeyxlər isə mürüdlər üçün mürşüd (rəhbər) sayılırdılar.

Şeyx Səfiəddin mürşüd kimi əhalinin bütün təbəqələri arasında böyük nüfuzu var idi. Bidlisi yazır ki, “monqol əmiri Çoban Səfiəddindən soruşur ki, Şeyx, sənin mürüdlərin çoxdur, yoxsa dövlətin qoşunu? O, cavab verir ki, İranda müridlərin sayı dövlət qoşunlarından iki dəfə şoxdur.”

Səfəvilərin mənşəcə fars və kürd olduqlarını göstərən yanılış müddəalar mövcud olsa da, onlar azərbaycanlı olmuşlar. Təriqətin başçısı Azərbaycanlı, onun ana dili isə Azərbaycan dili idi. XV əsrin ortalarında Səfəvilər Ərdəbildə dini səciyyə daşıyan dərviş şeyxləri kimi fəaliyyət göstərirdilər və bir çox yerlərdə- Gilanda, Farsda, Rumda. Kiçik Asiyada onların çoxlu nümayəndələri var idi. Şeyx Səfiəddindən sonra bu təriqətə Şeyx Sədrəddin (1334-1392), Şeyx Xocaəli (1392-1427), Şeyx İbrahim (1427-1447) və başqaları rəhbərlik etmişdir. Səfəvilər Ərdəbil, Muğan, Marağa və Gilanda böyük torpaq sahələrinə, vəqf əmlakına sahib idilər. Şeyx Səfiəddin on ilə Ərdəbildə Şeyx Səfi məqbərəsini tikdirmişdi. Bu məqbərə səfəvi mürüdləri və zəvvarlar üçün bir ziyarətgah idi.

Səfəvilər ilk vaxtlarda islamın sünnü məzhəbinə qail idilər və onların şiə olmaları fikri sonralar meydana atılmışdır.Səfəvilərin şiə təriqətinə qoşulmaları XV əsrin ortalarına təsadüf edir və bu onların siyasi mübarizə meydanına çıxmaları ilə əlaqəlidir. Səfəvilər hakimiyyətə gəlmək məqsədi ilə Azərbaycanda və ona qonşu ölkələrdə yaşayan yarımköçəri tayfaları da öz tərəfinə şəkməyə başladılar. Şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədar və başqa tayfalar Səfəvilərə qoşuldular. Adı şəkilən tayfalar “müqəddəs” səfəvi şeyxlərinin mürşüdlüyünü qəbul etdilər, onların mürüdləri,dərvişləri, sufiləri hesab olundular.

Səfəvilərin Azərbaycanda siyasi hakimiyyət uqrunda mübarizələri XV əsrin ortalarında Şeyx Cüneydin (1447-1460) və şeyx Heydərin (1460-1488) təriqətə rəhbərlikləri dövründən başlandı. Onlar artıq Ərdəbildə real hakimiyyətə yiyələndilər. Səfəvilərin güclənməsindən qorxuya düşən Qaraqoyunlu Cahanşah 1449-cu ildə Şeyx Cüneydi Ərdəbildən çıxmağa, Osmanlı dövlətinə getməyə məcbur etdi. Osmanlı sultanı II Murad “bir taca iki baş sığmaz” deyib onu qəbul etmədi. Cüneyd 7 il ərzində Kiçik Asiyada, Suriyada oldu və bu müddət ərzində onun mürüdlərinin sayı sürətlə artdı. 20 minlik varsaq tayfası Cüneydin təriqətini qəbul etdi. Cüneyd Diyarbəkrə gəldi.Ağqoyunlu Uzun Həsən onu yaxşı qarşıladı. Bacısı Xədicə Bəyimi ona ərə verdi. Şeyx Cüneyd bir neçə dəfə Ərdəbilə qayıtmağa cəhd göstərsə də, buna nail ola bilmədi. 1459-cu ildə o, Ərdəbilə gəldi, lakin əmisi Cəfər onu şəhərə buraxmadı. Cüneyd ətrafına çoxlu mürid toplayıb Dağıstana hücum etməyi qərara aldı. Məqsədi güya dinsiz çərkəzlərə islamı qəbul etdirmək və qənimət ələ keçirib iqtisadi vəziyyətini yaxşılaşdırmaq idi. Şirvanşah I Xəlilüllah əvvəl səfəvilərin Şirvandan Dağıstana keçməsinə razılıq verdi, sonra isə bunun Şirvan üçün təhlikə olduğunu başa düşüb, 1460-cı il martın 3-də Samur çayı sahilində Səfəvi qoşununu məğlub etdi, şeyx Cüneyd öldürüldü.

Şeyx Cüneydin oğlu Şeyx Heydər (1460-1488) atasının mübarizəsini davam etdirdi. O, dayısı Uzun Həsənin qızı Aləmşah bəyimlə evləndi və Uzun Həsən Azərbaycanda hakimiyyətə yiyələndikdən sonra 1470-ci ildə Şeyx Heydəri Ərdəbilə gətirdi və onu təriqət rəhbərliyinə qaytardı. Şeyx Heydər öz döyüşçülərinin başına 12 imamın şərəfinə 12 qırmızı zolaqlı çalma geyindirdi. Avropa mənbələrində onları qızılbaşlar adlandırırdılar. 1483-cü ildə Şeyx Heydər dayısı Yaqub Mirzədən dağıstana yürüş etməyə icazə istədi. Yaqub Mirzə razılıq verdi. Yürüş müvəffəqiyyətli oldu. 1487-ci ildə Şeyx Heydər ikinci dəfə icazə ilə Dağıstana yürüş etdi və xeyli qənimətlə geri qayıtdı. Şeyx Heydərin tərəfdarlarının və gücünün artması Şirvanşah Fərrux Yasarı və Ağqoyunlu Yaqub Mirzəni narahat edirdi. 1488-ci ildə Şeyx Heydər üçüncü dəfə yürüş üçün icazə istədikdə rədd cavabı aldı. Buna baxmayaraq Şeyx Heydər Şirvana yürüşə başladı. 1488-ci il iyunun 9-da Şirvan və Ağqoyunluların birləşmiş qüvvələri Tabasaranda Şeyx Heydərin qoşunlarını məğlub etdi, şeyx Heydər öldürüldü. Bundan sonra səfəvilər zəiflədi. Şeyx Heydərin ailəsi (arvadı,oğlanları Sultanəli, İbrahim və İsmayıl) Şiraz yaxınlığında İstəxr qalasına salındılar. Yaqub Mirzə öləndən sonra Ağqoyunlu dövlətində hakimiyyət uğrunda mübarizə gücləndi. Rüstəm Mirzə Baysunqura qarşı mübarizədə şeyxlərin köməyini qazanmaq üçün onları həbsdən azad etdirdi. Rüstəm Mirzə hakimiyyətini möhkəmləndirdikdən sonra şeyxləri özü üçün təhlükə hesab etdi, çünki şeyxlərin nüfuzu günü-gündən artırdı.Təhlükənin yarandığını başa düşən Sultanəli ailəsi və tərəfdarları ilə gizli şəkildə Ərdəbilə tərəf yola düşdü. Ağqoyunlular beş minlik döyüşçü ilə onları təqib etməyə başladı və Şəməsi deyilən yerdə onlara çatdılar. Sultanəli döyüş ərəfəsində qardaşı İsmayılı özünün varisi elan etdi və gizlədilməsini tapşırdı. 1494-cü ildə Şəməsi adlanan döyüşdə Sultanəli öldürüldü. Müridlər İsmayılı əvvəlcə ata-babalarının məqbərəsində, sonra Cərrah Uba adlı həkimin evində, daha sonra Gilanda Lahican adlı yerdə Mirzə Əli adlı feodalın mülkündə gizlətdilər. Rüstəm Mirzə bir neçə dəfə İsmayılı tələb etsə də istədiyinə nail ola bilmədi. Hətta bir dəfə 300 ağqoyunlu atlısı Mirzə Əlinin həyətinə daxil olmuş, Mirzə Əli İsmayılı səbətdə ağacın başında gizlətməli olmuşdu. İsmayıl 6 il Gilanda qaldı və onun təlim-tərbiyəsi ilə müridlər məşğul oldular.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin