Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Səfəvilərin daxili və xarici siyasəti



Yüklə 227,84 Kb.
səhifə49/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   45   46   47   48   49   50   51   52   ...   66
null-23

Səfəvilərin daxili və xarici siyasəti.

Səfəvilər dövlətinin yaranması Azərbaycanın ictimai-iqtisadi həyatında mühüm hadisə oldu. Vahid dövlətin yaranması ölkənin iqtisadi inkişafına təkan verdi, xarici düşmənlərlə mübarizəni asanlaşdırdi. Əkinçilik, maldarlıq, sənətkarlıq, ticarət inkişaf etməyə başladı. Mərkəzləşdirilmişdövlət yaratmaq İ şah İsmayılın həyata keçirdiyi siyasətin başlıca ideyası idi. O, daxili siyasətində ciddi, məqsədyönlü tədbirlər gördü və bu işə dini siyasətlə başladı.

1501-ci ilin payızında səfəvilərin hakimiyyətinin ilk günlərində şiə təriqətinin imamlar məzhəbi dövlət dini elan olundu Dövriyyəyə şiəlik simvolları əks olunan pullar buraxıldı.Şiəlikdən imtina edənlərin əmlakı müsadirə olunaraq dövlətin sərancamına verilirdi. Şah yalnız dünyavi hökmüdar deyi, eyni zamanda şiələrin dini başçısı idi. Sünnülərə qarşı barışmaz olan şah İsmayıl Avropa dövlətləri ilə yaxınlaşmaq naminə xristian əhalisini himayə edir, onlara toxunmurdu.

Şah İsmayıl mərkəzi hakimiyyətlə hesablaşmaq istəməyən qızılbaş əyanlarının mövqeyini sarsıtmaq məqsədi ilə onların yaşadığı yerləri, tutduğu vəzifələri tez-tez dəyişir və bununla da qüvvətlənmələrinə imkan vermirdi.O, daxili siyasətində mərkəzi hakimiyyətin ictimai dayağını genişləndirmək üçün dövlət idarəsinə qızılbaş əyanları ilə yanaşı şəhər əhalisini- Təbrizin nümayəndələrini də cəlb etməyə başladı. Şəmsəddin Zəkəriyyənin Təbrizdə vəzir, digər dörd əyanın isə vəkil təyin olunmaları buna misaldır. I İsmayıl Şəmsəddin Zəkəriyyəyə “Azərbaycanın açarı” titulunu vermişdi.

Səfəvilər dövlətinin sərhədləri şərqdə Özbək Şeybanilər dövlətinə, qərbdə isə Oasmanlı dövlətinə çatırdı.Hər iki dövlət Səfəvilər dövlətinin yüksəlməsindən narazı idi.Osmanlı və Şeybanilər dövlətləri arasında münasibətlər şiə və sünnü təriqətləri zəminində düşmənçiliyə əsaslanırdı. İsmayıl ilə Şeybani arasında düşmənçilik Şeybani xanın Xorasanı tutmasından və onu hədələməsindən sonra başlanmışdı. Şeybani xan İsmayılın tutduğu ərazilərə dağıdıcı yürüşlər edirdi.

I şah İsmayıl Şeybani xanla münasibətləri sülh yolu ilə nizama salmağa çalışırdı. Şeybani xan isə İsmayıla onun xeyrinə hakimiyyətdən əl çəkməyi, onun adını məsciddə oxunan xütbələrə və kəsilən sikkələrin üzərinə əlavə olunmasını tələb edirdi. O, məktubunda bildirirdi ki, “əks halda mən İran və Azərbaycan sərhəddinə qoşun çəkərəm, bu ölkələri işğal etdikdən sonra Ərəb İraqına və Şiraza gedərəm”. Şah İsmayıl Şeybani xanı yenədə sülhə dəvət edəndə, Şeybani xan I İsmayıla daha da təhqiramiz məktublar yazdı. O, İsmayıla “kəşkül və əsa” göndərərək bildirmişdi: “hakimiyyət iddiasını o adam edə bilər ki, ata-babadan padşahlıq sülaləsinə mənsub olsun, Tərəkəmə Ağqoyunluların qohumluğuna arxalanaraq, hakimiyyət iddiasına düşmək, bəlkə ozaman mümkün olardı ki, mənimtək yeddi iqlim padşahı meydanda olmasın”.

1510-cu ildə I şah İsmayıl Xorasana çatan kimi Şeybani xan tələsik Heratdan Mərvə çəkilərək əsas qüvvələri ilə birləşməyə çalışdı.O, Mərv qalasını möhkəmləndirərək əsas qüvvələrini gözləməyə başladı. Lakin İsmayıl hiylə yolu ilə Şeybani xanın qaladan çıxmasına nail oldu. 1510-cu il dekabrın 1-də Mahmudi kəndi yaxınlığında baş verən döyüşdə (bu döyüşü Mərv döyüşü də adlandırırlar) Şeybani xanın 15 minlik qoşununun 10 mini məhv oldu, özü isə öldürüldü. Herat, Mərv, Xorasan, Bəlx İsmayılın əlinə keçdi. Səfəvilərin sərhəddi şərqdə Amu-Dərya çayına çatdı.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin